Xəbərlərin siyahısı
2023-02-28 10:27:00
Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür.
2023-02-28 10:22:00
Göyçayda avtoxuliqanlıq edən yeniyetmə barəsində qanunamüvafiq tədbir görülüb.
2023-02-28 10:15:00
"Bələdiyyə ilə torpaq satırdım. Dələduzluqdan türməyə düşdüm".
2023-02-28 10:07:00
Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evləri söküləcək.
2023-02-28 10:02:00
Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
2023-02-28 09:55:00
Son.az xəbər verir ki, tanınmış müğənni Fədayə Laçın moderator.az-ın suallarını cavablandırıb. - Fədayə xanım, öncə sizi salamlayıram. Uzun müddətdir ki, Rusiyadasınız. Nə vaxt vətənə qayıtmağı düşünürsünüz? - 3 ildir ki, oğlum Əlhəmlə birlikdə Moskvadayıq. Biz əslində bura qalmaq fikri ilə gəlməmişdik. Konsertə gəlmişdik, bir-iki toya saxladılar. O toyları biz oxuyub qayıdana qədər pandemiya düşdü, yollar bağlandı. 2 ay qapalı şəraitdə evdə oturduq. 2 aydan sonra burada hər şey qaydasına düşdü. Toylar başladı, mənim üçün də darıxdıqlarına görə toylara tez-tez dəvətlər almağa başladım. Başım toylara qarışdı. Azərbaycanda da olanda başım toylara qarışırdı, çünki gəlirim ordan olur. Fikirləşdim ki, nə fərqi var? Ya orada, ya burada mən dolana bilərəm. Ona görə də burada qaldım. Adam bir az çox qaldıqca məskunlaşır, öyrəşir. Azərbaycana birdəfəlik gəlmək haqqında düşünmürəm. Çünki bəzi işlərimi burada qurmuşam. Toylar olanda dəvət edirlər, gəlib-gedirəm. Həm də ailəmlə, əzizlərimlə görüşürəm. Telefonla tez-tez əlaqə saxlayırıq. - Heç darıxmırsınız? - Vətənim üçün çox darıxıram. Əzizlərim, ailəm, həm də səhnələr, efirlər üçün çox darıxıram. Qazandığımdan ailəm üçün də göndərirəm. Anam hər zəng vuranda deyir ki, çıx gəl. Bəzən də deyir ki, o uşağı göndər bura. Əlhəm bir balaca xəstələnən kimi deyir ki, uşağı niyə xəstələndirdin?! Elə bil ki, qəsdən xəstələndirmişəm. Mən də anam üçün darıxıram. - Oğlunuzu evləndirmək fikriniz yoxdur? - Oğlumu evləndirib, nənə olmaq fikrim həmişə var. Əsas onun fikridir. Bu işləri oğluma buraxmışam. Mən hazıram, özü nə vaxt hazır olsa elçi gedəcəm. Ala bilməsəm mənə nə deyirsən de! (gülür). Hansı qapıya getsəm mənə yox deməzlər. Özü sevib, seçməlidir. Mən yaşamayacam ki, özü yaşayacaq da. - Yenidən sevmək istəyirsiniz? - Xeyr! Övladım mənim hər şeyimdir. Həyatımdakı sevgini o doldurur. - Fədayə xanım, sizdə nə dəyişib? Mənə elə gəlir ki, daha çox əlçatmaz olmusunuz. - Mən heç vaxt əlçatmaz olmamışam. Çünki əlçatmaz ulduzlardır, onlar da göydədir. Əlimizi nə qədər də uzatsaq, nə qədər də göyə açsaq ona əlimiz çatmır. Təyyarə ilə gedəndə öz-özümə deyirəm ki, mən niyə bu ulduza çata bilmirəm?! Həqiqətən də ulduzlar əlçatmazdır. Mən ulduz deyiləm, insanam. Allahın yaratdığı insan. Bəlkə uzaqdayam deyə, məsafələr bizi ayırır deyə bu cür düşünürsünüz. Mən elimin, obamın içində olan, kasıb həyatı yaşayan biriyəm. - Sizin yerli şou-biznesdə olmamağınızdan istifadə edən həmkarlarınız olurmu? - Əlbəttə ki, yeri genələnlər var. Olmalıdır da. Amma şir həmişə şirdir, mənim qərdeşim (gülür). - Fədayə xanım, bir müddətdir ki, sənətkar bacınız İlahə Fəda ilə Tacir Şahmalıoğlu arasında soyuq küləklər əsir. Bu qalmaqala səbəb də bacınızın sizi müdafiə etməyi oldu. Amma nədənsə siz kənarda qaldınız, onlar mövzunu davam etdirdilər. Bəlkə bu mövzuya elə müsahibəmiz vasitəsilə son qoyasınız? - Mən qalmaqaldan həmişə kənardayam. İstəyir söhbət məndən, yaxud qeyrisində getsin. Əgər qalmaqaldırsa, mən kənardayam. Əgər ciddi bir söhbət deyilsə, mən kənara çəkilirəm. Mən ciddi söhbətlərə gedirəm. Ciddi söhbətlər də efirdə yox, kənarda olur. Bu qalmaqalı mən başlatmamışam ki, son qoyum. Mən sənət nümayiş etdirirəm. Tacir da gözəl sənətkardır, bacım İlahə də. Mən istərdim ki, hamı sənət nümayiş etdirsin. Mənasız söhbətlərə getməsinlər.
