Xəbərlərin siyahısı

Azərbaycanlı aktyora ağır itki

2023-09-11 16:23:00

Aktyor Tural Əhmədə ağır itki üz verib.

XİNdə imtahan keçiriləcək

2023-09-11 15:59:00

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

“WhatsApp”dan növbəti yenilik

2023-09-11 15:58:00

"WhatsApp" 2.23.14.17 beta versiyasında söhbət filtrləmə funksiyasını test edib.

Bu hərəkətlər haqsız rəqabət hesab olunacaq

2023-09-11 15:26:00

Azərbaycanda haqsız rəqabətin formaları müəyyən edilir.

Barış Mançonun oğlu badımcana görə xəstəxanalıq oldu

2023-09-11 15:25:00

Mərhum sənətçi Barış Mançonun oğlu Doğukan Manço xəstəxanalıq olub.

30 il əvvəl Füzulidə itkin düşən şəxslə vida mərasimi keçirilir

2023-09-11 15:19:00

30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi məzarlıqda qalıqları tapılan şəhid Əsəd Məmməd oğlu Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna gətirilib.

Qiymətlər "əl yandırır" Məktəbli çantasını neçəyə doldurmaq olar?

2023-09-11 14:52:00

Məktəblərdə dərslərin başlamasına sayılı günlər qalıb. Valideynlər övladları üçün almaq istədikləri məktəb ləvazimatlarının qiymətlərinin bahalaşmasından şikayət edirlər.

Bu sazişlərin bağlanması

2023-09-11 14:48:00

Azərbaycanda rəqabəti əngəlləyin sazişlərin bağlanması qadağan edilir.

"Düşünürəm ki, hazırda regionda maneələr qoymaq lazım deyil"

2023-09-11 14:46:00

Cənubi Qafqazda kommunikasiyaların inkişafı Mərkəzi Asiya üçün ən mühüm məqamlardan biridir.

Azərbaycanın ABŞnin yanında olmasını heç vaxt unutmayacağıq

2023-09-11 14:44:00

ABŞ-nin Azərbaycandakı Səfirliyində 11 sentyabr hücumlarının ildönümü qeyd edilib.

Azərbaycanda bu hərəkətlər monopoliya hesab ediləcək

2023-09-11 14:42:00

Azərbaycanda rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları müəyyən edilir.

“Saçımı həftədə bir dəfə yuyuram”

2023-09-11 14:41:00

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"deyə açıqlama verib.

Ermənistan və Rusiya arasında münasibətlər kəskinləşir

2023-09-11 14:36:00

Xəbər verdiyimiz ki, ABŞ-Ermənistan birgə təlimləri bu gün başlayır. Sentyabrın 20-dək davam edəcək "EAGLE PARTNER-2023" təlimləri Ermənistan "Zar" tədris mərkəzinin bazasında keçiriləcək.

Bakıda sığortada işləyən qızın intim görüntüləri yayıldı, atasının

2023-09-11 14:30:00

Bu günlərdə gənc qızı özündən asılı vəziyyətə salaraq, onu cinsi istismara məruz qoyan 54 yaşlı Salyan sakininin məhkəməsi başa çatıb. İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılıb.

Televiziya kanallarına xəbərdarlıq edildi

2023-09-11 14:29:00

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Su polisi əməliyyat keçirdi Saxlanılanlar var

2023-09-11 14:27:00

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Ərdoğan Qazaxıstana gedəcək

2023-09-11 14:24:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Qazaxıstana rəsmi səfər edəcək.

İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları məlum olub

2023-09-11 14:19:00

İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları müəyyən edilib.

İran Fransaya etiraz notası göndərdi

2023-09-11 14:18:00

İran Xarici İşlər Nazirliyi Parisdəki diplomatik səfirliyinə hücumla əlaqədar həm Fransanın Tehrandakı səfirliyinə, həm də Parisdəki səfirliyi ilə Fransaya etiraz notası göndərib.

İcra başçısının müavini işdən azad olundu

2023-09-11 14:16:00

Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini işdən azad olunub.

Füzulidə daha 24 ailəyə evlərinin açarları təqdim olundu FOTO

2023-09-11 14:14:00

Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.   Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.   Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib.

Bu məşhurlar da "Xəzər"dən gedir

2023-09-11 14:08:00

Xəzər TV-nin tanınmış simalarından olan aparıcı, ssenarist Valeh Əhmədov da yeni sezondan kanalla əməkdaşlığına son qoyub.

Hesablama Palatası "Azərbaycanfilm"də yoxlama aparır EKSKLÜZİV

2023-09-11 13:58:00

Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yoxlama aparır.

