Şou-biznes

Brus Uillisin arvadı jurnalistlərə müraciət etdi: “İmkan verin...” VİDEO FOTO

2023-03-07 18:05:00

67 yaşlı amerikalı aktyor və prodüser Brüs Uillisin həyat yoldaşı Emma Hemminq fotoqraflara müraciət edərək ərini izləməyi dayandırmağı xahiş edib.

Nübar Novruzova: “Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər” VİDEO

2023-03-07 16:25:00

"Kənddə, rayonda yaşayanın, maşını olanın-olmayanın başqa arzusu olur. Hər xanımın da arzusu fərqlidir. Biz bu sənətə gələndə düşünmürdük ki, sənətin müəyyən zirvəsinə yüksələcəyik, məşhur olacağıq, villa, maşın alacağıq, Əməkdar, Xalq artisti olacağıq. Heç zaman bu niyyətdə olmamışam".

“Toylara gedənlər udur, biz aktyorlar maaşa baxırıq” VİDEO

2023-03-07 15:52:00

Xalq artisti Məleykə Əsədova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

SevilSevinc bacıları: “Xəzər” TVdəki bir illik maaşımızla ev aldıq VİDEO

2023-03-07 15:50:00

Müğənnilər Sevinc və Sevil Səfərova bacıları açıqlamaları ilə diqqət çəkiblər.

Səidə Sultandan sinə əməliyyatı ilə bağlı ETİRAF

2023-03-07 14:58:00

"Plastik əməliyyatlar bizim cəmiyyətdə də adiləşib. Mən özüm də plastik əməliyyat etdirmişəm. Niyə də etdirməyim? Bu əməliyyatlar yaxşı görünmək üçün edilir. Bəlli məsələdir ki, yaşımız gedir. Ömür boyu cavan qalmayacağıq ki... Ona görə əməliyyat etdirmək lazımdır". 

"Bu, bir yuxudur..." İndoneziyaya yollanaraq, orada yaşayan azərbaycanlı müğənni

2023-03-07 14:14:00

Müğənni Çingiz Mustafayev bir müddət əvvəl yenidən İndoneziyaya yollanaraq, orada yaşamağa başlayıb. 

Tanınmışlar 8 Martı necə keçirəcəklər?

2023-03-07 12:57:00

8 Mart Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Kimisi verəcəyi hədiyyəni artıq alıb, kimisi özəl qeyd etməyə üstünlük verəcək. 

“Fatimə ilə barışdım, qardaşımın ruhu şad oldu”

2023-03-07 11:40:00

Müğənni Xatun Əliyeva Xalq artisti Aygün Kazımovanın ad günü məclisində geyindiyi libasının Röya Ayxanın "Ağla" klipində istifadə etdiyi paltara bənzədilməsindən söz açıb.

Xalq artisti dəbdəbəli evini nümayiş etdirdi

2023-03-07 11:18:00

"Yuxu kimi"nin ulduzu, Xalq artisti Pərvanə Qurbanova yeni dəbdəbəli evini nümayiş etdirib.

Ayrıldığı deyilən İlkin Həsəninin xanımından AÇIQLAMA

2023-03-07 10:51:00

Aparıcı İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəninin münasibətlərində problem yarandığı və ayrılıq yaşandığı iddia olub.

Məşhur yumor ustası qəza keçirdi

2023-03-07 10:28:00

Amerikalı məşhur komediya aktyoru Pit Devidson sevgilisi Çeyz Sui Uanderslə birlikdə avtomobil qəzası keçirib.

Flora Kərimova son zamanlar efirə çıxmamasının və eynək taxmasının səbəbini açıqladı

