Xəbərlərin siyahısı
2023-02-12 22:56:00
Türkiyədə baş vermiş zəlzələ nəticəsində Hatayda böyük dağıntılar olub.
2023-02-12 22:55:00
Allah-Taalanın istər bu dünyada, istərsə də axirətdə görünüb-görünməməsi məsələsinə İslam məzhəblərinin münasibəti fərqlidir. Ümumiləşdirilmiş şəkildə bunu deyə bilərik ki, əhli-sünnə məzhəbinə görə, Allahın bu dünyada görünməsi mümkün, qiyamətdə görünəcəyi isə vacibdir. Şiə məzhəbi baximından Allah nə bu dünyada, nə də axirətdə görünməz.
2023-02-12 22:54:00
Türkiyənin Hatay bölgəsində dağıntılar altında qalan gənc qız xilas edilib.
2023-02-12 22:53:00
Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub.
2023-02-12 22:52:00
"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində 134 şübhəli şəxs barəsində tədbir görülüb".
2023-02-12 22:51:00
Polşa prezidenti Anjey Duda bildirib ki, əgər rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilsəydi, ona Ukraynadakı münaqişənin Moskva üçün xoşagəlməz nəticələri barədə xəbərdarlıq edərdi.
2023-02-12 22:50:00
Həzrət Mühəmməd Peyğəmbərin (s) mübarək mövlud günləri münasibətilə həzrətin həyatı ilə bağlı maraqlı mövzulardan birini işıqlandırmaq qərarına gəldik. Söhbət Həzrət Mühəmmədin (s) mübarək vücudunda mövcud olmuş peyğəmbərlik möhüründən gedir. Dini mənbələrdə bu möhür həzrətin peyğəmbərliyini sübut edən mühüm dəlillərdən və fiziki əlamətlərdən biri sayılır. Kitablarda peyğəmbərlik möhürü ilə bağlı məlumatlar kifayət qədərdir. Bu məlumatlara əhli-sünnə alimlərinin əsərlərində daha çox rast gəlirik. Həzrətin həyatından bəhs edən, eləcə də, onun peyğəmbərliyinin dəlillərinə həsr edilmiş kitablarda bəzən bu barədə çox geniş bilgilərlə rastlaşırıq. Bəzən məlumatlar bir-birini tamamlayır, bəzən də biri digəri ilə ziddiyyət təşkil edir.
2023-02-12 22:49:00
Kahramanmaraşdakı zəlzələdə dağıntılar altında qalaraq ölən qızının əlini bir an belə buraxmayan Məsud Hançer adlı ataya müğənni Ebru Yaşarla həyat yoldaşı Necat Gülsevən yardım edəcəklər.
2023-02-12 22:48:00
Hakimiyyətdə olduğu bütün bu illər ərzində Putin yalnız Rusiya təyyarələrindən istifadə edib: İl-96, Tu-214, Mi-8 helikopterləri. Ona görə də maraqlıdır:
2023-02-12 22:46:00
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə əlaqəsi olan 200 şəxsə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
2023-02-12 22:45:00
"Həzm sistemlərində problem olan insanlar armud yeməkdən çəkinməkməlidirlər".
2023-02-12 22:44:00
2018 Masterchef yarışmasında çempion olan Uğur Kardaş kömək üçün getdiyi zəlzələ bölgəsində həbs olunub.
2023-02-12 22:40:00
Ər-arvadın ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı güzəşt və xətaları örtməkdir.
2023-02-12 22:30:00
Amerikada orqanizmdə iltihabi prosesləri azaldan, müalicəvi təsir edən faydalı balıq açıqlanıb.