2023-02-28 09:47:00
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
2023-02-28 09:41:00
Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığında əldə olunmuş dinamik tərəqqi davam etməkdədir. Prezident İlham Əliyevin hər bir Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlığın inkişafına ayırdığı diqqət iki böyük region arasında qlobal anlamda mühüm əlaqələrin möhkəmlənməsinə səbəb olub.
2023-02-28 09:36:00
Türkiyədə zəlzələnin dağıntıları altında qalan heyvanları da xilas etməyə çalışırlar.
2023-02-28 09:29:00
Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə vətəndaşı olan şagirdlər Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib.
2023-02-28 09:24:00
Tehranın Şimali Cənnətabad qəsəbəsində yerləşən Məbəs məktəbinin şagirdləri zəhərləniblər.
2023-02-28 08:56:00
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyi ilə bağlı hələlik heç bir açıqlama verməyib.
2023-02-28 08:54:00
İsraildə qədim məzardan çıxarılan insan qalıqları tarixin ən qədim beyin əməliyyatlarından birinə işıq salıb.
2023-02-28 08:48:00
Argentina yığmasının baş məşqçisi Lionel Skaloni FİFA tərəfindən 2022-ci ilin ən yaxşı baş məşqçisi seçilib.
2023-02-28 08:45:00
Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.
2023-02-28 08:27:00
Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.
2023-02-28 08:24:00
Amerikalı məşhur aktrisa Peris Hilton 15 yaşında zorlandığını bildirib.
2023-02-28 08:21:00
Qarın ağrısı hər hansı bir xəstəliyin göstəricisidir. Qarın ağrılarında həkim nəzarəti olmadan hər hansı ağrı kəsicilərdən istifadə etmək olmaz.
2023-02-28 08:18:00
Macarıstan müharibəyə sövq edilməsin deyə, NATO-nun şərqə doğru genişlənməsi məsələsi üzərində on min dəfə düşünməliyik.
2023-02-28 08:15:00
Altayda 40 yaşlı yerli sakin 37 yaşlı keçmiş arvadını boşandıqları gün öldürməkdə ittiham olunur.
2023-02-28 08:06:00
Səhər yeməyindən imtina beyində immun funksiyasının azalmasına səbəb olan reaksiyaya səbəb olur.
2023-02-28 08:00:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva vəfat edib.
2023-02-28 07:57:00
Qulaq ağrıları pediatriyada tez-tez rast gəlinən bir problemdir. Əsasən yeni doğulmuş körpə uşaqlarda müşahidə edilən qulaq ağrılarınınn səbəbini çox zaman soyuq dəymə ilə əlaqələndirirlər.
2023-02-28 07:56:00
İranın Bəndər Abbas şəhərində ammonyak çənində partlayış baş verib, altı nəfər yaralanıb.
2023-02-28 07:54:00
Fevralda Antarktidada buz təbəqəsinin səviyyəsi 45 illik tarixi minimuma enib.
2023-02-28 07:51:00
FİFA "The Best" mükafatlandırma mərasimində 2022-ci ilin rəmzi komandasını da təqdim edib.
2023-02-28 07:48:00
Gənclər arasında ən populyar telefonların "iPhone" olduğu müəyyən edilib.
