Xəbərlərin siyahısı

Baş nazirdən MÜHÜM QƏRAR:

2023-01-17 16:09:00

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinin yeni məbləğləri müəyyənləşib.

"Kikabidze qəlbimizdə əbədi qalacaq"

2023-01-17 16:08:00

Əməkdar artist Manana Çaparidze ötən gün dünyasını dəyişən Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze ilə bağlı paylaşım edib.

Azərbaycanda qışlayan quşların sayı açıqlandı

2023-01-17 16:02:00

Ötən il Azərbaycanda qışlayan quşların sayı 800 mindən çox olub.

Gömrük Komitəsinin idarə rəisi

2023-01-17 15:46:00

Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi Əliyev Fərid Əlibaba oğlu vəzifəsindən ayrılıb. 

Naxçıvana təyinat alan Şahin Mirzəyev kimdir?

2023-01-17 15:44:00

Xəbər verdiyimiz kimi, polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

Baş nazir Tofiq Yaqublunun oğluna medal verdi

2023-01-17 15:28:00

Hazırda inzibati həbsdə olan tanınmış müxalif lider Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub. 

Cina Lollobricidanın dəfn mərasiminin vaxtı bilindi

2023-01-17 14:59:00

Məşhur italyan aktrisası Cina Lollobricidanın dəfn mərasimi cümə axşamı, yanvarın 19-da keçiriləcək.

Prezident İlham Əliyevin ƏbuDabi səfərinin yekunları

2023-01-17 14:28:00

Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə (Birləşmiş Ərəb Əmirlikləri) səfəri çərçivəsində iki ölkə alternativ enerji sferasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addım atdı.

DİN qeydiyyat yeri ilə bağlı müzakirələrə

2023-01-17 14:24:00

Daxili işlər Nazirliyi (DİN) son günlər müzakirə olunan vətəndaşların olduğu yer üzrə qeydiyyat məsələsinə aydınlıq gətirib.

Bakının mərkəzində biabırçı yol Dağılan daş döşəmə asfalt ilə yamandı VİDEO FOTO

2023-01-17 14:20:00

Bakının mərkəzində magistral yol acınacaqlı durumdadır. Vaxtilə əl zəhməti ilə salınmış, qədimliyi, füsunkarlığı və gözəlliyi ilə yola fərqlilik  qatan daş örtüklər dağılıb uçulur və yerindən qopur. Qopmuş daş örtüklərinin yerini isə yamaq asfalt hissələr əvəzləyir...

Sülhməramlılarının daha iki avtomobili Laçın yolundan keçib VİDEO FOTO

2023-01-17 13:42:00

Rusiya sülhməramlılarının daha iki avtomobili Laçın yolundan maneəsiz keçib.

Brilliant “rayonluşəhərli” qalmaqalına qoşuldu

2023-01-17 13:20:00

Əməkdar artist Bəhram Bağırzadənin müzakirəyə səbəb olan "rayonlu-şəhərli" açıqlamasının bir müddət sonra gündəmə gətirilməsi gərginliyi daha da artırıb.

Aleksey Arestoviç istefa ərizəsi yazdı

2023-01-17 13:11:00

Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb.

Vyetnam Prezidenti istefa verdi

2023-01-17 13:10:00

Vyetnam Prezidenti Nquen Suan Fuk istefa verib.

Bakıda 43 yaşlı qadın çimərkən öldü

2023-01-17 13:09:00

Bakıda hamam otağında qadın dəm qazından zəhərlənərək ölüb.

Kapital Bank 2022ci ilin nəticələrini elan edib

2023-01-17 13:08:00

Kapital Bank-ın aktivləri 1 yanvar 2023-cü il tarixinə 7,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,2 milyard manat olub.

Rus əsgərləri qatarda üsyan qaldırdı

2023-01-17 13:00:00

Rusiyada 200-ə yaxın əsgər Ukraynaya gedən qatarda üsyan qaldırıb.

Almaniyanın yeni müdafiə naziri təyin edildi

2023-01-17 12:59:00

Boris Pistorius Almaniyanın yeni müdafiə naziri təyin olunub.

70 milyonu sehrə salıb, Allaha hörmət edən "Şahin"in ölümü

2023-01-17 12:51:00

Getdi. Daha bir əfsanə haqq dünyasına qovuşdu. Yaxşı insanlar bu  dünyadan sevgidən başqa özüylə heç nə aparmayıb. Amma o daha çox sevgi apardı. Çünki o çox yaxşı insan idi...

Baş Qərargah rəisi Ermənistanla sərhədə getdi FOTO

2023-01-17 12:39:00

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli şəxsləri N nömrəli hərbi hissədə olublar.

Kaliforniyada atışma

2023-01-17 12:29:00

ABŞ-ın Kaliforniya ştatında atışma baş verib.

Sabah hava dumanlı olacaq

2023-01-17 12:28:00

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

"Çoxarvadlılıq xəyanətdən, zinadan çəkinməyə kömək edir..." Anastasiya Reşetova

2023-01-17 12:20:00

Rusiyalı model Anastasiya Reşetova il yarım əvvəl müsəlman olduğunu etiraf edib. Və ötən gün şəxsi telegram-kanalında çoxarvadlılığa münasibətini bildirib.

100ə yaxın qumçınqıl müəssisəsinin fəaliyyəti dayandırılıb

2023-01-17 11:29:00

Ölkə ərazisində 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən şimal bölgəsində -Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir.

VeneraSaturn birləşməsi olacaq

2023-01-17 11:28:00

Yanvar ayının 22-də Günəş batdıqdan sonra Venera ilə Saturn planetlərinin birləşməsini izləmək mümkün olacaq. Belə ki, bu iki Günəş sistemi planeti qeyd olunan tarixdə bir-birinə çox yaxın məsafədən (~0.34⁰) keçəcək.

Xalq artisti növbəti dəfə fotosessiyası ilə gündəmə gəldi

2023-01-17 11:20:00

Xalq artisti Aygün Kazımova növbəti dəfə fotosessiyası ilə gündəmə gəlib.

Azərbaycanla BƏƏ arasında iri enerji layihələri münasibətləri yeni mərhələyə çıxaracaq Sahil Kərimli

2023-01-17 10:52:00

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür.

Satışa çıxarılan evdə çılpaq qadın

2023-01-17 10:51:00

Maraqlı hadisə Belçikada baş verib.

Ermənilər Mehri şəhərində yüzlərlə tarixi abidələri dağıdıb FOTOFAKT

2023-01-17 10:22:00

Ermənilər Qərbi Zəngəzur regionunun tarixi cəhətdən zəngin ərazilərindən olan Mehri şəhərində karvansara, məscid, hamam və 100-dən çox XVII-XVIII əsrlərə aid yaşayış evlərini, inzibati binaları, ondan çox tarix və mədəniyyət abidələrini və monumental heykəltəraşlıq nümunələrini, şose və dəmiryol infrastrukturlarını tamamilə dağıdıb, yandırıb yararsız hala salıb.

Pərviz Şahbazov: “Masdar” Azərbaycanın güvənilən mühüm tərəfdaşıdır

2023-01-17 09:58:00

Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi Dayanıqlıq Həftəsində iştirakı çərçivəsində energetika naziri Pərviz Şahbazovun bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə görüş olub.

İranAzərbaycan münasibətləri: anlaşılmazlıqlar,

2023-01-17 09:55:00

Azərbaycan-İran münasibətlərində davam edən gərginlik fonunda İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibafın açıqlaması hər iki ölkədə diqqəti cəlb etdi. Ötən həftə Antalyada keçirilən 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşən Qalibaf Tehrana qayıdarkən jurnalistlərə verdiyi müsahibədə bildirdi ki, "son vaxtlar Azərbaycan Respublikası ilə münasibətlərdə meydana çıxan bəzi anlaşılmazlıqlar aradan qaldırıldı".

Türkiyədə hərbçilərin olduğu avtobus qəzaya düşdü,

2023-01-17 09:52:00

Türkiyədə hərbçi və qaçqınları daşıyan avtobus qəzaya düşüb.

Astara yolunda yerdə uzanan sərxoşun üstündən maşın keçdi,

2023-01-17 09:47:00

Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb.

Şeyx Əbdül: Bəhramın cəsarəti çatmayıb desin ki…

2023-01-17 09:25:00

Kənddən gələn biri kimi demək istəyirəm ki, o vaxt biz şəhərdə elm, təhsil, mədəniyyət axtarışında idik. Böyük şəhərlər mədəniyyət, sənət beşiyi, elm mərkəzi olub. Ancaq bu gün kənd sakini şəhərə elm, təhsil dalınca deyil, dolanışıq üçün gəlir. Ən ciddi problem budur.

Bu gün Laçın yolundan RSKya məxsus ilk avtomobil keçdi FOTO

2023-01-17 09:16:00

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Harada və necə uşaq dünyaya gətirməli?

2023-01-17 08:59:00

Hamiləliyin son aylarında qadınları düşündürən məsələlərdən biri də harada və necə uşaq dünyaya gətirmələridir. Hamiləlik sona yaxınlaşdıqca bu sual ən aktual suala çevrilir. Əlbəttə, doğuş sancıları başlayan zaman maşına oturaraq ən yaxın məsafədə yerləşən doğum evində ağrısız uşaq dünyaya gətirmək hər bir hamilə qadının arzusudur. Amma  ana və uşağın sağlamlığının və gələcək həyatının doğuşdan asılı olduğunu nəzərə alsaq doğuşun mükəmməl olmasını planlaşdırmaq lazımdır. Doğuşun tədbirlə və ağılla həyata keçirilməsi ana və uşağın sağlamlığının təminatçısıdır. Hamilə qadın doğuşun vaxtı yaxınlaşdıqca uşaq dünyaya gətirəcəyi doğum evini, doğum evinin həkimləri barədə məlumat toplamalı və müayinələrdən keçməlidir. Hamilə qadın xəstəxananın şəraiti, ərin doğuş prosesində iştirak edib etməyəcəyi, hansı ağrıkəsicilərdən istifadə etdikləri barədə məlumat toplamalıdır. Xəstəxanada işləyən həkimlərin peşəkarlığı barədə də məlumat toplamaqda çox fayda var. Hamilə qadın doğum evi və ya sığorta şirkəti ilə də kontrakt bağlanıb və ya bağlanmayacağı barədə məlumat toplamalıdır. Özünün və körpəsinin gələcək sağlamlığı üçün hamilə qadın komfortlu və hər cürə avadanlıqlarla təhciz olunmuş xəstəxanada dünyaya gətirməlidir. Bu uşağın gələcək sağlamlığı üçün çox vacibdir. Körpəsini dünyaya gətirmək üçün ana doğum evi seçərkən aşağıdakıları nəzərə almalıdır: * xəstəxana bütün tibbi avadanlıqlarla təhciz olunmalıdır * xəstəxananın tualeti, duş qəbul etmək üçün yaxşı şəraiti olmalıdır * uşaqla birlikdə qalmağa şəraiti olmalıdır * qohumların gənc ana ilə görüşməsinə icazə verilməlidir * ağrısız doğuş həyata keçirilməlidir * hamilə qadının istədiyi vəziyyətdə (uzanaraq, ayaq üstə, suda, dizi üstə duraraq və s.) uşaq dünyaya gətirməsinə icazə verilməlidir * uşaqlar üçün reanimasıya otağı olmalıdır * mülayım tibbi personalı olmalıdır * xəstəxana hamilə qadının evinə yaxın məsafədə olmalıdır.

Ukraynaya görə texnikaları idxal edə bilmirik!

2023-01-17 08:58:00

Ukraynadakı müharibə Serbiyaya mənfi təsir edib.

İngiltərədə on minlərlə tibb bacısı

2023-01-17 08:57:00

İngiltərədə on minlərlə tibb bacısı hökumətin maaşları artırması üçün fevral ayında tətil edəcək.