2023-02-12 22:20:00
Bəzi nadan insanlar İslam dini haqqında xürafat və yanlış bilgilər yaradıb onu yaymaqla maddi rifahlarının yaxşılaşacağına ümid edirlər. Həqiqi intizarda olan şəxs bu cür nadürüst işlərdən uzaq durur. O, müəyyən proseslərin başlanmasını gözləyir. Məsum imamlar hədislərində xüsusi şərait ifadəsini çox işlətmişlər, lakin bu şərait adından göründüyü kimi xüsusilik anlamını daşıyır, bu xüsusiyyət qorunub saxlanılmasa islahat əvəzinə fəsad baş alıb gedəcəkdir. Tarixdə bu cür misallar çox olmuşdur, biz də birinə işarə edək: Bəni-Abbas və Bəni-Üməyyə arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Bəni-Abbas öz mübarizəsini hiyləgərcəsinə elə göstərirdi ki, sanki onların bu qiyamları Əhli-Beyt çalarları ilə bürünmüşdür. Bəzi Əhli-Beyt tərəfdarları da buna aldanır, elə bilirdilər ki, məsum imamların şüarları işlədilir və bu qiyama imamlardan dəstək vardır. Lakin məsum imamlar çaşqınlıqda qalmış tərəfdarlarını marifləndirir və bu insanlara baş qoşmamağı bildirirdilər. İmamlar deyirdilər ki, evlərinizdə oturun və bizim Qaimimiz (ə.f) qiyam etdikdə evlərinizdən bayıra çıxarsız. Belə bir göstərişlərlə tanış olan müsəlman yenə də məsələni səhv anlayır. Elə düşünür ki, sakit qalmalı və ictimai işlərdən uzaq durmalıdır. Qədim zamanlar da olduğu kimi hal-hazırda da məhdəviyyət mövzusu yanlış anlaşılır. Həqiqi intizar cəmiyyət içində qəribsəmişdir və ya təfrit, həmçinin ifrat don geyinərək fəsad yaranmasına səbəb olmuşdur. Hətta iş o yerə gəlib çatmışdır ki, bir dəstə insan İmam Mehdinin (ə.f) gəlişini tezləşdirmək bəhanəsi ilə yer üzərində fəsadın çoxalması üçün səy göstərmişlər. Bəli, bunlar məhdəviyyəti yanlış anlamağın nəticəsidir. Belə mənfi düşüncəyə malik cərəyan və qruplaşmaları maarifləndirmək lazımdır. Dəyərli İslam alimləri və filosofları bu istiqamətdə çox işlər görmüşlər. Onlar dəfələrlə bildirmişlər ki, İmam Mehdinin (ə.f) zühuru üçün zəminə yaratmaq lazımdır. Lakin bu zəminə yaratmaq üçün fəsad yox, islahat işləri aparmaq lazımdır. Bizim yaratdığımız zəminə İmam (ə.f) inqilabı üçün müqəddimə hesab edilməlidir. İmam Mehdinin (ə.f) zühurunun əsas hədəfi yer üzərində itib getmiş ədaləti bərqərar etməkdir. Ədalətin bərqərar edilməsi üçün müqəddimə işlərini aparmaq müntəzirlərin üzərinə düşür. Bu yolda cəmiyyət nümayəndələri maarifləndirilməli, dünyada ədalətli sistemin nizamı üçün səy və təlaş göstərilməlidir. Bu sistem ədalətli və sağlam düşüncəli insanlara ehtiyaclıdır. Bu yolda səhlənkarlıq göstərmək olmaz. Çünki səhlənkarlıq göstərmək pis insanların meydana çıxması və "həqiqət carçıları" adı altında şəxsi mənfəətləri naminə ayaq açmalarına şərait yarada bilər. Din haqqında yanlış təsəvvür bu mövzunun tərkib hissələrindən biridir. Sağlam dini təfəkkürə malik olmaq da həqiqi intizarın müqəddiməsidir. Sağlam dini düşüncəyə malik olmamaq insanın zehnindəki intizar anlayışı sarsıdır və ya bu düşüncə sağlam olmasa yalançı intizar anlayışını həqiqi intizar anlayışından seçmək çətinləşəcəkdir. Nəticə etibarıyla bunu deyə bilərik ki, intizar mədəniyyətini inkişaf etdirmək üçün dini həqiqətləri tanımaq lazımdır. Biz İmam Mehdi (ə.f), onun hədəfləri barədə olan təlimi mənimsəməli, bu xəbərdarlıqları sağlam mənbələrdən oxumalıyıq. İmam Mehdi (ə.f) höküməti insanların rifah içində yaşamaları, cəmiyyətdə ədaləti bərqərar etmək üçündür. Həqiqi müntəzirlər bu pak və müqəddəs amala çirkinlik və xürafatın sirayət etməsinin qarşısını almalıdır
2023-02-12 22:15:00
Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyimiz çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır.
