İdman

“Bu qələbə “Kəpəz”ə təkan olacaq”

2017-10-05 13:56:00

“Kəpəz” çempionatın ilk dövrəsinin yekunlarına əsasən, 8-ci pillədə yer alıb. Komanda geridə qalan 7 oyundan sonra turnir cədvəlinin sonuncusudur. Gəncə klubu 1 matçda heç-heçə etməklə 5 görüşdə uduzub və cəmi 1 dəfə qələbə qazanıb. Əvvəlki iki mövsümlə müqayisədə Nizami yurdunun təmsilçisi üçün Premyer Liqanın startı uğursuz alınsa da, son turda “sarı-göylər” möhtəşəm qələbə ilə hamıya ümid verib. Goal.az xəbər verir ki, “Kəpəz”in üzvü Tural Rzayev də bu fikirdədir: “Çempionata çox yaxşı hazırlaşmışdıq. Bizim üçün ölkə xaricində təlim-məşq toplanışı təşkil olunmuşdu. Amma Premyer Liqaya istədiyimiz kimi başlaya bilmədik. Ardıcıl oyunlarda uduzduq. Bunun da səbəbkarı biz futbolçularıq. Çünki komandaya yaradılan şəraitin fonunda inamı doğrulda bilmədik. Sadəcə, oyunumuz biz istədiyimiz kimi alınmadı. Bununla belə sonuncu turda “Qəbələ” səfərində qazandığımız qələbə bizim üçün əla oldu. Əhval-ruhiyyəmiz düzəldi, bir az özümüzə gəldik, komandaya münasibət dəyişdi. Göstərdik ki, istənilən rəqiblə oynaya bilərik, yalnız gücümüzü toplamalıyıq. Bu qələbə “Kəpəz”ə təkan olacaq. Fasilədən sonra daha yaxşı oynaya biləcəyik”.

"Barcelona" İspaniya və Kataloniya arasında vasitəçi olmaq istəyir

2017-10-05 13:37:00

"Barcelona" rəhbərliyi İspaniya və Kataloniya arasında siyasi konfliktdə vasitəçi olmaq niyyətindədir. Goal.az xəbər verir ki, şəhər vəkillər kollegiyasının təşəbbüsünə qoşulmaq istəyir. Kollegiya bu məqsədlə xüsusi komissiya yaradılmasını tövsiyə edib.

Matanın təşəbbüsünə alman futbolçu da dəstək verdi

2017-10-05 13:18:00

"Manchester United"in futbolçusu Xuan Matanın başlatdığı "Goal Common" layihəsinə Serj Qnabri də qoşulub. Goal.az xəbər verir ki, "Hoffenheim"ın gənc forvardı məvacibinin 1%-ni xeyriyyə fonduna köçürəcək. Bu təşəbbüsə artıq bir sıra qadın və kişi futbolçular, baş məşqçilərdən isə Joze Mourinyo dəstək verib. Mata avqustun əvvəlində bu fondu təsis etmişdi. 

Çexiya mətbuatı milliləşdirmə siyasətimizdən yazdı - dil bilməmək, 1 milyon

2017-10-05 12:51:00

Azərbaycan millisi bu gün DÇ – 2018-in seçmə mərhələsində Çexiyanı qəbul edəcək.

"Barcelona"da Paulinyo özünü göstərə biləcək"

2017-10-05 12:29:00

Braziliyanın baş məşqçisi Tite 29 yaşlı Paulinyonun "Barcelona" klubuna transferi haqqında danışıb. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

Millimiz ilk oyunda sülhə razılaşdı

2017-10-05 11:45:00

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.

Haynkess "Bayern Munich"ə qayıdır

2017-10-05 11:30:00

"Bayern Munich"də basş məşqçi axarışları davam edir. Goal.az "Bild"ə istinadən xəbər verir ki, Yupp Haynkesin məşçilik karyerasını bərpa edib mövsümün sonuna kimi komandanı çalışdırması gözlənilir. 72 yaşlı mütəxəsis 2013-cü ildə Münhen klubuna Çempionlar Liqası, Almaniya Kuboku, Superkuboku və Bundesliqanı qazandırıb təqaüdə getmişdi.Qeyd edək ki, "Bavariya" ötən həftə qeyri-qənaətbəxş nəticələrə görə Karlo Ançelotti ilə yollarını ayırmışdı. 

Facebook Premyer Liqa oyunlarını yayımlaya bilər

2017-10-05 11:12:00

Dünyada 2 milyard əhalinin istifadə etdiyi Facebook sosial şəbəkəsi İngiltərə Premyer Liqası oyunlarının yayım hüquqlarını almaq niyyətindədir. Goal.az xəbər verir ki, şəbəkənin idman departamentinin direktoru Den Rid İngiltərə Futbol Assosasiyası (FA) ilə 3 il müddətinə anlaşma imzalamaq istədiklərini bildirib.