Qanaxmalar, növləri və qanaxmalar zamanı ilk tibbi yardım

2023-01-17 08:55:00

Qanaxmalar daxili və xarici omaqla 2 növə ayrılır. Daxili qanaxmaya diqanoz qoymaq üçün mütləq həkimin müayinəsi lazımdır. Xarici qanaxmaları isə adi gözlə müəyyən etmək mümkündür. Qanaxmalar baş verdikləri damarların adına uyğun olaraq aşağıdakı formalarda baş verir: * Arterial qanaxma zamanı axan qanın rəngi al qırmızı olur. Qanaxma zamanı isə qan nəbz atmaları kimi atışlarla axır. Bu zaman qısa müddət ərzində çoxu miqdarda qan axır. * Venoz qanxama zamanı axan qanın rəngi tünd qırmızı olur, fasiləsiz və eyni sürətlə axır. * Kapilyar qanaxmalar zamanı qan eyni sürətlə və zəif axır. Kapilyar qanaxma zamanı qanın rəngi al qırmızı olur. Bu cür qanaxmanı saxlamaq asandır və bəzən özü-özünə dayana bilir. Aşağıdakılara diqqət yetirmək lazımdır. * 250-400 ml qan itirmək orta yaşlı adam üçün təhlükəli sayılmır və orqanizmdə heç bir narahatlıq əmələ gətirməyə bilir. 1000 ml qan itirmək isə insan üçün təhlükəlidir. * 250 ml qan itirmək bir yaşına qədər olan uşaqlar üçün təhlükəli sayılır.   * Qanın axması nə qədər sürətli olub zaman apararsa, bir o qədər də orqanizm üçün təhlükəli sayılır. Bəzən zəif sürətlə daxili qanaxmalar olur ki, bu zaman xəstələr qanın 2/3-ni itirlər. Bu zaman qanaxma ürək-damar və mərkəzi sinir sistemində  patoloji izlər qoyur. Bu sirkulyasiya olunan qanın miqdarının azalması və beyinin, ürəyin oksigenlə qidalanmaması səbəbindən meydana çıxır. Qanaxmalar zamanı həkim gələnə kimi qanaxmanı saxlamaq məqsədilə bütün vasitələrdən istifadə eləmək lazımdır.

Rusiyalı hakerlər ABŞ Vergi Xidmətinin

2023-01-17 08:54:00

Rusiyalı hakerlər ABŞ-ın Vergi Xidmətinin sistemlərinə müdaxilə edərək, onlarda olan məlumatları oğurlayıblar.

“Ukraynanın enerji infrastrukturunun çökməsi

2023-01-17 08:53:00

"Ukraynanın enerji infrastrukturunun çökməsi hər an baş verə bilər".

Dövlət Gömrük Komitəsi ötən ildəki fəaliyyətinə

2023-01-17 08:52:00

Dövlət Gömrük Komitəsinin (DGK) 2022-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirilib.

50 yaşdan sonra necə arıqlamaq olar?

