Siyasət
2022-12-27 18:40:00
27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak edib.
2022-12-27 17:52:00
Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir.
2022-12-27 17:04:00
Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrinin sülhməramlı kontingentin olduğu ərazidən çıxarılması qeyd edilib. Ermənistan da bu Bəyanata imza atıb. Qanunsuz silahlı birləşmələrin orada mövcudluğu bölgədə davamlı olaraq gərginlik yaradır. Azərbaycan tərəfi bu məsələləri danışıqlar zamanı davamlı şəkildə qaldırır.
2022-12-27 16:20:00
"Oktyabrın sonunda Soçi görüşü öncəsi ilk olaraq Xankəndidə Vardanyanın iştirakı ilə Azərbaycan əleyhinə aksiya təşkil edildi, ikinci belə aksiya isə Sankt-Peterburqda MDB dövlət başçılarının görüşündən bir gün öncə keçirildi. Bu aksiyaların Rusiya tərəfindən təşkil edilməsindən hər hansı şübhə yoxdur".
2022-12-27 16:04:00
Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb.