Xəbərlərin siyahısı

Qara yemişan çayı və onun faydaları

2023-01-12 07:51:00

Qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuşundan hazırlanan çay eyni təsirə malikdir. Qara yemişan çayından il boyu istifadə etmək üçün onun meyvəsini və yarpaqlarını qurudub saxlamaq lazımdır. Bu çay adi çaya alternativ hesab edilə bilər, amma onun tərkibində kofein olmur. Qara yemişanın müalicə məqsədilə mürəbbəsindən də istifadə edilir. Qara yemişan və onun yarpaqları orqanizmə aşağıdakı təsirləri göstərir: Qara yemişanın və onun yarpaqlarının tərkibində B1, C, PP vitaminləri , marqanes və fosfor var. Toxumlarının və yarpaqlarının tərkibi təbii turşular, efir yağları, karotin, dublin və pektinlə zəngindir. Tibbdə qara yemişan çayından aşağıdakı məqsədlərlə istifadə edilir:   * görmənin yaxşılaşması * şəkərin aşağı düşməsi * sidikqovucu. Qara yemişan çayı göz damarlarını genişdirməklə gözün qan dövranını yaxşılaşdırır və gözlərdəki yorğunluğu aradan qaldırır. Bu çay qanda şəkərin miqdarının normallşmasına səbəb olur, iltihab əleyhinə və sidikqovucu təsirə malikdir. Çayın dəmlənməsi: 100 qram qurudulmuş qara yemişanın üzərinə 1 litr soyuq su tökülür və 10 dəqiqə qaynadılır. Yarpaqları isə adi çay dəmlənən kimi dəmlənir. Bu zaman yarpaqların üstünə qaynar su tökülür və dəmlənir. Qara yemişanın yarpaqlarını 15 dəqiqədən çox dəmləmək məsləhət görülmür. Qara yemişanın meyvələrini və yarpaqlarını başqa bitki yarpaqları ilə qarışdırıb dəmləmək mümkündür. Onu ev şəraitində quruda və ya apteklərdən hazır şəkildə ala bilərsiniz.

Braziliyadakı etirazlara görə 1200dən çox insan

2023-01-12 07:45:00

Braziliyadakı etirazlarla bağlı 1200-dən çox adam həbs edilib.

Almanlar tərəfindən 3 sadə məhsuldan hazırlanan dərman...

2023-01-12 07:41:00

Bu dərmanın tərkibi 3 sadə məhsulun qarışımından hazırlanıb, amma, onun orqanizmə faydası çox böyükdür. Dərmanı ilk dəfə Almaniyada... Bu dərmanın resepti almanlar tərəfindən düşünülüb. Dərmanın tərkibi 3 sadə tərəvəzdən ibarətdir. Bu dərman arteriya damarlarını təmizləyir, qanda xolesterinin miqdarını azaldır, soyuqdəyməni sağaldır. Qarışımdan uzun müddət istifadə edildikdə xroniki yorğunluq əlamətləri aradan qalxır, xroniki infeksiya xəstəliklərinin kəskinləşmə dövründə əmələ gətirdiyi ağırlaşmalar azalır. Dərman immun sistemi möhkəmləndirir, qaraciyəri və orqanizmi toksinlərdən təmizləyir. Eliksiri hazırlamaq üçün aşağıdakılar lazımdır: * sarımsaq - 4baş * limon - 4 ədəd * zəncəfil - 1 kök * su - 2 litr Hazırlanması: Limon yuyulur, toxumları çıxarılır və xırda doğranır. Sarımsağın qabığı soyulur, zəncəfil də xırda doğrandıqdan sonra hamısı birlikdə blenderdə üyüdülür. Sonra qarışım şirli qazana tökülür və üzərinə su əlavə edilib qaynadılır. Qaynayana kimi qarışım qarışdırılmalıdır. Qaynadıqdan sonra soyumağa qoyulur və soyuduqdan sonra tənziflə şüşə butulkalara süzülür və soyuducuda saxlanılır. Qarışımdan hər gün yeməkdən 2 saat əvvəl acqarna yarım stəkan içilir. İçən zaman sarımsağın iylənməsindən qorxmayın. Onun iyini limon neytrallaşdıracaq

Ermənilər içəri girməyi bacarır!

2023-01-12 07:36:00

Günün sualı budur: Ermənistanın yeni yaradılmış Xarici Kəşfiyyat Xidməti Rusiya Federasiyasına qarşı casusluq edəcəkmi?

Çində maşını piyadaların üstünə sürdü

2023-01-12 07:35:00

Çinin cənubundakı Quançjou şəhərində bir nəfərin maşını piyadaların üzərinə sürməsi ölümlə nəticələnib.

Behçet xəstəliyi

2023-01-12 07:31:00

Bu xəstəlik Türk həkimi Hulusi Behçet tərəfindən 1937 ildə tibb elminə daxil edilmişdir. Xəstəlik özünü ağızda, cinsi orqanlarda, dəridə əmələ gələn, tez-tez təkrarlanan yaralarla və gözlərdə damarların, sinirlərin tutulmasıyla özünü biruzə verir. Behçet xəstəliyi nadir hallarda rast gəlinən və imun sistemin zəifliyi ilə əlaqədar olan bir xəstəlikdir. Behçet xəstəliyi bir çox orqanları zədələyə bilir. Xəstəlik kəskin və xroniki olmaqla 2 növə ayrılır. Behçet xəstəliyinə ən çox 30-40 yaşı olan adamlarda rast gəlinir. Xəstəliyə ən çox Asiya qitəsinin ölkələrində rast gəlinir. Xəstəlik əmələ gətirdyi iltihabi yaralarla və gözdə əmələ gələn pozğunluqlarla meydana çıxır. Əksər hallarda korluq meydana çıxır. Behçet xəstəliyi orqanizmlərdə ağırlaşmalara səbəb ola bilir. Bu ağırlaşmalara iflic, şəxsiyyət pozğunluqları və meningit aiddir.

Yevlaxda həkimi qətlə yetirən şəxslər

2023-01-12 07:25:00

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Meyvə çayları və onun faydaları

2023-01-12 07:21:00

Meyvə çayı meyvə, gilmeyvə və onların yarpaqlarından dəmlənən çaydır. Meyvə çayının tərkibində müxtəlif efir yağları var. Bu çayı isti və soyuq halda içmək olur. Bu çayın tərkibində kofein yoxdur, ona görə də meyvə çayını günün istənilən saatında içmək mümkündür. Meyvə çayını istənilən meyvədən hazırlaya bilərsiniz. Bu çayların dadında və rəngində müxtəliflik hiss olunsa da onlar orqanizmə, zərərsiz deyil, çox fadyalı olurlar.

Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verdi FOTO

2023-01-12 07:15:00

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Vətən müharibəsi qazilərinə hədiyyə verib.

Hiperlordoz nədir?

2023-01-12 07:11:00

Lordoz onurğa sütununun önə doğru əyilməsi səbəbindən meydana çıxan bir vəziyyətdir. Lordoz xəstəliyi zamanı xəstənin duruşundan fərqlilik gözlə görüləcək qədər nəzərə çarpır. Bu bir növ duruş pozunuqluğudur. Onurğanın bu vəziyyətə düşməsi hamiləlik zamanı, qocalıqda, kökəldikdə meydana çıxa bilir. Lordoza bəzən üzgüçülüklə məşğul olan adamlarda da rast gəlinir. Lordoz həddindən çox nəzərə çarpacaq qədər inkişaf etdikdə hiperlordoz adlanır. Xəstəliyin hansı səbəbdən əmələ gəlməsi dəqiq araşdırılmalı və aradan qaldırılımalıdır.

Vahid Əhmədov: Müavinətlər minimum pensiya məbləğinə yaxın olarsa...