2023-01-17 08:51:00

İnsanın özünə qarşı diqqətli olması hər bir yaşda gözəldir. Bu məqalə 50 yaş ərəfəsində olan və arıqlamaq istəyən qadınlara aiddir. O qadınlara aiddir ki, onların yaşı artıb, amma yenə gözəl bədənə sahib olmaq istəyirlər. Əgər bu qadınlar hər şeyin onlar üçün gec olduğunu düşünürlərsə, o zaman arıqlamalarının da öz əllərində olduğunu bilməlidirlər. 50 yaş ərəfəsində olan qadınların çəkisinin artması bir-çox faktorlardan asılı olur. Arıqlamaq istəyən və yaşı 50 olan qadınlar əvvəlcə özlərinin psixoloji cəhətdən buna hazırlamalıdırlar. Psixoloji başlanğıc Qadınların çoxu bu yaş dövründə arıqlayacaqlarına əmin olmurlar. Bu səbəbdən də onlar ətrafdakılardan kömək gözləyirlər. Bunun səbəbi isə onlarda özlərinə qarşı inamın olmamasıdır. İnamsızlıq isə bu yaşdan sonra arıqlamanın çətin olduğunu düşündükləri üçün baş verir. 50 yaşından sonra arıqlamağa başlamazdan əvvəl mütləq psixoloji hazır olmaq lazımdır. Çünki, arıqlamağa başlayanların əksəriyyəti yarı yoldan geri dönür, bu da çəkinin daha da artmasına səbəb olur. 50 yaşdan sonra arıqlamaq istəyən və arıqlayan qadınlara hamı heyranlıqla baxır. Bu səbəbdən də yaşınızın artmasından qorxmayın, özünüzü formaya salın və ətrafınızdakıları heyran qoyun. 50 yaşdan sonra arıqlamaq üçün qidalanma və içki rejimi necə təyin olunmalıdır. Hər şey qəbul edilən qidalarda və içilən içkilərin tərkibindən və miqdarından asılıdır. Arıqlamaq üçün gün ərzində ən azı 2 litr su içilməlidir. Qəbul edilən qazlı suların miqdarı tam azaldılmalıdır. Çay və kofe də mədə üçün məhlul sayılır. Təmiz su həzm sistemini normallaşdırır. Hər axşam yatmazdan əvvəl 1 stəkan otaq tempraturunda olan su içib yatmaq 50 yaşdan sonra insanın arıqlamasına yardım edir. Axşamlar su içmək mədəni dolduraraq aclıq hissinin aradan qalxmasına yardm edir. Düzdür bu qısa müddətli olur və sonra adam yenidən aclıq hiss edir. Bunun baş verməməsi üçün isə axşamlar su içmək və acmadan əvvəl tez yuxuya getmək lazımdır. 50 yaşdan sonra arıqlamaq istəyənlər aşağıdakı qidalardan imtina etməlidirlər: * ağ çörək və bütün növ mayalı un məmulatları * tünd köfe (ürək-damar sistemində problemlərin olmaması üçün), marketlərdə üyüdülmüş halda satılan kofelərin əksəriyyəti kimyəvi yollarla hazırlanır. Onlardan nə qədər az istifadə olunsa bir o qədər yaxşı olar. Hər gün kofe içmək orqanizmə zərərli kimyəvi maddələri daxil etmək deməkdir. * konservləşdirilmiş balıq məhsulları, yağlı balıq növləri * qızardılmış və qovrlmuş qidalar * müxtəlif növ şirniyyatlar Bu yaşda olan insanların hər günki qida rasionunda tərəvəzlərə və göyərtilərə bol yer verilməlidir. Bu onların bağırsaqlarının fəaliyyətini sürətləndirmək üçün çox vacibdir. Arıqlamaq üçün 50 yaşdan sonra da gimnastika ilə də məşğul olmaq lazımdır. Düzdür bu yaşda cavan adamlar kimi idmanla məşğul olmaq olmaz, amma, bəzi fiziki fəaliyyətləri yerinə yetirmək lazımdır. Bunlara aşağıdakılar aiddir: 1. Hər səhər idman gəzintisi. Bu əzələlərin tonusunu yüksəldir, enerjini artırır və maddələr mübadiləsini yaxşılaşdırır. 2. Axşamlar təmiz havada piyada gəzinti 3. Yaşa uyğun olan gimnastika hərəkətləri 50 yaş və ondan yuxarı yaşı olan adamlar arıqlamaq istədikləri zaman səbirli olmalıdırlar. Çünki 20-35 yaşlarındakı adam bir ayda 2-4 kq arıqlaya bilirdisə, 50 yaşlarında olan adamlar bu çəkini 4-6 ay ərzində azalda bilirlər. Yəni yaş artdıqca arılamaq da çətinləşir. Aşağıdakılara əməl edərək 50 yaşdan sonra arıqlamağın sürətini artırmaq və sağlamlığı bərpa etmək mümkündür: * hər səhər acqarına bir stəkan su içmək * tərkibində kalsium olan qidalar qəbul etmək * gün ərzində az-az və tez-tez yemək * düzənli olaraq gimnasika ilə məşğul olmaq * yatmazdan əvvəl dizləri rafinəedilməmiş zeytun və ya günəbaxan yağı ilə silmək (dizlərdəki fiziki yükü aradan qaldırmaq üçün)

Britaniya Kiyevə ən böyük hərbi

2023-01-17 08:50:00

Britaniya Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım paketini təhvil verəcək.

