İdman

Luis Suarez əməliyyat olunacaq

2017-10-06 20:16:00

"Barcelona"nın hücumçusu Luis Suarez noyabrda dizindən əməliyyat olunacaq. Goal.az xəbər verir ki, əməliyyat tarixi Suarezin minimum oyun buraxması nəzərə alınaraq seçilib. Katalonlar ümid edir ki, Uruqvay millisi dünya çempionatına birbaşa yollanacaq və Suarezin pley-off qarşılaşmalarında iştirakına zərurət yaranmayacaq. İşlər qaydasında getsə, futbolçu 2-3 həftə meydana çıxa bilməyəcək. Bu müddətdə "Barcelona" 2 oyun keçirəcək. 

FİFA-ya Qətər əleyhinə məktub yazıldı

2017-10-06 19:24:00

2022-ci ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməli olan Qətərin əlindən bu hüquq region ölkələri arasındakı münaqişəyə görə alına bilər.

"Barcelona"nın hətta əvəzedici komandasında da oynaya bilmirəm"

2017-10-06 18:52:00

"Barcelona"nın belçikalı müdafiəçisi Tomas Vermalen ölkəsinin mətbuatına müsahibə verib. Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu bunları deyib:

Panuççi: "Pike çox adamdan cəsur olduğunu göstərdi"

2017-10-06 18:30:00

Albaniya millisinin baş məşqçisi Kristian Panuççi "Barcelona"nın futbolçusu Jerar Pikeyə dəstək olub. Goal.az xəbər verir ki, italiyalı mütəxəsis İspaniya ilə oyun öncəsi onun cəsarətini alqışlayıb.

"Bavariya"nın yeni baş məşqçisi açıqlandı

2017-10-06 18:05:00

"Bayern Munich" mövsümün sonuna kimi Yupp Haynkeslə anlaşıb. Goal.az xəbər verir ki, 72 yaşlı mütəxəsis vəzifəsinin icrasına 9 oktyabrdan başlayacaq. Bununla da, Haynkes karyerasında 3-cü dəfə Münhen klubuna qayıdıb.

Almaniya millimizlə oyuna itki ilə çıxacaq

2017-10-06 17:45:00

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizlə qarşılaşacaq Almaniya yığması daha bir itki ilə üzləşib. 

Fariz Yusifov I divizionda

2017-10-06 17:22:00

Azərbaycan çempionatının I divizionunda II turun təyinatları  açıqlanıb.

Ramos: "Ölkənin dünyada oyatdığı təəssürat xoşuma gəlmədi"

2017-10-06 16:56:00

"Real Madrid" və İspaniya millisinin müdafiəçisi Serxio Ramis ölkədə hökm sürən siyasi vəziyyət barədə danışıb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu Kataloniyada keçirilən referendum günü polisin insanlara zorakılıq tətbiq etməsindən narazılıq edib.

Kubokun finalı bu stadionda keçiriləcək

2017-10-06 16:17:00

Futbol üzrə Azərbaycan Kubokunda 2017-2018 mövsümünün final matçı Gəncə şəhər stadionunda keçiriləcək.

İniesta: "Bu klub böyüyüb inkişaf etdiyimə şahid olub"

2017-10-06 15:51:00

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniesta klubla karyerasının sonunakimi müqavilə imzalayıb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu təəssüratlarını klub saytı ilə bölüşüb.

Portuqaliya millisinin futbolçusuna 7 aylıq həbs cəzası

2017-10-06 15:32:00

"Shanghai SIPG"in şərəfini qoruyan Rikardo Karvalyodan xəbər var. Goal.az-ın məlumatına görə portuqaliyalı müdafiəçi 7 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2011-13-cü illərdə "Real"da çıxış etdiyi zaman vergidən yayınmaqda ittiham olunur. İspaniya qanunlarına görə 2 ilədək həbs cəzası şərti xarakter daşıyır və cərimə ilə əvəzlənə bilər.

UEFA Belarus klubuna qarşı intizam işi açıb

2017-10-06 15:13:00

Çempionlar Liqasının qrup mərhələsində baş tutan BATE - "Arsenal" (2:4) oyununda baş verənlərlə əlaqədar intizam işi açılıb. Goal.az xəbər verir ki, oyun zamanı meydana belaruslu azarkeş qaçıb. UEFA məsələ ilə bağlı qərarını oktyabrın 19-da elan edəcək.