2023-01-12 07:05:00

Teleqraf.com Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim edir:

Qibiskus çayı və onun faydaları

2023-01-12 07:01:00

Çin qızılgülündən dəmlənən çayın faydaları barədə eştmisinizmi? Çin qızılgülü (qibiskus) ən çox sevilən otaq bitkilərindən biridir. Bu bitkinin faydaları barədə yəqin ki, eşitməmisiniz. Şərq ölkələrində çin qızılgülünün çiçəklərindən müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Müalicə məqsədilə qibiskusun çiçəyinin ləçəklərindən istifadə edilir.   Qibiskus çayından qədim Misirdə çox istifadə edilib. Bu çayın faydasını tibb elminin araşdırmaları da təsdiqləyib. Qibiskus çayının çapıq toxumanı sağlamlaşdırmaq qabiliyyəti var. Bu səbəbdən də onun damarlarda əmələ gələn patologiyalar zamanı içilməsi çox faydalıdır. Bu çay qan damarlarının möhkəmlənməsinə səbəb olur, damarların divarlarında yığılıb qalmış xolesterin artıqlarının həll edir. Qibiskus dəmləməsi qanda pis xolesterinin azaalmasına və tədricən yox olmasına səbəb olur. Bu çayı davamlı olaraq içməklə bağırsaqların fəaliyyətini sürətləndirmək, defekasiyanı çoxaltmaq və bağırsaqlardan şlakların və toksinlərin xaric olmasına nail olmaq olar. Davamlı olaraq uzun müddət qibiskus çayı qəbul eləmək orqanizmdən ağır metal zərərlərini, toksinlərin və şlakların xaric edilməsinə, immun sistemin yüksəlməsinə səbəb olur.

Bu qidalar xərçəng hüceyrələrinin əmələ gəlməsinə və inkişafına səbəb ola bilir

2023-01-12 06:02:00

Bəzi qida maddələri xərçəng şişinin qidalanmasına səbəb olur. Bu barədə onkoloq cərrah Harri Fettke öz leksiyalarında çıxış edərkən deyib. Onun sözlərinə görə orqanizm üçün lazımlı olan yağların və tərkibində karbohidrat az olan qidaların qəbulu şiş hüceyrələrinin böyüməsinə səbəb olur. Bu xərçəngin metobolizmə uğramasıdır. Xərçəng hüceyrələrinin metobolizmə uğraması onun genetik mutasiyaya uğramasıdan əmələ gəlir. Mütəxəssislər bütün xəstəliklərin baş verməsində mitoxondril disfunksiyanın rolu olduğunu söyləyirlər. Bunun kökündə isə mitoxondrlarda qlükozanın metobolozmi durur.

“İnsanın azadlığı yoldaşını bağışlamaqla başlayır”

2023-01-12 05:22:00

Aktyor Murad İsmayıl 1 yaşı tamam olan kiçik oğlu Rəsulla bağlı paylaşım edib.

Bu içki sizin orqanizminizi vitaminlə təmin edəcək

2023-01-12 05:03:00

Lazım olanlar: * çuğundur - 1 ədəd * portağal - 1 ədəd * yerkökü - 2 ədəd * zəncəfil - 1 dilim Hazırlanması: Çuğundur təmizlənir, qabığı soyulur, xırda hissələrə bölünür və blenderdə üyüdülür. Şirə bankaya tökülür və 1 saatlıq soyuducuya qoyulur. Portağal soyulur, tumları çıxarılır, təmizlənmiş yerkökü və zəncəfillə birlikdə blenderdə üyüdülür və çuğundur şirəsinə əlavə olunur. Nuş olsun!

Günay Musayevadan açıqsaçıq FOTOlar

2023-01-12 04:44:00

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bu dəfə Meksikaya yollanıb.

İçdiyiniz suyun dadlı olmasını istəyirsinizsə...

