Xəbərlərin siyahısı
2023-05-02 07:05:00
Türkiyənin şərqində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
2023-05-02 07:00:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Uşaqların Sağlam Gələcəyi (USG) Erkən Müdaxilə Mərkəzində olub.
2023-05-02 05:05:00
Son.az xəbər verir ki, Xalq artisti, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli sənətkar, görkəmli xanəndə Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli moderator.az-ın suallarını cavablandırıb. - Rəqsanə xanım, bir müddət əvvəl atanızın məzar daşının hələ də hazır olmamasından giley-güzar etmişdiniz. İşlər hazırda nə yerdədir? - Əslində mən bu 1 il 2 ay gözlədim, səbr etdim və sonra səbrim tükəndi. Vəfatından 1 il 2 ay keçsə də, hələ də məzar daşı qoyulmayıb, boş torpaqdır. Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti iki dəfə məzar eskizi hazırlayıb, göndərdilər. Birinci eskizi ötən ilin avqust ayında, ikinci eskizi isə noyabrın 11-də göndərdilər. Eskizlərdən birində səhv var idi, orada SSRİ xalq artisti yazmışdılar. Onlara bunun səhv olduğunu bildirdim. Dövlət məzar daşı üçün 16 min manat pul ayırıb. Onlara da deyirdim ki, 1-ci Fəxri Xiyabana uyğun məsləhət bildiyiniz məzar daşı hazırlayın. Birinci eskiz ikinci eskizdən daha yaxşı idi. İkinci eskiz nə mənim, nə də ki, ailə üzvlərimin xoşuna gəldi. Çünki 16 minə uyğun məzar daşı deyildi. Dövlət bu məzar daşı üçün 2 min manat ayırsaydı, mən 2 minlik məzar daşı istəyərdim. Axı dövlətimiz 16 min manat ayırıb. Yenə də sağ olsun dövlətimiz, atama sağlığında da, dünyasını dəyişəndən sonra da dəyər verir. Bilirsiniz ki, ölkə başçısı, cənab prezidentimiz İlham Əliyev, muğama, sənətə və sənətkara hər zaman dəyər verən Mehriban xanım Əliyeva atama böyük diqqət və qayğı göstəriblər. Atamı yaşadan da dövlətin bu qayğısı idi. - Məsələ mətbuatda işıqlandırıldıqdan sonra aidiyyatı qurumlar sizinlə əlaqə saxladı? - Oğlumla əlaqə saxlayıblar. Deyiblər ki, gəlsinlər necə istəyirlərsə, elə də hazırlayacağıq. Mən də şəkilləri toplayıram. Sabah aparıb onlara şəkil verəcəyəm. Mən normal məzar daşı istəyirəm. Bütpərəst deyiləm ki, böyük abidələr istəyim. Heykəl qoymağa da o qədər imkanım yoxdur. O gün gəlinim internetdə tapıb mənə göstərdi, Xaçmazda onun büstünü 10 il əvvəl hazırlayıb, parkda qoyublar. Mən də istəyirəm ki, məzarı üstünə gedəndə qəbirüstü abidəsini görüm. Bununla da təsəlli tapmış olaram. Yeganə övladı mənəm də. Yenə də sabah məzarı üstünə mən gedib-gələcəm. - Onu da deyim ki, sizin bu müsahibəniz insanlarda heç bir qıcıq yaratmayıb. Əksinə, hamı, ələxsus da Əlibaba Məmmədov sevərlər sizə haqq qazandırıb. - Nə bilim, mənim orada yazılan rəylərdən heç bir xəbərim yoxdur. Sağ olsunlar. Mən haqqımı tələb etmişəm. Atam həmişə deyirdi ki, "Xalq sevsə sənətkarı, ona dağ bata bilməz". O xalqın böyük sevgisini qazanmışdı. - Atanız haqda təşkil olunan yaradıcılıq gecəsində də iştirak etmədiyiniz deyilir. Buna səbəb nə idi? - Atamın məzar daşı hazır deyil, necə gedim onunla bağlı tədbirlərdə, yaradıcılıq gecələrində iştirak edim? Adama deməzlər ki, atanın məzar daşı niyə indiyə qədər qoyulmayıb? Elə bilirsiniz ki, demirlər? Vallah, bütün qohum-əqraba, qonum-qonşu, tanış-biliş hamısı soruşur. Mən yorulmuşam onların suallarına cavab verməkdən. Atam min illər keçsə də yaşayacaq, O cismən yanımızda olmasa da, ruhən hər zaman bizimlədir. - Yuxularınıza tez-tez gəlir? - Demək olar ki, hər gün yuxularıma gəlir. O yəqin özü də istəməyib ki, məzar daşını başqa adam düzəltdirsin, yenə də bu məsələ il yarımdan sonra fırlanıb mənim üstümə gəldi. Yenə də mən düşdüm qabağa. Mən heç inanmırdım ki, o öləcək. Bu 1 il, 2 ay necə gəlib-getdi heç bilmədim. 