İdman

Qvardiola sentyabrın ən yaxşısı seçildi

2017-10-13 15:32:00

"Manchester City"nin çalışdırıcısı Xosep Qvardiola İgiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi seçilib. Goal.az xəbər verir ki, katalon mütəxəsis Maurisio Poçettino (Tottenham), Joze Mourinyo (Manchester United) və Arsen Venqer (Arsenal) kimi həmkarlarını qabaqlayıb. Bu mükafat onun Premyer Liqa karyerasında 2-cidir.

Millimizin üzvü "Galatasaray"da

2017-10-13 15:13:00

17 yaşlılardan ibarət milli komandamızın üzvü Mutlu Aksu Doğan karyerasını "Galatasaray"da davam etdirəcək.

Errera və Barqas mövsümün sonuna kimi "Neftçi"də

2017-10-13 14:50:00

"Neftçi” iki futbolçusu – İqnasio Errera və Uqo Barqas ilə müqavilənin müddətini artırıb.

Ronaldo yuxu məşqçisi tutdu

2017-10-13 14:27:00

Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldonun komanda yoldaşlarından daha çox məşq etdiyi, özünü fiziki və texniki baxımdan inkişaf etdirmək üçün çox çalışdığını hamı bilir. Ancaq onun xüsusi yuxu məşqçisi olduğunu və xüsusi rejimlə yatdığını bilən çox az adam var.

Messi - "Manchester City" iddiaları güclənir

2017-10-13 14:08:00

Katalon klubu ilə 18 aydır danışıq aparan və yeni müqavilə imzalamayan Messinin "Manchester City" ilə uzun müddətdir danışıqlar apardığı bilinirdi. 

Lebron Ceyms mövsümün açılışını buraxacaq

2017-10-13 12:50:00

Lebron Ceyms mövsümün açılışını buraxacaq.

Xorxe Sampaoli Çilinin fiaskosunu öncədən təxmin edib

2017-10-13 12:40:00

Çili millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli 2015-ci ildə komandanın dünya çempionatına çıxa bilməyəcəyini deyib. Goal.az xəbər verir ki, "Las Ultimas Noticas" onun 2 il öncəki açıqlamasını yayıb. Təcrübəli mütəxəsis milli üzvlərini qeyri-peşəkarlıq və rejim qaydalarını gözləməmkdə ittiham edir.

Braziliyalı mütəxəsisin oğlan nəvəsi dünyaya gəlib

2017-10-13 12:23:00

Braziliya millisi və "Real"ın sabiq müdafiəçisi Roberto Karlos baba olub. Goal.az xəbər verir ki, 44 yaşlı mütəxəsisin ikinci qızı Covanna oğlan övladı dünyaya gətirib. Ona Pedro adı verilib. Karlos İnstagram hesabından qızını təbrik edib.

Millidə türk məşqçi?

2017-10-13 12:06:00

Yığmamızın baş məşqçisi Prosineçki bir neçə gün əvvəl Xorvatiya mətbuatına verdiyi açıqlamada Azərbaycan millisinin baş məşqçi postundan gedəcəyini bildirmişdi.

Ture: "FİFA və Rusiya hökumətinə köməyə hazıram"

2017-10-13 11:45:00

"Manchester City"nin yarımmüdafiəçisi Yaya Ture 2018-ci il dünya çempionatı öncəsi rasizmdən narahatlığını ifadə edib. Goal.az xəbər verir ki, təcrübəli havbek bunları deyib:

Məşhur futbolçu prezident seçilə bilər

2017-10-13 11:14:00

Məşhur afrikalı futbolçu Corc Vea çərşənbə axşamı Liberiyada baş tutan prezident seçkilərində liderlik edir.

Advokat Hollandiya millisindən ayrılır

2017-10-13 10:50:00

Futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Dik Advokat noyabrda postunu tərk edəcək.

Premyer Liqada ikinci dövrəyə start verilir

2017-10-13 10:28:00

Bu gün Topaz Premyer Liqasında ikinci dövrəyə start veriləcək. 

Fiqunun yeni iş yeri müəyyənləşdi

2017-10-13 10:09:00

Portuqaliyanın əfsanəvi futbolçusu Luiş Fiqu UEFA-da çalışacaq.

"Barcelona" Messiyə 89 milyon avro ödəməyə hazırdır

2017-10-12 21:07:00

"Barcelona" Lionel Messini hər vasitə ilə komandada saxlamaq niyyətindədir. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, katalon klubu ona müqaviləni yeniləməsi müqabilində 89 milyon avro ödəməyə hazırdır. 30 yaşlı hücumçunun cari müqaviləsi 2018-ci ilin ayında başa çatacaq. Messi yeni müqaviləyə imza atsa, həftədə 557 min avro qazanmaq imkanı olacaq.

Şotlandiya millisində baş məşqçi istefası

2017-10-12 20:10:00

Şotlandiya millisinin baş məşqçisi Qordon Straçan istefaya göndərilib. Goal.az xəbər verir ki, 60 yaşlı mütəxəsislə bərabər köməkçisi Mar Makqi də postunu tərk edib. Bu barədə Şotlandiya Futbol Assosasiyası məlumat yayıb. Qurumun baş direktoru Styuart Riqan istefa səbəbi kimi komandanın dünya çempionatından kənarda qalmasını qeyd edib. Straçan 2013-cü ildən millinin sükanı arxasında idi. Şotlandiya seçmə mərhələnin F qrupunda keçirdiyi son oyunda Sloveniya ilə heç-heçə edərək (2:2) pley-offda oynamaq şansını itirmişdi. 

