Xəbərlərin siyahısı

Mərkəzi Bank ilk dəfə dollar sata bilmədi

2023-01-26 07:55:00

Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub. Bu, ilk belə haldır.

Zəncəfilin faydaları

2023-01-26 07:51:00

Zəncəfil çoxillik bitki olub ən çox tropik ölkələrdə yetişir. Ona daha çox Hindistan, Yaponiya, Çin, Mərkəzi Amerika və Seylon adalarında rast gəlinir. Zəncəfil Avropa ölkələrinə Şərqdən gətirilib. Zəncəfilin əsasən kökündən istifadə edilir. Dünyanın bir çox ölkələrinin mətbəxində zəncəfildən ən faydalı və ətirli ədviyyat kimi istifadə olunur. Zəncəfilin tarixi və yayılması: Zəncəfilin müalicəvi və faydalı xüsusiyyətləri qədimdən məlumdur. Qədim Şərq təbabətində zəncəfil ən universal dərman vasitəsi hesab edilir. Zəncəfilin ilk dəfə Hindistanda becərildiyi güman edilir. Sonralar onun kiçik cücərtiləri Aralıq dənizi bölgələrinə gətrilmişdir. Zəncəfil sonralar ərəb tacirləri tərəfindən Şimali Afrikaya, Ərəb ölkələrinə və Çinə aparılmışdır. Avropa ölkələrinə gətirildikdən sonra qısa bir müddət ərzində zəncəfil sevilmiş və geniş istifadə edilməyə başlanmışdır. Zəncəfilin növləri: Zəncəfilin müxtəlif növləri var. Onlar bir-birindən aşağıdakılara görə seçilirlər: * özünün və qabığının rəngi fərqli olub, orta hissəsindən ayrılan növ zəncəfil Bu növ zəncəfilin qabığı ağ rəngdən sarı-qəhvəyi rəngə qədər dəyişə bilir. Onun orta hissəsi bəzən narıncı rəngdə olur. Zəncəfilin bu eqzotik növünün mərkəz hissəsi bəzən yaşıl rəngdə də ola bilir. * qoxusuna görə fərqli olan zəncəfil Zəncəfilin bu növü təzə ot, sitrus ətri saçır. * formasına görə fərqli olan zəncəfil Zəncəfilin bu növü əl və barmaqlar formasında olur. Satış və istifadə məqsədilə əsasən zəncəfilin bu növündən istifadə edilir. Onun kökünün doğranmış və toz halından istifadə olunur. Saxlanılması: Təzə zəncəfili 7 gün müddətinə soyuducunun alt gözündə saxlamaq mümkün olur. Qurumuş zəncəfili isə 4 aya qədər saxlamaq olur. Donmuş zəncəfili istifadə etdikdən sonra onun qalan hissəsini yenidən dondurucuya qoymaq olmaz . Bu zaman zəncəfilin faydalı xüsusiyyətləri məhv olur. Zəncəfil (Lat.Zingiber)nın Tərkibi 100 qram zəncəfildə olan qida dəyəri: - Zülallar - 9,1 qr - Yağlar - 5,9 qr - Karbohidratlar - 58,2 qr - Su - 9,4 qr - Kalori - 347 kKal. Zəncəfil kökündən istifadə etməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Onun tərkibində olan faydalı maddələrin məhv olmaması üçün onun üst qabığının zədələnməməsi lazımdır. Zəncəfili keramik və ya şüşə bıçaqla doğramaq onun tərkibindəkilərin