Siyasət
2023-02-09 21:42:00
Qardaş Türkiyədə yaşanan ağır faciədən Ərdoğan əleyhdarlarının, xüsusən də Qərbin Türkiyə və Azərbaycandakı şəbəkəsinin dərhal yararlanmaq cəhdləri açıq-aşkar ortadadır. Faciənin dəhşətlərini yaşamış insanların emosional ovqatına siyasi məzmun verərək, onun Ərdoğana qarşı kütləvi qəzəb və nifrətə çevrilməsi üçün hər şey edilir! Məqsəd də odur ki, Türkiyədəki 14 may seçkilərinə qədər Ərdoğan ciddi siyasi nüfuz və səs itkisinə məruz qalsın, yenidən prezident seçilməsin.
2023-02-09 21:39:00
İran münaqişəyə (Ermənistan-Azərbaycan konflikti - red.) hərbi müdaxilə üçün çoxdan əlverişli şərait axtarır. İndi düşünə bilərlər ki, belə bir imkan yaranıb. İran görür ki, Türkiyə ilə Qərb arasında münasibətlər rəvan deyil və Qərb bütün vasitələrlə Ermənistana kömək etmək istəyir. Bizim təbii müttəfiqimiz Türkiyənin isə başı zəlzələnin fəsadlarının aradan qaldırılmasına qarışıb. Düşünürlər ki, belə vəziyyətdə İranın Ermənistan tərəfdən münaqişəyə qatılması Qərbin onlara təzyiqini azaldar, onlar da bundan istifadə edib, həm nüvə proqramını, həm də daxildə repressiyaları genişləndirib orta əsrlərə xas olan teokratik rejimlərinin ömrünü uzada bilərlər.
2023-02-09 21:36:00
Yanvarın 28 və 29-da Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu. Hakimiyyət öz sakinlərini başsız buraxdı. Lakin Suriyada 6 fevralda baş verən zəlzələ fəlakətinə səssiz qalmadı. Qısa vaxt ərzində yardıma qaçdı.
2023-02-09 21:34:00
Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə missiyasının Ermənistana gəlməsi ilə bağlı danışıb.
2023-02-09 18:29:00
"Türkiyədə dəhşətli zəlzələdən sonra regionda təhlükəsizlik üçün müəyyən təhdidlər formalaşıb".
2023-02-09 15:28:00
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
2023-02-09 15:25:00
Prezident İlham Əliyev A.Y.Şarovskinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
2023-02-09 14:16:00
Bu gün zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.
2023-02-09 13:25:00
"Bu gün bir çox Avropa ölkələri Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin birgə icrasına hazırlıqlarını bəyan edirlər. Azərbaycanın etibarlı tərəfdaş olması, eləcə də Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə artması Avropa İttifaqı ölkələrinin bu münasibətini formalaşdıran əsas amil kimi çıxış edir. Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi deyilənləri təsdiq edir. Bir il bundan öncə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısı keçirilmişdi. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, ötən bir ildə dünyada qlobal dəyişikliklər baş verib və bu proses hələ də davam edir. Məhz bu proseslərin fonunda enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və bu problem artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Yaranmış yeni reallıqlar fonunda Avropaya qaz nəqli üçün yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması istiqamətində görülmüş işlərin əhəmiyyəti bu gün özünü xüsusilə qabarıq şəkildə göstərməkdədir. İki ildir ki, Cənub Qaz Dəhlizi açılıb və bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir. Həmçinin TAP-ın ötürücülük qabiliyyətinin 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaldırılması müzakirə olunur. Bu bir daha göstərir ki, Avropada alternativ enerji mənbəyinə ehtiyac çox böyükdür və enerji təchizatının davamlı şəkildə şaxələndirilməsi zəruridir".
2023-02-09 12:58:00
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.
2023-02-09 11:28:00
Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə keçirilən humanitar aksiyaya qoşulub.
2023-02-09 10:27:00
"Bu gün 59-cu gündür ki, ekofəalların aksiyaları davam edir. Hazırda Şuşada qarlı, soyuq hava hökm sürür. Buna baxmayaraq bizim ekofəallarımız öz fəalliyyətini davam etdirir. Biz ilk gündən mədənlərimizdə monitorinq aparılması, təbii sərvətlərimizin yağmalanmasının qarşısının alınması, ümumilikdə isə sülh tələb edirik. Biz müharibədə qələbə çalmışıq və artıq öz ərazimizdə sülhün, əminamanlığı təmin etmək istəyirik".
2023-02-09 10:14:00
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza ümummilli liderin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını gündəlik xronikada bizimlə birgə yada salmağı təklif edirik.
2023-02-09 08:58:00
Almaniya Ukraynaya 2 "Leopard" tankı və 5 zirehli maşın göndərib.
2023-02-09 08:57:00
İran rejiminin imzaladığı əfv heç bir zaman Azərbaycan milli hərəkatının üzvlərinə şamil olunmayıb. Bu sərəncamdan ancaq öz adamları, rejimə yaxın olanlar və yaxud da nisbətən yüngül cəza törədənlər faydalanır.
2023-02-09 08:50:00
ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə rəhbəri Erik Qrin vəzifəsindən azad edilib.
2023-02-09 08:48:00
Polşa tərəfi ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri üçün 500-dən çox modul alacaq.
2023-02-09 08:47:00
Ukrayna əsirliyinə könüllü təslim olmaq barədə "Yaşamaq istəyirəm" layihəsinə 7 600-dən çox rusiyalı hərbçi müraciət edib.
2023-02-09 08:44:00
Almaniya Avropa Birliyində (AB) partnyorlarının Ukrayana kifayət qədər "Leopard 2" tankını verməyəcəyindən narahatdır.
2023-02-09 08:37:00
"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə çatdırılan yardım ilkin mərhələdə edilmiş yardımdır".
2023-02-09 08:34:00
Ukrayna ordusunun hücum əməliyyatları üçün vasitələri yoxdur, tam məğlubiyyətə yaxındır.
2023-02-09 08:32:00
Qərbin qırıcıları və digər təyyarələrin Ukraynaya tədarükü danışıqlar masasında aktiv variantdır.
2023-02-09 08:28:00
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan mediası (Haqqin.az və Trend) diplomatik mənbələrə istinadla Ermənistanın İranla birlikdə Azərbaycana qarşı təxribat hücumu hazırladığı haqda məlumat yayıb.
2023-02-09 08:27:00
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış gündür davam edir.
2023-02-09 08:17:00
"Türkiyəyə 150 nəfərdən çox axtarış-xilasetmə qrupu göndərmişik".
2023-02-09 08:12:00
Paşinyanın nəzarətində olan "Hraparak" qəzeti Ruben Vardanyanın Ermənistan hakimiyyətinin göstərişi ilə Qarabağdan deportasiya edildiyini yazıb. Yəni İrəvan qeyri-rəsmi kanal vasitəsilə Azərbaycanın Vardanyanı deportasiya etmək tələbini yerinə yetirdiyini Bakıya bildirib.
2023-02-08 22:05:00
"Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanda ticarətin həcmini xeyli artıracaq".
2023-02-08 21:43:00
"Ermənistan cəmiyyəti Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi münasibət bəsləyir".
2023-02-08 19:27:00
Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan təyyarə yaxın saatlarda faciə bölgəsinə yola düşəcək.
2023-02-08 18:33:00
Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.
2023-02-08 16:47:00
Azərbaycan zəlzələdən sonrakı bərpa işlərinə də qoşulmağa hazırdır. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.
2023-02-08 16:46:00
"İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.