Ndlovu: "Fərqi yoxdur, Mozambikdə oyna, ya da Azərbaycanda"

2017-10-05 10:48:00

"Qarabağ"ın və Cənubi Afrika Respublika millisinin hücumçusu Dino Ndlovu açıqlama verib.

DÇ-2018-in seçmə mərhələsində IX tura start verilir

2017-10-05 10:26:00

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə IX tura start veriləcək.

Millimiz Çexiyanı qəbul edir

2017-10-05 09:54:00

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti rəsmi matçına çıxacaq.

UEFA "Spartak"a qarşı iş açdı

2017-10-04 19:25:00

UEFA Rusiyanın “Spartak” klubuna qarşı intizam işi açıb. Goal.az xəbər verir ki, Moskva təmsilçisi Çempionlar Liqasının II turu çərçivəsində “Liverpool”la ev oyunu zamanı intizam reqlamentinin 3 bəndini pozmaqda ittiham olunur. Bununla bağlı UEFA İntizam Komitəsinin oktyabrın 19-da keçiriləcək iclasında qərar çıxarılacaq.

Stoyçikov: "İspaniya hökuməti rüsvay oldu"

2017-10-04 18:45:00

"Barcelona"nın sabiq futbolçusu Xristo Stoyçikov Kataloniyanın müstəqillik qazanmasına tərəfdardır. Goal.az xəbər verir ki, bolqarıstanlı mütəxəsis İspaniya baş nazirinin müavini Soraya Saens de Santamaria tərəfindən katalonlara nümayiş etdirilən münasibətə etiraz edib.

"Juventus" rəsmisi cəzalandırıldı

2017-10-04 18:19:00

"Juventus"un idman direktoru Fabio Paratiçi İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırlıb. Goal.az xəbər verir ki, klub rəsmisi A Seriyasının 7-ci turunda "Atalanta" ilə matçdan (2:2) sonra videoassitenti tənqid etdiyinə görə diskvalifikasiya olunub. Belə ki, referi Antonio Damata Mandzukiçin vurduğu qolu videoassitentin işarəsindən sonra qeydə almamışdı. Paratiçi 2 həftə stadiona buraxılmayacaq və 20 min avro cərimə ödəməli olacaq. 

Pike: "Kataloniyanın müstəqilliyinə tərəfdar olanlar belə İspaniya yığmasında oynaya bilər"

2017-10-04 18:00:00

"Barcelona" və İspaniya millisinin müdafiəçisi Jerar Pike mətbuat konfransı keçirib. Goal.az xəbər verir ki, futbolçu Kataloniyanın müstəqilliyini dəstəkləməsi ilə bağlı sualları cavablandırıb.

Azərbaycanlı idmançı Almaniyada döyüşə çıxacaq

2017-10-04 17:21:00

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, beynəlxalq yarışların qalibi, tanınmış peşəkar kikboksçu, Xəyal Əhmədov 2017-ci il 7 oktyabr tarixində Almaniyanın Bochum şəhərində döyüşə çıxacaq.

Ağır atletika yığmamız mükafatlandırıldı

2017-10-04 16:51:00

22-30 sentyabr tarixlərində Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində 11 medal qazanaraq Avropanın ən güclü yığması adını qazanan Azərbaycan komandası vətənə dönüb. Ənənəvi olaraq, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər heyəti qalib və mükafatçıları, uğurda əməyi olanları mükafatlandırmaq üçün mərasim təşkil edib.

Alper Potuk keçmiş komandasını unutmadı

2017-10-04 16:26:00

"Eskişehirspor"un yetirməsi olan Alper Potuk keçmiş komandasını unutmayıb. Goal.az xəbər verir ki, türk yarımmüdafiəçi gənc həmkarlarının istifadə etdiyi sintetik örtüklü meydançanın təzələnməsi üçün 50 min TL maddi yardım edib. Klub bunu rəsmi saytından verdiyi açıqlama ilə təsdiqləyib. Yenilənmə kampaniyası oktyabrın 2-də başlayıb. 

Tarik Elyunussi: "Bakı məni təəccübləndirdi" - MÜSAHİBƏ

2017-10-04 16:08:00

- Məni ən çox təəccübləndirən Bakının çox əyləncəli şəhər olmasıdır. Bakıda bir neçə dəfə milli komanda ilə olmuşdum. Amma bu dəfə fərqlidir. Əvvəlcə sadəcə stadion və oteli görmüşdüm. İndi görürəm ki, Azərbaycan paytaxtı gözəl şəhərdir. Buranın infrastrukturuna böyük pullar xərclənib. Böyük binalar, yaxşı yollar və gözəl restoranlar var. Çox lüks mağazalara sahib və gözəl şəhərdə yaşayıram. Bu məni doğrudan, təəccübləndirdi. 