zədələnməməsinə səbəb olur. Zəncəfil çayı: Zəncəfil çayı həzm sistemi pozğunluqları (ürəkbulanma, qəbizlik, həzmsizlik və s.), mədə xəstəlikləri səbəbli baş verən ağrılar zamanı içilir. Hamiləlik toksikozları zamanı hamilə qadınların zəncəfil çayı içmələrində fayda var. Zəncəfil çayı immuniteti yüksəldir, qızdırmanı aşağı salır, virus xəstəlikləri səbəbindən baş verən əzələ ağrılarının aradan qalxmasına səbəb olur. Zəncəfil çayı orqanizmə antioksidant təsir bağışlayır. O orqanizmdə yığılıb qalmış toksinlərin, şlakların xaric olunmasına səbəb olur. Zəncəfil çayı maddələr mübadiləsini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır. Zəncəfil çayını dəmləmək üçün 1-2 xörək qaşığı təzə doğranmış zəncəfili 200 ml qaynar suda 5-10 dəqiqə dəmləmək və içmək lazımdır. Zəncəfil cövhəri: Zəncəfilin spirtdə dəmlənmiş cövhərindən qanın təmizlənməsi, görmənin yaxşılaşması, qadınlarda və kişilərdə cinsi həvəsin artması, tonuslandırıcı, fiziki və əqli yükləməni aradan qaldırmaq üşün istifadə edilir. Klassik zəncəfil cövhəri bu qaydada hazırlanır. 400 qram təzə zəncəfil sürtkəcdən keçirilir və şüşə butulkaya tökülür. Butulkaya bir litr araq əlavə edildikdən sonra sərin və qaranlıq yerdə 2 həftə saxlanılır. İki gündən bir butulka çalxalanaraq qarışdırılır. İki həftə keçdikdən sonra şüşədəki araq süzülür və gündə 2 dəfə 1 çay qaşığı olmaq şərti ilə içilir. Cövhəri içərkən ona qənd və ya bal əlavə etmək mümkündür. Zəncəfil yağı: Zəncəfildən alınan efir yağından kosmetologiyada, aromaterapiyada, massajlarda, vannaların qəbul edilməsi zamanı, kompress qoymaq məqsədilə istifadə edilir. Zəncəfil yağını daxilə qəbul etdikdə o ağrıkəsici effekt verir. Zəncəfil yağını iyləmək orqanizmə sakitləşdirici təsir bağışlayır. Bu yağı qaynar suya damızdıraraq içmək soyuqlama əlamətlərinin aradan qalxmasına səbəb olur. Müalicəvi istifadəsi: Zəncəfildən müalicəvi məqsədlərlə istifadə edildiyi zaman həkimlə məsləhətləşmək lazımdır. Onu dərman vasitələri ilə birlikdə qəbul etmək orqanizmə zərər verə bilər. Zəncəfil (Lat.Zingiber)nın ziyanı Zəncəfil az allergik qida olduğuna görə onun zərərli xüsusiyyətləri çox azdır. Hamiləliyin ikinci üçaylığında zəncəfildən çox istifadə etmək olmaz. Mədə-bağırsaq xəstəliklərinin kəskinləşdiyi dövrlərdə də zəncəfildən istifadə etmək məsləhət görülmür. Yeddi yaşına qədər uşaqlara zəncəfindən isstifadə eləmək tövsiyə edilmir. Həddindən çox zəncəfildən istifadə eləmək ürəkbulanmaya və allergik reaksiyalara səbəb ola bilər.

