İdman

"Fenerbahçe"nin futbolçusu: "Karyeramı bitirəndən sonra özümü dinə həsr edəcəm"

2017-10-15 17:17:00

"Fenerbahçe"nin yarımmüdafiəçisi Jozef De Souza karyerasını bitirəndən sonra məşqçi və ya funksioner olmaq niyyətində deyil. Goal.az xəbər verir ki, braziliyalı havbek "ESPN" kanalına açıqlamasında özünü dinə həsr etmək istədiyini bildirib.

2018- Afrika Milətlər Kubokunun ev sahibi dəyişdi

2017-10-15 16:34:00

2018-ci ildə Afrika Millətlər Kuboku Mərakeşdə təşkil olunacaq. Goal.az xəbər verir ki, daha öncə təşkilatçılıq Keniyaya həvalə edilmişdi. Amma turnirə hazırlığın ləng getməsi və ölkədə hökm sürən qeyri-sabit siyasi durum Afrika Futbol Konfederasiyasını bu qərarı yenidən nəzərdən keçirməyə vadar etmişdi. Keniyanın əvəzinə turnirdə Misir oynayacaq. Millətlər Kuboku 12 yanvar - 4 fevral tarixlərində baş tutacaq. 

"Galatasaray" 12 il əvvəlki nəticəsini təkrarladı

2017-10-15 16:17:00

Türkiyə Superliqasının 8-ci turunda "Konyaspor"u səfərdə 2:0 məğlub edən "Galatasaray" turnir cədvəlindəki liderliyini möhkəmləndirib. "Sarı qırmızılar"ın aktivində hazırda 22 xal var. Goal.az xəbər verir ki, İstanbul klubu 12 il aradan sonra analoji nəticəyə nail olub. "Galatasaray" 2005/06 mövsümündə Erik Qeretsin baş məşqçi olduğu dönəmdə də 8 tura 22 xal toplamışdı. Həmin mövsüm "Cim bom" Türkiyə çempionu olmuşdu.

Millimizin üzvünün debütü uğursuz oldu

2017-10-15 15:53:00

Qadın voleybolçular arasında Fransa çempionatına start verilib. Goal.az xəbər verir ki,  I turun ikinci oyun günündə Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venelles” də ilk matçına çıxıb. Komanda startda “Paris”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş “Venelles”in 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb (29:31, 24:26, 21:25). Qurbanova matçı 11 xalla başa vurub.

"Beşiktaş"da "günah keçisi" Taliska oldu

2017-10-15 15:35:00

"Beşiktaş"ın braziliyalı yarımmüdafiəçisi Anderson Taliskanın Türkiyə Superliqası və Çempionlar Liqasındakı performansı arasında ciddi fərq var. Oğuzhan Özyakup, Cenk Tosun və Tolqay Arslan onun "xəsis" davrandığı və fərdi keyfiyyətləri sayəsində oyunu öz üzərinə götürməsindən narazıdır. Goal.az xəbər verir ki, Superliqanın 8-ci turunda keçirilən "Genclerbirliği" - "Beşiktaş" (2:1) matçında məğlubiyyətin səbəbkarlarlndan biri kim Taliska göstərilir. "Beşiktaş" rəhbərliyi "Monaco" ilə Çempionlar Liqasında keçiriləcək oyuna qədər mətbuatla ünsiyyətdən imtina edib. Klub idarəçiləri öz aralarında keçirdiyi müzakirədə məğlubiyyətə əsas səbəb kimi baş məşqçi Şenol Güneşin yersiz rotasiyalara yol verməsini görüb.

"Zirə"nin baş məşqçisi İsveçrəyə gedir

2017-10-15 15:17:00

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarını başa vurmaq məqsədi ilə İsveçrəyə yollanacaq Goal.az xəbər verir ki, gənc baş məşqçi təcrübə proqramının növbəti mərhələsini 30 oktyabr - 3 noyabr tarixləri arasında Syon şəhərində keçəcək.

Stiven Jozef-Monroz: "10 min dollar cərimədən xəbərim yoxdur" - MÜSAHİBƏ

2017-10-15 14:52:00

"Qəbələ”nin futbolçusu Stiven Jozef-Monroz Topaz Premyer Liqasının VIII turunda səfərdə "Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. 