1 həftənin içində iki əziz adamımı itirdim. Necə ola bilərəm? İndiyə qədər dərmanla yatıb-dururam. Atam bu yaşımda məni yetim qoyub getdi. Bütün günü telefonumda mahnılarını dinləyirəm. - Əlibaba müəllimin adını daşıyan nəvəsi varmı? - Əlbəttə. Atam sağ ikən hələ onun adı qardaşımın oğluna verilmişdi. Bu dəqiqə 50 yaşı var. - Səhv etmirəmsə Əlibaba müəllim övladlarına da mahnılar bəstələyib. Doğrudurmu? - Böyük bacım həkim idi. Onun şərəfinə "Mehriban həkim" mahnısını bəstələmişdi. Qardaşımın şərəfinə isə "Oğluma nəsihət" adlı mahnı bəstələmişdi. Məni çox istəsə də, şərəfimə mahnı bəstələməmişdi. Həmişə də bunun səbəbini ondan soruşanda deyirdi ki, "kişi ailəsinin adını dillərə salmaz (gülür). Mən evin sonbeşiyi, atamın ən istəklisi idim. Qardaşım və bacım məndən 10 yaş böyük idilər. - Ömrünün son dəqiqələrini necə xatırlayırsınız? - Son iki ildə bir az da pandemiya onun səhhətinə mənfi təsir göstərdi. Xalq adamı idi, xalqın içində gəzməyi, söhbət etməyi çox sevirdi. Pandemiyada evdə qaldı, bir az da ayaqları tutuldu. Müalicə alandan sonra bir az özünə gəlmək istəyirdi, bu yandan da qardaşımı itirdik. Qardaşımdan 1 il əvvəl də bacımı itirdik. Onların dərdi atamı yıxdı. Atam 92 il yaşadı. Mənə "Rəqsi" deyirdi. Deyirdi ki, "Rəqsi, özündən muğayat ol". Sonuncu dəfə əlimi tutub buraxmadı.
2023-05-02 04:04:00
Tovuz sakinlərindən birinin aldığı sosial yardım gözlənilmədən dayandırılıb.
2023-05-02 02:59:00
Aparıcı Murad Əzimzadə TV əməkdaşları ilə bağlı tənqidi status yazıb.
2023-05-02 02:02:00
Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstərir. Astroloqlar bu hərəkətləri şərh edir və bürclərə təsirlərini aşkar edirlər.
2023-05-02 01:59:00
Aktrisa Oksana Rəsulova instaqramda növbəti dəfə paylaşım edib.
2023-05-02 01:40:00
"Heç olubmu ki, səsinizin ucbatından behləri geri qaytarasınız?".
2023-05-02 01:01:00
"İnstaqramda, Tiktok-da nə paylaşırsan deyirlər ki, "bu evli deyil, bunun iki uşağı yoxdur bəs?!".
2023-05-02 00:44:00
Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurması separatçıları çıxılmaz vəziyyətə salıb. Bu baxımdan Xankəndidəki separatçı-terrorçuların tör-töküntüləri mövcudluğunu qoruyub saxlamaq üçün son varianta əl atıb.
2023-05-02 00:30:00
Aprelin 29-u Bakıda səsi-sorağı səngimək bilməyən toy sahibinin kimliyinə aydınlıq gəlib.
2023-05-02 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-05-01 23:58:00
ABŞ-ın hərbi bazaları Finlandiyada da qurulacaq.
2023-05-01 23:55:00
Testosteron hormonu və əzələ inkişafı sayəsində kişilər qadınlara nisbətən daha asan arıqlayır. Bunun üçün daha çox məşq etməli, düzgün qidalanmalı və spirtli içki qəbul etməməlisiniz.
2023-05-01 23:51:00
İran rialı xarici valyutalar qarşısında dəyərini daha da itirib.
2023-05-01 23:37:00
Çərəzlərin xeyli faydalarının olduğu məlumdur. Tərkibində müəyyən qədər yağlar olmasına baxmayaraq bu qidalar orqanizm üçün olduqca mühümdür.
2023-05-01 23:32:00
ABŞ dövlət katibi Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun, məsələlərin həllində və davamlı sülhə nail olunmasında açar olduğuna inanır.
2023-05-01 23:26:00
Sabahdan etibarən Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa ediləcək.
2023-05-01 23:22:00
Yuxusuzluq, stres, düzgün qidalanmamaq, telefondan həddindən artıq istifadə gözaltında torbaların yaranmasına səbəb ola bilər. Bəs bunun qarşısını necə almaq olar?