Azərbaycanlı məşqçinin evində rüsvayçılıq: "Arvadı yer saldı,

2023-01-26 07:45:00

"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında

2023-01-26 07:41:00

Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında ümumi məlumat Qırmızı və acı dada malik olan bibər boyu 60 santimetrə qədər qalxa bilən bibər kolunun məhsuludur. Bu bibər bostanlarda və iri sahələrdə tərəvəzçilər tərəfindən yetişdirilir. Qırmızı, acı bibərin iri ağ və ya bənövşəyi rəngə çalan çiçəkləri olur. O birillik bostan bitkisi olub, əsasən isti havalarda yetişir. Bibər istisevər bitki olub, acı dada və xüsusi qoxuya malikdir. Onun tərkibində olan fenol birləşmələri bolqar bibərinin tərkibində olduğundan qat-qat çoxdur. Onun ölçüləri adi qırmızı bibərin ölçüsündən kiçikdir. Qırmızı, acı bibəri qurutduqdan sonra toz halına salır və ədviyyat kimi istifadə edirlər. Botanika elminə bibərin 2000-ə yaxın növü məlumdur. Onlar bir-birindən rənglərinə, formalarına və yandırıcılıq qabiliyyətinə görə fərqlənirlər. Ən məşhur bibər növü isə çili bibəri sayılır. Qırmızı, acı bibər (Capsicum frutescens)nın Tərkibi Acı bibərin tərkibində çoxlu efir və müxtəlif yağlar, boyaq maddələri, P, B1, B2, C vitaminləri var. Onun tərkibində acı dadın meydana çıxmasına səbəb olan kapsaisin şirin bibərin tərkibində olandan 20 dəfə çoxdur. Bu bibərə çox toxunduqda dəridə yanıq izləri əmələ gələ bilir. Avropa ölkələrinin əhalisi acı bibərdən Afrika ölkələrinə nisbətən az istifadə edilir. Qırmızı, acı bibər (Capsicum frutescens)nın Xeyri Yandırıcı bibər ən yaxşı iştahaçıcı dərman sayılır. Bu məqsədlə bəzən onun spirtdə saxlanılmış cövhərindən istifadə edilir. Bu qarışım gündə 10-15 damcı qəbul eləmək iştahanı normallaşdırır. Bu ürəyin, böyrəklərin, mədənin işini də rahatlaşdırır. Acı istiot bağırsaq narahatçılıqlarından əziyyət çəkən xəstələr üçün əsil dərman sayılır. Belə ki, acı bibər güclü bakteriasid təsirə malikdir. Onu miozitlər, revmatizm, poliartrit, podaqra, yuxarı tənəfüs yollarının kataral xəstəlikləri zamanı yeməkdə fayda var. Ondan hazırlanan mazlar və kremlər əzələ və oynaq ağrıları zamanı istifadə edilir. Ev şəraitində də acı bibər yağı hazırlayaraq ağrılar əleyhinə istifadə eləmək mümknüdür. Bunun üçün acı bibərdən cövhər hazırlayıb üzərinə miqdarından 3 dəfə artıq bitki yağı əlavə edərək ağrıyan yerlərə sürtmək lazımdır. Bu mazlar donma zamanı çox faydlıdır. Acı bibərdən müxtəlif plastrlar da hazırlanır ki, bu plastrlar ağrını aradan qaldırmaq üçün istifadə edilir. Acı bibərdən turşuların hazırlanması zamanı geniş istifadə edilir. Onu tək halda da marinadlaşdırıb müxtəlif yeməklərin hazırlanması zamanı istifadə edilir. Qırmızı, acı bibər (Capsicum frutescens)nın Ziyanı Acı bibər müxtəlif digər qida vasitələri kimi hamıya eyni təsir bağışlamır. Stenokardiyası, xəstə böyrəyi olanlara acı bibər yemək olmaz. Qara ciyərin kəskin xəstəliklərindən əziyyət çəkənlərə də acı bibər yemək tövsiyə edilmir. Acı bibər yemək bəzi adamlarda dəri qaşınmalarına səbəb ola bilir. Bibərdən istifadə etdikdən sonra əlləri yaxşıca yumaq lazımdır. Bibərə toxunmuş əllərlə gözlərə toxunmaq gözlərin yanmasına səbəb olur. Acı bibər ağızı yandırdıqda su ilə yanğı hissini yatışdırmaq mümkün olmur. Amma, qatıq və ya süd qəbul eləmək yanğı əlamətlərinin azalmasına səbəb olur.

TVlərdə reklam qalmaqalı böyüyür –

2023-01-26 07:35:00

Şou verilişlərə həkimləri, mütəxəssisləri dəvət edib, onların reklamını aparırlar, adlarını da "1 nömrə", "əsas həkim" qoyurlar. Bu, sözsüz ki, ayrıseçkilikdir. Çünki jurnalist həkimin fəaliyyətinə qiymət verə bilməz. "Yüksək səviyyəli həkimdir" kimi ifadələrlə qiymət vermək jurnalistin, aparıcının ixtiyarından kənar məsələlərdir. Bu yanaşmalar, anlayışlar "Reklam haqqında" qanuna da ziddir.

Qəbizlikdən xilas olmağın yolları

2023-01-26 07:31:00

Bəzən orqanizmdə yeyilən qidalardan asılı olaraq qəbizlik yarana bilər. Ancaq bu hal xroniki vəziyyətət gələrsə insanı narahat etməyə başlayar. Əzələ və sinir xəstəliklərinin də qəbizlik yaratmaq ehtimalı yüksəkdir.

"Novruza qədər baş tutacaq, əməliyyatın adı..."

2023-01-26 07:25:00

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Uşaq travmalarının oyun terapiyası ilə müalicəsi

2023-01-26 07:21:00

Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sağaltmaq mümkündür.

“Arka sokaklar” bitib?

2023-01-26 07:15:00

Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Arka sokaklar" serialı 45 gündür ki, efirə verilmir.

Hansı hazır qida(smes) daha yaxşıdır

2023-01-26 07:11:00

Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilində desək smeslər...

Qisası alınan “Daşaltı əməliyyatı”ndan

2023-01-26 07:05:00

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 31 il ötür.

Qış fəslində içilməsi vacib olan

2023-01-26 07:01:00

Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Bu xəstəliklərdən qorunmağın əsas yolu isə immunitet sistemini gücləndirməkdir.

Uşaqlarda astma xəstəliyi nədir?

2023-01-26 06:04:00

Uşaqlarda astma xəstəliyi öskürək, xırıltı, nəfəs darlığı ilə xarakterizə edilir. Adətən üst tənəffüs yollarının infeksiyaları ilə bağlıdır.

Zeytun çəyirdəyini udmayın

2023-01-26 05:04:00

Zeytun, alimləri təəccübləndirməyə davam edir.

Məşhurların yeni gəlir mənbəyi qiymətlər açıqlandı

2023-01-26 04:44:00

Məşhurlar bu yaxınlarda yeni gəlir mənbəyi kəşf ediblər.

Zeytunun faydaları

2023-01-26 04:03:00

Zeytun 5-11 metr hündürlüyə qədər qalxa bilən həmişəyaşıl zeytun ağacının meyvəsidir. Zeytunun çox da enli olmayan gövdəsi, nazik budaqları, uzun və dar yarpaqları olur. Zeytun yarpaqları boza çalan yaşı rəngdə, uzunluğu 2-4, eni isə 1-2 santimetr ölçüdə, şiş uclu və yumşaq olur. Zeytunun bir-çeçə növü var. Onun yarpaqlarının rəngi növündən asılı olaraq dəyişir. Növündən asılı olaraq zeytun yarpaqları yaşıl, boz-yaşıl,qara, və tünd-bənövşəyi olur. Zeytunun meyvələri ağac çiçəklədikdən 4-5 ay sonra formalaşır. Ağac aprel ayından çiçəklənməyə başlayır və mayın sonuna qədər çiçəklənmə davam edə bilir. Zeytun ağacı 20 il bar vermək qabiliyyətinə malikdir. Zeytun ağaclarının əksəriyyəti növbələşmə ilə bar verir. Yəni ağacların çoxu bir ildən bir bar verir. Hətta iki ildən bir bar verən zeytun ağacları da var. Zeytun meyvəsindən qədim zamanlardan zeytun yağı alınır. Bu ağac yabanı halda bitmir. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Bu ağacın iki min il əvvəllər də yetişməsi barədə əlyazmalarda qeydlərə rast gəlinib. Azərbaycanda da qədim zamanlarda zeytunun yetişdirilməsi ilə məşğul olunub. Ən çox da Abşeron bölgəsində zeytun ağacının yetişdilməsi planlı surətdə həyata keçirilir. Nardaranda 180-200 ildir ki, zeytun yetişdirilir. Zeytundan istifadə edərkən onun süni surətdə yaradılmış zeytun olmadığını anlamaq lazımdır. Belə zeytun süni kimyəvi rənglərlə boyanır və onun tərkibində E 579 kimyəvi qatqı var. Bu zeytunun rəngi zil qara və parlaq olur ki, bu da təbii rəng deyil. Zeytunun tərkibi Zeytunun tərkibində yüksək keyfiyyətli yağlar var. Bu bitki yağının qida və enerji dəyəri çox yüksəkdir. Zeytunun tərkibi 6% zülallar, 9% liflər, 23% su, pektin maddəsi, 56% yağlar, şəkər, karotin, B, C vitaminləri, kalium, kalsium, qlikozidlərlə zəngindir. Zeytunun tərkibində olan maddələr hüceyrə membranının möhkəmlənməsinə və onun selikli qişasının sağlamlaşmasına səbəb olur. Zeytunun faydaları Zeytun mədənin, mədəaltı vəzin, qaraciyər və ürək-damar sisteminin yaxşılaşmasına səbəb olur. O yaraların sağalmasını sürətləndirir, orqanizmin toksinlərdən və şlaklardan təmizlənməsinə səbəb olur. Zeytun yemək yaşlı adamların sümük toxumasını möhkəmləndirir və qaraciyər fəaliyyətini yaxşılaşdırır. Dietoloqlar hər zaman qara zeytun yeməyi məsləhət bilmir. Bunun səbəbi isə qara zeytunun tərkibində duzların miqdarının yaşıl zeytuna nisbətən daha az olmasıdır. Onların fikrinə görə pəhriz saxlayanların çoxlu qara zeytun yeməsi mədə yaralarının əmələ gəlməsinə səbəb ola bilər. Ayda ən azı 20 zeytun yemək diş daşlarının, öd kisəsi, sidik kisəsi və böyrəklərdə daşların əmələ gəlməsinin qaşısını alır. Zeytun yağı içmək böyrəklərdəki qumların və duzların tökülməsinə səbəb olur. Zeytun yağı ən keyfiyyətli yağ hesab edilir. Yağın tərkibində olan süzülməmiş yağ turşuları ( stearin, olein, palmitin) qanda xolesterinin miqdarının aşağı düşməsinə, orqanizmin qocalmasının qarşısını alınmasına səbəb olur. Zeytun və zeytun yağı Aralıq dənizi bölgələrinin ən vacib qidalarındandır. Zeytun yağının tərkibində olan antioksidantlar xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. O dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytun yağı da təbii yollarla əldə edilmiş zeytun yağı qədər orqanizm üçün çox faydalıdır. Zeytun yağını dəri yanıqlarına, kəsiklərə, sıyrıqlara və ağcaqanad dişləyən nahiyələrə sürtdükdə yaraların sağalması sürtətlənir. Zeytun yağını yumurta sarısı ilə qarışdırıb üzə sürtdükdə dərinin tonusu artır, dəri hüceyrələri təzələnir. Zeytun yağı ilə hazırlanmış şampunlar da saçların sağlamlığının artmasına səbəb olur. Zeytun yarpaqlarından dəmlənmiş çay arterial təzyiqi aşağı salır. Zeytunun zərərləri Zeytunun praktikada heç bir zərərinə rast gəlinməyib. Bəzi hallarda ondan istifadə etmək narahatçılıqlara səbəb olur. Bu isə ən çox özünü xolisistit xəstəliyi zamanı zeytun yağı içdikdə göstərir. Bu zaman ödün ifrazı sürətlənir. Piylənmədən əziyyət çəkənlər zeytundan istifadə edərkən onun miqdarına nəzarət etmələrində fayda var. Qara zeytun yeyərkən diqqətli olmaq lazımdır. Onun texniki işlənməsi zamanı istifadə edilən maddələr orqanizm üçün zərərli ola bilir.

“Moskvadan gələn məktubu gizlətmişdi, dövlətin pullarını qohumlarına xərcləyir...”

2023-01-26 03:22:00

"Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri olmağa layiq deyil. Qətiyyən ora yaramır. Rəhmətlik Rüstəm İbrahimbəyovdan sonra bizdə kinematoqrafçıların ittifaqı "ölüb". Ələxsus da Şəfiqənin ittifaqı! Şəfiqənin bu ittifaqda nə işi var? Bilən varsa desin! Bilirsiniz ki, mən Özbəkistanda 17 seriyalı filmə çəkilmişəm. Özbəkistanın dahi sənətkarı Şöhrət Abbasovun Moskvada yubileyi olanda bizim Kinematoqrafçılar İttifaqına teleqram vurub, məni də dəvət ediblər. Şəfiqə Məmmədova Moskvadan gələn teleqramı mənə verməmişdi, gizlətmişdi. Niyə görə? Çünki mən getsəydim xərcimi kinoittifaq çəkməli idi. Bunun ucbatından belə işlər tutub"

Limon suyunun faydaları

2023-01-26 03:03:00

Limon bir çox xəstəliklərə qarşı qoruyucu qalxandır.

Yeni doğulan körpənin doyduğu necə anlaşılır?

2023-01-26 02:02:00

Yeni ana olan qadınları düşündürən əsas suallardan biri körpələrinə ana südünün yetib-yetmədiyidir.

Günün yarısını yatmaqla keçirən

2023-01-26 01:22:00

Bəzi insanlar üçün yatdıqları saatlar günün ən gözəl vaxtlarıdır. Onlar hər fürsətdə "gözlərini aldatmağa" çalışır, gündüzlər tez oyanmağa nifrət edirlər. Yuxunu sevən insanlar az yatıb, gümrah oyananların bunu necə bacardıqlarını anlamırlar.

Uşaqlarda diş çıxarmağın əsas əlamətləri

2023-01-26 01:01:00

Diş çıxarma dövü həm valideynlərin, həm də körpələrin ən sıxıntılı zamanlarındandır.

Günün qoroskopu: Fikrinizi cəmləşdirin, sərvaxt olun

2023-01-26 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Bayden: “Ukrayna ordusu əkshücum əməliyyatları keçirməyə hazırlaşır”

2023-01-25 23:59:00

"Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır".