FİFA dünya çempionatının himnini kolumbiyalı ifaçıya yazdıracaq

2017-10-04 15:49:00

2018-ci il dünya çempionatnın rəsmi himnini kolumbiyalı ifaçı Maluma yazacaq. Goal.az xəbər verir ki, FİFA onunla əlaqə saxlayıb və təklifinə müsbət cavab alıb. Qurum mahnının original olmasını və 2017-ci ilin sonuna kimi çıxmasını istəyib. Qeyd edək ki, 2014-cü ildə keçirilən mundialın da himnini kolumbiyalı müğənni - Şakira yazmışdı. 

"Cerrardın yaxşı mütəxəsis olmaq imkanı var"

2017-10-04 15:31:00

Karyerasını ötən mövsüm başa vuran Xabi Alonso sabiq komanda yoldaşı Stiven Cerrardın "Liverpool"un U-19 komandasına baş məşqçi kimi faydalı olacağına inanır. Goal.az xəbər verir ki, 5 il "qırmızılar"ın şərəfini qorumuş eks futbolçu bunları deyib:

UEFA AMADA ilə əməkdaşlığa başladı

2017-10-04 15:16:00

Bu gün AFFA-nın inzibati binasında UEFA ilə Azərbaycan Milli Dopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İngiltərənin sabiq baş məşqçisi federasiyanı məhkəməyə verir

2017-10-04 14:39:00

Sem Ellardays İngiltərə Futbol Assosasiyasından (FA) məhkəmə şikayəti təqdim edəcək. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, təcrübəli mütəxəsis ötən ilin sentyabrında istefaya göndərilməsini qeyri-qanuni hesab edir.

Voleybol yığmamız irəlilədi

2017-10-04 14:21:00

Avropa Voleybol Konfederasiyası qadınlardan ibarət yığmaların yeni reytinq siyahısını açıqlayıb.

"Real"ın böyük transfer planı

2017-10-04 14:00:00

“Real” “Tottenham”in futbolçusu Harri Keyni heyətinə qatmaq niyyətindədir.

Bakı Olimpiya Stadionu azarkeşlərin işini rahatlaşdıracaq

2017-10-04 13:37:00

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin ediləcək.

"Bavariya"nın baş məşqçisi olmağa ən real namizəd Kloppdur"

2017-10-04 13:20:00

Almaniya millisi və "Real Madrid"in sabiq müdafiəçisi Kristof Metzelder Kloppu "Bayern Munich"in baş məşqçisi olmağa əsas namizəd hesaqb edir. Goal.az xəbər verir ki, alman mütəxəsis "Sky" kanalına açıqlamasında bunları deyib:

Buskets: "Fikrimcə, uzun illər millinin şərəfini qoruyacam"

2017-10-04 13:02:00

Kataloniyanın müstəqillik əldə etməsi "Barcelona"nın Primeradan kənarlaşdırılması ilə yanaşı, katalon futbolçuların İspaniya millisindən xaric olunması ilə də nəticələnə bilər. Goal.az xəbər verir ki, Buskets mövzu ilə bağlı bunları deyib:

Ronaldodan xəstə uşaqlar üçün növbəti jest

2017-10-04 12:28:00

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo növbəti dəfə xeyirxah addımı ilə gündəmə gəlib.

Joze Mourinyonun adına küçə

2017-10-04 12:13:00

"Manchester United”in baş məşqçisi Joze Mourinyonun adı küçəyə verilib. Goal.az xəbər verir ki, 54 yaşlı portuqaliyalı mütəxəssisin doğulduğu Setubal şəhərindəki küçələrdən biri onun adını daşıyacaq. 2018-ci il dünya çempionatının seçmə qrup matçları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Mourinyo küçənin açılış mərasiminə qatılıb. O, bildirib ki, doğulduğu Setubal şəhəri onun üçün xüsusi əhəmiyyətlidir: “Setubal yeganə şəhərdir ki, özümü özüm kimi hiss edirəm. Mən insanların “Xüsusi” və buna bənzər ləqəbləri unutduğu şəhərə gəlirəm”. Mourinyo 26 yanvar 1963-cü ildə dünyaya gəlib.

Çexiya ilə oyun öncəsi millimizdə ciddi itki

2017-10-04 11:51:00

Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib. 

"Old Trafford" Avropada 3-cü yerə çıxa bilər

2017-10-04 11:33:00

"Manchester United" ev oyunlarını keçirdiyi "Old Trafford"un tamaşaçı sayını 13 min nəfər artırmaq istəyir. Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" Ser Bobbi Çarlton adına tribunanı genişləndirməyi planlaşdırır.  Rekonstruksiya işlərindən sonra arenanın tutumu 88 minə çatdırılacaq. Bu isə Avropda "Camp Nou" (99350) və "Wembley"dən (90 000) sonra 3-cü yerdir.