Xəbərlərin siyahısı

Bu yay ölkəölkə gəzdilər

2023-09-13 18:40:00

Şou-biznes nümayəndələri yay mövsümündə toyların olmamasından istifadə edib, istirahətə yollanıb. Kimi türkiyədə, kimi Avropada dincəlib. 

"Ərim hələ də ana südü içir"

2023-09-13 18:29:00

ABŞ-də 30 yaşlı Rachel Bailey həmyaşıd əri Aleksandra da süd verir. Son.az xarici mətbuata istinadən xəbər verir ki, Rachel ailənin bütün üzvlərini (3 uşağı və əri) ana südü ilə təmin edir. Onlar bu təcrübəni ilk dəfə 2016-cı ildə sınaqdan keçiriblər. "Ona süd verərək, həm birlikdə gözəl vaxt keçirmiş oluruq, həm də ailə bağlarımızı möhkəmləndiririk" deyə Rachel qeyd edib. "Hər şey süd sağanın itməsindən sonra başladı" Qadının sözlərinə görə o, süd sağanını itirir və 2 gün sinəsində süd yığılması ilə yaranan şiddətli ağrılardan əziyyət çəkir. İnfeksiyaya yoluxmaqdan qorxan qadına əri kömək olur və yığılıb qalan südü xaric edir. "Ərim ana südünün dadını çox sevir" Rachel bildirir ki, əri birinci dəfə südün dadına baxanda onun əslində təsəvvür etmədiyi kimi olduğunu qeyd edib. "O gündən bu günə adi süddən imtina edib, ancaq ana südü içir. Hətta sağlamlığına da yaxşı təsir edir. Heç vaxt qrip olmur. Yaxınlarımız da onun dərisinin daha gənc və parlaq göründüyünü deyir." deyə qadın əlavə edib. Cütlüyü qınayanlar çox olsa da onlar bu əməllərindən məmnundurlar. Turan Son.az

Ermənistanın "humanitar şou"sunun gizlin məqsədləri:

2023-09-13 18:19:00

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Xankəndidə "humanitar böhran" şousu yaradan ermənilər hələ də yükü qəbul etməkdən imtina edir. Bu, bir daha onu göstərir ki, Xankəndidə heç bir "humanitar böhran" yoxdur və bu şou məqsədli şəkildə dünya ictimaiyyətini aldatmaq üçün təşkil edilib.

Ərdoğanla Paşinyan arasında kifayət qədər sərt söhbət olub

2023-09-13 18:18:00

Ərdoğanın Paşinyana zəngi Türkiyənin açıq şəkildə oyuna girdiyini göstərir. Güman edə bilərik ki, onlar arasında kifayət qədər sərt söhbət olub.

Türkiyənin Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb

2023-09-13 18:09:00

2023-cü ilin avqust ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 5 faiz artaraq, 290 min 785 nəfər olub.

Bakıda avtomobil işıq dirəyinə çırpılıb

2023-09-13 18:07:00

Bakıda avtomobil işıq dirəyinə çırpılıb.

Mərhum qardaşının övladlarını paylaşıb, bunları yazdı

2023-09-13 17:56:00

Müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşla bağlı paylaşım edib.

Bu il yeni doğulan körpələrin sayı məlum olub

2023-09-13 17:51:00

Azərbaycanda yeni doğulan körpələrin sayı açıqlanıb.

Azərbaycanda əhalinin sayı AÇIQLANIB

2023-09-13 17:49:00

Azərbaycanda əhalinin sayı açıqıanıb.

Bakıda məhkəmədə dava: proses yarımçıq qaldı

2023-09-13 17:45:00

Bakıda kütləvi dava zamanı ölən 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Ermənistanın növbəti uğursuz cəhdi... Ötən ilin bu gününə qayıdış

2023-09-13 17:36:00

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsindən bir il ötür.

"Prius"u polislərin üstünə sürməkdə ittiham olunan şəxs: “Evdə 26 pişik saxlayıram"

2023-09-13 17:34:00

Bakıda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hüseyn onu aldatmaq istəyən şəxsin nömrəsini paylaşdı

2023-09-13 17:22:00

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu onu aldatmaq istəyən dələduzun nömrəsini paylaşıb.

İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi başlayır

2023-09-13 17:19:00

27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ibtidai istintaq işi yekunlaşıb.