Məmurun üstünə tapança çıxarıbmış Karantin geyimi, maska ilə...

2023-09-11 13:57:00

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakıda bu şəxslərə kirayə ev verilmir VİDEO

2023-09-11 13:46:00

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonlardan gələn tələbələr kirayə ev tapa bilmirlər.

Daha bir köç karvanı Füzuliyə çatıb

2023-09-11 13:45:00

Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan növbəti köç karvanı artıq Füzuli şəhərinə çatıb.

"Dünyanın ən seksual kişisi" gizli evləndi

2023-09-11 13:35:00

41 yaşlı aktyor Kris Evans 25 yaşlı portuqaliyalı sevgilisi Alba Baptistayla gizli şəkildə evlənib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlimməşq uçuşlarını icra ediblər VİDEO

2023-09-11 13:32:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

Bu rayonlarda 2 gün qaz olmayacaq

2023-09-11 13:26:00

SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balakən" yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri görüləcək.

“Hepsiburada” da Azərbaycanda fəaliyyətə başlaya bilər CEOdan AÇIQLAMA

2023-09-11 13:25:00

Türkiyənin aparıcı onlayn ticarət platforması "Hepsiburada" Azərbaycanda fəaliyyətə başlaya bilər.

Ekspertdən HƏYƏCAN TƏBİLİ: “Ana 16 yaşlı qızının çantasında marixuana tapıb”

2023-09-11 13:24:00

Dünyada narkomaniya ilə mübarizə çərçivəsində müxtəlif tədbirlər görürlər. Görülən tədbirlərin effektiv olması üçün isə təbii ki, bu istiqamətdə atılan addımların mütəmadi olması önəmlidir.

“Məktəbli formaları 3 il qüvvədə olacaq”

2023-09-11 13:13:00

"Bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub".

Qarabağ Azərbaycanın bir hissəsidir İran XİN

2023-09-11 13:10:00

İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

Mətanət ilk sevgisindən DANIŞDI: “Birbirimizə qovuşmasaq da, övladının toyunda oxudum” – VİDEO

2023-09-11 13:02:00

"Doqquzuncu sinifdə oxuyanda bir oğlanı sevirdim. Amma onun bundan xəbəri yox idi. Ötəri sevgi idi. Hər zaman öz-özümə deyirdim ki, qoy, ona baxım, o, heç mənim balaca gözlərimi görməyəcək (gülür). Çünki uşaqlıqda elə bilirdim ki, gözlərim çox balacadır. Bu sevgidən onun xəbəri olmadı. Allahla mənim içimdə oldu. İlk sevgim belə oldu".  Son.az bizim.media-ya istinadən bildirir ki,  xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Gündən-günə" verilişində deyib.  17 yaşındakı "dəli eşq"indən söz açan sənətçi etirafları ilə diqqət çəkib. İsgəndərli bildirib ki, qarşı tərəfə olan sevgisini göstərdiyi xoş olmayan hərəkəti ilə birdəfəlik özündən uzaqlaşdırıb: "Növbəti sevgim isə oldu 17 yaşımda. Bu sevgidən isə az qalırdı, başıma hava gəlsin. Dəli kimi sevirdim. Hiss edirdim ki, o da məni sevir. Çünki hissiyat məndə çox güclüdür. Yatırdım, yuxularıma girirdi. Heç kimə də içimdə bu sevgini danışmırdım. Dəli kimi gəzirdim. Elə gözəl hissdir ki... O da mənimlə eyni yaşda idi. Bir il keçdi. O, hərbi xidmətə getmək üzrə idi. Günlərin bir günü, o mənə yaxınlaşdı. İstədi ki, dərdini (sevgisini etiraf etmək - red.) mənə desin, mən isə ona "sifət" göstərdim. Yaxınlaşıb sual verdi ki, "Sən məni tanıyırsan?" Cavab verdim ki, "Səni tanımıram, tanımaq da istəmirəm. Rədd ol buradan". Nənəm "dağlı məhəlləsi"ndə böyümüşdü. O bizə öyrətmişdi ki, gördünüz ki, "gedələr" (oğlanlar - red.) sizə yaxınlaşır, daşı əlinizə götürün, çırpın təpələrinə (başlarına - red.). Həmin an nənəmin sözləri yadıma düşdü. Söylədim ki, "Buradan rədd ol" və başladım daş axtarmağa. Yazıq oğlan bir günə düşdü ki, çıxıb getdi. Sonra gəlib evdə nə qədər ağladım. Özümə dedim ki, başına daş düşsün, axı sən nə etdin. Bir il bu oğlanın dərdindən dəli-divanəsən... Sən nə etdin... O əslində mənə yaxınlaşıb demək istəyirdi ki, iki gündən sonra hərbi xidmətə gedirəm, anam gəlsin səninlə danışsın. Sən də otur məni gözlə. Ona görə də insan heç zaman ilk məhəbbətinə qovuşmur. Çox əziyyət çəkdim. Heç zaman yadımdan çıxmır".  Mətanət bildirib ki, ilk məhəbbətinə qovuşa bilməsə də, uzun illərdən sonra onun övladının toyunda çıxış edib:  "O insan dünyasını dəyişib. Məndən sonra üç dəfə ailə qurdu. Allah ona rəhmət eləsin. Biz onunla bir müddət bir yerdə işlədik. Deməyəcəm harada... Hər gün onu görürdüm. Biz bir-birimizdən xəbərsiz bir-birimizi sevmişik. O ilk məhəbbətinə qovuşmadığına görə, onun da həyatı "gətirmədi". Amma o sağikən övladının toyuna məni dəvət etdi, gedib məclisdə çıxış etdim. Onu o toyda doğma insan kimi görürdüm".