Ukrayna bu tarixdə Krıma hücuma keçəcək General

2023-01-25 23:52:00

Zelenski Qərb tanklarının köməyi ilə Krıma hücum edəcək.

İsmayıllıda avtomobil yanıb

2023-01-25 23:45:00

İsmayıllı şəhərində "Daewoo" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb.

Klimov: Ruslar "Abrams" tanklarını yaxşı tanıyır!

2023-01-25 23:38:00

Amerikanın Ukraynaya göndərdiyi "Abrams" tankları Rusiyanın tank əleyhinə sistemləri qarşısında həssasdır.

Podolyak 44 günlük müharibə ilə bağlı erməni feykini

2023-01-25 23:18:00

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Azatutyun"a müsahibəsində bildirib ki, Ukrayna Azərbaycana Qarabağ müharibəsində istifadə olunacaq silahlar tədarük etməyib.

Hələ də Almaniyada işğalçı qoşunlar var Putin

2023-01-25 23:12:00

II Dünya müharibəsindən sonra Almaniya dörd sektora bölünüb və bu sektorlar ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin nəzarətində olub.

Türkiyənin usta sənətçisi xərçəngə tutuldu FOTO

2023-01-25 23:07:00

Türkiyənin usta aktyoru Aydemir Akbaş xərçəngə tutulub.

"MİQ29ları Ukraynaya göndərməyə hazırıq"

2023-01-25 23:02:00

Slovakiya özünün MİQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsini müzakirə etməyə hazırdır.

Aİnin uğursuz missiyası Bölgədə vəziyət necə dəyişəcək?

2023-01-25 22:57:00

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib.

Böyük aldanış İranın düşmənlərinin müttəfiqi olan Ermənistan Avropaya qucaq açdı

2023-01-25 22:52:00

Avropa İttifaqı Ermənistana göndərəcəyi yeni missiyasının mandatını təsdiqləyib. Son.az musavat.com-a istinadən bildirir ki, bu dəfə heyət çox da mülki səciyyəli deyil, əsasən hərbi xarakterlidir.

Fransa bu ölkədən qoşunlarını geri çəkir

2023-01-25 22:47:00

Fransa Burkina-Fasodan hərbçilərini 30 gün ərzində çıxarmağı planlaşdırır.

Kartof kəskin bahalaşdı VİDEO

2023-01-25 22:42:00

Bir neçə gün əvvələ qədər 60 qəpiyə təklif edilən kartofun qiyməti indi 2 manata qədər artıb. Halbuki bu məhsul adətən yaz aylarındakı qıtlıq səbəbindən mart-aprel aylarında cüzi bahalaşırdı. Yaza isə 2 aya qədər vaxt var.

Toyda bəy gəlini görün necə BİABIR ETDİ

2023-01-25 22:37:00

Xaricdə toyda rəqs etmək istəyən bəy gəlinini biabır edib. 

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açılıb

2023-01-25 22:31:00

Bakıda bir neçə aydır tamamilə bağlanmış yol açılıb.

Ukrayna üzərində "uçuşa qadağa" zonası yaradılır?

2023-01-25 22:26:00

Ukrayna üzərində uçuşun qadağan edildiyi zonanın yaradılması gündəmdə deyil.

Nazir polis leytenantına

2023-01-25 22:21:00

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

"Mirzoyanın səsləndirdiyi fikirlər..." XİN

2023-01-25 22:16:00

24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir.

KM "bir dəfə azad edilmə" qeydini şərh etdi

2023-01-25 22:11:00

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

"Ukraynaya ilk “Leopard” tankları hələ 3 ay sonra gələcək"

2023-01-25 22:06:00

Almaniyanın yeni müdafiə naziri Boris Pistorius Almaniyanın hələ təxminən üç ay ərzində Ukraynanı ilk "Leopard" döyüş tankları ilə təmin edə bilməyəcəyini söyləyib.

Dörd ailənin yaşadığı evdə yanğın olub

2023-01-25 22:01:00

Abşeron rayonunun Qobu qəsəbəsində bir dam altında tikilən dörd ailənin yaşadığı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Bakıda məktəb müəllimi

2023-01-25 21:45:00

Bakıda məktəb müəllimi vəfat edib.

Baydendən Ukrayna ilə bağlı açıqlama

2023-01-25 21:25:00

ABŞ prezidenti Co Bayden Ukraynaya Amerika istehsalı olan 31 ədəd "M1 Abrams" tankı, eləcə də digər avadanlıqların verilməsini rəsmən elan edib.