Xəbərlərin siyahısı
2023-01-29 14:09:00
Ötən ilin yayında final edən "Buğlama" teleşousu yenidən ekrana qayıdır.
2023-01-29 14:00:00
Rusiyalı teleaparıcı və kardioloq Aleksandr Myasnikov qeyd edib ki, duzdan aktiv istifadə arterial hipertoniyanın inkişaf riski daşıyır. Bu, hətta normal təzyiqi olan insanlar üçün də ölümcüldür.
2023-01-29 13:51:00
Bəzi SMS-lər cihazınız və istifadəçi hesablarınız üçün təhlükəli ola bilər.
2023-01-29 13:40:00
Tatarıstanın səhiyyə naziri Marat Sadıqov 54 yaşında vəfat edib.
2023-01-29 13:29:00
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
2023-01-29 13:20:00
Zaur Baxşəliyev mərhum Əməkdar artist Tünzalə Əliyevanın ondan son xahişini yerinə yetirib.
2023-01-29 13:09:00
Şəkidə iki nəfər arasındakı davanı aralamağa çalışan polis əməkdaşı xəsarət alıb.
2023-01-29 13:00:00
Xəbər verdiyimiz kimi 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
2023-01-29 12:51:00
Azərbaycan Baş nazirinin sabiq müavini Əsgər Məmmədov vəfat edib.
2023-01-29 12:49:00
Britaniya kəşfiyyatı Rusiya Federasiyasında təhsilin hərbiləşdirilməsi barədə məlumat yayıb.
2023-01-29 12:40:00
Türkiyəli müğənni Sərdar Ortaç İstinye bölgəsində yerləşən villasını satışa çıxarıb.
2023-01-29 12:31:00
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.
2023-01-29 12:20:00
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı qızların ali məktəblərə qəbul imtahanlarında iştirakını qadağan edib.
2023-01-29 12:09:00
Pakistanın Bəlucistan əyalətində avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb.
2023-01-29 12:00:00
Yanvarın 29-da Güney Azərbaycanın Xoy və Salmas şəhərlərində zəlzələ səbəbindən məktəblərdə tətil edilib.
2023-01-29 11:50:00
Türkiyəli model Çağla Şikəl yeni münasibətə başlayıb.
2023-01-29 11:41:00
Venesuela Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycana başsağlığı verib.
2023-01-29 11:30:00
Ermənistan Baş naziri Nikol Paşinyanın qadınları orduya cəlb etmək qərarı kifayət qədər mübahisəli məsələdir.
2023-01-29 11:21:00
Türkiyənin məşhur "Çukur " serialında Celasun obrazını canlandıran Kubilay Aka "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin oyununa münasibət bildirib.
2023-01-29 11:10:00
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində oğurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
2023-01-29 11:01:00
Avtomobil sürən şəxsləri maraqlandıran əsas məqamlardan biri yanacaq sərfiyyatıdır. Bəzi sürücülər yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük versələr də, bəzi sürücülər üçün önəmli olan onun yanacaq sərfiyyatı yox, sürüş həzzidir.
2023-01-29 10:40:00
Tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu vəfat edib.
2023-01-29 10:39:00
Bir neçə gün öncə Şəki rayon Xəstəxanasına qızdırma ilə gətirilən 5 yaşlı qız köçürülən sistemdən sonra dünyasını dəyişib.
2023-01-29 10:30:00
Abşeron rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
2023-01-29 10:21:00
Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü ildə anadan olan Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
2023-01-29 10:03:00
Türkiyənin Kayseri əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.
2023-01-29 09:54:00
İranın müxtəlif bölgələrində hava hücumunun olduğu bildirilir.
2023-01-29 09:45:00
Meksikanın Xeres-de-Qarsiya Salinas şəhərində bir qrup naməlum şəxs bara silahlı basqın edib.
2023-01-29 09:44:00
Bu gecə İranda kabus yaşanıb. Bir neçə strateji obyekt - silah anbarı, kamikadze dron zavodu və neft anbarı hava hücumları ilə vurulub. İran rəsmiləri İsraili ittiham edir.
2023-01-29 09:40:00
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobil Laçın yolundan keçib.
2023-01-29 09:36:00
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 580 nəfər yaralanıb.
2023-01-29 09:18:00
Yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.
2023-01-29 09:09:00
Ölümün insanı harada və neçə yaşında yaxalayacağı bəlli olmur. Eyni zamanda insanın sosial və inzibati statusunun da ölüm qarşısında elə bir önəmi qalmır.