2023-01-12 04:03:00

Limon və çiyələk 1. İçdiyiniz suyun içərisinə çiyələk, limon qatsanız qəbul elədiyiniz su çox dadlı olacaq. Xoşunuza gəlirsə bu suya rozmarin də əlavə edə bilərsiniz. 2. Portağal, laym, limonun hərəsindən bir dilim suya salıb içsəniz suyunuzda olan mikroelementlərin miqdarı artacaq, ətirli və dadlı suya çevriləcək. Adları çəkilən meyvələrin qarışımı olmasa, birindən də suya əlavə eləmək suyun dadını dəyişə bilir. 3. Nanə və ananas dilimi salınmış suyu içmək suyunuzu dadlandırmaqla yanaşı , sizin ürək yanğınızı aradan qaldıracaq və nəfəsinizi təravətləndirəcək. 4. Moruq və laym Moruq və laym əlavə edilmiş su da çox dadlı olur və orqanizm üçün çox faydalıdır. 5. Böyrütkən və adaçayı suya qatıldıqda sudan xüsusi tam gəlir. 6. Portağal, zəncəfil və ananas Bu 3 məhsulun qarışımı suda xüsusi bir dadın əmələ gəlməsinə səbəb olur. Qarışım hazırlanıb bankada soyuducuda saxlanılır və lazım olduğu zaman suya əlavə edilir. 7. Qarpız və rozmarin Qarpız və rozmarin suya qatıldığı zaman qəbul edilən su orqanizmdə köp və şişkinlik əmələ gətirmir. 8. Xiyar və nanə Bu su dadlı olmağı ilə yanaşı orqanizmə detoks təsiri bağışlayır və sərinləşdirici təsir edir. Əgər dadlı su içmək istəyirsinizsə, və lazım olan zaman əliniz altında istədiyiniz meyvə yoxdursa o zaman xoşunuza gələn ətirli meyvələrdən buz kubiki düzəldib soyuducuda saxlaya bilərsiniz.

Flora Kərimova: “Ərimin yasında İlhamə qonaqları evimdən qovmuşdu”

2023-01-12 03:22:00

"İlhaməyə rəhmətlik də deməyə dilim gəlmir. Ona Allah rəhmət eləsin deyə bilmirəm. Allah ona elə bir xasiyyət vermişdi ki, Allah özü onu o xasiyyəti ilə qarğışlayıb. Ona 50 dəfə "Allah rəhmət eləsin" deməklə Allah onu bağışlamayacaq. Yaradan bir insana xasiyyət verəndə, onun qarğışını da verir. O sözümə baxacaq?".

Sizin üçün təhlükəli olan və sizin bilməyib əməl elədiyiniz 7 vərdiş

2023-01-12 03:03:00

1. Vitaminlərin qəbulu Multivitaminlərin və bioloji aktiv maddələrin qəbul edilməsi orqanizmin xəstəliklərə yaxalanma riskini azaltmır. Bu dərmanlar insanın yaddaşını və əmək qabiliyyətini yüksəltmir. Bu nəticəyə Amerikada 450 000 adam üzərində aparılan araşdırmalardan sonra gəliblər. Araşdırmalar hətta vitaminlərin qəbulunun orqanizm üçün zərərli ola biləcəyini qeyd edirlər. 2. Tərkibində spirt olmayan antibakterial gel Antibakterial gellər əllərdə olan müxtəlif növ bakteriya və virusların məhvinə səbəb olur. Amma, tərkibində 60%-dən az spirt olan gellər effektli hesab edilmir. Onıar əlləri təmizləmir, sadəcə olaraq qoxunu aradan qaldırır. 3. Duzun miqdarını azaltmaq   Mütəxəssislər gün ərzində qəbul edilən duzun miqdarının azalmasının orqanizm üçün zərərli olmağını söyləyirlər. Bəzi mənbələr çox duz qəbul etməyin orqanizm üçün zərərli olduğunu deyirlər, amma, gün ərzində 3 qramdan aşağı miqdarda duz qəbulu müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olur. 4. Orqanizmin detoks edilməsi Detoks dieti vasitəsilə çoxları orqanizmdən toksinlərin xilas olmağına çalışır. Mütəxəssislər isə orqanzmin özü-özünü təmizləmək qabiliyyətinin olduğunu söyləyirlər. Əgər orqanizmin böyrəkləri və qaraciyəri sağlamdırsa, o zaman detoks çayına heç bir ehtiyac yoxdur. 5. Təbii meyvələr Xarici ölkələrdən gətirilən və üstünə " bio" yazılan meyvələrin bioloji təmiz olmasına inanmayın və belə meyvələri qəbul etməkdən çəkinin. 6. Ultradalğalı soba Ultradalğalı sobada yemək isitmək qidanın tərkibinin korlanmasına sbəb olur. Yeməyinizi isidərkən qaz və ya işıq piltəsindən istifadə edin. 7. Yağlı qidalar Mütəxəssislər yağdan tamamilə imtina etməyin orqanizm üçün təhlükəli olduğunu söyləyirlər. Yağlar, karbohidratlar orqanizm üçün əvəzolunmazdır. Amma, pəhriz saxlamaq adı altında tərkibində yağın miqdarı çox olan meyvələrdən istifadə eləmək çox zərərlidir.

