İdman

Dünya çempionatının növbəti oyunlarına təyinatlar

2018-06-24 13:33:00

Dünya çempionatında sabah keçiriləcək dörd oyunun hakim təyinatları açıqlanıb. Goal.az həmin təyinatları təqdim edir. 

Zenit-in futbolçusu Qəbələ-nin düşərgəsində

2018-06-24 13:10:00

Sloveniyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ”nin düşərgəsinə yeni oyunçu qoşulub. Goal.az xəbər verir ki, “Zenit”in yarımmüdafiəçisi Aleksey İsayev komanda ilə birlikdə məşq edir.

FİFA Serbiya - İsveçrə oyunu ilə əlaqədar intizam işi açıb

2018-06-24 12:46:00

FİFA dünya çempionatının qrup mərhələsində baş tutan Serbiya - İsveçrə (1:2) matçında iştirak edən bir neçə şəxsə qarşı intizam işi açıb. Goal.az xəbər verir ki, bunlar Şerdan Şakiri, Qranit Caka və Serbiya millisinin çalışdırıcısı Mladen Krstayiçdir. Caka və Şakiri fərqlənəndən sonra qol sevincini əllərini çarpazlayaraq qeyd etmişdi. Məlumdur ki, hər iki futbolçu mənşəcə kosovo albanıdır. Onlar bu işarə ilə Albaniyanın bayrağında yer alan qartalı imitasiya etməyə çalışıb. Albanlar və serblər arasında münasibətlər gərgin olması ilə seçilir.

Millimiz Belarusla bacarmadı

2018-06-24 12:28:00

Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində bu gün 2-ci turun oyunları keçirilib. Goal.az xəbər verir ki, Belarus yığması ilə qarşılaşan Azərbaycan millisi 1:4 hesabı ilə məğlub olub. Komandamızın qolunu İlkin Hacıyev vurub.

Braziliya millisində iki itki

2018-06-24 12:05:00

Braziliya millisinin futbolçuları Danilo və Duqlas Kosta DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Serbiya ilə oyunu buraxacaqlar. Goal.az xəbər verir ki, buna səbəb hər iki oyunçunun zədəli olmasıdır. Məlumatı yığmanın həkimi Rodriqo Lasmar təsdiqləyib. O deyib ki, Danilo və D.Kostanın tez bir zamanda sağalması üçün çalışacaqlar.

Üç ingilis azarkeş cəzalandırıldı

2018-06-24 11:29:00

İngiltərə millisinin 3 azarkeşinə dünya çempionatı zamanı stadionlara giriş qadağan edilib. Goal.az xəbər verir ki, onlar antisemitik manhı oxuyub və nasist işarəsi göstəriblər. Bunlar isə mundial üçün hazırlanan video rolikə düşüb. Nəticədə Lester məhkəməsi 57 yaşlı Maykl Herbertə 5 il müddətinə stadiona girişə qadağa qoyub. 52 və 58 yaşlı digər iki azarkeşin işinə isə iyunun 26-da baxılacaq. Hazırda polis digər azarkeşlərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır. 

"Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"

2018-06-24 10:49:00

"Keçirdiyimiz ilk yoxlama oyunu idi. Futbolçulardan razı qaldım”. Goal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində “Ludoqorets”lə keçirilən yoxlama oyunundan sonra klubun saytına açıqlamasında deyib. 1:1 hesablı bərabərliyi şərh edən Qurbanov növbəti görüşlərdə daha yaxşı çıxış edəcəklərini bildirib: “Səhvlərimiz oldu, amma düzgün oynamağa çalışdıq. Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq".

Qarabağ ilk matçında heç-heçə etdi

2018-06-24 10:30:00

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” ötən gün ilk yoxlama oyununa çıxıb. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın “Ludogorets” klubuyla qarşılaşıb.

Hansı oyun, hansı kanalda?

2018-06-24 10:07:00

Goal.az bu gün baş tutacaq oyunları yayımlayacaq kanalları və onların Topaz əmsallarını təqdim edir.

Argentinalılar hirsini xorvat azarkeşdən çıxıblar - video

2018-06-23 17:00:00

DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda keçirilən Argentina – Xorvatiya oyunu zamanı insident yaşanıb.

Pike ilə İskoya xüsusi mükafat - FOTO

2018-06-23 16:37:00

İspaniya millisinin futbolçuları Jerar Pike və İsko Rusiyadakı dünya çempionatında oyun zamanı quşu xilas etdikləri üçün mükafatlandırılacaqlar.

"Qarabağ'a təşəkkür edirəm, ancaq pul hər şey demək deyil"

2018-06-23 16:15:00

İtaliya mətbuatı Qarabağ-ın Vintçentso Fiorellodan ötrü Pescara-ya 600 min avro təklif etdiyini yazmışdı. Futbolçu faktı təsdiqləyib. 

