Xəbərlərin siyahısı

Qısqanclığa görə sevgilisindən ayrılan Didem "qisası" saçlarından aldı VİDEO

2023-02-04 11:31:00

Məşhur aktyor Burak Denizlə qısqanclıq səbəbindən ayrılan türkiyəli model Didem Soydan imicini təzələyib. 

Naxçıvan Maliyyə Nazirliyində yoxlamalar keçirilir

2023-02-04 11:25:00

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.

150 km/s sürətlə gedən BMWnin stablizasiyası və ani tormozlaması heyran etdi VİDEO

2023-02-04 11:20:00

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Bakıda qadın qəza törədib, ölən və yaralananlar var

2023-02-04 11:11:00

Bakıda qadın qəza törədib, ölən və yaralananlar var.

Məşhur cütlük yeddinci dəfə barışdı FOTO

2023-02-04 11:00:00

Türkiyəli aktyor Oğuzhan Uğurla aktrisa Müjde Uzman yenidən barışıb.

Sabunçuda 14 yaşlı qız itkin düşüb

2023-02-04 10:51:00

Sabunçuda 14 yaşlı qız itkin düşüb.

Pensiyaların artması üçün yenilik edilir Qanuna dəyişiklik

2023-02-04 10:41:00

"Sosial sığorta haqqında" qanuna dəyişiklik edilərək Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq.

Orduda atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib VİDEO

2023-02-04 10:40:00

Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

“Subay vaxtı səhnə daha maraqlı olur”

2023-02-04 10:31:00

Müğənni Xatirə İslamın növbəti açıqlaması diqqət çəkib.

"Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi"

2023-02-04 10:20:00

Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.

İrandan Azərbaycan narkotik keçirilməsinin qarşısı alındı FOTO

2023-02-04 10:15:00

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Məşhur mafioz 16 ildən sonra tutuldu

2023-02-04 10:11:00

İtaliyada mühakimə olunan və bir neçə il Fransada özünü aşpaz kimi təqdim edən mafiya başçısılarından biri Edqaro Qreko 16 illik axtarışlardan sonra həbs edilib.

İranda daha bir zəlzələ olub: xəsarət alanlar var

2023-02-04 10:00:00

Bu gün (4 fevral) yerli vaxtla 06:15 radələrində İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunda 4,7 bal gücündə zəlzələnin baş verməsi nəticəsində indiyədək 3 nəfər xəsarət alıb.

“37 yaşın gənc sayıldığı ölkə tapmadım”

2023-02-04 09:51:00

Aparıcı Leyla Quliyevanın növbəti açıqlaması diqqət çəkib.

Bəzi məmurlara zorla peykə bağlı çip qoymaq istəyirlər

2023-02-04 09:40:00

Rusiya Dövlət Dumasında xaricdə tez-tez tətil edən məmurların "çiplənməsi" təklif olunub.

Tanınmış aktrisa 26 yaşlı idmançı ilə nişanlandı

2023-02-04 09:31:00

Amerikalı məşhur aktrisa və müğənni Vanessa Hadcens 26 yaşlı idmançı Koul Taker ilə nişanlanıb.

BQXKya məxsus 8 avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradıldı FOTO

2023-02-04 09:22:00

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

"İlham Əliyevlə Vuçiç arasında mükəmməl münasibətlər əməkdaşlığı strateji səviyyəyə qaldırır"

2023-02-04 09:09:00

Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq, ilk növbədə, Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç arasında mükəmməl münasibətlər sayəsində getdikcə daha strateji xarakter alır.

ABŞ Ukraynaya 2,2 milyardlıq yeni yardım paketi ayırdı

2023-02-04 09:00:00

Amerika Birləşmiş Ştatları Ukraynaya daha bir böyük hərbi yardım paketi ayırdığını rəsmən açıqlayıb.

Kaverna

2023-02-04 08:59:00

Ümumi məlumat:

Krım Qərb silahlarından yaxşı qorunur

2023-02-04 08:58:00

Krım Qərb silahlarından yaxşı qorunur.

Xarkovda 7 yeniyetmə

2023-02-04 08:57:00

Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində 7 yeniyetmə tapdıqları insanəleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.