2023-05-01 23:17:00
Fransada Əmək Gününə həsr olunan pensiya islahatına qarşı etirazlar zamanı 100-dən çox polis və jandarm yaralanıb.
2023-05-01 23:11:00
Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin anlayışı da var.
2023-05-01 23:02:00
Terapevt, qidalanma mütəxəssisi Anna Kireeva hormonal səviyyələrin normallaşmasına kömək edən bir sıra məhsulların adlarını açıqlayıb.
2023-05-01 22:56:00
Xəbər verdiyimiz kimi, tanınmış stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanı təhqir edib.
2023-05-01 22:50:00
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
2023-05-01 22:46:00
Nevroloq artan bel ağrısının təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etdi.
2023-05-01 22:36:00
Türkiyəli politoloq Murad Bahadır Akkoyunlu 14 may prezident və parlament seçkiləri ilə bağlı ilginc proqnoz verib.
2023-05-01 22:32:00
Naharda yemək ən yüksək kalorili ola bilər, çünki o, performansın zirvəsinə düşür.
2023-05-01 22:28:00
Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 30 iyun 2018-ci ildən 31 mart 2023-cü ilədək 21 milyard kubmetrdən çox qaz nəql olunub.
2023-05-01 22:23:00
Türkiyəyə düşmənçilik etməkdən çəkinməyən Yunanıstan mətbuatı bu dəfə nüvə silahı iddiası ilə gündəmə gəlib.
2023-05-01 22:17:00
Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.
2023-05-01 22:13:00
Kosmetoloq şampunların saç tökülməsinə qarşı təsirsizliyindən danışıb.
2023-05-01 22:08:00
Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadə formada qalmasının sirrini bölüşüb.
2023-05-01 22:02:00
TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yeni mətbuat katibi təyin edilib.
2023-05-01 21:58:00
Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin və Luisvil Universitetinin alimləri gecələr pis yuxunun səbəblərini müəyyən ediblər.
2023-05-01 21:53:00
Hazırda BMT Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa məcbur edə bilmir.
2023-05-01 21:47:00
"Onsuz günüm çox pis keçir, həyatı mənasız hiss edirəm. Elə gün olmur ki, ondan danışmayım".
2023-05-01 21:43:00
Əsrlər boyu zəlilər insanlar tərəfindən bir çox xəstəliklərin müalicəsində istifadə olunmaqla yanaşı, yaratdığı xəstəliklərə görə də diqqət çəkib. Hələ eramızdan əvvəl 50-ci əsrdə metodik sistemin banisi olan və Hippokratın rəqibi kimi tanınan Asklepiodkların tələbəsi Laodikiyanın zəlilərin tibbdə istifadəsi ilə bağlı maraqlı fikirləri olub.
2023-05-01 21:38:00
Almaniya səfirliyinin əməkdaşlarının bir hissəsi bu gün Rusiyanı tərk edib.
2023-05-01 21:23:00
Yuxu ağır iş günündən sonra yorğunluqla mübarizə aparmağın ən yaxşı yoludur, lakin həmişə keyfiyyətli olmur. Lazım gələrsə, bir neçə asan və təsirli üsul tətbiq edə bilərsiniz ki, orqanizm daha tez bərpa olunsun.
2023-05-01 21:17:00
"Bu gün Anarın çıxışını izlədim. Onu 25 ildir tanıyıram və dostluğumuz şou-biznesə bağlı deyil. O zamanlar Anar da, mən də məşhur deyildik. Amma bu gün ikimiz də şou-biznesdə kifayət qədər söz sahibiyik. Anara bildirmək istəyirəm ki, Aygün Kazımova 30 ilin hər zaman tələb olunan, aktual və ilklərə imza atan müğənnisi olub".
2023-05-01 21:11:00
ANAMA vətəndaşlara müraciət edib.
2023-05-01 21:06:00
Qida insanın rifahı və sağlamlığında həlledici rol oynayır, eyni zamanda insanın yeməkdən sonra nə etdiyi də vacibdir.
2023-05-01 20:48:00
Müğənni İrem Derici növbəti dəfə sevgilisi ilə bağlı paylaşım edib.
2023-05-01 20:36:00
"Əmək Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq, yeni güzəştlərin tətbiqi mexanizmi hazırdır. Belə ki, yeni dəyişikliklərlə işğaldan azad olunan ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulur".
2023-05-01 20:34:00
"Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb".
2023-05-01 20:30:00
"Kişidirsə, yerini desin, nömrəsini qoysun, gəlim…"
2023-05-01 20:24:00
Tez-tec imic dəyişikliyi və dəbdəbəli geyimləri ilə gündəmdən düşməyən türk musiqi sənətinin divası Bülent Ersoy uzun fasilədən sonra yenidən kazino səhnəsinə çıxıb. Maslak Yeni Kazinoda heyranları ilə görüşən sənətkar ağ libası ilə gəlinə bənzədilib.