"Barcelona" İniesta ilə müddətsiz müqavilə imzalayıb

2017-10-06 14:52:00

"Barcelona" yarımmüdafiəçisi Andres İniesta ilə yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, 33 yaşlı havbek karyerasının sonuna kimi anlaşma əldə edib. İniesta 1996-cı ildən katalon klubunun şərəfini qoruyur. O, klubun akademiyasına 12 yaşında gəlib. Ümumilikdə 639 oyunda "Barcelona" formasını geyinən futbolçu 30 titul qazanıb. 

Berluskoni: "Milan"ın transfer kampaniyasını başa düşə bilmirəm"

2017-10-06 14:33:00

"Milan"ın sabiq prezidenti Silvio Berluskoni klubun transfer siyasətinin hədəfini anlamır. Goal.az xəbər verir ki, keçmiş nazir və futbol funksioneri baş məşqçi postunda da fərqli simanı görmək istədiyini gizlətməyib.

Prosineçki: "Mahir Mədətov az oynadığına görə hətta məndən incimişdi"

2017-10-05 22:54:00

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində keçirdiyi son ev matçında Çexiyaya uduzub - 1:2. Goal.az xəbər verir ki,  oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın çalışdırıcısı Robert Prosineçki fikirlərini bölüşüb və media nümayəndələrinin suallarını cavablandırıb. 

Cerrard: "Liverpool"un mövsümü "ilk dördlük"də başa vuracağına əminəm"

2017-10-05 21:06:00

"Liverpool"un sabiq futbolçusu Stiven Cerrard komandanın mövsümə startı barədə danışıb. Goal.az xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

Almaniyalı sabiq tennisçi mükafatlarını satışa çıxarıb

2017-10-05 20:10:00

Əfsanəvi alman tennisçi Boris Bekker borclarını qismən də olsa, ödəmək üçün Uimbldon kubokunda qazandığı fəxri mükafatları satışa çıxarıb. Goal.az xəbər verir ki, tennis üzrə Uimbldon turnirinin üçqat qalibi həm də ona məxsus elit saatlar kolleksiyasını satışa çıxarmağı planlaşdırır. Mükafatların satışının tennisçiyə milyon avrodan artıq vəsait qazandıracağı deyilir. "Frankfurter Allgemeine" qəzetinin məlumatına görə, B.Bekkerin borclarının ümumi məbləği 60 milyon avrodan çoxdur.

Ture məşqçi kimi çalışacaq

2017-10-05 19:27:00

"Arsenal" və "Liverpool"un sabiq müdafiəçisi Kolo Ture Kot-d`İvuar milli komandasında çalışacaq. Goal.az xəbər verir ki, 36 yaşlı Ture baş məşqçi Mark Vilmotsun köməkçisi olacaq. O, Olimpiya yığmasında da eyni funksiyanı icra edəcək. Gənc mütəxəsis artıq işə başlayıb. O, futbolçu kimi millidə 118 oyuna çıxıb və 6 qol vurub. 

"Galatasaray" və baş məşqçisinə xəbərdarlıq

2017-10-05 18:51:00

Türkiyə Futbol Federasiyasının (TFF) Etika komitəsi "Galatasaray" klubu və baş məşqçi İqor Tudora xəbərdarlıq edib. Goal.az xəbər verir ki, komitə onları "dürüstlük" prinsipini pozmamağa çağırıb. bu barədə TFF-nin rəsmi səhifəsi məlumat yayıb.

Holifild: "Mən də Taysonu dişləməyi qərara almışdım" - müsahibə

2017-10-05 18:35:00

Bakıda səfərdə olan məşhur boksçu Evander Holifildin müsahibəsi:

İngiltərə Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir

2017-10-05 18:16:00

İngiltərə Futbol Assosasiyası (FA) 2023-cü ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir. Goal.az xəbər verir ki, finalı qəbul etmək İngiltərə üçün yeganı strateji hədəf deyil. Ölkə 2021-ci ildə "Tour de France" ənənəvi veloyürüşü, 2027 və ya 2029-cu ildə yüngül atletika üzrə dünya çempionatının təşkilat hüququna sahib çıxmağa çalışacaq. İdmanı maliyyələşdirən agentlik yaxın 8 ildə bu sahəyə 30 milyon funtdna çox vəsait ayırmağı planlaşdırır.

