Şou-biznes

Nazilə Səfərli nənə oldu FOTO

2023-02-14 16:20:00

Şairə Nazilə Səfərli nənə olub.

"Deyirdi ki, istəyirəm ölüm, hamı ağlasın, sonra..."

2023-02-14 15:51:00

"50 yaş nədir ki, Tünzalə... Heç vaxt unudulmayacaqsan, yaddaşlarda yaşayacaqsan. Hər kəs bu dünyadan tez köçəcəyini bilirdi. Hər keçən gün səni bizdən yavaş-yavaş uzaqlaşdırır. Yoxluğuna öyrəşirik".

“Televiziyalarımızın bir bəlası var, aparıcılar əndrabadi vurğularla danışırlar...”

2023-02-14 13:42:00

"Cavanlarla işlədiyimə görə onları çox yaxşı başa düşürəm. Həyəcan mütləq olmalıdır. Biz də cavanlıq illərimizdə efir qarşısına çıxanda həyəcanlı olmuşuq. Baxmayaraq ki, 55 ildən çoxdur ki, bu sənətdəyəm, amma yenə də kamera qarşısında eynilə o həyəcanı keçirirəm. Bunsuz mümkün deyil. Sən sənətdə nəyəsə nail olmaq, nəyisə qət etmək istəyirsənsə mütləq cavabdehlik hissin olmalıdır".

Əməkdar artist evində yıxıldı: Başından xəsarət aldı

2023-02-14 12:50:00

Əməkdar artist Ağalar Bayramovun başına iş gəlib.

Yusif Güney dağılmış binaya girib, pişiyi XİLAS ETDİ

2023-02-14 12:47:00

Türkiyənin məşhur pop ulduzu Yusif Güney zəlzələ bölgələrindən birinə yollanaraq ziyan çəkənlərə yardım edib.

"Çinli Robert de Niro və ya Dastin Xofman olmaq istəyirəm"

2023-02-14 06:44:00

Çeki Çan, heç şübhəsiz, kinomatoqrafda əfsanədir. Çoxları aktyoru sərbəst üslubuna və komediya döyüş filmlərində qəhrəmanlarına görə sevir. Çoxları bilir ki, Ceki bütün tryukları özü, dublyorsuz icra edir. Gəlin, görək, aktyorun həyatı haqqında daha hansı maraqlı faktlar var.    Son.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "ixbt.com" saytı yazıb.   Ceki Çan kinoda   Mənim Ceki Çana xüsusi münasibətim var, çünki onun filmlərinin təsiri altında böyümüşəm və bu gün də onlara evə-sevə tamaşa edirəm.   Aprelin 7-də aktyorun 69 yaşı tamam olacaq. Buna baxmayaraq, o, kinoda çəkilməyə davam edir. Bu yaxınlarda "Avanqard" filminin çəkilişlərində aktyor bədbəxt hadisə ilə üzləşib. Dənizdə atışma səhnəsinin çəkilişində daş onu sıxıb, aktyor özü vəziyyətdən çıxa bilməyib və nəfəsi çatmayıb. Komanda aktyoru sualtı tələdən çıxara bilib. Ceki Çan bu insidenti şərh edərək deyib ki, "çəkiliş zamanı hadisə baş verəndə mən paltarımı dəyişib, su içib, çəkilişi davam etdim. Hamını gözləməyə məcbur etmək olmaz. Aktyorlar peşəkar olmalıdır".   Əvvəlcə o, az qala həlak olduğunu düşünərək, titrəməyə başlayıb. Lakin bu, aktyorun karyerasında yeganə ölüm təhlükəli tarixçə deyil. 1986-cı ildə "Allahın yaraqları" filminin çəkilişində Ceki ağacdan tullanmalı olub, lakin onun dayandığı budaq qəflətən qırılıb, aktyor yerə düşərək başından travma alıb. İndiyə qədər də onun başında dəmir lövhə var. Açıq mənbələrdə deyilir ki, Ceki Çan müxtəlif dərəcəli 3000-dən artıq travma alıb. Bunların hamısı bilavasitə çəkiliş meydançasında baş verib.   Ceki Çanın kinoda obrazına baxmayaraq, o, başqa istiqamətlərdə də inkişaf etmək istəyir. Aktyor bu barədə belə deyir:   "Mən döyüş filmlərinin ulduzu yox, dalaşmağı bacaran aktyor olmaq istəyirəm. Çinli Robert de Niro və ya Dastin Xofman olmaq istəyirəm. Yalnız belə olduqda mən kino sənayesində həmişə qala bilərəm. Mənə heç vaxt dramatik və ya romantik rollar təklif edilməyib. Ceki Çan həmişə "Pik saatı" yaxud "Polis tarixçəsi"dir. Lakin mən gənc deyiləm, vaxtında dəyişilmək lazım olub. Qorxulu olub, amma mən nəsə yeni bir şey sınaqdan keçirmək istəmişəm. Tamaşaçılar mənim yeni obrazımı qəbul edib. Ona görə də mən düzgün qərar vermişəm.   Qeyd etmək lazımdır ki, Ceki həm də yaxşı müğənnidir. Öz filmlərində mahnıların çoxunu özü ifa edir. Aktyor həm də öz albomlarını nəşr edir.   Aktyorun sərvəti və ailəsi

“O ölümün ağzından çıxarılan anda da dedi ki, “yox, başım açıqdır, çıxa bilmərəm” FOTO

2023-02-14 05:22:00

"Gözümdə qara eynək olsa belə, bu gün tamaşaçılar yolda məni görüb tanıyırlar. Sual verirlər ki, niyə filmlər çəkilmir?! Deyirəm ki, hər gün, hər il çəkilir. Yenidən sual ünvanlayırlar ki, bəs niyə onları biz görmürük?! Bilmirəm, bəlkə də bu günki filmlərin təbliğatı zəifdir?! Deyirlər ki, əvvəlki kinolara 100 dəfə də baxırıq, amma bu günki filmlər bizə ləzzət etmir. Bunun səbəbini axtarıb tapıb, bu problemi həll etmək lazımdır. O illərdə çəkilən filmlərimizdə ibrətamiz, tərbiyəvi mövzular qoyulurdu. Kino bu gün ancaq maddiyata işləyir. Müəllif filmlərindən başqa. Çünki müəllif filmləri festivallar üçün nəzərdə tutulub və bildiyim qədərilə uğur da qazanıb. Başqa mənada rejissorlar düşünürlər ki, pul qoyub film çəkim, sonra o filmdən pul qazanım. Həmin rejissor kütləni heç nə ilə cəlb edə bilməyəcək. Ona görə də kütləni açıq-saçıq, cinayət səhnələri ilə cəlb etməyə çalışırlar ki, film baxılsın".

Kişiləri "dəli edən" 6 aktrisa FOTOlar

2023-02-14 02:44:00

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımız fərqliyik, zövqümüz də. 

Əkizlərdən yenə və yeni biznes

2023-02-13 20:31:00

Əkizlər Sevil və Sevinc Səfərovalar yenidən biznes qurub.

Rəqsanənin konserti təxirə salındı: 12 manata da bilet satılmadı

2023-02-13 18:11:00

Müğənni Rəqsanə İsmayılovanın Tbilisidə sabah baş tutmalı olan konserti təxirə salınıb.

Şeyx Əbdüldən Vəfa Şərifovaya: “Günah onu efirə buraxanlardadır”

2023-02-13 15:59:00

"İtimə sevgi göstərəcək şəxsə 800 manat maaş verəcəyəm". Bu açıqlamanı qatıldığı şou-proqramların birində müğənni Vəfa Şərifova edib. O bildirib ki, Moskvada özünə it alıb gətirib. Sevimli heyvanına Bakıda baxmaq üçün baxıcı axtarır.

“Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur?”

2023-02-13 15:26:00

Aktrisa Zülfiyyə Qurbanova rol aldığı "Əqrəb mövsümü" serialının bəzi məqamlara görə tənqid olunmasından danışıb.