Ağciyərləriniz sağlamdırmı? –

2023-02-04 08:55:00

Ağciyərlərin xərçəngdən başqa digər xəstəliklərinin əmələ gəlməsində immun sisteminin, ailə-məişət şəraitinin, ətraf ortamın rolu böyükdür. Ən çox rast gəlinən ağciyər xəstəlikləri aşağıdakılardır: * kəskin pnevmoniya * xroniki pnevmoniya * plevrit * bronxhektazlar * vərəm. Ağciyər xətəliklərinin sayı staistik hesablamala görə 5 ildən bir 2 dəfə artır. Xüsusilə də vərəm xəstəliyinin son illərdə sürətlə yayılmasını nəzərə alsaq əhalinin bu barədə maariflənməyə ehtiyacı olduğu aydınlaşır. Əgər sizdə aşağıdakı əlamətlərdən bir-neçəsi aşkarlanarsa mütləq pulmanoloqa müraciət etməniz lazımdır: * bəlğəmli və ya quru öskürmə * titrəmə * qızdırma * iştahsızlıq * halsızlıq * tez yorulma * əzginlik * qanhayxırma * sinədə və kurəkdə ağrılar.

Moldova bu ölkə vasitəsilə Azərbaycandan

2023-02-04 08:53:00

Moldova Azərbaycanın SOCAR və Rumıniyanın "Romgaz S.A." şirkətləri arasında imzalanmış saziş sayəsində Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.

ABŞ Gürcüstana 140 ton hərbi yardım

2023-02-04 08:52:00

ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb.

Hamiləlikdə kriminal xəbərlər

2023-02-04 08:51:00

Qadın xəstəlikləri və doğuş həkimlərinin araşdırmaları hamiləlik zamanı kriminal xəbərlərin və qanlı hadisələrin hamilə qadınlara pis təsi edəcəyini təsdiqləmişdir. Mütəxəssislərin araşdırmaları qanlı kriminal hadisələrin hamilələrdə əsəb pozğunluqlarına, depressiyaya səbəb olacağını deyirlər. Buna səbəb isə yumurtalıqların funksiyasının pozulmasını göstərirlər. Kriminal hadisələr hamilələrə nə kimi təsir edə bilər? 1. Uzun sürən stresslər kortizol və bu kimi hormonların qanda artmasına səbəb olur ki, bu da qan təzyiqini artırır. Artan qan təzyiqi damarların daralmasına səbəb olur və bətndəki uşağa qanın və oksigenin az getməsinə gətirib çixarır. 2. Əgər stresdən hamilə qadın tez çıxmağı bacararsa dölə zərər dəyməz. Yox əgər qadının sinir sistemi, immuniteti zəif olasa və stresin təsiri altında uzun müddət qalarsa, orqanizmin infeksiyaya yoluxma riski artar və erkən doğuş baş verə bilər. 3. Hamiləliyin ilk 3 ayında stresslər uşağın mərkəzi sinir sistemini sağlam formalaşmamasına səbəb olur. 4. Xroniki depressiya və qəfil stress yarada biləcək xəbərlər hamiləliyin pozulmasına səbəb ola bilər. Hər bir orqanizm ətrafda baş verən xoşagəlməz hadisələrə müxtlif cür reaksiya verir. Hamilə qadınlar ətraflarında baş verən kriminal hadisələrdən və sosial mediada yayımlanan kriminal xəbərlərdən nə qədər uzaq durarsa, bir o qədər yaxşıdır.

Fevralmart aylarında Azərbaycanda “Yapon küləyi” əsəcək

2023-02-04 08:50:00

Bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda "Yapon küləyi" adlı silsilə tədbirlər keçirəcək. Bununla ölkənizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı yaranacaq. Bakı küləklər şəhəri olduğuna görə Yaponiya ilə bağlı mədəniyyət tədbirlərinin burada həzin küləklər kimi əsəcəyinə ümid edirəm.

Britaniya "Vaqner"i terror təşkilatı kimi

2023-02-04 08:48:00

Britaniya Daxili İşlər Nazirliyi Rusiyanın "Vaqner" özəl hərbi təşkilatını rəsmən terror təşkilatı kimi tanımağı planlaşdırır.

ABŞ İranın PUA istehsalçısına sanksiya

2023-02-04 08:47:00

ABŞ hakimiyyəti İranın dron istehsalçısı "Paravar Pars" şirkətinin direktorlar şurasının üzvlərini sanksiyalar siyahısına əlavə edib.

Hamiləlikdə çəki artımı

2023-02-04 08:46:00

Ana olmağa hazırlaşan hər bir qadın doğulacaq uşağının sağlam olması üçün qidalanmasına diqqət yetirməlidir. Sağlam ana, sağlam qida - sağlam uşaq deməkdir. Hamiləlik zamanı qadınlar yediyi qidalara diqqətlə yanaşmalıdırlar.  Bəzən iştahanın artması, qəbul edilən vitaminlər səbəbindən həddindən çox qida qəbulu, hormonal sistemdə baş verən dəyişikliklər, hamilə qadınların çəkisinin artmasına səbəb olur. Sağlam və keyfiyyətli qidalarla qidalanma ananın südünün keyfiyyətli olması ilə bərabər onun çəkisinin də artmasına səbəb olur. Qəbul edilən qidaların tərkibində olan dəmir və vitaminlər doğuşdan sonra körpənin həyatının ilk 6 ayında vitaminlərə olan ehtiyacını ödəyir. Hamilə qadın tərkibində şəkər və yağın miqdarı yüksək olan qidalardan başqa, hər bir qidadan az miqdar da olsa qəbul eləməlidir. Az miqdar yağın ana üçün heç bir təhlükəsi yoxdur. Hamiləlik zamanı tərkibində qatqı maddələri olan qida məhsullarından istifadə etmək olmaz. Gələcəyin hər bir anası dünyaya göz açacaq körpəsinin sağlamlığı üçün 9 ay boyunca qidasına diqqət yetirməlidir.

Türk Hava Yolları xəbərdarlıq

2023-02-04 08:44:00

Türk Hava Yolları ölkənin əksər ərazisini əhatə edəcək güclü qar səbəbindən uçuş cədvəlinin dəyişə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Rusiyadan səfərbərliklə bağlı

2023-02-04 08:43:00

Yeni səfəbərlik dalğasına ehtiyac yoxdur.

Rusiyalılar ötən il rekord qırdı: səfəbərlikdən

2023-02-04 08:42:00

Rusiya sakinləri 2022-ci ildə ölkədən kənara 24,3 milyon dəfə səfər ediblər.

Ağciyər arteriyası qapağının çatışmazlığı

2023-02-04 08:41:00

Ağciyər arteriyası qapağının çatışmazlığı ağciyər arteriyasının qapağının taylarının örtülməməsi ilə xarakterizə olunur. Bu diastola zamanı ağciyər arteriyasından sağ mədəciyə qanın patoloji requrgitasiyasına və sağ mədəciyin yüklənməsinə səbəb olur. Xəstəliyə nadir hallarda rast gəlinir. Xəstəliyin 2 növü ayırd edilir: -  Ağciyər arteriyası qapağının üzvi çatışmazlığı. Bu patologiyanın əmələ gəlməsinə (qapağın büzüşməsi və deformasiyaya) gətirib çıxaran xəstəliklər aşağıdakılardır: - infeksion endokardit - revmatizm - Marfan sindromu - sifilis və s. Ağciyər arteiyası qapağının nisbi çatışmazlığı: Nisbi çatışmazlığın əmələ gəlməsinə kəskin ağciyər hipertenziyası, ağ ciyər arteriyası kökünün və qapağının fibroz dəliyinin genişlənməsi olan xəstələrdə rast gəlinir. Bu xəstəliklər aşağıdakılardır: - mitral stenoz - ağciyər ürəyi - birincili ağciyər ürəyi - ağciyər arteriyasının trombaemboliyası. Ürəyin bu qüsurunda olan hemodinamik dəyişikliklər aorta qapağın çatışmazlığında olan kimidir. Ağciyər arteriyası qapağının çatışmazlığı zamanı aşağıdakı patologiyalar meydana çıxır: 1. Diastola zamanı qanın geriyə qayıtması nəticəsində sağ mədəciyin yüklənməsi ilə əlaqədar hipertrofiya və dilatasiya inkişaf edir. 2. Əvvəllər ağciyər arteriyasının hipertenziyası olan xəstələrdə ağciyər arteriyası qapağının çatışmazlığının meydana gəlməsi sağ mədəcik əlamətlərini genişləndirir. 3. Ağciyər arteriyasında nəbz təzyiqi kəskin artır. Xəstəlik özünü ağciyər hipertenziyası, sağ mədəciyin hipertrofiyası və dilatasiya əlamətləri ilə biruzə verir. Ağciyər arteriyasının qapağının çatışmazlığında daha vacıb kliniki əlamət döş sümüyünün sol kənarı boyunca üfürücü diastolik küydür. Xəstəliyə diaqnoz qoymaq üçün EKQ, exokardioqafiya və rentgenoloji müayinə üsullarından istifadə edilir.

Sədat Önal Türkiyənin BMTdəki

2023-02-04 08:38:00

Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal bu ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

Norveçdə “Vaqner”in sabiq komandiri

2023-02-04 08:37:00

Norveçdə bu ölkədən siyasi sığınacaq istəyən "Vaqner" özəl hərbi şirkətinin qollarından birinin keçmiş komandiri Andrey Medvedev dindirilir.