Güləşçilər yeni çəki dərəcələrində mübarizə aparacaq - DƏYİŞİKLİK

2017-10-05 17:51:00

Ötən həftə Fransanın paytaxtı Parisdə baş tutan Dünya çempionatı zamanı Dünya Güləş Birliyi İdarə Heyətinin növbəti toplantısı baş tutub.

Çin "Milan"a yatırılan 200 milyon avronu geri almaq istəyir

2017-10-05 17:32:00

Çin hakimiyyəti "Milan"ın sahiblərindən 200 milyon avronu geri tələb edir. Goal.az xəbər verir ki, oktyabrın 16-da keçiriləcək konqressdə xarici investisiyalara məhdudiyyət qoyulması müzakirə olunacaq. Bunun nəticəsində "Huarong" və "Haixia" fondları tərəfindən tərəfindən "rossoneri"nin transferlərinə ayrılan vəsaitin geri alınması gündəmə gələ bilər.

Bernardeski: ""Oyun praktikasının azlığından narahat deyiləm"

2017-10-05 17:15:00

"Juventus"un hücumçusu Federiko Bernardeski meydanda az vaxt keçirməsindən narahat deyil. Goal.az xəbər verir ki, italiyalı forvard bunu normal qarşıladığını bildirib.

Olimpiadanın təşkilat komitəsinin sədri həbs olunub

2017-10-05 16:48:00

Braziliya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman həbs olunub. Goal.az xəbər verir ki, Nuzman korrupsiyada şübhəli bilinir.

6 yaşında maşın təmizləyən, çörək dilənən - Çilinin ən bahalı futbolçusu

2017-10-05 16:10:00

Biz onu Çili futbol tarixinin ən bahalı oyunçusu kimi tanıyırıq. Hazırda çıxış etdiyi "Arsenal"ın da ən çox maaş ödədiyi məhz Aleksis Sançezdir.

"Özil fikrən artıq "Arsenal"ı tərk edib"

2017-10-05 15:52:00

"Arsenal"ın sabiq müdafiəçisi Martin Kioun komandanın yarımmüdafiəçisi Mesut Özil haqqında danışıb. Goal.az xəbər verir ki, Kioun onun London klubunda oynamaq istəmədiyini bildirib.

Gökdeniz Karadenizdən xeyirxah addım

2017-10-05 15:38:00

"Rubin"in yarımmüdafiəçisi Gökdeniz Karadeniz Kazanın Reablitasiya Cəmiyyətinin 70 nəfər yaşlı üzvünə və fiziki imkanları məhdud olan kəslərə nahar təşkil edib. Goal.az xəbər verir ki, mərasimə toplaşanlara tatar mətbəxinin nümunələri və müqəddəs Zəm-Zəm suyu təqdim olunub

AFFA "Qəbələ"ni cərimələdi

2017-10-05 15:21:00

AFFA-nın İntizam Komitəsi “Qəbələ” klubunu cərimələyib.

"Hazar məndən qalmağımı istədi"

2017-10-05 15:00:00

"Chelsea"nin futbolçusu Mişi Batşuayi ötən yay klubda həmyerlisi Eden Hazarın məsləhəti ilə qaldığını etiraf edib. Goal.az xəbər verir ki, belçikalı hücumçu bunları deyib:

Azərbaycan WBC-yə üzv qəbul edildi

2017-10-05 14:39:00

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv olub. 

"Spoting"in hücumçusu zədələnib

2017-10-05 14:18:00

Lissabon "Sporting"inin hücumçusu Seydu Dumbia zədələnib. Goal.az xəbər verir ki, 29 yaşlı forvard 2 ay komandasına kömək edə bilməyəcək. O, Çempionlar Liqasının qrup mərhələsində "Barcelona" ilə qarşılaşmada (0:1) zədə almışdı.