2023-03-07 03:22:00

Son.az xəbər verir ki, Xalq artisti Flora Kərimova moderator.az-ın suallarını cavablandırıb.   - Flora xanım, öncə sizi salamlayıram. Uzun müddətdir sizi nə efirlərdə, nə də ki, saytlara müsahibə verərkən görürük. Bu nə ilə bağlıdır?   - Bu həm səhhətimlə, həm də həvəsimlə bağlıdır. Bir az həvəs, bir az da səhhət. Türkiyədəki zəlzələ də mənə çox pis təsir edib. Elə bir azərbaycanlı tanımıram ki, bu hadisələr ona mənfi təsir etməsin. Canımız, qanımız olan bir ölkənin başına bu cür oyun gələndə, adamın ürəyindən qara qanlar axır. Bütün telekanallardan Novruz çəkilişlərinə dəvət alsam da, qatıla bilməmişəm. Sizin zənginizdən öncə də məni dəvət etdilər. Dedim ki, vaxt verin düşünüm, həvəsim olsa gələrəm. Sözün düzünü deyim ki, həvəsim yoxdur.   - Həqiqətən də gözlərimiz hər zaman sizi axtarır.   - Oğlum, yadımdadır, sənətin qaynar vaxtlarında sənət də, sənətkarlar da var idi. Kimdənsə öyrənib, kiməsə öyrətmək həvəsi var idi. İndi sənət çox cılızlaşıb, həyat mürəkkəbləşib. Vallah mən o müğənnilərdə də bir təqsir görmürəm. Hamının başı ailəsinə qarışıb ki, onları dolandırsın. Ona görə də çətin olub. Gərək ya sənət seçəsən, ya da ki, ailə dolandırmaq yolunu. Düzdür, bu mənə aid deyil. Çünki mən oğlumla dövlətimizin himayəsindəyəm. Amma bununla belə də adamın ürəyi ağrıyır. Əvvəllər sənət yarışı var idi. İndi isə dedi-qodu, mərdimazarlıq, qeyri-peşəkarlıq vaxtıdır. Bacarmayan şəxs işdən bərk yapışır, problemlər də bundan sonra başlayır.    - Flora xanım, gözlərinizdə yaranan problemlə bağlı olaraq kök hüceyrə uzmanı Sevinc Heydərovanı məhkəməyə vermisiniz. Gözlərinizdəki problem çox ciddidir?   - Bəli, oğlum. Gözlərimdə assimmetriya yaranıb. Bundan başqa ptoz, yəni yuxarı göz qabağının sallanması baş verib. Tikişdən sonra göz qapaqlarının bir tərəfi sallanıb.   Onu məhkəməyə vermişəm, sona qədər də üstündə dururam. Sevinc Heydərova qeyri-peşəkar adamdır. Onun cərrahiyyə əməliyyatı etməyə ixtiyarı yoxdur. Mənim öz sənətim ginekoloqdur. Əməliyyat da etmişəm, bu işdən də başım çıxır. Mənim kömək etdiyim insanlar artıq Azərbaycanda da yaşamırlar. Uşaq qəbul edəndə Allahın köməyi ilə ona nəfəs verirdim. Sevinc Heydərova bunu bacarmır, bu onun peşəsi deyil. O sadəcə yaxşı pul qazanmaq istəyir. Heç cərrah da deyil, fizioloqdur. Hər şeyə əl atdı. Sonra da əl atdı kosmetik cərrahiyyəyə. Çox baha pul alır, əlinə düşəni də şikəst edir. Sevinc Heydərovanın yanında onu televiziyada reklam edənlər də durmalıdır. Çünki bizlər reklama inanırıq. O qədər tərifləyirlər ki, qazanırsınız, amma düşünmürsünüz ki, sizə inananlar bədbəxt olur?! Sevinc Heydərovanı əstağfurullah Allah edib qoydular ki, nədir-nədir kimsə reklamdan qazanacaq. Fizioloq olan bu şəxs kök hüceyrə etdi, sonra gəldi cərrahiyyəyə. Sənin cərrahiyədə nə işin var?! Cərrah saatsaz kimi dəqiq olmalıdır. Sevinc, sən reklama görə məni seçdin?! Bəli, onun reklamına tutarlı ad lazım idi. Siz mənim halımı görsəniz oturub ağlayarsınız. Ay Sevinc, bilmirsənki sən bu işdə məsuliyyət daşıyırsan?! Sənin ümumiyyətlə bu kök hüceyrədə qandığın nəsə var?! Kök hüceyrə artıq İtaliya, Amerika ölkələrində qadağadadır. Bu indi ayılıb, doğrayıb biçir. Bir hüceyrəyə 3500 azn pul götürürsən! Bu yaxınlarda da elan edəcəm ki, kim onun etdiyi əməliyyatlardan ziyan görübsə mənimlə əlaqə saxlasın. Nahaq yerə düşünürsən ki, kimsə sənə köməklik edəcək, himayədarlıq edəcək. Mən də mənəm! Ona görə yox ki, mən Flora Kərimovayam. Ona görə ki, etdiyin iş göz qabağındadır.    - Sənətkarlar çox duyğusal olurlar. Bu hallar onlara ikiqat çox pis təsir edir. Yəqin ki, həmçinin də sizə?   - Bu gün Atv kanalından da zəng etdilər, neçə vaxtdır əzizim Nanə məni verilişinə dəvət edir, "yox" deyirəm. Göz göz deyil ki, bu cür efirə çıxım! Bir müddət əvvəl eynəklə bir qəhrəmanımız haqda verilişə çəkildim. Buna məcbur idim. Rejissor dedi ki, "Flora xanım, eynəyinizi bəlkə çıxarasız?" Dedim ki, əgər eynəyimi çıxarsam, gərək Azərbaycandan çıxım gedim. Bütün verilişlərdən imtina edirəm, sən Sevinc utanmırsan?! Kök hüceyrəni əgər 3500-ə edirsənsə, o zaman mən gözlərim üçün səndən nə qədər almalıyam?! Onda mən səni mələtdirməliyəm də! Özü də mənə deyir ki, "gəlin sizə yenidən əməliyyat edim". Sən mənə əvvəldən nə etmisən ki, təzədən nəsə edəsən?! Bir dəfə yanmışam, bir dəfə də yanım?! Sənin adını çəkən artıq tövbə edir! Onu reklam edən adamla mən çörək kəsmişəm. Mən onu çox istəyirəm, onun birinci müsahibi olmuşam. Həmin şəxsin adını çəkmək istəmirəm. Ondan keçə bilmirəm, amma yenə də Sevinc məhkəmədə mənə cavab verəcək. Hər dəfə güzgüyə baxanda, hər dəfə efirlərdən zəng edib məni dəvət edəndə ürəyim dağa dönür!