2023-02-12 22:10:00
İslam alimləri arasındakı yekdil nəzər Süfyaninin Əbu Süfyanın nəslindən olmasıdır. Bəzi hədislərdə onun "Ciyər yeyən arvadın" övladlarından sayılması da Əbu Süfyanın arvadı Hində mənsub edilməsinə görədir. Süfyani qırmızı dərili, sarı saçlı, mavi gözlü, açıq alınlı və enli kürəkli qorxunc birisidir. Üzündən əbləhlik yağır. Gözündki ağ nöqtəni görən, onun kor olduğnu güman edir. Halbuki belə deyil. O, heç vaxt Allaha pərəstiş etməmiş ən alçaq şəxsdir. Osmanın nəvələrindəndir. Atasının adı isə Üyeynə və ya Ənbəsədir. (Biharül-Ənvar, c. 52, səh. 206 və 254) Hz. Əli (ə) buyurmuşdur: "Ciyər yeyən arvadın övladı Yabis vadisindən (quru dərədən) qiyam edəcək. Onun 4 nişanəsi var və zahiri görkəmi çox bədheybətdir. Yekə başı vardır, üzündə alaca (xora) xəstəliyinin nişanələri aydın sezilir. Adı Osman, atasının adı Üyeynədir (bəzi mənbələrdə Ənbəsə kimi qeyd edilir). O, Əbu Süfyanın nəslindədndir ..." (Biharul -Ənvar, c.52, səh 205) Başqa bir hədisdə İmam Baqirdən (ə) belə nəql olunur: " O, Əbu Süfyanın oğlu Yezidin oğlu Xalidin övladlarındandır." (İbn Həmmadın əlyazması, s.75) Süfyani o qədər daş qəlbli bir insandır ki, onun yerini deyəcəyindən qorxduğu üçün öz həyat yoldaşını belə diri-diri basdıracaq. (2) (Nomani, Muhəmməd ibn İbrahim, əl-Ğeybə, Həsun Kərimin təhqiqi, s.318, )
2023-02-12 22:02:00
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hatay Hava Limanının zəlzələ nəticəsində zədələnmiş uçuş-enmə zolağının bərpasından sonra fəaliyyətini bərpa etdiyini açıqlayıb.
2023-02-12 22:01:00
Bu gün gənclərin çolxuyaddaş pozulmasından 65-70 yaşından başlayaraq şikayət edir ki, bu da orqanizmin və o cümlədən də beyinin qocalması ilə əlaqədardır. Medicina.az xəbər verir ki, yaddaş pozulmasının bir sıra səbəbləri var:
2023-02-12 21:55:00
Azərbaycan torpaqlarında təsəvvüf ənənəsi İslamın ilk əsrlərindən etibarən yaranmağa başlamışdır. Azərbaycan xalqının ilk yazılı ədəbiyyat nümunələrindən olan "Dədə Qorqud dastanı"nda Burla Xatun Saluq Qazana belə söyləyir: "Quru-quru çaylara suçu saldım, qara donlu dərvişlərə nəzirlər verdim" ("Dirsə xan oğlu Buğac xan" boyu).