Caka qol sevincini vətəninə həsr edib

2018-06-23 15:49:00

İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Caka Serbiya ilə oyunda (2:1) vurduğu qoldan sonra etdiyi jest barədə fikirlərini bölüşüb.

"VAR seçilmiş komandaların lehinə işləyir" - açıqlama

2018-06-23 15:27:00

Serbiya Futbol Federasiyasının vitse-prezidenti Savo Miloşeviç İsveçrə ilə oynanılan görüşdən (1:2) sonra VAR (video-köməkçi hakim) haqqında danışıb.

Salah Çeçenistanın fəxri vətəndaşı seçildi

2018-06-23 15:05:00

Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı seçilib.

Argentinalı fanatlar Rusiyada "azdılar"

2018-06-23 14:43:00

Dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya gədən iki argentinalı azarkeş kuryoz olayla üzləşib.

"Qarabağ'ın çox güclü heyəti var”

2018-06-23 14:16:00

“Asan rəqib yoxdur. Yaxşılardan biri olmaq istəyirsənsə, ən yaxşıya qarşı oynamalı və onu məğlub etməlisən”.

"Messinin ciddi psixoloji problemləri var"

2018-06-23 13:44:00

Argentina millisinin hücumçusu Lionel Messi hazırda Rusiyada ciddi psixoloji problemlər keçirir.

Proqres - Qəbələ matçının yeri və başlama saatı açıqlandı

2018-06-23 13:21:00

Qəbələ və Lüksemburqun Progres komandaları arasında iyulun 19-da keçiriləcək cavab görüşünün keçiriləcəyi stadion və başlama saatı açıqlanıb.

Qarabağ-ın maraq dairəsində olan futbolçu seçimini etdi

2018-06-23 13:00:00

Qarabağ-ın maraq dairəsində olan Xama Billiat seçimini edib. 

Sumqayıt'a yeni məşqçi təyin olundu

2018-06-23 12:34:00

Sumqayıt futbol klubunun baş məşqçisi Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.

Sampaoli ilə bağlı qərar verildi

2018-06-23 12:15:00

Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Xorvatiya ilə görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətə (0:3) baxmayaraq, hələlik postunda qalacaq. 

Belçika millisində müdafiəçi problemi

2018-06-23 11:48:00

Belçika millisində müdafiəçi problemi davam edir.

Almanlar Özili təhqir edir - "zavallı ölü qurbağa"

2018-06-23 11:29:00

Londonda bir tədbirdə Türkiyə prezidenti Receb Tayyip Erdoğan ilə şəkil çəkdirən Almaniyanın türk əsilli futbolçusu Özilə qarşı çirkin fikirlər səngimək bilmir.

Neymar niyə ağladığını açıqladı

2018-06-23 11:10:00

Braziliyalı hücumçu Neymar Kosta Rikanı məğlub etdikdən sonra ağlaması barədə danışıb.

Almaniya millisində itki

2018-06-23 10:48:00

Dünya çempionatının qrup mərhələsinin II turunda İsveçlə qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib.

Neymar üçüncü oldu

2018-06-23 10:27:00

Braziliya millisi DÇ-2018-dəki ikinci oyununda Kosta-Rikanı 2:0 hesabı ilə məğlub edib ki, qollardan birini də Neymar vurub. 

DÇ-2018: II turun növbəti görüşləri keçiriləcək

2018-06-23 09:41:00

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II turun növbəti görüşləri keçiriləcək.

Keşlə 3 futbolçu ilə müqaviləni uzatdı

2018-06-22 19:21:00

Keşlə klubu daha 3 futbolçusu ilə müqaviləni yeniləyib. 

Rusiyalı hücumçu: "Xorvatiya inamlı qələbə qazanacağını demişdim"

2018-06-22 18:45:00

Rusiya millisinin hücumçusu Artyom Dzyuba iyunun 21-i Xorvatiya millisinə 3 cavabsız qolla uduzan Argentina barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, forvard bunları deyib:

Rusiyada amerikalı azarkeş xəstəxanaya yerləşdirilib

2018-06-22 18:22:00

Rusiyanın Sankt-Peterburq şəhərində bir ABŞ vətəndaşı psixiatrik xəstəxanaya yerləşdirilib. Goal.az xəbər verir ki, 39 yaşlı şəxs dünya çempionatının oyunlarını izləmək üçün gəlib. Azarkeşə görə otel təcili tibbi yardıma müraciət edib. Nömrəyə gələn həkimlər amerikalı şəxsin aqressiv olduğunu görüb polisə xəbər veriblər. Nəticədə asayiş keşikçiləri ona fiziki güc tətbiq edərək xəstəxanaya aparıblar.

Topaz premyer Liqasında mövsümün start tarixi açıqlandı

2018-06-22 17:34:00

Peşəkar Futbol Liqası Topaz Premyer Liqasında 2018/2019-cu illər mövsümünün start tarixini müəyyənləşdirib.