İdman

Adebayor: "Həmin gündən "Arsenal"a nifrət edirəm"

2018-01-19 12:30:00

"Arsenal"ın sabiq hücumçusu Emmanuel Adebayor 2009-cu ildə "Manchester City"yə keçməyinin səbəbini açıqlayıb. Goal.az xəbər verir ki, toqolu forvard əsas səbəbkar kimi komandanın baş məşqçisini göstərib. O, Venqerə görə, hələ də "topçular"a nifrət etdiyini gizlətməyib.

Dadaşov 4 klubun hədəfində

2018-01-19 12:14:00

Azərbaycan millisinin sabiq futbolçusu, Almaniya Regional Liqa təmsilçisi “Dinamo”nun formasını geyinən Rüfət Dadaşov klubunu dəyişə bilər.

"Manchester United" Ronaldonun geri qayıtmasında maraqlıdır

2018-01-19 11:53:00

Son günlər Ronaldonun "Real"da az məvacib alması və klubun prezidenti Florentino Perezin yeni müqavilə imzalamaq məsələsini uzatmasından narazı olduğu barədə xəbərlər yayılmaqdadır. Media portuqaliyalı ulduzun sabiq klubu "Manchester United"ə qayıtmaq ehtimalını istisna etmir. Goal.az xəbər verir ki, "manikunianlar"ın baş məşqçisi Joze Mourinyo da yenidən 32 yaşlı forvardla işləmək istəyir. Ronaldonun "United"ə qayıtması kluba 400 milyon avroya başa gələ bilər. Bunun 200 milyonu transferə görə, digər yarısı isə onun məvacibinə sərf olunacaq. Futbolçunun "Real"la cari müqaviləsi 2021-ci ilə kimi qüvvədədir. Onun buraxılış qiyməti 1 milyard avro göstərilib.

"Chelsea" "Roma"dan 2 futbolçunu istəyir

2018-01-19 11:34:00

FİFA tərəfindən transfer qadağası ilə üzləşmək təhlükəsi qarşısında olan "Chelsea" heyəti gücləndirmək fikrindədir. Goal.az xəbər verir ki, "zadəganlar" "Roma"nın 2 futbolçusu - müdafiəçi Emerson və hücumçu Edin Dzeko ilə maraqlanır. Onlara görə 50 milyon avro təklif edilir. London klubu Mişi Batşuayini "canavarlar"a icarəyə göndərməyə hazırdır. "Roma" isə 15 milyon avro bonus da tələb edir. İtalyan klubu Batşuayini icarəyə götürə bilməsə, "Liverpool"un forvardı Daniel Starici heyətə qatmağa çalışacaq. Stariclə "Sevilla" və "İnter" də maraqlanır. 

Millinin baş məşqçisindən "Qarabağ"ın hədəfində olan futbolçu ilə bağlı

2018-01-19 11:28:00

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubuna satan "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun forvardı Xama Billiata təklif göndərib. Bu transfer iddiası Billiatın vətəni - Zimbabve mətbuatını zəbt edib.

"Chelsea"yə transfer qadağası qoyula bilər

2018-01-19 10:38:00

İngiltərənin “Chelsea” futbol klubuna transfer qadağası qoyula bilər.

"Sumqayıt" "Səbail"ə uduzdu

2018-01-19 10:17:00

Azərbaycan Premyer Liqasının 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" və "Səbail" yoxlama oyununda qüvvələrini sınayıblar.

"Kəpəz" Türkiyəyə yollanıb

2018-01-18 22:00:00

“Kəpəz” çempionatın qış fasiləsi dövründə hazırlığın Bakı hissəsini başa vuraraq Türkiyəyə yollanıb. Goal.az xəbər verir ki. Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq. “Kəpəz” qardaş ölkədə taktiki və texniki çalışmalar üzərində işləyəcək, həmçinin yoxlama oyunları keçirəcək. Türkiyə toplanışı dövründə komandamız Rumıniya (22 yanvar - “Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - “Daejeon Citizen”), Polşa (28 yanvar - “Yagelloniya”) və Serbiya (31 yanvar - “Spartak” Subotiça) klubları ilə qarşılaşacaq.

"Arsenal"ın baş məşqçisi hörmətsizlikdə ittiham olundu

2018-01-18 21:12:00

"Borussia Dortmund"un idman direktoru Mixael Zork "Arsenal"ın baş məşqçisinin Obameyanqla danışmasından narazı qalıb. Goal.az xəbər verir ki, almaniyalı funksioner bunları deyib:

"Fenerbahçe"nin azarkeş qrupu "Qarabağ"ın düşərgəsində

2018-01-18 20:08:00

"Fenerbahçe"nın "1907 UNİFEB" azarkeş qrupu Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib.Goal.az xəbər verir ki, Ağdam təmsilçisi tərəfindən "Chelsea" ilə matçda açılan Azərbaycanın ən böyük xoroeqrafiyasında əməyi olan azarkeş qrupunun bir neçə üzvü dünən "Kuban"la yoxlama oyunundan öncə komandanın düşərgəsində olub.