2023-02-12 21:50:00
"Sənin ixtiyarında olan hakimiyyət öz payın deyil, öhdəndə olan bir əmanətdir. Səndən vəzifəcə yüksəkdə olanlar qarşısında camaat barədə cavabdehsən. Camaata münasibətdə öz istəyinə uyğun hökm verməyə ixtiyarın yoxdur. Maliyyə məsələlərində yalnız tam arxayın olduqdan sonra qərara gəlib hərəkət et. Sənə tapşırılmış əmlak əslində Allaha məxsusdur, sən həmin əmlakı mənə (xəlifəyə) təhvil verənə kimi Allahın xəzinədarı sayılırsan. Yəqin ki, mən sənə münasibətdə başqalarından pis hökmdar olmaram. Vəs-salam". (Həzrət Əlinin (ə) Azərbaycan valisi Əşəs ibn Qeysə məktubu; "Nəhcül-bəlağə", 5-ci məktub).
2023-02-12 21:46:00
"İran yeni növ qabaqcıl uzun mənzilli döyüş pilotsuz uçuş aparatlarını Rusiyaya aparmaq üçün qaçaqmalçılıq yolu ilə qayıqlardan və dövlətə məxsus aviaşirkətdən istifadə edir. PAU-lar gələcəkdə Ukraynadakı müharibədə Rusiya tərəfindən istifadə ediləcək".
2023-02-12 21:45:00
Ağız suyu - ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.
2023-02-12 21:43:00
Son sutka ərzində gürcü seysmoloqları ölkənin qərbində üç, eləcə də cənubunda bir zəlzələ qeydə alıblar.
2023-02-12 21:41:00
Malatyanın Hekimhan bölgəsində saat 19:38 radələrində 5,1 bal gücündə zəlzələ baş verib.
2023-02-12 21:40:00
Sual 94: Kişi öhdəsində olan xərclərin ödənməsi üçün seyid zövcəsinə və övladlarına (məsələn yemək və geyim üçün) seyid payından verə bilərmi?
2023-02-12 21:39:00
"Qalatasaray", "Başakşəhər", "Karagümrük" və "İstanbulspor"da, son olaraq isə "İskenderunspor"da qapıçı məşqçisi işləyən Uğur Kurt zəlzələ fəlakətində həyatını itirib.
2023-02-12 21:38:00
Tanınmış aktyor Çağatay Ulusoy da əsrin fəlakəti adlandırılan Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra zəlzələ qurbanları üçün səfərbər olub.
2023-02-12 21:36:00
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniyada Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənləri müvəqqəti yerləşdirmək üçün bir iş qrupu yaratdıqlarını açıqlayıb.
2023-02-12 21:30:00
Rusiyada hər gün kovidə yoluxanlar və ölənlərin sayı artır. Ekspertlər artıq dördüncü dalğanın başladığını bildirir.