Şəkidə 90 yaşlı kişi intihar edib

2023-09-11 12:51:00

Şəkidə 90 yaşlı kişi intihar edib.

Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər

2023-09-11 12:42:00

Bu günə qədər Ermənistanın Rusiyaya arxa söykəməsini hardasa başa düşmək olurdu. Çünki tarixdən bilirik ki, erməniləri Cənubi Qafqaza ruslar gətirib. Bilirik ki, ermənilər Cənubi Qafqaza gəldiyi gündən bu günə qədər Rusiya Ermənistana hərtərəfli dəstək durub. Hər kəsə məlumdur ki, Birinci və İkinci Qarabağ müharibələrində Rusiya Ermənistana hansı yardımları edib və hansı müstəvilərdə dəstək olub.

Sabah yenə leysan olacaq PROQNOZ

2023-09-11 12:41:00

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən xəbərə görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bu avtomobil sahibləri cərimələnəcək RƏSMİ AÇIQLAMA

2023-09-11 12:40:00

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda hərəkət intensivliyində artım müşahidə olunacaq və artıq bu hiss olunmaqdadır.

Kərim Vəliyev Türkiyəyə səfər edib

2023-09-11 12:38:00

Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.

Vejnəlidə meyit qalıqları ekshumasiya edilib RƏSMİ

2023-09-11 12:33:00

Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Rüfət Həsənov vəzifəsindən azad olunub

2023-09-11 12:30:00

Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Tanınmış aparıcı əməliyyat olundu

2023-09-11 12:29:00

"MTV" kanalının tanınmış aparıcısı Gülnar Səhliyarlı əməliyyat olunub.

Ermənilər vədlərə inanıb əlacsız qalıblar

2023-09-11 12:25:00

Elçin Alıoğlu

Musa Pənahovun ailəsində AĞIR İTKİ

2023-09-11 12:22:00

Sabiq nazir müavini, hazırda Nazirlər Kabinetinin Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Musa Pənahova ağır itki üz verib.

Azərbaycanda illik inflyasiya 12%dən aşağı düşdü

2023-09-11 12:20:00

Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4%, qeyri-ərzaq məhsulları üzrə 110,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.

"Priqojin sağsalamatdır və Marqarita adasında öz vaxtını çox gözəl keçirir..."