Türkiyə klubu Robinyo ilə danışıqlar aparır

2018-01-18 19:16:00

"Real Madrid" və Braziliya millisinin sabiq futbolçusu Robinyo karyerasını Türkiyədə davam etdirə bilər. Goal.az xəbər verir ki, təcrübəli hücumçu ilə Superliqada mübarizə aparan "Demir Grup Sivasspor"la danışıqlar aparır. Bu barədə komandanın baş məşqçisi Samet Aybaba mətbuata açıqlamasında danışıb.

"Barcelona"nın futbolçusu zədələnib

2018-01-18 18:54:00

"Barcelona" yarımmüdafiəçisi Paulinyonu zədə səbəbindən itirə bilər. Goal.az xəbər verir ki, İspaniya Kubokunun 1/4 final mərhələsində zədə alan futbolçu 56-cı dəqiqədə əvəzlənmişdi. Braziliyalı havbekin sağ ayağında ağrılar var. Onun durumu haqqında son məlumat tibbi müayinədən sonra veriləcək.

"Kəpəz"dən növbəti transfer

2018-01-18 18:37:00

Qış fasiləsində “Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.

"Obameyanq səhvlərindən nəticə çıxarsa..."

2018-01-18 18:15:00

"Borussia Dortmund"un baş məşqçisi Peter Ştöqer komandanın hücumçusu Pyer-Emerik Obameyanqla söhbət etdiyini bildirib. Goal.az xəbər verir ki, alman mütəxəsis onu yenidən heyətə qaytarmağa hazır olduqlarını qeyd edib.

“Qarabağ” Qvardiolanın “Barcelona”sı kimi oynayır”

2018-01-18 17:52:00

“Qarabağ” dünən Antalyada təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirib. Rusiyanın “Kuban” klubuyla qarşılaşan Qurban Qurbanovun yetirmələri matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Kannavaro A Seriyasının autsayderi ilə anlaşdı

2018-01-18 17:12:00

İtaliya millisinin sabiq kapitanı Fabio Kannavaronun 18 yaşlı oğlu Kristian A Seriyasının autsayderi ilə müqavilə imzalayıb. Goal.az xəbər verir ki, gənc futbolçu karyerasını "Benevento"da davam etdirəcək. Turin cədvəlinin sonuncusu onu "Sassuolo"dan heyətinə qatıb. Klub daha öncə Jan-Klod Bilonq, Qilyerme və Şeyk Diabateni transfer etmişdi. Kannavaro bu mövsüm cəmi 1 kubok oyununda 44 dəqiqə meydanda olub.

Fransa klubunda baş məşqçi istefası

2018-01-18 16:48:00

Fransa Liqasında mübarizə aparan "Bordeaux"da baş məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, "jirondistlər" Joslen Qurvennekanı istefaya göndərib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Erik Bedue icra edəcək. Quverennek 2016-cı ildən "Bordeaux" klubuna rəhbərlik edirdi. Komanda ötən mövsüm Fransa çempionatında 6-cı yeri tutmuşdu. Qeyd edək ki, klub son 6 oyunun 5-də uduzub.

Mesut Özilin taleyinə aydınlıq gəlib

2018-01-18 16:30:00

Aleksis Sançezdən fərqli olaraq "Arsenal"ın digər futbolçusu Mesut Özil müqaviləsinin sonuna kimi klubda qalacaq. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Arsen Venqer almaniyalı havbekin yanvarda klubu tərk etməyəcəyini bildirib. 29 yaşlı Özilin "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatır.

Gənc hücumçu Turin klubu ilə anlaşıb

2018-01-18 16:10:00

"Qarabağ"ın bu mövsüm Çempionlar Liqasından kənarlaşdırdığı "Sheriff" əsas qol silahını A Seriyasına göndərib. Goal.az xəbər verir ki, 18 yaşlı hücumçu Vitali Damaşkan karyerasını "Torino"da davam etdirəcək. moldovalı forvard Turin klubu ilə 3.5 illik müqavilə imzalayıb. Klubların arasındakı razılığa əsasən Damaşkan 2018/19 mövsümünün ilk yarısını "Sheriff"də keçirəcək. O, ötən mövsüm 13 qolla Moldova çempionatında komandasının bombardiri olmuşdu. İtaliyada moldova millisinin digər üzvü Artur İonitse də çıxış edir. 

"Trabzonspor" 2 legionerini cəzalandıracaq

2018-01-18 15:50:00

"Trabzonspor" Türkiyə Kubokunda iki oyunun nəticəsinə görə "Konyaspor"a uduzaraq mübarizəni dayandırıb. Komandanın baş məşqçisi Rza Çalımbay oyunun ardından geniş müsahibə verib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis 2 legioner - Esteban və Xose Sosanın cəzalandırılacağını qeyd edib.

