İdman

“Kəpəz” Bakıda iki yoxlama oyunu keçirəcək

2018-01-10 11:07:00

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək.

U-21 Albaniya ilə qarşılaşacaq

2018-01-10 10:50:00

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının daha bir rəqibi müəyyənləşib.

“Azərreyl” “qızıl set”də uduzdu

2018-01-10 10:27:00

Qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib.

Ndlovu: "Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm"

2018-01-10 10:06:00

"Qarabağ"dan Çinin “Xançjou Qrintaun” klubuna keçən Fino Ndlovu sosial şəbəkədə status paylaşıb.

"Neftçi"də növbəti ayrılıq

2018-01-09 19:20:00

"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, futbolçu Uqo Barqas ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat verib. Barqas ötən ilin yanvarından "Neftçi"də çıxış edirdi.

"Zirə" legionerlərini gözləyir

2018-01-09 18:43:00

"Zirə" çempionatın ikinci yarısının hazırlıqlarını davam etdirir. Goal.az xəbər verir ki, qəsəbə təmsilçisi Bakı Olimpiya Stadionunda məşq edir. Hazırlıq prosesində yalnız yerli futbolçular iştirak edir. Komandanın legionerləri sabahdan etibarən Ayxan Abbasovun sərəncamında olacaq. Jozef Bumdan başqa bütün əcnəbi futbolçular sabah komandaya qoşulacaq. Kamerunlu müdafiəçi yanvarın 13-ü məşqlərə qatılacaq.

UNESCO "Juventus"un futbolçusu ilə bağlı bəyanat yaydı

2018-01-09 18:20:00

Fransanın idman naziri Lora Flessel və UNESCO təşkilatının baş direktoru Odri Azula "Juventus"un futbolçusu Blez Matuidinin rasizmə məruz qalmasını pisləyib. Goal.az xəbər verir ki, hər iki məmur idmanda irqçilik hallarının yaşanmasına qarşı bəyanatla çıxış edib.

Braziliya klubu Samuel Eto`o ilə maraqlanır

2018-01-09 18:00:00

"Antalyaspor"un hücumçusu Samuel Eto`o karyerasını Braziliyada davam etdirə bilər. Goal.az "UOL Esporte" portalına istinadən xəbər verir ki, 36 yaşlı forvardın xidmətlərində "Vasco da Gama" maraqlıdır. Klubun nümayəndələri artıq kamerunlu futbolçu ilə görüşüb. Eto`onun "Antalyaspor"la müqaviləsi mövsümün sonunda başa çatır.

Tərlan Əhmədovun köməkçisi müəyyənləşdi

2018-01-09 17:34:00

“Neftçi”-də baş məşqçinin köməkçisi vəzifəsinə yeni təyinat olub

"Neftçi" müdafiə xəttini gücləndirib

2018-01-09 17:14:00

"Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib. Goal.az xəbər verir ki, müdafiəçi İlkin Qırtımovla növbəti mövsümün sonunadək müqavilə bağlanılıb. 27 yaşlı oyunçu daha əvvəl "Keşlə" və artıq fəaliyyətini dayandırmış "Simurq"da çıxış edib. O, qapıçı Aqil Məmmədovdan sonra "ağ qaralar"ın sayca ikinci qış transferidir.  İlkin Qırtımov Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.

"Başakşehir" Arda ilə razılığa gəldi

2018-01-09 16:51:00

"Barcelona"nın futbolçusu Arda Turan "Başakşehir"ə keçməyə yaxındır.

Ançelotti Cennaro Qattuzoya: "Sən "Milan"ın ürəyi idin"

2018-01-09 16:37:00

Karlo Ançelotti "Milan"ın baş məşqçisi və sabiq yetirməsi Cennaro Qattuzonu yubileyi - 40 yaşının tamam olması münasibətilə təbrik edib. Goal.az xəbər verir ki, tanınmış mütəxəsis ad günü təbrikini "Gazzetta dello Sport" vasitəsilə Qattuzoya çatdırıb.

Mahir Mədətov: "Bundesliqa klublarından təklif almışam"

2018-01-09 16:14:00

“Hazırda Bundesliqanın iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq”.

"Schalke" hücumçu transfer edib

2018-01-09 15:52:00

"Schalke" qış transfer pəncərəsində hücum xəttini gücləndirib. Goal.az xəbər verir ki, Qerzenkirxen klubu "Hoffeinheim"dan Mark Utu keçidini həll edib. 26 yaşlı forvard 2022-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. Klublar arasında əldə olunmuş razılığa əsasən, Ut mövsümün sonuna qədər "Hoffenheim"da qalacaq.

Pato: "Milan"da hələ də dostlarım var"

2018-01-09 15:34:00

"Milan"ın sabiq futbolçusu Aleşandre Pato karyerasını "Tianjin Quanjan" klubunda davam etdirir. Goal.az xəbər verir ki, braziliyalı forvard heyətində 150 oyun keçirdiyi "rossoneri"yə qarşı xoş hisslərini dilə gətirib.

Rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün cəzalandı

2018-01-09 15:16:00

Yaponiyalı kanoeçi Yasuxiro Sudzuki yığmaya düşmək uğrunda mübarizə apardığı rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.

“Neftçi”nin rəqibi dəyişdi

2018-01-09 14:54:00

“Neftçi” 2017-ci ildə ilk oyununu yanvarın 14-də keçirəcək. Komandamız “Keşlə” klubu ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

"Bu komanda ilə avrokuboklarda oynamaq istəyirəm"

2018-01-09 14:28:00

"Artıq yeni komandama uyğunlaşmışam. Hazırlıqlarımız da yaxşı keçir. Kollektivimizlə xoş ünsiyyətdəyəm. Futbolçularımıza təşəkkürümü bildirirəm ki, məni yaxşı qarşıladılar. Tanıdıqlarım da var idi. Legionerlərlə isə hələ tanış olmamışam". Goal.az xəbər verir ki, bunu "Zirə"nin yeni transferi Mirsahib Abbasov deyib. 25 yaşlı yarımmüdafiəçisi qış fasiləsində "Sumqayıt"ı yox, Ayxan Abbasovun baş məşqçi olduğu komandanı seçməsinin səbəbini açıqlayıb: "Zirə"ni seçməyimin bir çox səbəbi var. "Sumqayıt"ın təklifi ilə razılaşmadım. Çünki ciddi deyildi, mənə yarım illik müqavilə təklif etmişdilər. "Zirə"ə də isə 1,5 il çıxış edəcəyəm. Əvvəlcə yarım il icarə əsasında, sonra isə 1 illik müqavilə. Düzü, bu komandaya qarşı simpatyam da var".

Terri: "Gələcəkdə məşqçi olmaq istəyirəm"

2018-01-09 14:09:00

"Aston Villa"nın müdafiəçisi Con Terri gələcəkdə məşqçi olmaq istədiyini bildirib. Goal.az xəbər verir ki, Terri bu həvəsi Joze Mourinyodan aldığını bildirib.

"Real"ın futbolçusu cərimə ödəməklə həbs cəzasından qurtuldu

2018-01-09 13:47:00

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modric vergidən yayınma ilə bağlı açılan işi cərimə ödəməklə bağlamaq qərarına gəlib. Goal.az xəbər verir ki, xorvat havbek həbs cəzasından qaçmaq üçün təqribən 1 milyon avro ödəməyə razılaşıb. 2017-ci ilin noyabrında Modric ümumilikdə 870.7 min avro pulu vergi orqanlarına ödəməməkdə ittiham olunmuşdu. Modricin "çirkli pullar"ın yuyulması üçün istifadə olunan Men adasına investisiya qoyması gündəmə gəlmişdi.

"İnter"in futbolçusu ilin ən pis oyunçusu seçildi

2018-01-09 13:09:00

"İnter"in böyük ümidlərlə transfer etdiyi Qabriel Barboza (Qabiqol) A Seriyasında 2017-ci ildə də özünü doğrulda bilməyib. Goal.az xəbər verir ki, ən pis futbolçu üçün nəzərdə tutulan "Qızıl zibil qabı" mükafatı braziliyalı forvarda təqdim olunub. Bu "müakafat" 2001-12-ci illərdə "Rai 2" kanalında yayımlanmış "Catersport" proqramı tərəfindən təsis olunmuşdu.

“Milliyə daim dəvət almaq üçün klubumda da müntəzəm oynamalıyam”

2018-01-09 12:48:00

“Yığmaya çağırılmağımın Yeni il hədiyyəsi olduğunu deyə bilmərəm. Çünki dəvəti gözləyirdim. Bunu sevinclə qarşıladım”. Goal.az xəbər verir ki, bunu “Kəpəz”in əsas komandasının oyunçusu Yusif Cəfərov deyib. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət alan gənc müdafiəçi bununla bağlı kapazpfc.az saytına açıqlama verib. O, etimadı doğrultmağa çalışacağını deyib: “Milliyə çağırılmaq hər bir futbolçu üçün şərəfdir. Mənim üçün bu komandanın bir hissəsi olmaq qürurvericidir. Ona görə də dəvətə görə məşqçilərə təşəkkür edirəm. Bundan sonra üzərimə düşən iş ümidləri boşa verməmək, yaradılan şansdan lazımınca istifadə etməkdir. Məşq proseslərində əlimdən gələni edəcəm”.