"Ermənistan daha Moskvaya arxalana bilməz" Paşinyan

2023-09-13 17:11:00

"Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz".

Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb DİN

2023-09-13 17:05:00

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

"Milyonçu" şousunda mükafat 5 milyona qalxdı

2023-09-13 16:53:00

Kənan İmirzalıoğlunun təqdimatı ilə ATV ekranlarında yayımlanan "Milyonçu" yarışında  pul mükafatı yenilənib.

Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi

2023-09-13 16:46:00

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan erməniəsilli şəxslərə baş çəkiblər. Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüşü keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.

Dəhşətli qəzada həlak olan AQTA əməkdaşının ürəkdağlayan FOTOsu

2023-09-13 16:42:00

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdə-Tərtər yolunda Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşları ağır qəzaya düşüblər. Qəza nəticəsində  "VAZ 2106" və "Opel" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2106"da olan sərnişin, 24 yaşlı Ağdam sakini Kənan Novruzov hadisə yerində həyatını itirib. Daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ermənistana 7 saatlıq hərbi "DƏRS" İrəvanın vaxtı azalır

2023-09-13 16:21:00

Təhməz Əsədov TREND

Bilet qiymətinin yüksək olması turist sayının artmasına imkan vermir

2023-09-13 16:20:00

Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yaradır.

Bakı Mühəndislik Universitetinə təyin olunan yeni rektor kimdir?

2023-09-13 16:19:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb. Digər bir Sərəncamla Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir?

2023-09-13 16:14:00

Prezident İlham Əliyevin imzladığı Sərəncamla Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

“Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin VİDEO

2023-09-13 15:58:00

Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla münasibətlərində ciddi böhran yaranıb.

Daha bir rektor vəzifəsindən azad edilib

2023-09-13 15:55:00

Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

2023-09-13 15:54:00

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Bu universitetinin rektoru vəzifəsindən azad edildi

2023-09-13 15:52:00

Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib.

Zakir Həsənovla İranın Baş Qərargah rəisi arasında telefon danışığı olub

2023-09-13 15:48:00

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

“Miss Azərbaycan”: "Özünüz deyilsiniz, “kitayski poddelkalar”"

2023-09-13 15:47:00

"Səhər tezdən mənə video video yollayıblar. Özlərini ulduz sayanlar, mənə oxşadanlar, bəsdir. Özlərini mənim kimi aparırlar. Məndən nə istəyirlər? Məndən ötrü ölürlər".

Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistləri məlumatlandırıb

2023-09-13 15:46:00

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) aparıcı media qurumları üçün brifinqi təşkil olunub.

Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötdü

2023-09-13 15:42:00

Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi,torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Milli Məclisin sədri Macarıstana işgüzar səfərdədir

2023-09-13 15:38:00

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 13-də V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə işgüzar səfərə gəlib.

Yeni doğulmuş körpə küçəyə atıldı VİDEO

2023-09-13 15:36:00

Salyan rayonunda yeni doğulmuş körpə yol kənarına atılıb.

Dövlət Xidmətində yoxlama aparıldı materiallar Baş Prokurorluğa göndərildi

2023-09-13 15:33:00

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində yoxlama aparılıb.

Azərbaycan XİN Fransaya cavab verdi

2023-09-13 15:31:00

12 sentyabr tarixində keçirilmiş mətbuat konfransının sual-cavab sessiyasında Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın səsləndirdiyi, bölgədə sülh və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlər qəbuledilməzdir.

Hesablama Palatası bu şirkətdə nöqsanlar aşkarladı

2023-09-13 15:28:00

Hesablama Palatası "Aqroservis" ASC və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə, eyni zamanda dövlət sektoru kontekstində düzgünlük aspektlərinə uyğunluq vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə audit aparıb.

Vasif Tağıyevin vəziyyəti açıqlandı

2023-09-13 15:25:00

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu.

Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır Hikmət Hacıyev

2023-09-13 15:14:00

Biz sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının BQXK yük maşınları üçün ən tez və eynivaxtlı açılmasını təmin etmək üçün əlaqələri davam etdiririk.

Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim etdi

2023-09-13 15:10:00

"Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib.

Xalq artisti səhhətindən DANIŞDI: “Ayağımın ağrısından dayana bilmirəm”

2023-09-13 15:03:00

"Ayağımın ağrısından dayana bilmirəm. Çox çətin və ağır günlər yaşayıram". 

Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü

2023-09-13 14:52:00

ABŞ-də kuryer xidməti göstərən şəxs sifarişin içinə tüpürüb. Son.az xarici mətbuata istinadən xəbər verir ki, Florida ştatında kuryerin bu qeyri-adekvat hərəkəti kameraya düşüb. O, bağlamaya təslim etiketini yapışdıırb və düz 3 dəfə yeməyə tüpürüb. Yeməyi yeyən ev sahibəsi və 13 yaşlı oğlu bunları deyib: "Görüntülərə baxanda artıq həmin yeməyi bitirmişdik. Həmin vaxt ürəyimiz ağzımıza gəldi. Oğlum gedib qaytarmaq istədi. " Bəxşişin az olması səbəbindən etdiyi güman olunur. "Sifarişimiz cəmi 30 dollar etdi, 3 dollar da bəxşiş ödədik. Məncə puldan narazı qalıb deyə belə edib." yeniyetmə qeyd edib. Çatdırılma xidmətindən bildirilib ki, həmin şəxs artıq işdən uzaqlaşdırılıb. Onun başqa necə cəzalandırılması ilə bağlı məlumat isə gizli saxlanılıb. Lalə Son.az  

30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər

2023-09-13 14:41:00

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib.

Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi

2023-09-13 14:22:00

Sentyabrın 8-də  Çin Xalq Respublikasının Shenzhen şəhərində  Kəmər və Yol Təşəbbüsü Beynəlxalq Musiqi Festivalı start götürüb. Festivalın açılış mərasimi Çinin ən böyük konsert salonlarından biri olan Shenzhen Konsert Hallda reallaşıb. Rəsmi açılış mərasimində Azərbaycanı Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edib. Təntənəli  mərasimində Sahib Paşazadə ilə birlikdə amerikalı tenor Jonatan Tetelman, rumın opera müğənnisi Angela Gheorghiu, tanınmış dirijor Ciprian Teodorascu, məşhur italyan pianoçusu Edoardo Turbil və tanınmış sənət adamları  fəxri qonaq qismində eyni səhnəni bölüşüblər. Festivalın rəsmi simvolik açılışını da məhz fəxri musiqiçi qonaqlar həyata keçiriblər. Sahib Paşazadə Shenzhen Simfonik Orkestri ilə birlikdə Həsən Rzayevin "Çahargah rapsodiyası" və Çin xalq musiqilərindən ibarət kompozisiya təqdim edib. Tarzən həmçinin festivalın açılış günü 30-dan çox KİV-nin iştirakı ilə təşkil edilən brifinqdə Azərbaycan muğamı və tarı haqqında ingilis dilində geniş məlumatı diqqətə çatdırıb. 

Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi

2023-09-13 13:57:00

Meksika parlamentinin iclasında yadplanetli olduğu təxmin edilən min yaşlı iki varlığın nəşi nümayiş etdirilib. Bu skeletlər Peruda aparılan qazıntılar zamanı tapılıb və alimlər iddia edirlər ki, onların bizim dünyamızla heç bir əlaqəsi yoxdur.

“Bu problem NyuYorku məhv edəcək”

2023-09-13 13:53:00

ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Nyu-York şəhərinin hakimiyyət orqanları genişmiqyaslı miqrasiya böhranının öhdəsindən gələ bilmir.

Şakira ilkə imza atdı

2023-09-13 13:51:00

Nyu-Yorkda "MTV Video Music Awards 2023" mükafatının təqdimetmə mərasimi keçirilib.

Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək

2023-09-13 12:55:00

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa görə cəza çəkən amerikalı Pol Uilanı ziyarət edəcək.

SSRİnin siyasəti yanlış idi

2023-09-13 12:54:00

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin siyasətini tənqid edib.

Hamıya analıq dərsi verən məşhur “yutuber” öz uşaqlarına işgəncə verirmiş

2023-09-13 12:46:00

Dünyaca məşhur "yutuber" Ruby Franke öz uşaqlarını istismar etdiyi üçün həbs edilib.

Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq ?

2023-09-13 12:23:00

Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim etdiyi yaşayış sahələrinin siyahısına daha 268 yeni, tam təmirli mənzil əlavə edilib.