Ellardays: "Şotlandiya millisindən yaxşı təklif almışdım"

2017-10-15 14:16:00

Tanınmış ingiltərəli mütəxəsis Sem Ellardays Şotlandiya millisindən gələn təklifi rədd edib. Goal.az xəbər verir ki, bunu 62 yaşlı mütəxəsisin özü "BBC Sport"a açıqlamasında deyib. O, məşqçilik karyerasına fasilə verdiyini vurğulayıb.

"Roma"nın müdafiəçisi zədələnib

2017-10-15 13:52:00

“Praktiki olaraq, Manolasın “Chelsea”yə qarşı oynaması mümkün deyil. O, Mertenslə toqquşduqdan sonra zədə alıb. Fikrimcə, Çempionlar Liqasının növbəti oyununda onun xidmətindən istifadə edə bilməyəcəyik”. Manolas sentyabrın 27-də Bakıda baş tutan “Qarabağ” - "Roma" (1:2) qarşılaşmasında qollardan birini vurmuşdu.

BƏƏ millisinə italyan mütəxəsis

2017-10-15 13:34:00

İtaliyalı mütəxəsis Alberto Zakkeroni BƏƏ millisinə baş məşqçi təyin olunacaq. Goal.az xəbər verir ki, 64 yaşlı çalışdırıcı bu postda argentinalı Edqardo Bauzanı əvəzləyəcək. Bauza bu postda cəmi 3 oyundan sonra Səudiyyə Ərəbistanı millisinə getmişdi. Zakkeroninin son iş yeri Çinin "Beijing Guoan" klubu olub. O, milli komandalardan 2010-14-cü illərdə Yaponiyanın baş məşqçisi olub. Zakkeroninin rəhbərliyi altında yaponlar 2011-ci il Asiya Kubokunun qalibi olub. 

Messi xoşagəlməz statistikanı təkrarlayıb

2017-10-15 13:11:00

İspaniya La Liqasının 8-c turunda "Atletico"nun qonağı olan "Barcelona" 1:1 hesablı bərabərliyə razılaşıb. Katalonların heyətində Luis Suarez fərqlənərək komandasına 1 xal qazandırıb. Goal.az xəbər verir ki, "Barcelona"nın argentinalı ulduzu Lionel Messi bu görüşdə qol vurmamaqla xoşagəlməz statistikasını təkrarlayıb. O, 14 ay ərzində Primeranın ardıcıl 3 səfər qarşılaşmasında fərqlənə bilməyib. Messi "Girona" (4:0) və "Getafe" (2:1) ilə oyunları da boş keçmişdi. Sonuncu dəfə bu, 2016-cı ilin aprel-avqust aylarında qeydə alınmışdı. 

Joze Alesio da Silva: "Asan qollar buraxdıq"

2017-10-15 12:33:00

Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə danışan braziliyalı mütəxəssis  yaratdıqları epizodları sağa-sola xərclədiklərini bildirib :"Halbuki onları qola çevirmək lazımdı ki, sonra qələbəni biz bayram edək. Həm də rəqibin heyətində təcrübəli futzalçılar yer alıb və onlar uzun müddətdir bir komandada çıxış edirlər. Meydanda anlaşma baxımından “Deva”nın üzvləri yaxşı mənada seçilirdilər”.

"Real Madrid" Primerada rekord qırdı

2017-10-15 12:10:00

İspaniya Primerasının 8-ci turunda "Getafe" ilə qarşılaşan "Real Madrid" 2:1 hesabıyla qələbə qazanıb. Goal.az xəbər verir ki, Madrid klubu La Liqada ardıcıl 13 səfər qələbəsi qazanan ilk klub olub. "Real" bu oyunlarda 35 qol vurub və qapısından 1-ni buraxıb. Əvvəlki rekord ardıcıl 12 səfər qələbəsi ilə Qvardiolanın "Barcelona"sına məxsus idi. "Getafe" ilə oyun Zidanın komandanın baş məşqçisi kimi 100-cu qarşılaşması olub. Bu oyunların 75-də qalibiyyət (17 heç-heçə, 8 məğlubiyyət) görən fransalı mütəxəsis "Real"ın 273 qoluna şahidlik edib. 