"Barcelona" müdafiəçisi ilə yeni müqavilə imzaladı

2018-01-18 15:28:00

"Barcelona"nın müdafiəçisi Jerar Pike klubla müqaviləsini uzadıb. Goal.az xəbər verir ki, 30 yaşlı futbolçunun yeni anlaşması 2022-ci il 30 iyuna kimi nəzərdə tutulub. Buraxılış qiyməti 500 milyon avro müəyyən edilib.Pike katalon klubunun yetirməsidir. 2004-cü ildə "Manchester United"ə gedən müdafiəçi 4 ildən sonra geri qayıtmışdı. "Barcelona" rəhbərliyi yeni müqavilənin imzalanması münasibətilə ənənəvi mətbuat konfransı təşkil edəcək. Onun tarixi sonra açıqlanacaq. 

Millimiz FİFA reytinqində gerilədi

2018-01-18 15:10:00

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. 

Pike: "Ümid edirəm, "Camp Nou"da heç kim təhqir olunmaz"

2018-01-18 14:48:00

İspaniya Kubokunun 1/4 final mərhələsində keçirilən ilk oyunda "Barcelona" səfərdə "Espanyol"a uduzub - 0:1. Goal.az xəbər verir ki, məğlub komandanın müdafiəçisi jerar Pike oyundan sonra fikirlərini bölüşüb. O, rəqib azarkeşlərinin həyat yoldaşı Şakira barədə təhqiramiz və qıcıqlandırıcı şüarlarına münasibət bildirib.

"Arsenal"ın futbolçusu "Everton"da

2018-01-18 14:30:00

Bu qış "Beşiktaş"dan Cenk Tosunu heyətə qatan "Everton" növbəti transferini reallaşdırıb. Goal.az xəbər verir ki, Liverpul klubu "Arsenal"dan Teo Uolkottu transfer edib. 28 yaşlı vinqer 3.5 illik müqaviləyə imza atıb. "Topçular" bu transferdən 22.4 milyon avro qazanacaq. Uolkott "Everton"da həftəyə 110 min funt məvacib alacaq.

"Atletico"nun 22 yaşlı azarkeşi bıçaqlanıb

2018-01-18 14:12:00

İspaniya Kubokunun 1/4 finalında keçirilən "Atletico" - "Sevilla" (1:2) matçından öncə azarkeşlər arasında qarşıdurma yaşanıb. Goal.az xəbər verir ki, "Wanda Metropolitano" arenasının yaxınlığındakı insidentdə Madrid klubunun 22 yaşlı azarkeşi 3 bıçaq yarası alıb. Qasıq, əl və kürək nahiyəsindən yaralanan azarkeş ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Şvaynştayqer MLS klubu ilə yeni anlaşma imzaladı

2018-01-18 13:52:00

"Chicago Fire" klubunun almaniyalı futbolçusu Bastian Şvaynştayqer MLS təmsilçisi ilə yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, yeni anlaşma 1 il müddətinə qüvvədə qalacaq. 33 yaşlı yarımmüdafiəçinin əvvəlki müqaviləsi dekabrda başa çatmışdı. Şvaynştayqer yenidən Avropada oynamaq planını götür-qoy edirdi. O, 2017-ci ilin qışında "Manchester United"dən Çikaqo klubuna keçmişdi. Təcrübəli havbek ötən mövsüm 25 rəsmi oyunda 3 qol vurmuşdu. 

"Beşiktaş" - "Bayern Munich" matçı bu qadına görə tarixə düşəcək

2018-01-18 13:31:00

"Beşiktaş" Çempionlar Liqasının Almaniyanın "Bayern Münich" klubu ilə qarşılaşarkən Türkiyədə  bir ilk yaşanacaq.

Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət gedə bilməz” - MÜSAHİBƏ

2018-01-18 13:04:00

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti Tofiq Heydərov 2017-ci ilin yekunları ilə bağlı qurumun rəsmi saytının suallarını cavablandırıb.

Ramil Quliyev hədəfini açıqladı

2018-01-18 12:26:00

Türkiyə millisinin şərəfini qoruyan sprinter Ramil Quliyev 2018-ci il üçün hədəflərini açıqlayıb.

“Ruslan Abışova ateist olduğumu deyəndə, mənimlə danışmadı”

2018-01-18 12:03:00

“Neftçi”dən ayrıldıqdan sonra Qazaxıstana getmək haqda düşünürdüm. Amma mövsümün sonuna qədər “Karvina”da qalası oldum”.

Azərbaycan Premyer Liqası ilk "3-lük"də - FOTO

2018-01-18 11:43:00

Son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının UEFA reytinqində hərəkət cədvəli açıqlanıb. 

"Arsenal" Obameyanqla danışıqlara başladı

2018-01-18 11:26:00

"Arsenal" "Borussia"nın futbolçusu Pyer-Emerik Obameyanqla danışıqlara başlayıb.