2023-01-29 08:59:00
Hamiləliyin neçənci ayı olursa, olsun hər anda təhlükə baş verə bilər. Aşağıda hamiləlik zamanı baş verə biləcək təhlükələr və onların əlamətləri qeyd olunmuşdur. 1. Uşaqlıq qanaxması - dölün düşmə təhlükəsi olduğu, yarımçıq doğuşun baş verdiyi zaman olur. 2. Qarında ağrı - dölün düşmə təhlükəsi, boru hamiləliyi, sonun ayrılması, doğuşun başlaması zamanı olur. 3. Uşaqlıq daxilində qaşınma - vaxtından əvvəl doğum təhlükəsi. 4. Qarında ağrı və gərginlik - sonun ayrılması, doğuşun başlaması, erkən doğuşun əlamətləri ola bilər. 5. Uşaqlıq yolundan axıntının gəlməsi - uşaqlıqda infeksiyanın olması və doğumun başlamasının əlaməti ola bilər. 6. Bütün bədənin şişməsi - prieklampsiyanın əlaməti ola bilər. 7. Şiddətli baş ağrıları - prieklampsiya əlamətləri ola bilər. 8. Görmə pozğunluqları (bulanıq görmə, gözün bir hissəsinin görməməsi, gözün önündə qarışqaların gəzməsi) prieklampsiya əlamətidir.
2023-01-29 08:55:00
Bu üsullara standart günlər və təqvim üsulu aiddir. Standart günlər üsulundan menstural tsikli müntəzəm olan qadınlar istifadə edə bilərlər. Belə halda 8-19-cu günlər fertil günlər hesab edilir. Təqvim və ya ritm üsuluna görə son 6 ay ərzində aybaşı tsikllərinin davamiyyəti məlum olmalıdır və bunların əsasında fertil günlər hesablanır. Belə ki, ən qısa aybaşı tsiklinin müddətindən 18 gün çıxmaqla fertil günərin hesablanmasını, ən uzun tsiklin müddətindən isə 11 gün çıxmaqla fertil dövrün sonunu hesablamaq olur. Məsələn, son 6 ay ərzində qadında aybaşı tsikllərin aşağıdakı kimi olub. 27, 30, 28, 29, 28, 32. Burada ən qısa tsikl 27, ən uzunu isə 32 gün təşkil edib. 27-18=9,32-11-21. Beləliklə, bu qadında fertil günlər 9-21 olacaqdır. Son aybaşı tsikllərinin müddətini nəzərə alaraq fertil dövr hər ay hesablanmalıdır. Lakin bu üsulun istifadəsinə dair bəzi məhdudiyyətlər mövcuddur. Belə ki, menarxedən sonra 1 il ərzində və ya premenopauza dövründə olan qadınlarda aybaşı tsiklləri qeyri-müntəzəm olduqda fertil günlərini təyin etmək çətin ola bilir. Təqvim günlərini təyin etmək üçün abortdan və doğuşdan sonra növbəti aybaşını gözləmək lazımdır. Ovulyasiyaya təsir edən bəzi dərman vasitələrinin (sedativ, antidepressant, qeyri-steroid iltihabəleyhinə preparatlar) qəbulu zamanı bu üsuldan istifadə etmək məsləht görülmür.
2023-01-29 08:51:00
Ağciyərlərin emfizeması ağciyərlərin axır bronxiollarından distal hava şöbəsinin genişlənməsi və alveolların divarlarının destruktiv dəyişiklikləri ilə müşayət olunan patoloji vəziyyətdir. Xəstəliyə ümumi əhalinin 4%-ində rast gəlinir, 60 yaşdan yuxarı adamlar arasında bu kliniki problemlərdən biri sayılır. Ağciyərlərin emfizeması tənəffüs yollarının lokallaşmış zədələnmələri və patogenezinə görə digər ağciyər xəstəliklərindən fərqlənir. Alveolların xroniki iltihabını törədən səbəb emfizomator dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Xəstəliyin əmələ gəlməsində başqa faktorların da rolu böyükdür. Papiros çəkmə. Papiros çəkmə tənəffüs yollarında ləng gedişli iltihabı pöroses törədərək proteolitik fermentlərin leykositlərdən residivləşməsinə və ya daima azad olunmasına səbəb olur. Peşə zərərləri. Xəstəliyin baş verməsində əsas risk faktoru peşə zərərləridir. Şaxtaçılarda əmələ gələn pnevmakonioz, tənəfüs yollarinin iltihabı xəstəlikləri, bəzi dərman vasitələrinin uzun müddət qəbul edilməsi xəstəliyi törədən səbəblədən hesab edilir. Ağciyər emfizemasının yaradan səbəblərdən biri də antitripsin çatışmazlığıdır. Bu çatışmazlıq genetik faktordur. Antitripsin çatışmazlığı ağciyər toxumasının həssaslığını artırır və bu həssasıq ağciyər emfizemasının yaranmasına, tez inkişaf etməsinə şərait yaradır. Xəstəliyin əmələ gəlməsində alveolların divarı və qoruyucu strukturların dağılması, hava boşluqlarının həddindən artıq genişlnməsinə səbəb olur. Ağciyər emfizemasının aşağıdakı növləri var: - panasinar emfizema - proksimal asinar emfizema - distal asınar emfizema - irrequlyar emfizema - bulloz emfizema. Ağciyərin emfizeması həmişə xüsusi əlamətlərə malik olmur, çox vaxt onunla yanaşı gedən xəstəliklərin əlamətləri altında gizlənir. Xəstəlik proqressivləşdikcə xəstənin şikayətləri də artır, aşağıdakı əlamətlər özünü göstərir: - az miqdar bəlğəmli öskürək - respiraor infeksiya qoşulduqda təngnəfəslik - müqavimətin zəifləməsi. Xəstliyə diaqnozun qoyulmasında ağciyərlərə qulaq asmanın və rentgenoloji müayinənin rolu böyükdür. Müalicə zamanı bəlğəmgətiricilərdən və qlükokortikoidlərdən istifadə edilir. Xəstəliyin ağır formasında cərrahi yolla ağciyərin periferik hissələri rezeksiya olunur.