Hande Erçel iş adamı ilə görüntüləndi Tətildən qayıdırıq VİDEO

2023-03-07 02:44:00

Türk aktrisa Hande Erçel sevgilisi, iş adamı Hakan Sabancı ilə ilk dəfə açıqlama verib.

Hüseyn yenə Samirəyə söz atdı VİDEO

2023-03-07 01:22:00

Xəbər verdiyimiz kimi, aşıq Samirə Əliyeva ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında qalmaqal yaşanıb.

Kişi müğənninin saçaqlı və parıltılı libası sosial şəbəkədə müzakirə yaratdı VİDEO

2023-03-07 00:44:00

Müğənni Ayaz Babayev ötən gün Gəncə Dövlət Filarmoniyasında konsert verib.

Məşhur meyxanaçı qadının uzatdığı PULDAN İMTİNA ETDİ

2023-03-06 23:42:00

Məşhur meyxanaçı Orxan Lökbəatanlı paytaxtın səhnə aldığı məşhur məkanlarından birində kuryoz hadisə ilə qarşı-qarşıya qalıb.

“Mən onu elə qəbul etmişəm”

2023-03-06 23:27:00

Aparıcı Çinarə Əliyeva nişanlısı, estetik cərrah Ruslan Rəsulun əvvəlki evliliyi və qalmaqallı şəkildə ayrılmasından danışıb.

“Space”in aparıcısı

2023-03-06 23:05:00

Space TV-nin aparıcısı Fariz İlyas ata olub.

Azərbaycanlı məşhur Birləşmiş Ərəb Əmirliklərinin

2023-03-06 21:55:00

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Birləşmiş Ərəb Əmirliklərində yaşamaq hüququ qazanıb. 

"Sen anlat Karadeniz"in aktyoru evləndi FOTO

2023-03-06 21:00:00

Türkiyəli aktyor Mehmet Ali Nuroğlu evlənib.

“Şəkillərimi plastik cərrahlara göstərib deyiblər ki, bizi də belə et”

2023-03-06 20:29:00

"İllər əvvəl müğənnilərimiz mənim şəkilimi plastik cərrahlara göstərib deyirdilər ki, məni də belə et. Mən buna normal baxıram. Təki xanımlarımız gözəl olsun. Əlbəttə ki, plastik cərrahlarımız da xanımları gözəlləşdirmək üçün çalışır. Bir qadın əgər etdiyi plastik toxunuşla gözəl görünürsə, niyə də olmasın?! Gözəllik qadınının həyatda özünü güvəndə hiss etməsidir. Amma həkimin də yaxşısını seçmək lazımdır. Bəzən elə müdaxilələr edilir ki, xanımlar ümumiyyətlə özlərinə oxşamır. Plastik əməliyyatlara müsbət baxıram, nə vaxtsa ehtiyac yaranarsa, mən də etdirərəm".

Rozanın Polad Bülbüloğlu ilə rəqsi…VİDEO

2023-03-06 17:54:00

Müğənni Roza Zərgərli Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY tərəfindən keçirilən konsertdə çıxış edib.

Rəqqasə Fatimə namaza başladı

2023-03-06 17:21:00

Rəqqasə Fatimə Fətəliyeva son günlər hicablı fotosessiyaları ilə gündəmə gəlib. 

Aygün Kazımova görünüşü ilə təəccübləndirdi VİDEO FOTO

2023-03-06 16:47:00

Xalq artisti Aygün Kazımova yeni fotolarını izləyiciləri ilə bölüşüb.

Könül boşandığını ilk dəfə etiraf etdi FOTO

2023-03-06 16:27:00

Əməkdar artist Könül Kərimova həyat yoldaşından boşandığını ilk dəfə etiraf edib.

Serialdakı bu görüntülər dini tənqid kimi qəbul olundu VİDEO

2023-03-06 16:14:00

"Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialının son bölümü müzakirələrə səbəb olub.

Mətanət İsgəndərlidən qardaşı ilə bağlı açıqlama : "Ömrünə az qalıb..." VİDEO

2023-03-06 15:41:00

Əməkdar artist Mətanət İsgəndərlinin qardaşının səhhəti pisləşib.

Qonşusu Gülüstan Əliyevadan şikayətləndi

2023-03-06 14:46:00

Əməkdar artist Gülüstan Əliyevanın Cəbrayılda qonşusu olmuş şəxs "Günaydın Azərbaycan" verilişinə məktub göndərib.

İlkin Həsəni həyat yoldaşından ayrılır

2023-03-06 14:24:00

Aparıcı İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəninin ayrıldığı iddia olunur.

Tünzalə Əliyevanın məzarında niyə şəkil yoxdur?

2023-03-06 14:02:00

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın məzarından yayılan görüntülər sosial şəbəkələrdə müzakirə yaradıb. Əksəriyyət aktrisanın qəbirüstü abidəsində şəklinin olmaması məsələsinə irad bildirib.