Hamiləlik zamanı ən çox istənilən qidalar

2023-02-04 08:35:00

1. Şokolad. Şokolad hamilə qadınların yeməkdən doymadığı qidalardandır. Bunun səbəbi şokolodın insanda depressiyanı aradan qaldırmaq xüsusiyyəti ola bilər. 2. Ədviyyatlı qidalar. Bunun səbəbi hamilə qadının bədən tempraturunun aşağı olması ola bilər. 3. Təbaşir. Təbaşir yeməyin səbəbi qanın aşağı düşməsi ola bilər. 4. Turşular. Turşu yemənin səbəbi orqanizmdə hormonal sistemdə baş verən dəyişikliklərlə əlaqədar olaraq dad hissiyatının pozulması ola bilər. 5. Çips. Çips ədviyyatlı və duzlu olduğu üçün ağızda olan dadsızlığı aradan qaldırmaq üçün ola bilər. 6. Meyvə. Hamilə qadının meyvə istəməsinin səbəbi orqanizmin vitaminə olan ehtiyacını təmin etmək ola bilər. 7. Limon. Hamiləlik zamanı limon yemənin səbəbi C vitamini çatışmazlığı ola bilər. Limon həm də ağız dadlandırıcıdır. 8. Dondurma. Hamiləlik zamanı dadlı və sərinləşdiricilərə ehtiyac olduğundan arzu oluna bilər. 9. Qazlı sular. Hamiləlik vaxtı qazlı sulara əksər qadınlar meyl edirlər. Lakin içən zaman qazlı suyun kofeinli olmamasına və keyfiyyətli olmasına diqqət yetirmək lazımdır. 10. Kofe. Həkimlər hamiləlik vaxtı kofe içilməsini düzgün saymır. Ancaq kofe depressiyanı aradan qaldırdığına və baş ağrılarını kəsdiyinə görə bəzi hallar istisna ola bilər

Rusiya neft məhsullarına "tavan"

2023-02-04 08:34:00

Aİ ölkələri fevralın 5-dən etibarən G7 ölkələri ilə birlikdə Rusiya neft məhsullarının qiymət tavanı ilə bağlı razılığa gəliblər.

Bakinski qalmaqalı böyüyür: oğluna cinayət işi açıldı VİDEO

2023-02-04 08:33:00

"Oleq Bakinski" kimi tanınan və kriminal avtoritet olduğu iddia edilən azərbaycanlı tanınmış iş adamı Oleq Krapivin ətrafında qalmaqal böyüyür.

NotrDam kilsəsi gələn il

2023-02-04 08:29:00

Fransada güclü yanğından zərər çəkən Notr-Dam kilsəsinin bərpası davam edir.

Arutyunyan “əkshücum əməliyyatına”

2023-02-04 08:28:00

Xankəndidəki separatçı rejimdə "daxili siyasi" böhran dərinləşir. Son zamanlar Qarabağ və hətta Ermənistanda müxtəlif dairələrin hədəfində olan separatçıların lideri Araik Arutyunyan əks-hücum əməliyyatına başlayır. Arutyunyan daha dözə bilmir. O, rəqiblərinin əsl motivlərini açaraq, anti-təbliğatın səbəbini üzə çıxarmağa çalışır.

Hamilə qadınlarda bel ağrıları

2023-02-04 08:25:00

Hamilə qadınların bətnindəki uşaq böyüdükcə bədənin ağırlıq mərkəzi dəyişir. Bununla əlaqədar olaraq bel əzələlərinin yükü artır. Hormonlar orqanizmi doğuşa hazırladığı üçün bel fəqərələri və çanaq sümüklərində gərginlik baş verir. Bu səbəblərdən də qadınlarda bel ağrıları (lümbalgiya) olur. Hamiləlik zamanı beldə ağrıları azaltmaq üçün geyilən ayaqqabıya diqqət etmək lazımdır. Həddindən çox hündür və ya dabansız ayaqqabı geymək fəqərələrin duruşuna təsir edib, sinirləri sıxdığı üçün beldə ağrıların əmələ gəlməsinə səbəb olur. Bədəninizin gəzərkən aldığı vəziyyət, duruş tərzi, hər hansı qaldırılmış yükün ağırlığı hamilələrdə bel ağrılarının baş verməsinə səbəb ola bilir. Hamilə qadın belində ağrıların baş verməməsi üçün aşağı əyildiyi zaman, yataqdan qalxdığında, yana əyildiyi zaman hərəkətlərinə diqqət yetirməlidir. Hamiləlikdə bel ağrılarının olması patoloji hal sayılmır. Əgər ağrılar həddindən artıq və dözülməzdirsə təbii vasitələrlə onu aradan qaldırmağa çalışmaq lazımdır.

Meksikada erməni böhtanları növbəti dəfə

2023-02-04 08:24:00

Meksikanın Miçoakan ştatının aparıcı mətbu orqanlarından olan "Quadratin" qəzetində səfir Məmməd Talıbovun Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Ermənistan parlamentlərarası dostluq qrupunun sədrinin Ermənistana səfərindən sonra yayılmış böhtan xarakterli məlumata geniş cavab müsahibəsi dərc olunub, həmçinin internet səhifəsində qısa video reportaj yayımlanıb.

“Regionda gərginlik artır, ABŞ və Türkiyənin istəyi...”

2023-02-04 08:23:00

"ABŞ-ın gəlib bölgəyə girməsi ilə bağlı biz real addımları görmürük. Gəlib deyirlər ki, biz burada qoşun yerləşdiririk, baza yaradırıq? Yox, bu cür fikirlər səsləndirilmir. Türkiyə Azərbaycanın müttəfiqi kimi bölgədə nüfuzu artır. Həm Azərbaycanla müttəfiqdir, vahid ordu yaradırıq, həm də son zamanlar müşahidə edirik ki, təlimlər gedir, burada Gürcüstan da iştirak edir. Əslində ABŞ-dan sonra Türkiyə ikinci dövlətdir ki, həm təhlükəsizlik, həm də hərbi cəhətdən Gürcüstana yardım və dəstək verir. Bu mövcuddur və reallıqdır. İkincisi, Ermənistan Rusiyanın bölgədə imkanlarının zəiflədiyini gördüyü üçün çalışır ki, İranla hərbi müttəfiqlik olmasa da, siyasi və iqtisadi əlaqələrini möhkəmlətsin".

Salvadorda 40 min yerlik nəhəng

2023-02-04 08:22:00

Salvadorda 40 min yerlik meqa həbsxana açılıb.

Süni mayalanma üçün vaxtın seçilməsi

2023-02-04 08:21:00

Süni mayalanma lazım gəldikdə qadın və kişinin sağlamlığının diqqətli müayinəyə ehtiyacı olduğu kimi, süni mayalanma üçün vaxtın seçilməsi də önəmli faktorlardan biridir. Ovulyasiyanın dəqiq vaxtının müəyyənləşdirilməsi mümkün olmadığı üçün süni insemiasiyanı tsikl ərzində 3 dəfə keçirmək məsləhətlidir. 27 günlük mestural tsikl zamanı tsiklin 11-ci günündən başlayaraq, 28 günlük tsikl zamanı isə 13-cü günündən süni mayalandırmağa başlamaq və onu 2 günlük fasilələrlə 2-3 dəfə təkrar etmək lazımdır. Süni mayalandırmadan sonra bir saat ərzində uzanıqlı vəziyyətdə qalmaq və ya spermanı saxlamaq məqsədilə qadın kondomlarından (uşaqlıq boynu qapaqcığından) istifadə etmək lazımdır.

Ukrayna Aİyə üzvlüklə bağlı danışıqlara

2023-02-04 08:20:00

"Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlara 2023-cü ildən başlayacaq".

İran dişləyə bilər, təxribat hazırlayır –

2023-02-04 08:18:00

İranın davranış tərzi onun sadəcə olaraq küncə sıxışdırılması ilə bağlıdır. Hazırda nüvə sazişi üzrə razılaşmaların əldə olunması imkanları sıfra endirilib. İranın davranışının arxasında duran əsas amil də budur. İran hakimiyyəti hələ də nüvə sazişi üzrə yenilənmiş razılaşma əldə etməyə ümid edirdi. Buna nail olmaq artıq mümkün olmayacaq. Onun gələcəklə bağlı bütün planları bir zərbə ilə yox olur. Buna Tehranda vəhşi qıcıq yaradan Netanyahunun hakimiyyətə qayıdışı da əlavə edilib. Üstəlik, İran Türkiyənin bölgədə artan təsirindən son dərəcə narahatdır. Burada Suriya faktorunun da olduğunu unutmaq olmaz. İran Suriyada Rusiyanı faktiki olaraq tamamilə əvəz edib. İranın Əsədə dəstəyi azalmayıb. Türkiyə yeni hərbi əməliyyatlara başlayarsa, Ankaranı cilovlamaq üçün öz qoşunlarını hazır edəcək ölkə İrandır. İndi İran bir çox ölkələr kimi Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisinin nəticələrini gözləyir.