2023-01-29 08:46:00
Ensefalit baş beynin yoluxucu, yoluxucu-allergik və allergik təbiətli iltihabi xəstəliyidir. Patoloji gedişatına görə aşağıdakı formalara ayırd edilir: 1) Ventrikulitlər 2) Kötük ensefaliti 3) Qabıqlı ensefalit 4) Serebellit 5) Ocaqlı ensefalit 6) Leykoensefalit 7) Polioensefalit 8) Panensefalit 9) Meningoensefalit 10)Ensefalomielit 11)Optikocensefalit Ensefalitlər birincili və ikincili olmaqla iki yerə bölünürlər. Birincili ensefalitlər müstəqil xəstəliklər hesab edilir. Ikincili ensefalitlət hər hansı bir infeksiya prosesinin fəsadıdır. Ensefalitlərin əmələ gəlməsində mikrobların, virusların, ləng infeksiyaların rolu böyükdür. Virus orqanizmə kontakt, alimentar, hava-damcı yolu ilə insandan yaxud heyvandan düşə bilər. Virusun sinir sisteminə daxil olması endotelial hüceyrələri və ya xırda damarları əhatə edən qliyaların yoluxması yolu ilə beyin kapilyarlarının endoteli vasitəsilə baş verir. Virusun sinir kötükləri boyunca irəliləməsi mümkündür. Sinir sisteminə çatmış virus əvvəlcə subaraxanoidal məkana düşür, onurğa beyin mayesi ilə yayılır. Sonra meningeal qişalara və epidermal törəmələrlə kontakta girərək miningit törədir. Daha sonra həmin virus həssas sinir hüceyrələrini zədələyir və son nəticədə ensefalitə gətirib çıxarır. Sinir sisteminin virus etiologiyalı xəstəliklərinin kliniki təzahürü insanın immun sisteminin fərdi xüsusiyyəlrərindən birbaşa asılıdır. İnsanların əksəriyyətində tam dəyərli immun sistemi olduğundan, orqanizmin virusla birgə yaşaması zamanı heç bir əlamət aşkar edilmir. Bu ya genetik səbəbli ya da qazanılmış olur. Ensefalitlərin patogenezi neyropnların bilavasitə viruslar tərəfindən dağıdılması və toksiki təsirindən başqa, həm də spesifik olmayan dəyişikliklərlə təzahür etməsidir. Bu dəyişikliklərə damar divarı keçiriciliyinin zədələnməsi, ödemin inkişafı və s. aiddir. Klinikası: Xəstəliyin kəskin dövründə kəskin ödem, hemorragiya, sinir liflərinin degenersiyası qeyd olunur. Ensefalitlər üçün aşağıdakılar səciyyəvidir: 1) Prodromal dövr - 1neçə saatdan bir neçə günə qədər davam edir, temperaturun artması, yuxarı tənəffüs yollarının və mədə-bağırsaq sisteminin zədələnməsi əlamətləri təzahür edir. 2) Ümumi beyin əlamətləri - adətən alın və göz çuxurları nahiyəsində baş ağrısı, qusma, epileptik tutmalar, işıqdan qorxma baş verir. Xəstədə süstlük, yuxululuq, şüur pozulmaları, psixi qıcıqlanlamarın olması mümkündür. 3) Patoloji prosesin yenidən və ensefalitin formasından asılı baş beyin zədələnməsinin ocaqlı əlamətləri ( ətrafların parezi, afaziya, epileptik tutmalar ) şəklində təzahür edir. Diaqnostikası: Diaqnostikasında onurğa beyin mayesinin müayinəsi daha mühüm sayılır. Müalicəsi: Müalicəsi simptomatikdir.