2023-02-12 21:20:00
Dini mətnlərdə qeyd edilib ki, Seyid Hüseyni qiyamı İmam Mehdinin (ə.f) zühur nişanələrindən hesab edilir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisin məzmununda deyilir ki, Seyid Hüseyni xoş simalı bir gəncdir. O, Ali-Muhəmmədə kömək göstərmək üçün Deyləm və Qəzvin diyarından qiyam edəcəkdir. Seyid uca səslə haray çəkərək insanları Ali-Muhəmmədə yardım etməyə səsləyəcəkdir. Cihada qarşı böyük şövqləri olan Taliqan kişiləri bu çağırışı müsbət qarşılayacaq və onun səsinə səs verəcəklər. Seyid Hüseyni İmam Həsənin (ə) nəslindəndir. O, nə Mehdilik iddiasındadır, nə də camaatı özünə tabe etməyə çalışır. Seyid imamət davamçısı və haqq dinə tabe olanlardandır. Onun danışıq və rəftarı Həzrət Muhəmmədin (s) dininə uyğundur. Seyidin dövründə hər yanı küfr və zülm bürüyəcək, insanlar zülmkar və günahkar insanların əlindən əziyyət çəkəcəklər. Belə bir şəraitdə Seyid Hüseyni insanları dinə yardım etmək üçün səsləyəcək və insanlar da ona dəstək verərək çağırışını müsbət qarşılayacaqlar. Uzun müddət sonra Seyid Hüseyni məntəqənin rəhbərliyini əlinə alacaq, zühurdan əvvəl İraqa - Kufəyə gedəcəkdir. O, Deyləm və Qəzvindən tutmuş Kufəyə qədər zülmkarla mübarizə aparacaqdır. Seyid Hüseyni bir müddət sonra Kufəni iqamətgah seçəcək və orada qalacaqdır. İmam Mehdinin (ə.f) zühur xəbəri ona çatdıqda, dostları ilə birlikdə Həzrətin (ə.f) hüzuruna gedəcək və İmamdan (ə.f) imamət dəlilləri və peyğəmbər mirasını istəyəcəkdir. İmam Sadiq (ə) bu haqda danışarkən bildirir ki, bu gənc İmamı tanıyacaq və onun haqlı olduğunu biləcəkdir. Sadəcə məqsədi İmamın (ə.f) həqiqətini dostları və insanlara tanıtmaq olacaqdır. İmam Mehdi (ə.f) ondan istədiyini təqdim etdikdən sonra Seyid və dostları Həzrətə (ə.f) beyət edəcəkdir. Hədisdə qeyd olunmuşdur ki, onların yanında Zeydiyyə adı ilə məşhur olan 4000 nəfər İmama (ə.f) beyət etməkdən imtina edəcəkdir. İmam Əli (ə) Həzrət Mehdinin (ə.f) qiyamdan sonra öz ordusu ilə Məkkədən İraqa hərəkət edəcəyini və Seyid Hüseyninin 12min nəfərlə Həzrətə (ə.f) qoşulacağını bildirmişdir. Hədislərə əsasən, Kufədə Həzrət Mehdiyə (ə.f) tabe olacaq dalğalanan üç bayraqdan biri Seyid Hüseyninin bayrağı olacaq və o, İmama tabe olaraq ona qoşulacaqdır. Bəzi hədislərdə Seyid Hüseyninin daha sonra İmamın (ə.f) bayraqdarı və qoşununun başçısı olacağı da qeyd edilir.
2023-02-12 21:18:00
"Rusiyanın Ermənistandakı "yumşaq güc" dairəsi effektli işləmir".
2023-02-12 21:16:00
Türkiyədə 14 maya planlaşdırılan prezident seçkilərinin təxirə salınması çağırışları və təşəbbüsləri getdikcə artır. Hətta nüfuzlu "Röyters" agentliyi belə, Türkiyə hökumətinin buna hazırlaşdığını yayıb.
2023-02-12 21:15:00
İltihab əleyhinə qlükokortikosteroid dərman deksametazonun ağır koronaviruslu xəstələrdə effektiv təsir etməsi barədə Amerika və Avropa institutları məlumat verəndən sonra Azərbaycanda da həkimlər ağır koronavirus xəstələrində bu dərmandan istifadə etdiklərini bildirib.
2023-02-12 21:14:00
İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında silah-sursat göndərib. Bu dəfə də fürsəti qaçırmadı və Suriyaya humanitar yardım adı altında silah göndərdi. İsrail yəqin ki, buna sərt cavab verəcək.
2023-02-12 21:12:00
Türkiyədə baş verən iki güclü zəlzələdən 156 saat sonra dağıntılar altından 9 yaşlı uşaq xilas edilib.
2023-02-12 21:01:00
Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxa bilər.
2023-02-12 20:58:00
Şəmkir rayonunun Şiştəpə kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
2023-02-12 20:56:00
Hindistan zəlzələdən zərər çəkmiş Suriyaya 23 tondan çox humanitar yardım çatdırıb.