Çinin əhalisi 60 ildə ilk dəfə

2023-01-17 08:49:00

2022-ci ildə Çinin əhalisi 1,411 milyard nəfərə qədər azalıb ki, bu da 2021-ci ilin sonundakı göstəricidən 850 min nəfər azdır.

Alim qlobal istiləşmənin inanılmaz

2023-01-17 08:48:00

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər.

Azərbaycanda “Deneyap” texnologiya

2023-01-17 08:47:00

Türkiyə Texnologiya Komandası Vəqfi Azərbaycanda "Deneyap" texnologiya atelyesi açıb.

Hamiləlikdə böyrək xəstəlikləri.

2023-01-17 08:46:00

Hamilələrdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə böyrək xəstəlikləri durur. Hamiləlik dönəmində böyrəklərdə, sidik sistemində və qan dövranında fizioloji dəyişikliklər baş verir. Hamiləlikdə böyrək patologiyalarını öncədən aşkarlamaq üçün requlyar olaraq sidiyin təhlili və arterial təzyiqə nəzarət lazımdır. Ən çox hamilələrdə simptomsuz bakteriuriya,sistit və pielonefrit rast gəlinir. Simptomsuz bakteriuriya ancaq sidiyin laborator təhlili zamanı aşkar olunur və bu zaman hamilədə heç bir simptom olmur. Bakteriuriyanın səbəbi kimi pielonefriti düşünmək lazımdır və bunu təsdiq etmək üçün növbəti müayinələr vacibdir. Pielonefrit böyrək ləyənlərinin iltihabıdır.Hamiləliyin sonlanmasına,vaxtından evvəl doğuşa, hestoza (normal gedən hamiləliyin ağırlaşması), hipotrofiyaya, dölün bətndaxili infeksiyalaşmasına gətirib çıxara bilən təhlükəli haldır. Çox vaxt hamiləliyin ikinci yarısında əmələ gəlir. Hamiləlikdə inkişaf edən pielonefrit hestasion pielonefrit və ya hamiləlik pielonefriti adlanır. Əsasən bağırsaq çöpləri, klebsiella və maya göbələyi tərəfindən yaranır. İnfeksiya böyrəyə qalxan yolla düz bağırsaqdan, uşaqlıq yolundan və ya xroniki iltihab ocaqlarından qanla keçə bilər. Əsas simptomları qəfil temperaturun yüksəlməsi, titrəmə, ümumi zəiflik, halsızlıq, baş və bel ağrılarıdır. Eləcə də hamiləni ağrılı sidiyə getmə narahat edir. Pielonefritə şübhə olarsa, hamiləni hospitalizasiya etmək və azı 4-6 həftə müalicə etmək lazımdır. Sistit-sidik kisəsinin selikli qişasının iltihabıdır. Əlamətləri tez-tez sidiyə getmək və prosesin sonunun ağrılı olması, göynəmə hissi, qasıqüstü nahiyədə ağrı, subfebril temperaturdur. Xəstəlik adətən 7-10 gün davam edir. Çox rast gəlinən hallardandır ki, kəskin sistit xroniki sistitə və ya pielonefritə keçir. Ona görə ilk simptomların aşkar olunduğu vaxtdan müalicəyə keçmək vacibdir! Müəllif: ginekoloq Ləman Əliyeva

Rusiya İran və Şimali Koreyadan

2023-01-17 08:44:00

Rusiya İran və Şimali Koreyadan raket və dronlarla bağlı kömək istəməkdə davam edir.