"Hertha" Donald Trampa etiraz etdi

2017-10-15 11:51:00

Almaniya Bnudesliqasının 8-ci turunda keçirilən "Hertha" - "Schalke" oyunundan (0:2) öncə maraqlı hadisə qeydə alınıb. Goal.az xəbər verir ki, Berlin klubunun futbolçuları və məşqçi heyəti ABŞ prezidenti Donald Tramp və polis zorakılığına etiraz olaraq diz üstə çöküblər. Bu jest ilk dəfə ötən il "San Francisco 49" reqbi komandasının üzvü Kolin Kaepernik tərəfindən edilmişdi. Daha sonra Milli Futbol Liqasının (NFL) nümayəndələri irqçilik və zorakılığa qarşı analoji jestdən itifadə etməyə başladı. "Hertha" buna qoşulan ilk Avropa futbol klubu olub.

Zanetti: "Adrianonu düşdüyü depressiyadan çıxara bilmədik"

2017-10-15 11:32:00

"İnter"in canlı əfsanəsi Xavyer Zanetti braziliyalı Adriano barədə danışıb. Goal.az xəbər verir ki, argentinalı mütəxəsis depressiyanın onu parlaq gələcəyinə təsir göstərdiyini vurğulayıb.

"Bayern Munich"in məşqçisi Bundesliqa tarixinə düşdü

2017-10-15 11:09:00

Yupp Haynkes "Bayern Munich"ə qayıdışını qələbə ilə qeyd edib. Münhen klubu Bundesliqanın 8-ci turunda "Freiburg"u darmadağın edib - 5:0. Goal.az xəbər verir ki, Haynkes, həm də Almaniya çempionatının tarixinə düşüb. 72 yaş 158 günlüyündə olan mütəxəsis Bundesliqanın ən yaxşı 3-cü məşqçisi olub. Bu baıxmdan rekrod "Werder"in sabiq çalışdırıcısı Fred Şultsa (74 yaş 184 gün) məxsusdur. İkinci yerdə Yunanıstan millisinə Avropa çempionluğu qazandıran Otto Rehaqeldir - 73 yaş 270 gün. 

Dirarın "Fenerbahçe"də aldığı məvacib ortaya çıxıb

2017-10-15 10:50:00

"Fenerbahçe"nin ötən yay "Monaco"dan transfer etdiyi Nabil Dirarın müqaviləsindəki maliyyə şərtləri məlum olub. Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin 3.12 milyon avro məvacib aldığı iddia olunur. "Monaco"da bu rəqəm 2.4 milyon avro təşkil edirdi.

"Manchester City" şəxsi rekordunu təkrarlayıb

2017-10-15 10:31:00

İngiltərə Premyer Liqasının 8-ci turunda "Stoke City"ni qəbul edən "Manchester City" 7:2 hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, "şəhərlilər" çempionat matçında 7 qol vuraraq şəxsi rekordunu təkrarlayıb. 2013/14 mövsümündə "City" evdə "Norwich City"ni 7 cavabsız qolla darmadağın etmişdi.

"Sumqayıt” – "Qəbələ” matçında 1 qol

2017-10-14 23:44:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Araz" UEFA kubokunun elit-raund mərhələsinə çıxa bilməyib

2017-10-14 22:05:00

Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi 3-cü oyununda məğlub olub.

Premyer Liqada hər oyuna biletlərin orta qiyməti açıqlanıb

2017-10-14 19:37:00

"Ernst & Young" (EY) Konsaltinq şirkəti İngiltərə Premyer Liqası oyunlarında biletlərin qiyməti ilə bağlı illik araşdırmasıın nəticələrini açıqlayıb. Goal.az xəbər verir ki, Premyer Liqada hər oyuna bilet qiyməti orta hesabla 32 funtdur. Azarkeşlərin yarıdan çoxu hər oyuna bilet üçün 30 funt ödəyirlər. Səfər oyunlarına biletlərin orta qiyməti isə 26 funt təşkil edir.

Levandovski: "Qızıl top heç vaxt mənim hədəfim deyil" - MÜSAHİBƏ

2017-10-14 18:15:00

- Yaxşı oynadıq. Zədəyə görə Çempionlar Liqasında "Real"a qarşı ilk oyunu buraxmasaydım, finala çıxmaq şansımız olardı. Oyuna tam hazır çıxsaydım, yarımfinala vəsiqə qazana bilərdik. sonra kim bilir, Çempionlar Liqasında qalibiyyət gələrdi.

"Galatasaray"da ab-hava gözəldir"

2017-10-14 16:50:00

"Galatasaray"ln braziliyalı yarımmüdafiəçisi Fernando Reqes klubun kanalına qonaq olub. Goal.az xəbər verir ki, 30 yaşlı havbek fərqli mövzular ətrafında fikirlərini bölüşüb.

Adriano: "Mətbuat hər dəfə məni məhv etməyə çalışır"

2017-10-14 16:35:00

"İnter"də göstərdiyi parlaq oyundan (2001-09) sonra gözlənilmədən karyerasında eniş baş verən Adriano Braziliya telekanallarından birində qonaq olub. Goal.az onun müsahibəsini təqdim edir.

"Morata mənə qardaş kimidir, ona nifrət edə bilməzdim"

2017-10-14 16:13:00

İtaliya millisinin hücumçusu Simone Zaza İtaliya mətbuatına geniş müsahibə verib. Goal.az onun ən maraqlı açıqlamalarını təqdim edir.

Viera: "Belə bir sınağa hələ hazır deyiləm"

2017-10-14 15:51:00

"New York City" klubunun baş məşqçisi Patrik Viera adının ABŞ millisi ətrafında hallanmasına münasibət bildirib. Goal.az xəbər verir ki, gənc mütəxəsis bu işə hazır olmadığını deyib.

"Werder"in kapitanı milli karyerasını başa vurdu

2017-10-14 15:33:00

"Werder"in kapitanı Zlatko Yunuzoviç Avstriya millisində karyerasını başa vurub. Goal.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyasının saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi millidə debüt matçını 2006-cı ildə keçirib. Onun aktivində 55 oyun və 7 qol var. Yunuzoviç Avstriya millisinin heyətində AVRO-2016-da 1 oyuna çıxıb.

Dünya çempionatından kənarda qalan komandada baş məşqçi istefası

2017-10-14 15:14:00

2018-ci il dünya çempionatəndan kənarda qalan ABŞ millisində baş məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, Bryus Arena postunu tərk etdiyini açıqlayıb.

Boatenq yeni texnologiyalardan rasizmə qarşı mübarizədə istifadəni təklif edir

2017-10-14 14:52:00

Rasizmlə mübarizə aparmağı qarşısına vəzifə qoyan futbolçulardan biri də Kevin-Prins Boatenqdir. O, bu mübarizədə yeni texnologiyadan istifadə olunmasını təklif edir. Goal.az xəbər verir ki, qanalı yarımmüdafiəçi irqçilik edən azarkeşləri bu sistem vasitəsilə təyin etməyim mümkünlüyünə toxunub.

Çin Superliqasına Avropa və Amerikadan hakimlər dəvət olunub

2017-10-14 14:29:00

Çin Futbol Federasiyası bu həftədən etibarən yerli çempionat oyunlarını idarə etmək üçün avropa və amerikalı hakimləri dəvət edəcək. Goal.az xəbər verir ki, qurum rəsmi bəyanatında Yonas Eriksson, Toni Şapron kimi təcrübəli hakimlərin çinli həmkarlarına seminar və master-klass keçəcəyi də vurğulanıb. Çin Superliqasında 2018-ci ilə kimi videotəkrar sistemindən istifadə olunması da planlaşdırılır.

Taliska və Volkan Demirelə qarşı iş açılıb

2017-10-14 13:51:00

İstanbul Dövlət Prokurorluğu "Beşiktaş"ın futbolçusu Anderson Taliska və "Fenerbahçe"nin qapıçısı Volkan Demirelə qarşı iş açıb. Goal.az xəbər verir ki, onlar "İdmanda şiddət və intizamsızlığın qarşısını almağa dair qanun"u pozmaqda ittiham olunur. Türkiyə Superliqasının 6-cı turunda keçirilən "Fenerbahçe" - "Beşiktaş" (2:1) matçında Taliskanın təhqiramiz əl jestinə cavab olaraq paltardəyişmə otağında Volkan onunla məsələni aydınlaşdırmağa çalışıb. Daha sonra idarəyə çağrılan türk qapıçı ona qarşı ittihamları rədd etmişdi. 

Şotlandiya millisində yeni baş məşqçi

2017-10-14 13:33:00

Şotlandiya millisində baş məşqçi səlahiyyətini müvəqqəti olaraq Malki Makkey icra edəcək. Goal.az xəbər verir ki, 45 yaşlı mtəxəsis bu postda Qordon Straçanı əvəzləyib. Makkeyin baş məşqçi kimi ilk sınağı noyabrın 9-da Hollandiya ilə yoldaşlıq görüşünə təsadüf edəcək.