2023-02-12 20:55:00
Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsən, Hüseyn və Fatimənin (ə) fəzilətləri barədə yüzlərlə hədis həm şiə, həm də sünni mənbələrini bəzəyir. Qeyd deməliyik ki, Əhli-beytin üstünlükləri barədə sünni mənbələrindəki hədisləri, sünni üləmasının bu mövzuda söylədiyi yüksək fikirləri saymaqla qurtaran deyil. Nəinki Əhli-beyti sevən şiəli-sünnili müsəlmanlar, hətta Əhli-beytlə düşmən olan nasibilər belə, tarix boyunca bu müqəddəs zatların fəzilətini etiraf etməyə məcbur olmuşlar. Çünki Allahın hər cür eyibdən təmizləyib pak etdiyi (Əhzab, 33) məsum zatları heç bir nöqsanda ittiham etmək mümkün deyil. Onların uca məqamına və məsumluq zirvəsinə kölgə sala biləcək bircə mötəbər rəvayət belə, tarix səhifələrində qeydə alınmayıb.
2023-02-12 20:50:00
Əsrlər boyunca insanları maraqlandıran, müxtəlif mübahisələrə səbəb olan mövzulardan biri də qəribə elmlərdir (ülumi-qəraib). Müasir dildə bunlara metafizik, mistik biliklər və fövqəltəbii hallar deyilir. Tarixin hər bir mərhələsində qəribə elmlərə böyük maraq olmuşdur. Dünya sivilizasiyalarının əksəriyyətinin tarixində bu iş sahiblərinin cəmiyyətdə böyük şöhrət sahibi olmasının, bəzən isə dövlət və din tərəfindən təqib edilməsinin şahidi oluruq. Xüsusilə, Şərq dünyasına məxsus qədim Misir, Babilistan, fars, ərəb sivilizasiyalarında qəribə elmlər geniş yayılmışdı. Digər rasional elmlərlə yanaşı, bu elmlər də xüsusi məktəblərdə və ya fərdi formada öyrədilir, gündəlik həyatda praktikaya tətbiq edilirdi. Orta əsrlər Avropasında bu işlərlə məşğul olanları cadugər adıyla təqib edir, inkvizisiya məhkəmələrində mühakiməyə məruz qoyur, əksər hallarda tonqalda yandırır, suda batırır yaxud digər üsullarla edam edirdilər. Cadugərliklə yaxından-uzaqdan əlaqəsi olmayan şəxslər, hətta kilsənin bəyənmədiyi və qəbul etmədiyi elmi bilikləri yayan alimlər də qəribə elmlərlə məşğul olmaq ittihamı ilə üzləşirdilər. Aşağıdakı məqalədə qəribə elmlərin təsnifatı, mövzusu, İslam tarixində yeri və İslam dininin bunlara münasibəti haqqında qısaca da olsa məlumat verməyə çalışacağıq. Diqqətdən qaçırmamalıyıq ki, mövzu əqli və rasional çərçivəni aşdığına görə bu barədə düzgün və qərəzsiz informasiya əldə etmək çətindir.
2023-02-12 20:45:00
Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa heç nə içmir. Amma elə çaylar var ki, orqanizmi enerji və vitaminlərlə təmin edir, xəstəliklərin qarşısını alır.
2023-02-12 20:43:00
"Qabriel" siklonu səbəbindən Yeni Zelandiyada 15 minə yaxın abonent işıqsız qalıb.
2023-02-12 20:41:00
Bazar günü Çinin Riçjao şəhərinin yaxınlığında hava məkanında naməlum uçan obyekt (UNO) aşkar edilib, müvafiq qüvvələr onu vurmağa hazırlaşır.
2023-02-12 20:40:00
Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.
2023-02-12 20:39:00
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
2023-02-12 20:38:00
Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
2023-02-12 20:36:00
Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün gələn Proteo adlı it dağıntılar altında qalaraq ölüb.