2023-09-11 12:18:00

"Priqojinə təyyarəsinin məhv ediləcəyi barədə xəbərdarlıq edilib və o, təyyarədə olmayıb..." "Putin və Patruşev Priqojinlə kritik vəziyyətdə əməkdaşlıq barədə razılıq əldə edib..."   "Vaqner qrupu" özəl hərbi şirkətinin rəhbəri, "Putinin aşpazı" adlandırılan  Yevgeni Priqojin avqustun 23-də aviasiya qəzasında şirkətin yüksək vəzifəli üzvləri ilə birlikdə həlak olub. Lakin ilk günlərdən onun sağ-salamaq olduğu və gizləndiyi barədə şayiələr dolaşmağa başlayıb.   Son.az moderator.az -a istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Valeri Solovey Britaniyanın "Daily Mail" nəşrinə verdiyi müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Priqojin Vladimir Putinin qisasından gizlənir.   Solovey adları açıqlanmayan mənbələrə istinadən iddia edir ki, Priqojin təyyarəsinin məhv ediləcəyi barədə informasiya əldə edib və təyyarədə olmayıb.   "Yevgeji Priqojinə onun qətlə yetiriləcəyi, onun təyyarəsinin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib", - Solovey bəyan edib.   "Putunin qisası" barədə danışarkən, Solovey bununla yanaşı iddia edir ki, Putin və Patruşev Priqojinlə sövdələşmə əldə edib ki, onlar bizim müşahidə etdiyimiz bu "fokusu" işləyib hazırlayıb.   "Onlar kritik vəziyyətdə əməkdaşlıq barədə razılaşıblar", - o, deyib və qeyd edib ki, bu beş min vaqnerçidən Patruşevlə bağlı yeni hakim koalisiyasına qarşı çıxmağa cəhd edənlərdən xilas olmaq üçün istifadə edilməsi güman edilir.   Solovey güman edib ki, Priqojin Vladimir Putin ölməyincə, Vətənə dönməyəcək. O, deyib ki, geriyə dönən kimi Priqojin yenidən beş minlik "Vaqner"ə rəhbərlik edəcək və Kremlin müxtəlif qütblərinin hakimiyyət uğrunda mübarizəsində ən mühüm fiqur olacaq.   Solovey həmçinin bəyan edib ki, Priqojinin aktivləri, o cümlədən brilliantlar, qızıl və nağd pulları bölünüb, həm də Priqojinə onların yeddidə bir hissəsi qalıb, digər hissələri "Vladimir Putinin ailəsinin nəzarət etdiyi qurumlara" çatıb.    Politoloq əmindir ki, Putin xəstədir və 2023-cü ilin payızında ölə bilər. İctimaiyyət qarşısına isə onun oxşarları çıxır.   "Putinin oxşarları, daha doğrusu, iki oxşarına Federal Mühafizə Xidməti tərəfindən nəzarət edilir", - o, deyib. Onun həkimlərinin sözlərinə görə, Putin xəstədir və payızadək ölə bilər.   Valeri Solovey kimdir?   Valeri Solovey çoxdandır ki, ekspert cəmiyyətində sui-qəsd nəzərriyyələrinin başlıca tərəfdarı kimi qəbul edilir. Onlardan iki ən populyarı bunlardır: Putin ölüm ayağındadır və çoxdandır ki, ölkəyə rəhbərlik etmir; Putinin yerinə oxşarları çıxış edir.   Solovey rusiyalı tarixçi, siyasi analitik, publisist və ictimai xadimdir. Tarix elmləri doktorudur.   2007-2019-cu illərdə o, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun reklam və ictimaiyyətlə əlaqələr kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-cü ildə "Qorbaçov Fondu"nun eksperti olub.   2012-ci ildə milliyyətçi yönlü "Yeni qüvvə" partiyasının sədri seçilib, Rusiya Ədliyyə Nazirliyi onu qeydiyyatdan keçirməkdən imtina edib.   Solovey müntəzəm olaraq Putinə və "Vahid Rusiya" partiyasına qarşı çıxıb. 2022-ci ildə İstintaq Komitəsi müstəntiqləri tərəfindən onun evində axtarış aparılıb. O, həmçinin dəfələrlə piketlərdə saxlanılıb.   Solovey 9 sentyabr 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" siyahısına salınıb.   Qeyd edək ki, Soloveyin bu açıqlaması Priqojini öldürən adamın adını açıqlayan Ukrayna prezidentinin sözlərilə ziddiyyət təşkil edir.   Eyni zamanda, bu həftə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Priqojinin ölümünü hələlik 100 faiz təsdiq edə bilmir.   Bu barədə nazirliyin nümayəndəsi Andrey Yusov məlumat verib və vurğulayıb ki, Dmitri Utkinin və təyyarənin digər sərnişinləri həlak olub, amma Priqojinlə bağlı "bir qədər gözləmək lazım gələcək. Biz faktlara əsaslanmalıyıq, Yusov deyib.

Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən danışdı

2023-09-11 12:12:00

Sertifikasiya nəticəsinə əsasən bildik ki, ibtidai sinif müəllimlərimizin orta məktəb proqramını kafi dərəcədə bilir.

Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb

2023-09-11 11:56:00

Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil müəssisəsinin təmiri başa çatdırılıb.

Sevinc Musayeva ərə getdi FOTO

2023-09-11 11:50:00

Müğənni Sevinc Musayeva ailə qurub. 

Qubadakı dəhşətli qəzada ölənlərin kimliyi bilindi VİDEO

2023-09-11 11:23:00

Ötən gecə Quba rayonunda baş vermis ağır yol qəzasında vəfat edən və xəsarət alan şəxslərin adları məlum olub.