2023-02-28 07:45:00
Yaponiya hökuməti Rusiya müdafiə nazirinin müavini Viktor Goremıkin və "Kalaşnikov" konserninin baş direktoru Alan Luşnikov da daxil olmaqla Rusiyadan olan 48 şəxsə, o cümlədən aktivlərinin dondurulmasına sanksiya tətbiq edib.
2023-02-28 07:43:00
ABŞ və Rusiya Moskvanın Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsində (START) iştirakını dayandırmaq qərarı ilə bağlı müzakirələr aparmayıb.
2023-02-28 07:39:00
2023-cü ilin yanvarında dünya üzrə istifadəçilər tərəfindən Google xidmətlərini imitasiya edən fişinq resurslarına giriş cəhdlərinin sayı 2022-ci ilin dekabr ayı ilə müqayisədə təxminən üç dəfə, yəni 189% artıb.
2023-02-28 07:36:00
"Tesla" və "SpaceX" şirkətlərinə başçılıq edən və "Twitter"in sahibi olan amerikalı sahibkar İlon Mask bazar ertəsi "Bloomberg" agentliyinin dünyanın ən varlı insanları siyahısına yenidən başçılıq edir.
2023-02-28 07:34:00
Fransa prezidenti Emmanuel Makron ölkə ordusunun Afrikadakı mövcudluğunu tezliklə əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
2023-02-28 07:32:00
Hər aya yeni ümidlərlə, yeni sevinclərlə daxil olmağa çalışırıq. Bu baxımdan bürclərlə bağlı proqnozları oxumaq və ayı necə keçirəcəyinizi təxmin etmək motivasiyanızı artıra bilər.
2023-02-28 07:30:00
Yeni doğulmuş körpələrdə göbək ciyəsi düşdükdən sonra həmin nahiyədə yara əmələ gəlir. Həkimlər onun sağalmasının çox vacib olduğunu deyir. Çünki göbək müxtəlif infeksiyalar üçün giriş qapısı ola bilər.
2023-02-28 07:25:00
FİFA ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
2023-02-28 07:18:00
Rusiya silahlı bölmələri Ukraynanın Kiyev vilayətinin Brovarı yaşayış məntəqəsində radioelektron kəşfiyyat mərkəzini vurub.
2023-02-28 07:16:00
"Mən evlənəndə 32 yaşım var idi. Evim, stabil maaşım da var idi. Ayaq üstə dayanmağı bilirdim. İnsan müstəqil olanda evlənməlidir".
2023-02-28 07:12:00
Gecə yatmaq üçün ideal vaxt hər bir insan üçün fərdidir və onu hesablayıb tapmaq mümkündür.
2023-02-28 07:07:00
İran yenə də Ermənistana qardaş yardımı etmək üçün əldən-ayaqdan gedir. Belə ki, İran ən yaxşı təcrübələri bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə hazırdır.
2023-02-28 07:03:00
Qərbi Avstraliya Universitetinin psixoloqları müəyyən ediblər ki, riskli kişilər qısamüddətli münasibətlər axtaran və sağlamlığı yaxşı olan qadınlar üçün cəlbedicidir.
2023-02-28 04:44:00
"Bütün rollarım mənim bir taleyimdir. Həmişə düşünmüşəm ki, yaxşı ki, o filmlərdə çəkilmişəm. Su gələn arxa bir də gələr. Bu barədə mən xoşbəxt aktyoram ki, qismətimə yaxşı rollar düşüb. Çox vaxt istedadlı aktyorlar olur, amma onlara yaxşı rollar rast gəlmir".
2023-02-28 03:22:00
Bir qədər əvvəl "Namiq Bakinski"nin adamı kimi həbs edilən kriminal avtoritet Elşad Quliyevlə bağlı bəzi məqamlar üzə çıxıb.
2023-02-28 02:44:00
Əməkdar artist Babək Niftəliyev övladı ilə bağlı paylaşım edib.
2023-02-28 01:22:00
"Oxuduğum musiqi janrını əslində dəyişməmişəm. Sadəcə zövqlü geyinməyi, gözəl görünməyi sevən insanam. Belə olan halda görünüşümlə bərabər ifalarımla dəyişir".
2023-02-28 00:44:00
Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla nahar edərkən görüntülənib.
2023-02-28 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir