İdman

Dirarın "Fenerbahçe"də aldığı məvacib ortaya çıxıb

2017-10-15 10:50:00

"Fenerbahçe"nin ötən yay "Monaco"dan transfer etdiyi Nabil Dirarın müqaviləsindəki maliyyə şərtləri məlum olub. Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin 3.12 milyon avro məvacib aldığı iddia olunur. "Monaco"da bu rəqəm 2.4 milyon avro təşkil edirdi.

"Manchester City" şəxsi rekordunu təkrarlayıb

2017-10-15 10:31:00

İngiltərə Premyer Liqasının 8-ci turunda "Stoke City"ni qəbul edən "Manchester City" 7:2 hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, "şəhərlilər" çempionat matçında 7 qol vuraraq şəxsi rekordunu təkrarlayıb. 2013/14 mövsümündə "City" evdə "Norwich City"ni 7 cavabsız qolla darmadağın etmişdi.

"Sumqayıt” – "Qəbələ” matçında 1 qol

2017-10-14 23:44:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Araz" UEFA kubokunun elit-raund mərhələsinə çıxa bilməyib

2017-10-14 22:05:00

Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi 3-cü oyununda məğlub olub.

Premyer Liqada hər oyuna biletlərin orta qiyməti açıqlanıb

2017-10-14 19:37:00

"Ernst & Young" (EY) Konsaltinq şirkəti İngiltərə Premyer Liqası oyunlarında biletlərin qiyməti ilə bağlı illik araşdırmasıın nəticələrini açıqlayıb. Goal.az xəbər verir ki, Premyer Liqada hər oyuna bilet qiyməti orta hesabla 32 funtdur. Azarkeşlərin yarıdan çoxu hər oyuna bilet üçün 30 funt ödəyirlər. Səfər oyunlarına biletlərin orta qiyməti isə 26 funt təşkil edir.

Levandovski: "Qızıl top heç vaxt mənim hədəfim deyil" - MÜSAHİBƏ

2017-10-14 18:15:00

- Yaxşı oynadıq. Zədəyə görə Çempionlar Liqasında "Real"a qarşı ilk oyunu buraxmasaydım, finala çıxmaq şansımız olardı. Oyuna tam hazır çıxsaydım, yarımfinala vəsiqə qazana bilərdik. sonra kim bilir, Çempionlar Liqasında qalibiyyət gələrdi.

"Galatasaray"da ab-hava gözəldir"

2017-10-14 16:50:00

"Galatasaray"ln braziliyalı yarımmüdafiəçisi Fernando Reqes klubun kanalına qonaq olub. Goal.az xəbər verir ki, 30 yaşlı havbek fərqli mövzular ətrafında fikirlərini bölüşüb.

Adriano: "Mətbuat hər dəfə məni məhv etməyə çalışır"

2017-10-14 16:35:00

"İnter"də göstərdiyi parlaq oyundan (2001-09) sonra gözlənilmədən karyerasında eniş baş verən Adriano Braziliya telekanallarından birində qonaq olub. Goal.az onun müsahibəsini təqdim edir.

"Morata mənə qardaş kimidir, ona nifrət edə bilməzdim"

2017-10-14 16:13:00

İtaliya millisinin hücumçusu Simone Zaza İtaliya mətbuatına geniş müsahibə verib. Goal.az onun ən maraqlı açıqlamalarını təqdim edir.

Viera: "Belə bir sınağa hələ hazır deyiləm"

2017-10-14 15:51:00

"New York City" klubunun baş məşqçisi Patrik Viera adının ABŞ millisi ətrafında hallanmasına münasibət bildirib. Goal.az xəbər verir ki, gənc mütəxəsis bu işə hazır olmadığını deyib.

"Werder"in kapitanı milli karyerasını başa vurdu

2017-10-14 15:33:00

"Werder"in kapitanı Zlatko Yunuzoviç Avstriya millisində karyerasını başa vurub. Goal.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyasının saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi millidə debüt matçını 2006-cı ildə keçirib. Onun aktivində 55 oyun və 7 qol var. Yunuzoviç Avstriya millisinin heyətində AVRO-2016-da 1 oyuna çıxıb.

Dünya çempionatından kənarda qalan komandada baş məşqçi istefası

2017-10-14 15:14:00

2018-ci il dünya çempionatəndan kənarda qalan ABŞ millisində baş məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, Bryus Arena postunu tərk etdiyini açıqlayıb.

Boatenq yeni texnologiyalardan rasizmə qarşı mübarizədə istifadəni təklif edir

2017-10-14 14:52:00

Rasizmlə mübarizə aparmağı qarşısına vəzifə qoyan futbolçulardan biri də Kevin-Prins Boatenqdir. O, bu mübarizədə yeni texnologiyadan istifadə olunmasını təklif edir. Goal.az xəbər verir ki, qanalı yarımmüdafiəçi irqçilik edən azarkeşləri bu sistem vasitəsilə təyin etməyim mümkünlüyünə toxunub.