2023-01-29 08:41:00
Bu növ kontraseptivlər yüksək dərəcədə effektlidir. Hazırda dünyada fazalığına, tərkibinə və hestagen komponentinə görə fərqlənən 500-dən çox müxtəlif kontraseptivlər mövcuddur. Monofazlı preparatlarda həblərin tərkibi eyni olur. İkifazlı kontraseptivlərin tərkibində estrogenin dozası daimidir, hestagen komponentin dozası isə menstural tsiklin fazasına müvafiq olaraq dəyişir. Üçfazlı preparatlar bir-birindən həm estrogen, həm də hestagen komponentin dozası ilə fərqlənən 3 növ həblərdən ibarətdir. Müasir dövrdə istifadə olunan kontraseptivlər kiçik və mikrodozalı hissələrlə təqdim olunur. Fazalığından, hestagen komponentdən, dozadan asılı olmayaraq kompraseptivlərin təsir mexanizmi eynidir. Əsas yeri ovulyasiyanın blokadası tutur. Bunun baş verməsinin səbəbi hipotalamusda qonadotporin rilizinq-hormonunun sekresiyasının tormozlanması nəticəsində hipofizdə FSH və LH hasilinin ləngiməsidir. Kompraseptivlərin qəbulu aşağıdakı hallarda əks-göstəriş sayılır: 1. Hamiləlik. 2. Anamnezdə olan ağır hipertenziya. 3. 35 yaşdan yuxarı siqaret çəkən qadınlar. 4. Qaraciyər funksiyalarında olan funksional pozğunluqlar. 5. Hormondan asılı olan xərçəng xəstəliyi. 6. Etiologiyası məlum olmayan qanaxmalar. 7. Nəzərəçarpan piylənmə.
2023-01-29 08:35:00
Cift dölün qidalanmasında və tənəffüsündə əsas rol ounayır. Ciftdə estrogen, proqestron, qonodotrop hormonlar əmələ gəlir. Cift paycıqlardan ibarət olub, qan damarları ilə zəngindir. Cift ana və döl səthdən ibarətdir. Ana səthi uşaqlığın daxili qatında özünə yer edir və qan damarları ilə lazım olan hər şeyi anadan alır, dölə ötürür. Hamiləliyin axırına kimi ciftin eni 15-18 sm, qalınlığı 2-3 sm, çəkisi isə 500-600 qram olur. Cift uşaqlığın yuxarı seqmentinin yanlarında yerləşir. Patoloji hallarda isə aşağı seqment nahiyyəsinə birləşir. Göbək ciyəsi kəndir şəklində olub, içərisindən iki arteriya, bir vena keçir. Göbək ciyəsi döldən qanı ciftə və əksinə daşıyır. Göbək arteriyasından venoz qan döldən ciftə, vena içərisində isə arterial qan oksigenlə zənginləşmiş halda ciftdən dölə daşınır. Göbək ciyəsi damarları xüsusi maye ilə əhatə olunur, əyri və burulmuş şəkildə ola bilir. Göbək ciyəsi cifti dölün bədəni ilə birləşdirir (bir ucu ciftdə, bir ucu isə dölün göbək nahiyyəsində olur). Göbək ciyəsinin uzunluğu dölün inkişafından asılıdır. Son göbək ciyəsi, ciftin və döl qişalarının birlikdə cəminə deyilir. Döl doğulan kimi son xaric olur.
2023-01-29 08:31:00
Süni inseminasiya (mayalanma) qadında hamiləliyin baş verməsi məqsədilə yad genetik materialın sperma şəklində cinsiyyət yollarına yeridilməsidir. Spermanın yeridilməsi üsullarından asılı olaraq süni mayalanmanın aşağıdakı növləri tətbiq edilir: 1. Uşaqlıq yolu üsulu. Bu üsul zamanı sperma şprislə uşaqlıq yolunun arxa tağına yeridilir. 2. İnterservikal üsul. Bu üsul zamanı sperma uşaqlıq yolu kanalına yeridilir, uşaqlıq yolunun möhtəviyyatı ilə kontaktda olmur. 3. Uşaqlıq üsulu. Bu üsul spermanın bilavasitə uşaqlıq boşluğuna yeridilməsini üstün tutur. 4. Transabdominal üsul. Toxum plazmasından azad spermotozoidlərin 1 və ya 2 yumurtahüceyrəsi ilə birgə uşaqlıq borusunun ampulyar hissəsinə transabdominal yeridilməsi. Bu üsullardan hər biri müsbət və mənfi cəhətlərə malikdir. Uşaqlıq yolu üsulu daha sadə olsa da, uşaqlıq yolu daxilindəki mühit (pH, bakteriyalar və s.) spermotozoidlərə mənfi təsir göstərərək, hamiləliyin baş verməsi şansını azaldır. İntraservikal üsul zamanı uşaqlıq boynu seliyində antispermal anticisimlərin mövcudlıuğu immunoloji ziddiyyət yarada bilər. Uşaqlığa spermanın yeridilməsi həm də infeksiyanın daxil olmasına səbəb ola bilər, bəzən isə uşaqlığın ağrılı yığılmaları ilə müşahidə oluna bilər. Süni inseminasiyadan əvvəl eakulyatin yaxşılaşdırılması üçün onun fraksiyalaşdırılması məsləhət görülür.