Premyer Liqada VIII turun hakim təyinatları

2017-10-12 19:20:00

Azərbaycan Premyer Liqasında VIII turun hakim təyinatları açıqlanıb. Goal.az xəbər verir ki, "İnter"lə "Qarabağ" arasında keçiriləcək turun açılış oyunu FİFA referisi Əliyar Ağayevə tapşırılıb. 

“Kamp Nou” stadionunun adı dəyişə bilər

2017-10-12 19:11:00

“Barcelona” “Kamp Nou” stadionunun adını dəyişə bilər.

"Tottenham"in futbolçusu məşqlərə başladı

2017-10-12 18:37:00

“Tottenham”in uzun müddət zədədən əziyyət çəkən futbolçusu Erik Lamela məşqləri bərpa edib. Goal.az xəbər verir ki, keçən ilin oktyabrında budundan zədə alan 25 yaşlı yarımmüdafiəçi bu ilin mart ayında əməliyyat olunmuşdu. Lamelanın noyabrda tam hazır olacağı gözlənilir. Argentinalı futbolçu 2013-cü ildən London klubunda çıxış edir.

PSG-nin prezidenti korrupsiyada ittiham olunur

2017-10-12 17:52:00

PSG prezidenti Naser Əl-Xəlaifinin adı dünya çempionatının teleyayım hüquqlarına sahib çıxmaq üçün korrupsiyada hallanır.

Avropa çempionatında iştirak edəcək ağırlıqqaldıranlarımız müəyyənləşib

2017-10-12 17:50:00

15 oktyabrda Albaniyanın paytaxtı Tiranada 20 və 23 yaşadək ağırlıqqaldıranlar arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.

Deyv Bultuis: "Qəbələdə oyundan öncə azarkeş yox, inək görürsən"

2017-10-12 17:29:00

“Qəbələ”nin müdafiəçisi Deyv Bultuis Hollandiya mətbuatına müsahibə verib.

Yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

2017-10-12 17:10:00

2019-cu ildə keçiriləcək kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

"Pikenin fikirləri ilə həmişə razı deyiləm, amma onun azarkeşiyəm"

2017-10-12 16:49:00

"Atletico Madrid"in müdafiəçisi Filipe Luis "Barcelona"nın müdafiəçisi Jerar Pike haqqında xoş fikirlər səsləndirib. Goal.az xəbər verir ki, braziliyalı futbolçu Kataloniyanın müstəqilliyi məsələsinə də toxunub.

Gənclər arasında Dünya çempionatında ilk qadın referi

2017-10-12 16:30:00

17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında qadın hakim də olacaq. Goal.az xəbər verir ki, FİFA isveçrəli Ester Ştoyblini Yaponiya - Yeni Kaledoniya matçına referi təyin edib. Oktyabrın 14-də başlayacaq görüş Hindistanın Kalkutta şəhərində olacaq.

"Porto" hücumçusu ilə müqavilə yenilədi

2017-10-12 16:11:00

"Porto" Vensan Abubakarla müqaviləni yeniləyib. Goal.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2021-ci ilə kimi yeni anlaşma imzalanıb. Abubakarın buraxılış qiyməti 50 milyon avroya yüksəldilib. "Porto" 7.2 milyon avroya onun imic hüquqlarının 60%-nə də sahib çıxıb. Bu mövsüm Portuqaliya Liqasında 8 oyuna çıxan kamerunlu forvard 6 qol vurub. 

Daniel Karvaxal müalicəsini davam etdirir

2017-10-12 15:50:00

"Real Madrid"in müdafiəçisi Daniel Karvaxal virus infeksiyasından sağalsa da, həkim nəzarətində qalır. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, onun perikardit riski qalmaqdadır. Perikard ürəyin yerləşdiyi kiçik kisəcikdir. O, ürəyi digər orqanlardan ayırır və fiziki yüklənmədən qoruyur.

Tennis üzrə Yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilib

2017-10-12 15:30:00

6-9 oktyabr tarixlərində Oğuz şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi stolüstü tennis üzrə Yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilib.

Adriano karyerasını bərpa etmək istəyir

2017-10-12 15:11:00

Braziliya millisinin keçmiş futbolçu Adriano yenidən futbol oynamaq istədiyini açıqlayıb. Goal.az xəbər verir ki,  Adriano bu barədə deyib:

"Atletico Madrid"ə yaxşı xəbər

2017-10-12 14:53:00

"Atletico"nun zədəli futbolçuları Filipe Luis və Lukas Hernandesdən yaxşı xəbər var. Goal.az xəbər verir ki, hər iki futbolçunun zədəsi tam sağalıb. Onlar komanda ilə məşqlərə qatılıb. Hər iki oyunçu La Liqada "Barcelona"ya qarşı və Çempionlar Liqasında "Qarabağ"la görüşdə oynamağa hazırdır. “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.

Taşçı "Spartak"ın ilk təklifini qəbul etməyib

2017-10-12 14:37:00

"Spartak"ın müdafiəçisi Serdar Taşçı sentyabrda təklif olunan yeni müqaviləyə imza atmayıb. Goal.az xəbər verir ki, almaniyalı futbolçu klubda qalmağın əleyhinə deyil. O, daha əlverişli şərtlərlə müqavilə gözləyir. Tərəflər danışıqlara qayıda bilər.

"Liverpool"un sabiq qapıçısı depressiyadan müalicə alıb

2017-10-12 14:18:00

"Liverpool" və İngiltərə millisinin sabiq qapıçısı Kris Kirklend depressiyadan müalicə alıb. Goal.az xəbər verir ki, Kirklend psixi gərginlikdən necə çıxdığını izah edib.