"Qarabağ"ın futbolçusu “qızıl istedad”a namizədlər arasında

2018-01-09 12:30:00

“Qarabağ”ın U-19 komandasının ukraynalı futbolçusu Yaroslav Dedanın adı ölkəsində ən istedadlı gənc futbolçuya verilən “qızıl istedad” mükafatına namizədlər sırasında yer alıb.

"Qarabağ" Türkiyəyə yola düşdü

2018-01-09 11:56:00

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv toplanış dönəmində 6 yoxlama oyununda qüvvəsini sınayacaq. İlk matçını yanvarın 17-də Rusiya "Kuban"ına qarşı keçirəcək “Qarabağ” bundan 3 gün sonra Polşanın "Lexiya" komandası ilə üz-üzə gələcək.

İbrahimoviç: "Soyadım Andersson və ya Svensson olsaydı..."

2018-01-09 11:40:00

Zlatan İbrahimoviç Fransanın "Canal+" kanalına müsahibəsində vətəni İsveçdə medianın ona qarşı münasibətinə toxunub. Goal.az xəbər verir ki, təcrübəli forvard medianın "gizli irqçilik" etdiyini bildirib.

Qazaxıstan millisinin baş məşqçisi istefa verdi

2018-01-09 11:22:00

Qazaxıstan millisinin baş məşqçisi Aleksandr Borodyuk istefa verib. Goal.az xəbər verir ki, rusiyalı mütəxəsis komandanın 2017-ci ildə çıxışı ilə bağlı hesabat verəndən sonra postunu tərk edib. Borodyuk millinin qeyri-qənaətbəxş nəticələr göstərməsinin səbəbləri haqqında məruzə edib. O, sıx təqvimə görə komandanın hazırlıq müddətinin az olmasına diqqəti çəkib və uğursuz çıxışa görə məsuliyyəti öz üzərinə götürüb.

“Azərreyl” Rumıniya klubunu qəbul edəcək

2018-01-09 11:03:00

Bu gün Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Çağırış Kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxacaq.

İlk dəfə stadionda futbol izləyəcəklər

2018-01-09 10:41:00

Bu həftədən etibarən Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarını canlı izləyə biləcəklər.

Alman futbolçunun avtomobili atəşə tutuldu

2018-01-09 10:17:00

"Bayer Leverkusen" klubunun sabiq yarımmüdafiəçisi, hazırda isə Türkiyənin "Amedspor" kollektivinin şərəfini qoruyan Deniz Nakinin avtomobili Almaniyaya gedən zaman atəşə tutulub.

"France Football" ilin ən yaxşı məşqçisini açıqladı

2018-01-09 10:08:00

Madridin "Real" klubunun (İspaniya) baş məşqçisi Zinəddin Zidan nüfuzlu "France Football" nəşri tərəfindən 2017-ci ilin ən yaxşı fransalı məşqçisi seçilib.

"Səbail"in daha 2 rəqibi müəyyənləşib

2018-01-08 21:11:00

“Səbail” futbol komandasının qış hazırlıq dönəmində yoxlama oyunu keçirəcəyi daha iki rəqibi müəyyənləşib. Goal.az xəbər verir ki,  klub  yanvarın 11-də I Divizion təmsilçisi “Sabah”la qarşılaşacaq. “Bayıl Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq. Samir Əliyevin rəhbərlik etdiyi kollektivin digər rəqibi Ukraynanın “Çernomorets” komandası olacaq. Odessalılarla görüş yanvarın 23-də Türkiyədə baş tutacaq.

"Liverpool"un futbolçusu mükafatlandırıldı

2018-01-08 19:20:00

"Liverpool"un yarımmüdafiəçisi Məhəmməd Salah növbəti mükafatını alıb. Goal.az xəbər verir ki, Peşəkar Futbol Assosasiyası (PFA) misirli havbeki dekabr ayında Premyer Liqanın ən yaxşı futbolçusu seçib. Salah respondentlərin 50% səsini toplayıb.