İdman

"Barcelona"nın müdafiəçisi "Manchester United"in hədəfində

2018-03-09 14:14:00

"Manchester United" fransalı müdafiəçi Samuel Umtitiyə maraq göstərir. Goal.az "Sport" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ona görə "Barcelona"ya 60 milyon avro ödəməyə hazırdır. Bu, 24 yaşlı futbolçunun müqaviləsində göstərilən buraxılış qiymətidir. "United" ona ildə 9 milyon avro məvacib təklif edir. Fransalı oyunçu indiki klubunda 4 milyon avro məvacib alır. "Barcelona" ona əlverişli şərtlərlə yeni müqavilə təklif etmək istəsə də, 9 milyon avro maaşı şişirdilmiş hesab edir. Katalonlar bu məsələyə 2018-ci il dünya çempionatına kimi aydınlıq gətirmək niyyətindədir. 

2015-ci ildən bəri AFFA-nın gəlirində 24,8 faiz artım olub

2018-03-09 13:56:00

Son 3 hesabat ilində AFFA-ya daxil olan vəsaitin məbləği 24,8 faiz artıb. Goal.az "Report"a istinadən xəbər verir ki, bu rəqəm 2015-ci ildə 22 milyon 126 min 244 manat olubsa, 2017-ci ildə 27 milyon 608 min 305 manat təşkil edib. Özü də 5,482,061 manatlıq artım əsas sponsor - SOCAR-dan daxil olan vəsaitlərin azalması fonunda baş verib.

Venqer: "Qalibiyyət vacib olsa da, hələ növbəti mərhələyə çıxmamışıq"

2018-03-09 13:40:00

"Arsenal" Avropa Liqasının 1/8 final mərhələsində keçirdiyi ilk oyunda "Milanı" səfərdə 2:0 hesabıyla məğlub edib. Goal.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Arsen Venqer matçdan sonra bunları deyib:

Lovren: "Liverpool" heç vaxt 1 xala oynamır"

2018-03-09 13:04:00

"Liverpool"un müdafiəçisi Deyan Lovren Premyer Liqanın 30-cu turunda "Manchester United"ə qarşı keçirəcəkləri oyun barədə danışıb. Goal.az xəbər verir ki, xorvatiyalı futbolçu "qırmızı şeytanlar"ın müdafiə taktikasına söz atıb.

Bonuççi: "Biraz qorxu və həyəcan hiss olundu"

2018-03-09 12:48:00

"Milan"ın müdafiəçisi Leandro Bonuççi komandanın Avroliqanın 1/8 finalında keçirdiyi ilk oyunda "Arsenal"a uduzmasına (0:2) münasibət bildirib. Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu komandanın ilk hissədə həyəcanlı olduğunu deyib.

Neymar "Barcelona"ya qayıtmaq istəyir

2018-03-09 12:30:00

PSG-nin hücumçusu Neymarla bağlı daha bir iddia ortaya atılıb. Goal.az xəbər verir ki, "Mundo Deportivo" braziliyalı ulduzun "Barcelona"ya qayıtmaq istədiyini yazır. Onun bu arzusunu klub rəhbərliyinə çatdırdığı qeyd olunur. Neymarın 2019-cu ildə katalon klubuna geri dönmək istədiyi bildirilir. "Barcelona" isə bu məsələni müzakirə etməyin nə dərəcədə düzgün olduğunu nəzərdən keçirəcək.

PSG-dən 8 futbolçu göndərilir

2018-03-09 11:32:00

Mövsümə Çempionlar Liqasını qazanmaq hədəfiylə başlayan, lakin turnirin 1/8 finalında "Real"a məğlub olaraq turnirlə vidalaşan PSJ heyətdə dəyişikliklər edəcək.

Türk futbolçu ayın ən yaxşısı seçildi

2018-03-09 11:15:00

"Roma” klubunda fevral ayının ən yaxşı futbolçusu bəlli olub.

Konte PSG-nin hədəfində

2018-03-09 10:54:00

PSG Çempionlar Liqasında qarşıya qoyulan tapşırığıyerinə yetirə bilməyən Unay Emeri ilə yollarını ayırmağı planlaşdırır.

FİFA Türkiyə klubunu cəzalandırdı

2018-03-09 10:31:00

FİFA Türkiyənin “Trabzonspor” klubunu cəzalandırıb.

İşıq söndü, futbol dayandı

2018-03-09 10:14:00

Futbol üzrə Türkiyə I Liqasında XXVI turun "Ankaragücü" - "Adanaspor" matçı yarımçıq dayandırılıb.

Azərbaycan-Belarus matçında BOS-dan yenilik

2018-03-09 09:53:00

Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq. 

Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək

2018-03-09 09:32:00

Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

"Neftçi" son saniyələrdə qələbəni əldən verdi

2018-03-08 19:24:00

Premyer Liqa klublarının əvəzedici heyətləri arasında XIX tura start verilib. Goal.az xəbər verir ki, ilk gündə 1 qarşılaşma baş tutub. 3-cü pillənin sahibi "Keşlə" səfərdə "Neftçi" ilə qarşılaşıb. "Ağ-qaralar" hesabda öndə olmalarına baxmayaraq, qonaq komanda məğlubiyyətdən son anda qurtulub.

XIX turun təyinatları açıqlanıb

2018-03-08 18:50:00

Topaz Premyer Liqasında XIX turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Goal.az turun təyinatlarını təqdim edir:

Belçika millisinin himni dəyişdirilə bilər

2018-03-08 18:31:00

Belçika millisinin 2018-ci il dünya çempionatı üçün rəsmi mahnısı Damso adlı reper ifadə edib. Goal.az xəbər verir ki, bir sıra qadın hüquqlarının müdafiəsi təşkilatı mahnının sözlərinə etiraz edib. Onlar sözlərin gender bərabərliyinə uyğun olmadığını iddia edir. Amma federasiya mahnını dəyişmək fikrində deyil. Buna baxmayaraq, Damsonun repinin ölkəni birləşdirən musiqi olmasına etiraz edənlər çoxdur. Millinin sponsorları isə bu məsələdə güzəşt edilməsinin tərəfdarıdır. 

Millimiz Ukraynanı yenə məğlub etdi

2018-03-08 17:50:00

17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında bu gün növbəti yoldaşlıq oyunu keçirilib. Goal.az xəbər verir ki, 2:0 hesabı ilə qələbə qazanan yığmamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurub. Bu komandalar arasında martın 6-da keçirilən ilk matçda millimiz 1:0 hesabı ilə qalib gəlib.

Milanın iki klubu "Real"ın futbolçusu ilə maraqlanır

2018-03-08 17:31:00

"Real Madrid"in yarımmüdafiəçisi Mateo Kovaçiç Milanın 2 klubu tərəfindən izlənilir. Goal.az xəbər verir ki, xorvatiyalı havbek "İnter" və "Milan"ın maraq dairəsindədir. Kovaçiç 2016-cı ildə məhz "nerazzurri"nin heyətindən "Real"a transfer olunmuşdu. "İnter"in idman direktoru Pietro Auzilio ötən qış onun kluba qayıtması üçün çalışsa da, fikri baş tutmamışdı. "Milan"a bu tranaferdə mane olacaq əsas səbəb isə "Financial fair play" qaydalarına riayət etmənin vacibliyidir. 

"Milan" təcrübəli qapıçının transferini həll edib

2018-03-08 17:06:00

"Napoli"nin qapıçısı Pepe Reyna karyerasını "Milan"da davam etdirəcək. Goal.az xəbər verir ki, təcrübəli qapıçı "rossoneri" ilə ilkin razılıq əldə edib. 30 iynda tərəflər rəsmi anlaşma imzalayacaq. "Milan" FİFA qaydalarına uyğun olaraq transfer barədə "Napoli"ni məlumatlandırıb. 35 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanacaq. Onun məvacibi 3 mlyon avro olacaq. 

"UEFA bu qaydaya riayət edilməsi üçün iradə nümayiş etdirmədi"

2018-03-08 16:49:00

"Bayern Munchen" klubunun rəsmisi Karl-Haynz Rummenige UEFA-nın "Financial fair play" qaydalarına ciddi yanaşmadığını düşünür. Goal.az xəbər verir ki, almaniyalı funksioner "Bild"ə açıqlamasında bu məsələyə toxunub.

Bakı Olimpiya Stadionundan yenilik

2018-03-08 16:30:00

Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq.  Goal.az xbər verir ki, bu barədə “Report”a Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib. 

Bundesliqa klubunda eyni anda 2 istefa

2018-03-08 16:12:00

Almaniya Bundesliqa qalmaq uğrunda mübarizə aparan "Hamburg"da 2 istefa reallaşıb. Goal.az xəbər verir ki, klubun prezidenti Herbert Bruhhaqen və idman direktoru Yens Todt postunu tərk edib. Hər iki şəxs 3 ay əvvəl analoji vəzifəyə təyin edilmişdi. İdarəçilik fəaiyyətini müvəqqəti olaraq Frank Vettşayn icra edəcək. 25 turdan sonra "Hamburg" turnir cədvəlinin 17-ci pilləsində yer alır. Qeyd edək ki, yanvarın 22-də klubda məşqçi dəyişikliyi baş tutmuşdu. Mark Qisdolun əvəzinə Bernd Hollerbaxla 1 illik müqavilə imzalanmışdı. 

Davide Astorinin dəfn mərasimi keçirilib

2018-03-08 15:50:00

"Fiorentina"nın kapitanı Davide Astorinin dəfn mərasimi keçirilib. Goal.az xəbər verir ki, Florensiyanın Bazilika di Santa Kroçe ərazisində təşkil olunan mərasimə bir sıra tanınmış futbol simaları qatılıb. İlk sıralarda "bənövşəyilər"in oyunçu və məşqçi heyəti olub. Astorinin dəfnində Filippo İnzaqi, Xavyer Zanetti, Luçano Spaletti, Mario Balotelli, Alessando Florenzi də olub. "Juventus"un baş məşqçisi Massimiliano Alleqri və kapitanı Canluici Buffon "Tottenham"lə matçdan sonra Londondan birbaşa mərasiminə gəliblər.

"Beşiktaş" "Trabzonspor"da cəmi 3 dəqiqə oynamş futbolçunu transfer edir

2018-03-08 15:32:00

"Beşiktaş" 4 il ərzində "Trabzonspor"da sadcə 3 dəqiqə forma geyinən Mertcan Çamla anlaşıb. Goal.az xəbər verir ki, "Habertürk" nəşrnin yazarı Atilla Türker klubların yanvarın 29-da müqavilə imzaladığını ortaya çıxarıb. "Bordo mavililər"lə müqaviləsi 15 ay sonra başa çatacaq Mertcan hazırda aşağı dəstə təmsilçisi "Bandırmanspor"da forma geyinir. "Qara qartalar"ın müqaviləni erkən pozmağa görə 885 min avro təzminat ödəyəcəyi məlum olub. Müqavilədə maraqlı bəndlər diqqəti cəlb edir. 23 yaşlı futbolçu zədələnsə belə, göstərilən məbləğ "Trabzonspor"a ödənilməlidir. Türker yazısında qeyd edir ki, "Beşiktaş"da gənc futbolçularla müqavilə adətən 4 il müddətinə imzalanır. Futbolçuya ildə 500 min avro məvacib təyin olunması gözlənilir. 

Emre Cana sürpriz alıcı çıxdı

2018-03-08 15:10:00

"Real Madrid" yayda "Liverpool"n yarımmüdafiəçisi Emre Canı transfer etməyə çalışacaq. Goal.az xəbər verir ki, uzun zamandır 24 yaşlı havbeklə maraqlanan "Juventus" bu məsələdə ciddi rəqib qazanmış olub. Emrenin qışda başqa kluba keçmək ehtimalı olsa da, Almaniya millisinin üzvü tələsməmək qərarına gəlmişdi.. "Qoca senyora" onunla ilkin razılıq əldə etmək üçün böyük səy göstərmişdi. 

Rikelme: "Tanrıya şükürlər olsun ki, başqa dövrdə oynamışam"

2018-03-08 14:50:00

Argentina millisinin sabiq üzvü Xuan Ramon Rikelme müasir futbolçuları tənqid edib. Goal.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu bunları deyib:

Poçettino: "Komandamla fəxr edirəm"

2018-03-08 14:29:00

"Tottenham" Çempionlar Liqasının 1/8 final mərhələsində "Juventus"a uduzaraq (1:2) turnirlə vidalaşıb. Goal.az xəbər verir ki, matçdan sonra "mahmızlar"ın baş məşqçisi Maurisio Poçettino bunları deyib:

"Liverpool"un sabiq müdafiəçisi vəfat edib

2018-03-08 14:03:00

"Liverpool"un sabiq müdafiəçisi Con Moline 87 yaşında dünyasını dəyişib. Goal.az xəbər verir ki, "Chester"dən 1955-ci ildə "Liverpool"a keçən Moline burda 249 oyunda meydana çıxmışdı. "Qırmızılar" onun vəfatı ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.

PSG italyan mütəxəsisin agenti ilə əlaqə saxlayıb

2018-03-08 13:47:00

PSG Çempionlar Liqasında qarşıya qoyulan tapşırığıyerinə yetirə bilməyən Unay Emeri ilə yollarını ayırmağı planlaşdırır. Goal.az "L`Equipe" nəşriə istinadən xəbər verir ki, Paris klubu "Chelsea"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır və artıq onun agenti kimi fəaliyyət göstərən qardaşı ilə əlaqəyə çıxıb. İtalyan mütəxəsislə "zadəganlar"ın sahibi Roman Abramoviç arasında transfer siyasətində fikir ayrılığı olduğundan Konte mövsümün sonunda istefa verə bilər. İtaliya Futbol Federasiyası da gənc mütəxəsisin ətrafında cərəyan edən hadisələri diqqətlə izləyir. O, 2014-16-cı illərdə artıq "mavi eskadra"nın sükanı arxasında olub. 

"Azarkeşlərin görmək istədiyi “Kəpəz” yavaş-yavaş geri qayıdır"

2018-03-08 13:28:00

“Kəpəz”in əsas komandasının oyunçusu Tərzin Cahangirov klub sayıtna müsahibə verib. Goal.az müsahibəni təqdim edir.

Kyellini: "Tottenham"də tarixən nəsə çatışmayıb"

2018-03-08 12:30:00

"Juventus"un müdafiəçisi Corco Kyellini Çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenham" üzərində qazanılan qələbə (2:1) ilə bağlı təəssüratlarını bölüşüb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:

Kataloniya Superkubokunun qalibi müəyyənləşib

2018-03-08 12:08:00

"Barcelona" Kataloniya Superkubokunun qalibi olub. Goal.az xəbər verir ki, "Espanyol" və "Barca" arasındakı oyunun əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:2) Ernesto Valverdenin komandası qələbə qazanıb.