2023-01-29 08:25:00
Bu üzün yarısının bütün toxumalarının tədrici atrofiyasıdır. Xəstəliyin əmələ gəlməsinin əsil səbəbi tibbə məlum deyil. Bəzən səbəb kimi aşağıdakılar göstərilir: - üzün və ya kəllənin zədələri - yoluxucu xəstəliklər - üçlü sinirin nevralgiyası. Əksər hallarda üzün proqressiv hemiatrofiyası yuxarıda sadalanan xəstəliklərdən sonra baş verir. Çünki üzün hemiatrofiyasının inkişafında vegetativ sinir sisteminin xəstəlikləri də əsas rollardan birini oynayır. Bəzi mütəxəssislər isə xəstəliyin baş verməsində üçlü sinirin zədələnməsini və funksiyasının pozulmasını səbəb göstərirlər. Xəstəliyə əsasən 10-20 yaşlı gənclər arasında rast gəlinir. Atrofiya üzün məhdud sahəsində baş verir. Çox vaxt üzün sağ tərəfi zədələnir. Bu zaman əvvəlcə dəri, sonra dərialtı piy qatı, əzələlər, sümüklər atrofiyalaşır və piqmentsizləşir. Bu zaman Horner sindromu meydana çıxır. Xəstəlik baş verən nahiyədə hissiyyat pozulmaları olmur, nevralgik ağrılar qeyd edilir. Tüklərin codlaşması və rənginin itirməsi xəstəliyin əlamətlərindən sayılır. Ağır hallarda üzün kobud simmetriyası baş verir, dəri nazilir, qırışır. Bu zaman dərinin altından damarlar görünür, kiçilmiş çənədən dişlər tökülür. Bəzi hallarda atrofiya prosesi boyun, bazu qurşağı, əllər və bədənin yarısına kimi yayılır və total hemiatrofiya inkişaf edir. Xəstəlik yalnız sərbəst şəkildə deyl, digər bəzi xəstəliklərin ağırlaşmaları halında da meydana çıxa bilir. Aşağıdakı hallarda da üzün hemiatrofiyası meydana çıxa bilir: * sirinqomieliya * üçlü sinir şöbəsinin şişləri * boyunun simpatik sinirlərinin zədələnməsi hallarında * qalxanabənzər vəzdə zədələnmələr olduqda. Xəstəliyim müalicəsi yoxdur. Ağrılar gücləndikdə ağrıkəsicilərdən və qıcolma əleyhinə preparatlardan istifadə edilir.
2023-01-29 08:21:00
Kəskin bronxit bronxların selikli qişasının kəskin diffuz iltihabıdır. Xəstəlik bəzən bronxun divarının digər qişaları ilə eyni vaxtda zədələnə bilir. Hətta bəzən ağciyər toxuması prosesə qoşulmadan bronx divarının total zədələnməsi də qeyd olunur. Diametri 2 mm-dən kiçik olan tənffüs yolunun zədələnməsi bronxiolit adlanır ki, buna da ən çox azyaşlı uşaqlarda rast gəlinir. Broxitin əmələ gəlmə səbəbinə görə müxtəlif növləri var: - kəskin infeksion bronxit - irinli bronxit - irinli-nekrotik bronxit - proksimal kəskin bronxit - distal kəskin bronxit - kəskin bronxiolit. Bronxitin kəskin gedişi 2-3 həftə, uzun gedişə malik olduqda isə 1 aydan artıq sürür. Xəstəliyi ən çox qrip, paraqrip virusları, adenoviruslar, rinoviruslar törədir. Xəstəliyin əlamətləri meydana çıxdıqdan sonra bakterial infeksiyanın da qoşulması mümkündür. Kəskin bronxit güclü qıcıqlandırıcı və hərbi kimyəvi maddələrin, soyuq və isti havanın təsirindən də inkişaf edə bilər. Bu zaman xəstəliyin əmələ gəlməsində infeksiya ikinci plana salınır. Bronxit enən xarakter daşıyır. Belə ki, infeksiya tənəffüs yollarından bronxlara enir və inkişaf edir. Xəstəlik quru öskürəklə başlayır və sonra bəlğəmli öskürəklə əvəz olunur. Bəlğəm selikli-irinli olur. Öskürək döş sümüyünün arxasında sızıldayıcı ağrı ilə müşayət edilir. Xəstəlik irəlilədikdə qızdırma baş verir. Xəstəliyə diaqnoz qoymaq üçün həkimin obyektiv müayinəsi və rentgenoloji müayinənin nəticələri əsas götürülür. Müalicə məqsədilə xəstəyə çoxlu qaynar maye içirdilir (moruq mürəbbəli, limonlu çay, isidilmiş qələvi mineral sular), öskürək və virus əleyhinə dərmanlar, bəlğəmgətiricilər tətbiq edilir.
2023-01-29 08:15:00
Qadınların çoxunda doğuş ağrılarla müşayət olunur. Ağrı əsasən uşaqlıq boynunun açılması və dölün qovulması zamanı baş verir. Doğum zamanı ağrılar bəzən saatlarla və hətta bir-neçə gün baş verə bilir. Qadınlar üzərində aparılan müşahidələr zamanı məlum olmuşdur ki, ağrıların çox olması qadının sinir sistemini haldan salır və orqanizmə zərər verir. Əslində doğuş normal getdikdə ağrısızlaşdırmaya ehtiyac olmur. Lakin bəzən buna çox ehtiyac duyulur. Doğuşun ağrısızlaşdırılmasında ilk profilaktik məqsəd qadını doğuma qədər psixoloji hazırlamaqdır. Doğumqabağı aparılan psixoterapevtik müalicələr xəstələrə doğuş zamanı çox kömək edir. Psixoterapevtik müalicələr təsir etmədikdə xəstələrə doğuş zamanı ağrıkəsici dərman preparatlar təyin edilir. Doğuş zamanı ağrının əmələ gəlməsində uşaqlıq boynunun sinir uclarının qıcıqlanması böyük rol oynayır. Belə ki, dölün irəliləyən başı uşaqlıq boynunda olan sinirlərə təsir edir və güclü ağrılar əmələ gəlir. Doğuş zamanı uşaqlığın və cinsiyyət orqanının digər nöqtələrində də sinirlərin qıcıqlanması baş verdiyinə görə ağrı daha şiddətli olur. Sinis sitemi möhkəm olan qadınlarda xəstə həkimin və mamaçanın göstərişlərinə əməl etdikdə doğuş normal və az ağrı ilə müşahidə olunur. Sağlam hamiləlik keçirmiş, qadının doğuşu adətən az ağrı ilə qısa müddətdə baş verir. Belə ki, qadın doğuş zamanı özünü sakit və təmkinli apararsa, doğuşun fizioloji hal olduğunu qəbul edərsə, prosesin kliniki gedişi də normal olur.
2023-01-29 08:11:00
Mayalanmış yumurta hüceyrənin uşaqlıq boşluğundan kənarda implantasiya olunaraq inkişaf etməsi ektopik (uşaqlıqdankənar) hamiləlik adlanır. Ektopik hamiləlik ginekalofiyanın ciddi problemlərindən biri sayılır. Ektopik hamiləlik abortların, qadın cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin, neyroendokrin pozğunluqların, psixoemosional gərginliklərin, uşaqlıqdaxili kontrasepsiya vasitələrinin istifadəsinin artması ilə əlaqələndirilir. Uşaqlıqdankənar hamiləliyə məruz qalmış qadınlarda növbəti hamiləliyin ektopik olacağı ehtimalı sağlam qadınlarla müqayisədə 7-13 dəfə yüksəkdir. Uşaqlıqdankənar hamiləlik əsasən 23-40 yaşlı qadınlarda əksərən sağ boruda rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, döl yumurtasının lokalıizasiyasına görə ektopik hamiləliyin aşağıdakı formaları ayırd edilir: 1. Boru hamiləliyi. 2. Yumurtalıq hamiləliyi. 3. Dəqiqləşdirilməmiş hamiləlik. Nadir hallarda qarın boşluğu hamiləliyi də ayırd edilir. Bu hamiləlik lokalozasiyasına görə piylik, qaraciyər, oma-uşaqlıq bağı və s. ola bilir.
2023-01-29 08:05:00
Ağır bronxospazm tutması kəskin tənəffüs çatmamazlığı ilə müşayət olunan bir vəziyyətdir. Xəstəlik orta ağır və ağır formalı bronxial astmalı xəstəlrində, qıcıqlandırıcı və hərbi qazlarla nəfəs aldıqda rast gəlinir. Xəstəliyin əsas əlaməti təngnəfəslikdir. Təngnəfəslik tutması baş verdikdə nəfəsvermə çətinləşir, xəstə məcburi vəziyyət alaraq sinəsini stola söykəyir, onun nəfəs verməyə havası çatmır. Xəstənin üzü qorxu, təlaş və tənəffüs panikası ifadəli bir görünüş alır. Xəstənin venoz qan dövranı pozulur, alında, gicgahlarda venalar şişir. Xəstənin fiziki aktivliyi məhdudlaşır, nitqi fasiləli olur, sözünü deyə bilmir, ölüm qorxusu yaşayır. DİAQNOZU: Anamnez xəstə və xəstənin yaxınlarından toplanılır. Diaqnoz anamnezə və xəstənin ağciyərlərinə qulaq asan həkim tərəfindən qoyulur. Müalicə: Təcili yardım gec gəlsə və ya xəstəyə vaxtında yardım edilməsə xəstə ölə bilər. Tutma aradan gec qalxdıqda xəstə halsız olur, şüurunda ləngimə müşahidə olunur. Xəstənin huşu alaqaranlıq olur. Tutma baş verilən zaman xəstə, təcili xəstəxanaya çatdırılmalı, vəziyyətdən çıxana qədər stasionarda qalmlıdır. Tutma keçdikdən sonra təngnəfəsliyin səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır.
2023-01-29 08:01:00
Hamiləlik dövrü qadın orqanizminin bütün orqanları normal fəaliyyət göstərir. Ancaq yüklənmiş vəziyyətdə, bu inkişaf edən dölün tələblərinə uyğun olaraq baş verir. Hamilə qadının həyat tərzi normal olduqda bu adi sayılır. Qida rejiminin pozulması, yorğunluq, başqa faktorların hamilə qadına təsiri, bədənin gigiyena qaydalarının pozulması hallarında, hamiləliyin gedişində dəyişiklik baş verir və müxtəlif ağırlaşmalar meydana çıxır. Bu ağırlaşmaların baş verməməsi üçün hamiləlik zamanı gigiyena qaydalarına ciddi riayət eləmək lazımdır. Bunun üçün aşağıdakı tədbirlərə əməl olunmalıdır: * qadının sağlamlığının saxlanılması və möhkəmləndirilməsi * dölün düzgün inkişafı * doğuş və zahılıq dövrünün normal keçməsi * qadın orqanizminin uşağın döşlə əmizdirilməsinə hazırlanması. Qadının həyat tərzi hormal keçərsə, hamiləlik zamanı heç bir xüsusi dəyişiklik baş vermir. Normal hamiləlik vaxtı qadın adi işləri yerinə yetirə bilir və yüngül idmanla məşğul ola bilər. Normal fiziki və zehni iş hamilə qadın üçün faydalıdır. Bu qadına müsbət təsir göstərir və qadının sinir, ürək-damar, tənəffüs, qan dövranı, maddələr mübadiləsinə yaxşı təsir göstərir. Hərəkətsizlik, uzun müddət oturaq və yataq həyat şəraiti qadında piylənməyə, qəbizliyə, əzələ sisteminin zəiflməsinə səbəb olur. Hamiləlik zamanı ağırlıq qaldırmaq və həddindən artıq yorulmaq olmaz. Əgər hamilə qadın işləyirsə, o fasilə zamanı təmiz havada gəzməlidir. Bu hamilıə qadının yorğunluğunu aradan qaldırır və psixi vəziyyətinə yaxşı təsir edir. Hamilə qadın gün ərzində ən az 8 saat yatmalıdır. Hamiləlik zamanı spirtli içki qəbulu, siqaret çəkmək qəti qadağandır.
2023-01-29 07:51:00
Pnevmoskleroz ağciyər toxumasının müxtəlif patoloji proseslər nəticəsində birləşdirici toxuma ilə tutulmasıdır. Birləşdirici toxumanın yayılma dərəcəsindən asılı olaraq ağciyərlərin fibrozu, sklerozu və sirrozu ayırd edilir. Pnevmafibrozda ağ ciyərlərdə çapıq dəyişikliklər mülayim ifadə olunur. Pnevmosklerozda ağciyərlərin birləşdirici toxuma ilə əvəz olunması bir qədər kobudlaşır. Sirrozda alviolların tam, bronx və damarların isə hissəvi olaraq birləşdirici toxuma ilə dezorqanizasiyası qeyd edilir. Pnevmoskleroz bir çox xəstəliklərin simptomu və nəticəsi hesab edilir. Xəstəliyin əmələ gəlməsinə səbəb olanlar: 1. Tam sorulmamış kəskin pnevmoniya, xroniki pnevmoniya, bronxhektaziya xəstəliyi. 2. Peribronxitlə müşayət olunan və peribronxial sklerozun inkişafına gətirib çıxaran xroniki bronxit. 3. Müxtəlif genizli pnevmokoniozlar. 4. Bir sıra ürək xəstəliklərində və ən çox mitral qapaq qüsurlarında ağciyərələrdə baş verən durğunluq. 5. Ağ ciyərlərin ateleltazı. 6. Ağır keçən eksudativ plevritlər. 7. Döş qəfəsini və ağ ciyərlərin zədələnmələri. 8. Birləşdirici toxumanın sistem xəstəlikləri. 9. İonlaşdırıcı radiasiyanın təsiri.
2023-01-29 07:41:00
Öskürək traxeobronxial şaxələrin sensor stimulyasiyasından əmələ gələn impulslardan beyində yerləşən öskürək mərkəzinin qıcıqlanmasının nəticəsidir. Öskürək keçici və persistəedici ola bilir. Keçici öskürəyin əsas səbəbi traxeya və bronx şaxələrinin bakterial və virus infeksiyası ilə səthi iltihabi reaksiyasıdır. Bəzən atmosferdə olan qarışıqlar öskürəyə səbəb ola bilir. Bu qarışıqlara papiros tüstüsü, uçucu kimyəvi maddələr və s. daxildir. Persistəedici öskürəyin əsas səbəbləri astma ilə yanaşı olan allergik iltihabdır. Öskürək təngnəfəsliyin başlanğıc əlaməti də ola bilir. Traxeobronxial qıcıqlanmanın digər səbəblərindən biri yuxuda qastritik requrgitasiya kütləsinin traxeobronxial şaxələrə düşməsi də ola bilər. Bu zaman qastroezofageal sfinkterin müxtəlif patologiyası ilə bağlı ola bilir. Öskürəyin səbəb olan ekstrabronxial zədələnmələrə aşağıdakı xəstəlikləri də aid etmək olar: - bronxları sıxan divararalığı şişləri - qida borusu şişləri - aorta anevrizması - sol bronxu sıxan sol qulaqcıq böyüməsi. Bəzən tənəffüs yollarına daima sekresiya edən burun axıntısı və sinusitlər də xroniki öskürəyə səbəb ola bilirlər. Öskürək bəlğəmli və bəlğəmsiz ola bilir. Hər xəstəliyin özünəməxsus öskürək forması var və müalicə zamanı həkimdən bunu ayırd etmək tələb olunur. Öskürəyi müalicə etmək üçün ilk növbədə onu əmələ gətirən səbəb tapılmalı və aradan qaldırılmalıdır. Öskürəyə diaqnoz qoymaq üçün rentgenoqrafiyadan istifadə edilir.
2023-01-29 07:31:00
Mayalanmanın 5-7 -ci günü döl endometritin səthi ilə kontakta girərək, sonrakı iki gündə onun dərinliyinə keçir. Döl hüceyrələrinin xarici qatı - trofoblast uşaqlıq divarının dərinliyinə keçir və xovlar əmələ gətirir. Xovlarda damar sistemi əmələ gəlir və göbək ciyəsi vasitəsilə döl qan sistemi ilə birləşir. Eyni zamanda trofoblastın təsiri altında uşaqlığın spiral arteriyasının strukturu dəyişir. Arteriyaların divarında əzələ - birləşdirici toxuma qatı itir və bu səbəbdən onların diametri itə bilmir, əksinə genişlənir. Buna görə də xovətrafı sahəyə intensiv qan dövranı təmin olunur. Bütün bu dəyişikliklər hamiləliyin 18-22 -ci həftəliyinə qədər davam edir. Hestoz zamanı xarakterik struktur dəyişikliklər uşaqlığın spinal arteriyalarında baş verir. Morfoloji tədqiqtlar hestoz zamanı uşaqlıq arteriyalarının mənfəzinin dar olması, daxilində makrofaqlar, mikrotrobların olması ilə qeyd olunur. Spinal arteriyaların zədələnməsi uşaqlıq-plasentar qan dövranının pozulmasına səbəb olur, odur ki, dölün zədələnməsi baş verir. Bu səbəbdən də döl bətndaxili inkişafdan qalır, ciftin vaxtından qabaq ayrılması baş verir. DİAQNOZU: Dölün və ciftin müayinəsini USM vasitəsilə müəyyənləşdirilir. USM-lə yoxlamada dölün ölçülərinin normadan az olması onun inkişafdan qalmasını göstərir. Doplerometriya zamanı uşaqlıq və göbək ciyəsi arteriyasında qan dövranının pisləşməsi də dölün vəziyyətinin qənaətbəxş olmadığını göstərir. Patoloji halda döldə plasentar çatmazlıq inkişaf edir. Onun kəskin forması ciftin vaxtından əvvəl ayrılması, xroniki forması isə dölün inkişafdan qalmasıdır. Plasentar çatmazlığı vaxtında aşkar etmək üçün dölün ölçülərini və hərəki aktivliyini müşahidə altında saxlamaq lazımdır.