Xəbərlərin siyahısı
2023-02-16 06:03:00
Yalançı vərəm - intoksikasiya, bağırsağın zədələnməsi, polimorf səpgi, artralgiya və hepatolienal sindromla xarakterizə olunan residivlərə meyilli kəskən infeksion xəstəlikdir. Xəstəliyi heyvanların daxili orqanlarında vərəm çöplərinə oxşar bakeriyalar törədir. Ağciyər vərəmindən fərqli olaraq orqanlarda kirəcləşmə əmələ gətirmədiyinə görə xəstəlik yalançı vərəm adlanır. Xəstəliyin törədiciləri qrammənfi, çöpşəkilli, spor əmələ gətirməyən bakteriyalardır. Bakteriyalar günəş şüaları altında tələf olurlar, qurumaya davamsızdırlar, lakin, insan və heyvan orqanizmindən kənarda uzun müddət yaşaya bilirlər. Yalançı vərəm xəstəliyi ev və çöl siçanları, boz və qara siçovullar və quşlar arasında yayılmış xəstəlikdir. Xəstə heyvanların sidiyi və nəcisi torpağı, meyvə və tərəvəzləri çirkləndirir. Yoluxmuş meyvə və tərəvəzlər 4-6*S tempratur şəraitində uzun müddət qala bildiyinə görə yaşayır və sürətlə çoxalırlar. Xüsusilə tərəvəz anbarları xəstəliyin artması üçün əlverişli mühit sayılır. Belə meyvə-tərəvəzlər kifayət qədər yuylmadıqda, çiy şəkildə, yaxud yaxşı bişməmiş istifadə edildikdə alimentar yolla yoluxur. Xəstəlik xəstə heyvana qulluq edərkən də yoluxa bilıir. Bakteriya insan orqanizminə düşdükdən sonra bağırsaq divarının limfa damarlarına daxil olur və limfangit törədir. Sonra mikroblar limfa düyünlərini zədələyir, yəni lmfadenit baş verir. Daha sonra mikrob qana keçərək ümumi intoksikasiya, allergiya əlamətləri ilə özünü göstərir. Nəticədə qara ciyər, ağ ciyərlər, dalaq, oynaqlar zədələnir kapilyarların keçiriciliyi artır. Mikrobun daxili orqanlarda çökməsi ikincili ocaqlar əmələ gətirir. Xəstəliyin klinikasında təsadüf olunnan allergik dəyişikliklər endo və ekzotoksinlərin təsiri və mirkobun bir sıra başqa bioloji xüsusuyyətləri ilə əlaqədardır. KLİNİKASI: İnkubasiya dövrü 2-15 gün çəkir. İlk günlərdə xəstələrdə üşütmə,baş ağrısı, ümumi zəiflik, subfebril qızdırma olur. Xəstələrin əzələlərində oynaqlarında sümüklərində ağrı olur. Kəskin dövrdə qızdırma artır 39dərəcəyə çatır, davamlı və dalğavari xarakter alır. Xəstəliyin əsas əlaməti səpgilərdir. Səpgilər xəstəliyin 1-4 -cü günləri əmələ gəlir. Döşün yan tərəflərində, qarının aşağı hissəsində, ətrafların distal hissəsində boyun və çiyinlərdə, qolun altında papuloz, düyünlü eritemaya oxşayan səpgilər olur. Yalançı vərəm xəstəliyində mədə-bağırsaq simptomları da özünü göstərir, qusma, ishal, qarında sancılar baş verir. Xəstələrdə baş ağrısı, yuxululuq əlamətləri olur. DİAQNOZU: Xəstəliyin kliniki əlamətlərinə, laborator müayinələrə əsaslanaraq qoyulur. Xəstənin qanının, sidiyinin, nəcsinin əkilməsindən alınan nəticələr diaqnozun təstiqlənməsində həkimə yardımçı olur. MÜALİCƏSİ: Müalicəsində anti bacterial üsullardan, dezintoksikasiyaedicilərdən, sepsis əleyhinə dərmanlardan, vitaminlərdən istifadə olunur.
2023-02-16 05:02:00
Mütəxəssislərin araşdırmaları həzm sistemi xəstəliklərinin əmələ gəlmə səbəblərini bir neçə qrupa ayırıb. Bu qruplar aşağıdakılardır: 1. Qidalanmanın pozulması - iştahsızlıq - qida qəbulundan imtina edilməsi - uzun müddət quru qida qəbulu - uzun müddət sərt qida qəbulu - qeyri-müntəzəm qidalanma - sürətlə yemək vərdişi - dişlərin tökülməsi - ağız boşluğu xəstəlikləri - çox isti qida qəbulu - çox soyuq qida qəbulu - uzun müddət keyfiyyətsiz qidalarla qidalanma. 2. Həzm sistemini zədələyən infeksiyalar - qarın yatalağı - paratiflər - dizenteriya - qida toksikoinfeksiyası 3. Zəhərli maddələr - bitki zəhərləri - ağır metal duzları. 4. Spirtli içkilər və nikotin. 5. Psixi travmalar. - mənfi emosiyalar - endokrinopatiyalar 6. Zərərli istehsalat şəraiti. - isti sexlər - kimya sənayesi - poliqrafiya müəssisəsi. 7. Şiş xəstəlikləri. 8. Həzm orqanlarında aparılan əməliyyatlar. 9. Həzm sistemi orqanlarının anadangəlmə qüsurları.
2023-02-16 04:31:00
Tailand hökuməti iyunun 1-dən ölkəyə gələn səyahətçilərdən alınmağa başlayacaq turist vergisinin tətbiqini təsdiqləyib.
2023-02-16 04:03:00
Urogenital xlamidoz cinsi yolla keçən xəstəliklər sırasında aparıcı yerlərdən birini tutur. 15-19 yaş həddində olan xəstələrin 46%-i, 20-24 yaşda isə 30%-i bu xəstəliyə yoluxurlar. Urogenital xlamidoz qadınlarda uretrit, kolpit, endoservisit, endometrit, pelvioperitonitə səbəb olur. Urogenital xlamidoz kiçik çanaq üzvlərinin iltihabi xəstəliklərinin əsas törədicisidir. Əksər hallarda uşaqlıqdankənar hamiləliklərdə urogenital xlamidoz infeksiyası aşkar edilir. Qadın orqanizminin reproduktiv funksiyasının pozulmasında urogenital xlamidozun böyük rolu vardır. Bakı şəhərində aparılan elmi tədqiqatlar göstərmişdir ki, hamilə qadınlar arasında urogenital xlamidoz hallarına təqribən 15% rast gəlinir. Xəstəlik hallarının 70%-i simptomsuz keçir, gələcəkdə dölün, yenidoğulmuşun infeksiyalaşmasına səbəb olur. Xlamidiya infeksiyalarının törədiciləri təbiətdə geniş yayılmışdır. Xlamidiyaların 4 növü, 3 inkişaf forması vardır. Xəstəlik törədən mikroblar həssas hüceyrələrə yapışır və endositoz yolu ilə onlara daxil olur. İlk 2 saat ərzində elementar cisimciklər petikulyar cismciklərə differensiasiya olunur. Sonra oraya qida maddələrinin daşınması güclənir, metobolik aktivlik yüksəlir. 12 saat sonra hüceyrələr bölünməyə başlayır və 48-72 saat ərzində tam inkişaf mərhələsinə çatır. Xəstəliyin yoluxucusu kəskin və xroniki formada yoluxmuş şəxsdir, inkubasiya dövrü 21-30 gündür. KLİNİKASI: Infeksiya ocağı sidik kanalı və uşaqlıq boynu kanalıdır. Xəstəlik dizurik əlamətlərlə özünü göstərir. Xəstələrdə halsızlıq, qanaxma, qarının aşağı hissəsində ağrı olur. Xəstəlik irəliləyərsə, boru sonsuzluğuna səbəb olur. DİAQNOZU: Uşaqlıq yolunun ifrazatının bakterioloji müayinəsinə əsasən qoyulur. MÜALİCƏSİ: Müalicənin əsas şərtlərindən biri hər iki partnyorun eyni zamanda müalicə almasıdır. Xəstəyə tetrasiklin qrupundan olan preparatlar, göbələkəleyhinə dərman maddələri, eritromisin, psixii-fiziki sakitlik təyin edilir. Müalicə uzunmüddətli olur, antibiotiklərin çox qəbul edildiyinə görə disbakterioz əleyhinə də müalicə təyin edilir.
2023-02-16 03:31:00
Türkiyədə baş verən dəhşətli zəlzələdə minlərlə bina dağılıb, on minlərə insan həlak olub və xəsarət alıb.
2023-02-16 03:03:00
Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aiddir: - peristaltikanın qüvvətlənməsi - peristaltikanın zəifləməsi. Peristaltikanın qüvvətlənməsi. Bu iltihabi proseslər (enteritlər, kolitlər), yaxşı çeynənməmiş qida maddələririnin mexaniki təsiri, keyfiyyətsiz qidanın tərkibində olan qıcıqlandırıcıların və mikrob toksinləri səbəbli olur. Bağırsaqların peristaltikası sinir və endokrin sistemin patologiyaları zamanı da qüvvətlənə bilir. Məsələn, qüvvətli həyəcan və qorxu keçirən adamlarda vegetativ sinir sisteminin fəaliyyətində olan dəyişikliklər bağırsaq peristaltikasının qüvvətlənməsinə səbəb ola bilir. Peristaltika qüvvətləndikdə bağırsaqlarda olan qidaların hərəkətliliyi sürətlənir, sorulma prosesi isə azalır. Bunun nəticəsində ishal baş verir. Peristaltikanın qüvvətlənməsi yoğun bağırsaqlarda baş verdikdə isə ishal daha sürətli olur. İshal zamanı orqanizmdən çoxlu su və eloktrolit itir, qan qatılaşır, həzm preosesi pozulur. Uzun müddət baş verən ishal orqanizmin üzülməsinə səbəb olur. Peristaltikanın zəifləməsi. Bu bağırsağın hərəki funksiyasının pozulmasının tez-tez rast gəlinən növlərindən biridir. Peristaltikanın zəifləməsi qəbizliklə müşayiət olunur. Qəbizliyin patogenezində yoğun bağırsaqların peristaltikasının pozulması əsas yer tutur, çünki nəcis kütlələrinin bərkiməsi və formalaşması yoğun bağırsağın funksiyası ilə bağlıdır.
2023-02-16 02:02:00
Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil. Öd turşuları yağların və lipid təbiətli maddələrin mənimsənilməsinə yardım göstərir. Öd piqmentləri bağırsaqlarda müəyyən çevrilmələrə uğradıqdan sonra orqanizmdən xaric edilir. Ödün tərkibində elə maddələr vardır ki, onlar bağırsağın selikli qişasında metobolizm proseslərini tənzim edir və yenidən qana keçib ümumi mübadilədə iştirak edir. Bu maddələr əsasən vitaminlərin, qalxanabənzər vəz hormonlarının, fosfolipidlərin və s.mübadiləsində iştirak edir. Ödün tərkibində öd turşularının 80%-i qlikokolla, 20%-i isə taurinlə birləşmiş şəkildə olur. Qaraciyər funksiyasının pozulması ilə müşayət olunan xəstəliklər və aclıq, orqanizmdə metionin və sistein aminturşuların azalması zamanı öd turşularından qoşa birləşmələri əmələ gəlir. Belə hallarda ödün tərkibində sərbəst öd turşuları və onların duzlarının miqdarı artır. Öd sekresiyasının pozulması zamanı qanda hemoqlabinin parçalanması nəticəsində bilirubin əmələ gəlir. Sərbəst bilirubin suda həll olmayan maddədir. Sərbəst bilirubinə vasitəli bilirubin də deyilir. Sərbəst bilirubin qaraciyərdə qlükoron turşusu ilə birləşir. Bu reaksiya qlüküroniltrasferaza fermentinin iştirakı ilə gedir. Birləşmiş bilirubin suda yaxşı həll olur və diazoreaktivlə birbaşa reaksiyaya girir. Buna görə tibbi ədəbiyyatda onu" duz bilirubini " asdlandırırlar. Qan serumunda bilirubinin ümumi qatılığı 3,4-22,2mkmo/l olur. Bilirubin qaraciyərdə qlükoron turşusu ilə birləşdikdən sonra ödün tərkibində onikibarmaq bağırsağa ifraz edilir. Öd kisəsi və öd axarlarının müxtəlif xəstəlikləri zamanı (öd yollarının iltihabı, öd yolları axarlarının hərəki fəaliyyətinin pozulması, axarların daşla tutulması) öd sekresiyasının pozulması baş verir. Bu zaman öd axa bilmədiyi üçün qana keçir. Ödün qana keçməsini bildirən əsas əlamət dəridə və gözün sklerasında sarılıq əıamətinin olmasıdır.
2023-02-16 01:44:00
Biri sizə mənfi, xoşunuza gəlməyən bir şey dəyəndə asanlıqla göz yaşı töküb, baş verən neqativlərdə asanlıqla təsirlənirsinizsə, bu sizin emosional insan olduğunuzu göstərir.
2023-02-16 01:14:00
Müğənni Lana Del Rey "Interview" jurnalının yeni sayının siması olub.
2023-02-16 00:31:00
"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır".
2023-02-16 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-02-15 23:59:00
Son.az Trend-ə istinadən bildirir ki, Dünya Bankının prezidenti David Malpas istefa verəcək.
2023-02-15 23:52:00
Türkiyədə zəlzələ fəlakətinə həsr olunan və yardım xarakteri daşıyan canlı yayımda toplanan vəsaitin məbləği açıqlanıb.
2023-02-15 23:47:00
Stokholmda yerləşən İsveçin Kral Texnoloji İnstitutu zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi üzərində işləyir.
2023-02-15 23:42:00
ABŞ Dövlət katibi Entoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstanda rəsmi səfərdə olacaq.
2023-02-15 23:37:00
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində növbəti ekspert ifadə verib.
2023-02-15 23:32:00
Ukrayna və Türkiyə elektrik stansiyalarından istifadəyə dair razılığa gəliblər.
2023-02-15 23:27:00
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
2023-02-15 23:22:00
ABŞ Prezidenti Co Baydenin Çin üzrə baş müşaviri Laura Rozenberqer gələn ay istefa verəcək.
2023-02-15 23:16:00
Filippində 6 bal gücündə zəlzələ baş verib.
2023-02-15 23:11:00
Türkiyə mediası Azərbaycan Prezidentinin, dövlətinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakətlə əlaqədar göstərilən yardımlara, dəstəyə dair informasiyalar yaymaqda davam edir.
2023-02-15 23:05:00
Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan və 10 şəhərə təsir edən zəlzələdən sonra axtarış-xilasetmə, səhiyyə fəaliyyətləri ilə bağlı bölgədə intensiv işlər davam edir.
2023-02-15 23:00:00
Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur.
2023-02-15 22:55:00
İordaniya xarici işlər naziri Ayman əs-Səfədi 2011-ci ildən bəri ilk dəfə Suriyanın paytaxtı Dəməşqə səfər edib.
2023-02-15 22:49:00
Türkiyədə zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub.
2023-02-15 22:44:00
Fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
2023-02-15 22:39:00
Türkiyənin Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edilib.
2023-02-15 22:33:00
Ukrayna Rusiyaya məxsus Ka-52 hücum və kəşfiyyat helikopterini məhv edib.
2023-02-15 22:28:00
Aydındır ki, indilikdə nə Türkiyənin, nə Azərbaycanın Türkiyəyə gəlmiş Mirzoyana hansısa şərtləri xatırlatmağın yeri və zamanı deyildi, amma...
2023-02-15 22:22:00
Ukrayna ordusu Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 11 zərbə endirib.
2023-02-15 22:17:00
İsrail parlamenti (Knesset) terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası haqqında qanun layihəsini təsdiqləyib.
2023-02-15 22:12:00
Almaniyanın 15 polis əməkdaşı Ermənistanın Azərbaycanla sərhədində AB missiyasının tərkibində olacaq.
2023-02-15 22:08:00
İmişli və Saatlının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2023-02-15 22:02:00
Rusiyada dollar bu gün daha 0,77 rubl bahalaşaraq, 74,57 rubla çatıb.
2023-02-15 21:56:00
"Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq".
2023-02-15 21:51:00
Fransa Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərini Ermənistanın zəlzələdən zərər çəkmiş əhaliyə yardıma verdiyi töhfə kontekstində alqışlayır.
2023-02-15 21:45:00
"Maestro" ləqəbi ilə tanınan türkiyəli reper Berk Karadaş 33 yaşında vəfat edib.
2023-02-15 21:40:00
Ölkələr mümkün qədər tez bir zamanda Ukraynaya tanklar verməlidirlər.
2023-02-15 21:34:00
Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.
2023-02-15 21:29:00
Azərbaycan və Türkiyə teleradio kanallarının yardım kampaniyası çərçivəsində ortaq yayımı başladı.
2023-02-15 21:24:00
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress" xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə "Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması" barədə müddəanın daxil edildiyini vurğulamasına münasibət bildirib.
2023-02-15 21:21:00
Hatayın mərkəzi Antakya rayonunda, Oymak küçəsində yerləşən "Uğur Apartman"ın dağıntıları altlndan 228 sonra ana və iki uşağı (Ana Ela, uşaqları Meysam və Əli Bağdəti) xilas edilib.
2023-02-15 21:15:00
İtaliyalı gənc oğlan özündən 57 yaş böyük milyarder qadınla nişanlanıb.
2023-02-15 21:10:00
Türkiyədə on minlərlə insanın həyatına son qoyan zəlzələ təbii fəlakət çantasını gündəmə gətirdi. Çünki düzgün seçilən tibbi ləvazimatlar və qidalarla təmin edilmiş təbii fəlakət çantası bəzən çətin vəziyyətdə olan kiminsə həyatını xilas edə bilər.
2023-02-15 20:59:00
Mən Rusiyaya qarşı yeni sanksiyalar paketində hərbi fəaliyyətlərə, siyasi qərarlara, təbliğata və dezinformasiyaya görə məsul olan 100-ə yaxın əlavə şəxsə və quruma sanksiya tətbiq etməyi təklif edirəm.
2023-02-15 20:51:00
Müğənni Aynur Dadaşovanın bacısı İlhamə xanım ağır əməliyyat keçirib.
2023-02-15 20:34:00
15 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı baş tutub.