“4 tələbədən biri bacım oğludur” “Yuxu kimi”nin aktrisasının qohumu

2023-02-13 13:01:00

"İtkin düşən 4 tələbələrdən biri də bacım oğlu Şahin Vəliyevdir. Dördü də bir yerdə Malatyada Zəfər məhəlləsində qalırdılar. Fevralın 5-də axşam saatlarında onunla danışmışdıq. Səhəri günü xəbər tutduq ki, zəlzələ olub. Əvvəl yalan xəbərlər yayıldı ki, guya tapılıb. Amma hələ də gözləyirik. Tələbə yoldaşları bütün xəstəxanaları gəzib, amma tapa bilməyiblər. 6-7 mərtəbəli binanın 2-ci mərtəbəsində qalırdılar. Deyilənə görə binanın 2 mərtəbəsi torpağın üstündə qalıb".

Tolik kimsəsiz körpələrdən birini övladlığa götürmək istədi

2023-02-13 10:58:00

Aparıcı Tarix Əliyev (Tolik) zəlzələdən əziyyət çəkən kimsəsiz körpələrdən birini övladlığa götürmək istəyir.

Azərbaycanlı məşhur iş adamı Bakıda oğluna səsküylü toy etdi:

2023-02-13 10:32:00

Azərbaycanlı məşhur iş adamı, "Emiland" modalar evinin rəhbəri kimi tanınan Hikmət Hüseynovun kiçik oğlu, icraçı direktor Ramil Hikmət oğlu Hüseynovun toyu olub.

Vasif bu görüntüsünə görə tənqid edildi VİDEO

2023-02-12 19:00:00

Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.

"Kuruluş Osman"ın aktyoru və xanımı zəlzələdə həlak oldu FOTO

2023-02-12 18:45:00

Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qalanlar sırasında aktyor Çağdaş Çankaya ilə musiqiçi həyat yoldaşı Zilan Tiqris də yer alıb.

Zərərçəkən 10 uşağın təhsil haqqını ödəyəcək

2023-02-12 18:20:00

Türkiyəli komediya ustası Hasan Can Kaya da zəlzələdə zərərçəkənlərə yardım edib.

Minanın hicablı paylaşımı müzakirələrə səbəb oldu FOTO

2023-02-12 18:00:00

Müğənni Mina Hüseyn Mədinə şəhərinə ziyarətə gedib. 

Serialdakı üzüyünü zərərçəkənlər üçün satdı

2023-02-12 14:35:00

Türkiyəli aktyor Saruhan Hünel "Kaybolan Yıllar" serialında istifadə etdiyi üzüyünü hərraca qoyub.

Pamela Anderson: “Uşaqlıqda rahibə olmaq arzusunda idim”

2023-02-12 13:51:00

Amerikalı aktrisa və model Pamela Anderson kino ulduzu Dryu Berrimor ilə müsahibədəsində uşaqlıq arzuları haqqında danışıb.

Eyyub Yaqubov da konsertini təxirə saldı

2023-02-12 13:20:00

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı konserti təxirə düşüb.

Britni Spirs ciddi psixoloji problemlərlə üzləşib

2023-02-12 12:20:00

Müğənni Britni Spirsə yaxın olan mənbə ulduzun pərəstişkarlarının belə bilmədiyi psixoloji problemlərdən əziyyət çəkdiyini bildirib.

Ulduzlar Bakıda iş adamının oğlunun toyunda VİDEO FOTO

2023-02-12 11:21:00

Ötən gün məşhur azərbaycanlı biznesmen Hikmət Hüseynovun oğlu Ramilin toyu baş tutub.

“Ürəyim Türkiyə və Suriya xalqının yanındadır” Ancelina Coli

2023-02-12 11:11:00

Dünyaca məşhur aktrisa Ancelina Coli "əsrin fəlakəti" adlandırılan zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib.

Türkiyəli aktrisanın qohumları da həlak oldu FOTO

2023-02-12 10:00:00

Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalaraq həyatını itiriənlər arasında aktrisa Yasemin Sakallıoğlunun qohumlarının da olduğu ortaya çıxıb.