Qadınların ərə getməsinə mane olan səbəblər

2023-01-12 02:44:00

Qadınlarda evliliyə mane olan beş əsas amil açıqlanıb.

Qidalanma haqqında əfsanələr və həqiqətlər

2023-01-12 02:02:00

1. Deyilənlərə görə axşam saat 18.00-dan sonra yemək olmaz. Amma, əslində yatmazdan 3-4 saat əvvələ kimi qida qəbul etmək olar. 2. Deyilənə görə qara çörək orqanizm üçün faydalıdır. Amma onun orqanizmə faydası ağ çörəkdəki qədərdir.   3. Deyilənə görə istənilən qədər təzə çəkilmiş şirə qəbul eləmək orqanizm üçün çox faydalıdır. Amma əslində gün ərzində 3 stəkandan artıq təzə çəkilmiş şirə qəbul eləmək olmaz. 4. Deyirlər ki, şokolad yemək fiquranı korlayır və insanı kökəldir. Amma şokolad orqanizm üçün çox faydalıdır və insanı kökəltmir. 5. Deyilənə görə az yemək insanı arıqladır. Amma bu belə deyil, arıqlamaq üçün gün ərzində 5-6 dəfə yemək lazımdır.   6. Gün ərzində 2 litrdən çox su içməyin insanı arıqlatdığı deyilir. Amma bu yalandır, orqanizmin suya ehtiyacı nə qədərdirsə, o qədər də su qəbul eləməlidir. 7. Deyirlər ki, arıqlamaq üçün yağdan imtina etmək lazımdır. Amma, yağdan tamamilə imtina eləmək orqanizm üçün çox zərərlidir. 8. Zeytun yağının az kalorili olduğu düşünülür, amma bu belə deyil. Zeytun yağının tərkibində olan kalori digər yağların tərkibindəki qədərdir. Zeytun yağı orqanizmə digər yağlardan daha faydalıdır. 9. Deyirlər ki, karbohidratlar orqanizm üçün çox zərərlidir, amma zərərli olan sadə karbohidratlardır. Mürəkkəb karbohidratlar orqanizm üçün çox faydalıdır. 10. Deyirlər ki, qəhvəyi qənd orqanizm üçün faydalıdır. Amma əslində bu belə deyil, qəhvəyi qənd ağ qənd qədər orqanizm üçün təhlükəlidir. 11. Ən yaxşı desertin meyvə olduğu söylənilir, amma, meyvəni yeməklər arasında olan məsafə zamanı yemək lazımdır. 12. Deyilənə görə səhərlər nə istəsəniz onu yeyə bilərsiniz. Amma bu belə deyil, ən yaxşı səhər yeməyi zülal, yağ, karbohidrat və lifli qidalardan ibarət olmalıdır. 13. Deyirlər ki, kalorilərdən idman zalında xilas olmaq olur, amma, insan yatanda da, işləyəndə də kalori verə bilir. 14. Deyirlər ki, meyvələr tərəvəzlər qədər orqanizm üçün faydalıdır, amma, bu belə deyil. Tərəvəzlərin orqanizm üçün faydası daha çoxdur. Gün ərzində 4 hissə tərəvəz, 1 hissə meyvə yemək lazımdır.

Bürclərin sevgi xüsusiyyətləri Sevgiyə möhtac qoçlar, qısqanc əqrəblər...

2023-01-12 01:22:00

İnsanların sevgiyə olduqca fərqli baxışları mövcuddur. Bəziləri çox sevdiyi halda, bir çoxları sadəcə sevilməyi arzulayırlar.

Qoltuqaltı tərləmələri nədən baş verir?

2023-01-12 01:01:00

Qoltuqaltı tərləmələri nədən baş verir? Hiperhidroz nədir? Sən demə tərləmələrin səbəbi parazitlərdir. Mütəxəssislər qoltuqaltı tərləmələrin orqanizmdə olan parazitlər səbəbindən baş verdiyini deyirlər. Son illərin araşdırmaları parazitlərin bəzi qida vasitələri ilə orqanizmı daxil olduğunu qeyd edirlər. Bəzi qida maddələri də parazitlərin artıb-çoxalmasına və bakteriyaların çoxalaraq artıq tərləmə əmələ gətirdiyini təsdiqləyirlər. Son illərə kimi həddindən çox tərləmənin vegetativ sinir sistemi ilə əlaqədar olduğu düşünülürdü. Düzdür, sinir sistemi tərləməyə səbəb ola bilir. Amma son illərin araşdırmaları həddindən çox tərləmələrin mədə-bağırsaq sistemində olan parazitlər səbəbindən baş verdiyini sübut edib. Parazitlər orqnizmdə nəinki hiperhidroza, hətta ən ağır xəstəliklərə səbəb ola bilir. Mütəxəssislər orqanizmdə müxtəlif xəstəliklərin baş verməməsi üçün bağırsaqlarda parazitlərin olub-olmamasını nəzarət altında saxlamağı məsləhət bilir. Bunun üşün isə ən azı ildə bir dəfə müayinə olunmaq lazımdır. Çünki araşdırmalar hətta xərçəngin əmələ gəlməsində parazitlərin rolu olduğunu sübut etmişdir. Parazitlər insanın ürəyində kök salıb müxtəlif xəstəliklər əmələ gətirdiyini söyləyirlər. Ürəkdə parazitlərin kök salması qəfil ölümə də səbəb ola bilir. Parazitlər qadın cinsiyyət orqanlarında müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilirlər. Yumurtalıqların iltihabı xəstəlikləri, fibromioma, mioma, fibroz-kistoz mastopatiya böyrəküstü vəzin xəstəlikləriu, sidik ifrazat sisteminin xəstəliklərinin əmələ gəlməsinə parazit xəstəlikləri səbəb ola bilir. Parazitlər dərinin vaxtından əvvəl qocalmasına da səbəb olur. Orqanizmdə parazitlərin olmasını aşağıdakı əlamətlərdən bilmək olur: * həddindən çox tərləmə * allergiya əlamətləri * Tez-tez angina, soyuqdəymə xəstəliklərinin baş verməsi * xroniki yorğunluq * baş ağrıları * qəbizlik və ya ishal * bədəndə ağrılrın olması * əsəbilik * tez yorulma * əsəbilik, yuxunun pozulması * göz altında tünd rəngli torbaların əmələ gəlməsi

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI

2023-01-12 00:11:00

"Dövlət başçısının televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa çatacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər".

Günün qoroskopu: Başqalarının uğurlarına sevinməyi bacarın

2023-01-12 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

ABŞ Rusiya sərhədinə tanklarını yeritdi

2023-01-11 23:50:00

ABŞ ordusunun çoxlu sayda tankı və hərbi texnikası Niderlandın Vlissingen limanına gəlib, daha sonra NATO-nun şərq cinahını gücləndirmək səyləri çərçivəsində Polşa və Litvaya yollanıb.

Çətin, amma yüksək tələbat olan peşə

2023-01-11 23:45:00

Metal gündəlik həyatımızın ayrılmaz parçasıdır. Bu materialdan bir çox istehsal və tikinti sahələrində geniş şəkildə istifadə olunur. Bu gün metal parçalarını birləşdirən qaynaqçı peşəsinə təlabat artmaqdadır.

Putin “3cü nüvə çamadanı”nı komandan təyin etdi Şok

2023-01-11 23:25:00

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynadakı hərbi qüvvələrinin komandanını növbəti dəfə dəyişdi. Bu dəfə Valeri Gerasimov komandan təyin edilib.

Avtomobillərdə “səssiz ölüm”

2023-01-11 23:15:00

Soyuq, saxtalı qış günlərində bəzi sürücülər öz avtomobillərində qızınmaq üçün istilik sistemini işə salırlar. Təəssüf ki, bəzi hallarda bu, faciə ilə nəticələnir.

Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı

2023-01-11 23:10:00

Daxili İşlər Naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi vəzifəsinin müvəqqəti icrası ilə bağlı əmr imzalayıb.

Ukrayna ordusu Soledardadır: şiddətli döyüşlər gedir

2023-01-11 23:05:00

Ukrayna Silahlı Qüvvələrinin Soledar uğrunda şiddətli döyüşləri davam edir, geri çəkilmək əlaməti yoxdur.

Basarkeçər polisinə qumbaralı hücum

2023-01-11 23:00:00

Ermənistanda terror cəhdi baş verib.

Qrossi Rusiyaya gedir, Putin görüşmək istəmir

2023-01-11 22:55:00

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi növbəti həftə Ukraynaya səfər edəcək.

Soyuq havaların vazkeçilməzi, mükəmməl noxudlu ŞORBA VİDEO

2023-01-11 22:49:00

Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.

Mayın 16dan sonra bizi nə gözləyir? Astroloqdan həyacan dolu AÇIQLAMA

2023-01-11 22:30:00

"Dünya mayın 16-dək dözməlidir".

Sabah qar və çovğun olacaq?

2023-01-11 22:25:00

Bu axşamdan yağıntılı hava tədricən kəsiləcək. Hava şəraiti dəyişəcək, temperatur yüksəlməyə başlayacaq.

Qəbələnin qış görüntüləri

2023-01-11 22:20:00

Son günlər ölkə ərazisinə yağan qar bəzi fəsadlar törətsə də, təbiətə xüsusi gözəllik qatıb, hər yer bəmbəyaz olub.

“Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər” VİDEO

2023-01-11 21:59:00

"Bu zamana kimi onları tanımamışdım. Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər. Sosial şəbəkədə haqqımda xoşagəlməz şərhlər yazanlar da həmin insanlardı. Şərhləri kimlərinsə adından yazırlar. Bir adamın otuz saxta "Instagram" hesabı var. Açıb gizlincə, oradan-buradan insanları şantaj edib, pis sözlər yazır".

Həyat yoldaşına rəqib olmamaq üçün iş yerini dəyişən gözəl FOTO

2023-01-11 21:54:00

Kanada milli komandansının qapıçısı Milan Boryanı xatırlayırsınız? O, şimali amerikalıların DÇ-2022-də keçirdiyi hər üç matçda iştirak etdi. Qapısında 7 qol görməsinə rəğmən, komandanın turnirdə ən diqqət çəkən oyunçularından biri oldu. Qətərdəki mundialda qapıçını ən çox dəstəkləyən isə həyat yoldaşı Snejana Filipoviç (Jena) idi.

Rusiya bu qəsəbəni nəzarətə götürdü

2023-01-11 21:30:00

Rusiya Donetskin Podqorodnoye qəsəbəsini nəzarətə götürüb.

Azərbaycanda 100 minə yaxın şəxsin

2023-01-11 21:25:00

"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

Bu teatrın direktoru

2023-01-11 21:20:00

Qax Kukla Teatrının direktoru Seymur Vəliyev (Seymur Elsevər) işdən çıxıb.