Çin Superliqasına Avropa və Amerikadan hakimlər dəvət olunub

2017-10-14 14:29:00

Çin Futbol Federasiyası bu həftədən etibarən yerli çempionat oyunlarını idarə etmək üçün avropa və amerikalı hakimləri dəvət edəcək. Goal.az xəbər verir ki, qurum rəsmi bəyanatında Yonas Eriksson, Toni Şapron kimi təcrübəli hakimlərin çinli həmkarlarına seminar və master-klass keçəcəyi də vurğulanıb. Çin Superliqasında 2018-ci ilə kimi videotəkrar sistemindən istifadə olunması da planlaşdırılır.

Taliska və Volkan Demirelə qarşı iş açılıb

2017-10-14 13:51:00

İstanbul Dövlət Prokurorluğu "Beşiktaş"ın futbolçusu Anderson Taliska və "Fenerbahçe"nin qapıçısı Volkan Demirelə qarşı iş açıb. Goal.az xəbər verir ki, onlar "İdmanda şiddət və intizamsızlığın qarşısını almağa dair qanun"u pozmaqda ittiham olunur. Türkiyə Superliqasının 6-cı turunda keçirilən "Fenerbahçe" - "Beşiktaş" (2:1) matçında Taliskanın təhqiramiz əl jestinə cavab olaraq paltardəyişmə otağında Volkan onunla məsələni aydınlaşdırmağa çalışıb. Daha sonra idarəyə çağrılan türk qapıçı ona qarşı ittihamları rədd etmişdi. 

Şotlandiya millisində yeni baş məşqçi

2017-10-14 13:33:00

Şotlandiya millisində baş məşqçi səlahiyyətini müvəqqəti olaraq Malki Makkey icra edəcək. Goal.az xəbər verir ki, 45 yaşlı mtəxəsis bu postda Qordon Straçanı əvəzləyib. Makkeyin baş məşqçi kimi ilk sınağı noyabrın 9-da Hollandiya ilə yoldaşlıq görüşünə təsadüf edəcək.

PSG prezidenti sabiq FİFA məmuruna İtaliyada villa bağışlayıb

2017-10-14 13:12:00

PSG prezidenti Naser əl-Xəlaifi FİFA-nın sabiq baş katibi Jerom Valka rüşvət verməkdə ittiham olunur. Goal.az xəbər verir ki, qətərli funksioner eks məmura Sardiniya adasında yerləşən villa hədiyyə edib. Əvəzində Əl-Xəlaifinin rəhbərlik etdiyi "BeİN Sports Group" qarşıdakı 4 dünya çempionatının teleyayım hüququna sahib çıxıb. İtaliya polisi İsveçrə hökumətinin nümayəndələrinin iştirakı ilə Villa Blanca-da axtarış aparıb. PSG prezidentinə qarşı korrupsiya işi də açılıb.

Vidal həlledici oyundan öncə kazinoda dava salıb

2017-10-14 12:49:00

Çili millisinin futbolçusu Arturo Vidal DÇ-2018-in seçm mərhələsndə Braziliya ilə son oyundan öncə qumar oynayıb. Goal.az xəbər verir ki, bunu millinin qolkiperi Klaudio Bravonun qaynanası Pilar Lizana deyib. O, Vidalın kazinoda dava saldığını qeyd edib.

Hamşik: "Juventus" zirehli qatar kimidir" - MÜSAHİBƏ

2017-10-14 12:31:00

- 10 il sürətlə ötüb keçdi. Neapola yeniyetmə kimi gəlmişdim, burda böyüdüm. Yaddaşımda qalan anlar klubun uğurları ilə bağlıdır.

"Araz" qrupda son oyununa çıxır

2017-10-14 11:50:00

 

"Qarabağ" UEFA-nın daha bir siyahısına salınıb

2017-10-14 11:08:00

UEFA Avropa kubokları tarixində ən çox qol vuran klubların reytinqini açıqlayıb. Goal.az xəbər verir ki, qurumun rəsmi saytında açıqlanan siyahıda “Qarabağ” da yer alıb. Ağdam komandası 177-ci yeri tutur. “Qarabağ” Avropa turnirlərində keçirdiyi 86 matçda 87 qol vurub. Bu, hər oyuna orta hesabla  1.01 qol deməkdir.  Siyahıya “Real Madrid” başçılıq edir (520 oyuna 1104 qol). “Barcelona” ikinci (468 oyuna 926 qol), “Bayern Munich” isə üçüncü (439 oyuna 926 qol) yeri tutur.

"İnter"in hücumçusu: "Maaşlar verilməyəndə psixoloji baxımdan da bezirsən" - MÜSAHİBƏ

2017-10-14 10:49:00

- “İnter”də qalmaq istəyirəm. Çünki yaya qədər müqaviləm var. Getmək haqda düşünmürəm. Amma bu cür davam etsə, fikirləşməliyəm. Yaxşı oynayırsan, amma maddi planda qarşılığını görmürsən. Niyə? Mən tək deyiləm. Ailəli insanlar var, məşqçi heyəti də bizim günümüzdədir. 

"Borussia Dortmund" gənc futbolçunu ingilislərə satdı

2017-10-13 21:09:00

"Newcastle United" ispaniyalı futbolçu Mikel Merinonun transfer hüquqlarını "Borussia"dan alıb. Goal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2022-ci ilə kimi nəzərdə tutulmuş müqaviləni imzalayıb. Transferə görə ödənilən məbləğ açıqlanmır.

Poçettino: "Mən katalon klubuna "Messinin komandası" demirdim"

2017-10-13 20:34:00

"Tottenham"in baş məşqçisi Maurisio Poçettino həmkarı Xosep Qvardiolanın fikirlərinə münasibət bildirib. Goal.az xəbər verir ki, argentinalı mütəxəsis onun "Tottenham"ə "Keynin komandası" deməsinə etiraz edib.

FİDE prezidenti səlahiyyətlərindən məhrum olunub

2017-10-13 19:23:00

Kirsan İlümjinovun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti səlahiyyətləri əlindən alınıb. Goal.az xəbər verir ki, bu barədə FİDE İcraiyyə Komitəsinin Antalya şəhərindəki Konqresində qərar qəbul olunub. Toplantıda İlümjinovun səlahiyyətlərinin onun müavini Georgios Makropulosa ötürülməsi yekdilliklə təsdiqlənib. Eyni zamanda ondan 2018-ci ilin sentyabrında Bakıda keçiriləcək seçkidə namizədliyini irəli sürməməsi tələb olunub. İcraiyyə Komitəsi üzvlərindən 37-si qərarın lehinə, 20-si əleyhinə səs verib. Kirsan İlümjinov FİDE-yə 1995-ci ildən rəhbərlik edib. 

Qurban Qurbanov: "Himni oxumaq vətənə olan sevgini göstərmir"

2017-10-13 18:29:00

Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “İnter”i 2:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası fikirlərini bölüşüb.

"İnter"in futbolçusu: "Yaxınlarıma demişəm mənə iş axtarsınlar"

2017-10-13 18:04:00

"İnter"in gənc futbolçusu Orxan Sadıqlı  "Qarabağ"la qarşılaşmadan sonra sərt açıqlamalar verib.

Ndlovu dubl edib, sıradan çıxdı

2017-10-13 17:47:00

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib. 

"Beşiktaş" azarkeşlərinin səsi Vernerin qulaqlarından getmir

2017-10-13 17:30:00

"RB Leipzig"in gənc hücumçusu Timo Verner Bundesliqanın 8-ci turunda "Borussia Dortmund"a qarşı oyunda komandasına kömək etməyəcək. Goal.az xəbər verir ki, 21 yaşlı forvard Çempionlar Liqasında "Beşiktaş"la oyunda (0:2) "qulaq cingildəməsi" fəsadlarından qurtula bilmir. Dortmund klubunun məşqçilər korpusu "Signal İduna Park"da azarkeş fəallığını nəzərə alaraq Venerin adını iştirak ərizəsinə daxil etməyib.

İniesta millidən gedəcəyi tarixi açıqlayıb

2017-10-13 17:23:00

Andres İniesta 2018-ci il dünya çempionatından sonra İspaniya millisindəki karyerasını başa vura bilər. Goal.az xəbər verir ki, 22 yaşlı havbek bu barədə "L`Equipe" nəşrinə açıqlamasında deyib.

Premyer Liqada sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb

2017-10-13 17:05:00

"Tottenham"in hücumçusu Harri Keyn sentyabr ayında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib. Goal.az xəbər verir ki, 24 yaşlı forvard karyerasında 5-ci dəfə bu mükafata sahib çıxıb. Bu göstərici ilə Ueyn Runi və Robin Van Persiyə çatan Keyn yalnız "Liverpool"un əfsanəsi Stiven Cerrarddan geri qalır. Cerrard 6 dəfə Premyer Liqada "Ayın futbolçusu" olub. Keyn sentyabrda çıxdığı 4 oyunda 6 dəfə fərqlənib. O, Serxio Aquero (Manchester City), Kevin De Bruyne (Manchester City), Paskal Qross (Brighton), Camal Lassells (Newcastle United), Romelu Lukaku (Manchester United) və Alvaro Moratanı (Chelsea) qabaqlayıb. Qeyd edək ki, sentyabrın ən yaxşı qolu "Manchester United"in futbolçusu Antonio Valensiyanın "Everton"a vurduğu qol seçilib. 

Nasri: "Xəstəxanada heç kim görüşümə gəlmədi"

2017-10-13 16:44:00

"Antalyaspor"un yarımmüdafiəçisi Samir Nasri Fransanın "Canal+" telekanalına açıqlamasında maraqlı məqamlara toxunub. Goal.az xəbər verir ki, 30 yaşlı havbek futbol dünyasının riyakar insanlarla dolu olduğunu bildirib.