Hissin dünya ulduzu ilə bənzərliyi təəccübləndirdi

2023-02-12 04:31:00

Müğənni Hiss məşhur amerikalı aktrisa Lisa Bonetə bənzərliyi ilə gündəmə gəlib.

Azərbaycanlı aktrisaya Dubayda “fotoşop”la hicab geyindirdilər

2023-02-12 01:31:00

Azərbaycanlı aktrisa Səbinə Əhmədova rol aldığı rus serialı "Содержанки"nin (Məşuqələr - red.) yeni mövsümünün Dubaydakı reklamında fotoşopa məruz qalıb.

Eyyub Yaqubovun konserti Türkiyədəki zəlzələyə görə

2023-02-11 23:57:00

Qardaş ölkə Türkiyədə 7.8 bal gücündə baş vermiş zəlzələdə vəfat etmiş soydaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq 15 və 16 fevral tarixinə planlaşdırılmış Eyyub Yaqubov və Big Band Sound Pro-nun konsert tarixi dəyişdirilmişdir.

“Bəlkə də musiqinin başqa janrında ifa etsəydim icazə verməzdilər”

2023-02-11 16:11:00

"O illərdə qız övladının incəsənət sahəsində olmasını birmənalı qarşılamırdılar. Mənim də valideynlərim sənətə gəlməyimə razı deyildilər. Məni sənətdən uzaqlaşdırmaq üçün qarmon sinfinə qoydular. Fikirləşdilər ki, bəlkə müğənni yox, musiqiçi olaram. Sənətdə hər zaman ailəm mənə dəstək olub. Hamı bilir ki, həyat yoldaşım qohumum, dayımoğlu olub. Qaynatam da ədəbiyyatı, qəzəlləri, klassikləri sevən bir şəxsiyyət idi. Onun köməkliyi ilə həm bizim ailəmizin möhkəmliyi oldu, həm də mənə sənətdə böyük dəstək verdi. Yeni ailə həyatı quranda əlbəttə ki, yoldaşım da istəmirdi ki, sənətlə məşğul olum, amma yenə də qaynatam bunun qarşısını aldı. Bəlkə də musiqinin başqa janrlarında ifa etsəydim icazə verməzdilər. Mən hər zaman deyirəm ki, insanın rahatlığı ailədən başlayır. Mən konsertlərə, tədbirlərə ailədən hazırlaşıb gedirdim. O sevgi ilə evdən çıxmasaydım, o sənətimi sevgi ilə səhnədən tamaşaçıya necə ötürə bilərdim?! O qayğı ilə əhatələnməli idim ki, bunu mən tamaşaçılara da yansıda bilim".

Gövhər Rzayeva: "Canlı efirdə geyinibsoyunurlar, birbirilərini söyürlər"

2023-02-11 15:51:00

"Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki deyil. Var dövlətləri ilə insanlara acıq verirlər. Nahaq yerə! Bu Allaha da xoş deyil! İnsanın var-dövlətdən gözü, nəfsi doymalıdır.

“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma...”

2023-02-11 13:27:00

"Bu gün atamın sənətini layiqincə davam etdirirəm. İşim-gücüm, sənətim budur. Hələ ki, özəl telekanallara çıxmıram. Sağ olsunlar dəvət edirlər, atamı xatırlayırlar. Sonuncu dəfə İctimai televiziyada yayımlanan "Ötən günlər" verilişinin atama həsr olunmuş buraxılışında qonaq olmuşam. Nardaran, Maştağa, bir sözlə atam hansı ki, o illərdə kimlərin ki, toyunu oxuyub, onu sevənlər məni öz övladlarının toylarına dəvət edirlər. Yalandan deyə bilmərəm ki, hər gün toydayam. Olandan-olana gedib iştirak edirəm. Bundan başqa atamın yutub kanalını işlədirəm, klip çəkdirirəm. Bir neçə mahnı yazdırmışam".