Xəbərlərin siyahısı

Rusiya ilə uzunmüddətli qarşıdurmaya

2023-02-18 08:38:00

Avropa müdafiə olunmaq istəyirsə, özünü silahlandırmalı və burada istehsal potensialını sürətləndirməlidir.

Qastrinoma

2023-02-18 08:35:00

Qastrinoma mədəaltı vəzin qastrin hormonunun həddindən çox ifraz edilməsinə səbəb olan xərçəng xəstəliyidir.Qastrinoma 90% bədxassəli şiş sayılır.O mədə və on iki barmaq bağırsağa,yumurtalıqlara,qaraciyərə metastaz verə bilir. Qastrinoma mədəaltı vəzin adacıqlarından inkişaf etməyə başalayır, amma, mədəaltı vəzdən çox ətraf toxumalarda öz patoloji təsirini göstərir.Xəstəliyə yalnız metazların olması zamanı diaqnoz qoymaq olur.Qastrinoma yavaş-yavaş inkişaf edən və qısa müddətdə xəstənin ölümünə səbəb olmayan şiş toxumasıdır. Xəstəlik mədə divarındakı sinir hüceyrələrinə təsir edərək mədə turşuluğunu artırır ph-ın miqdarının azaldır.Xəstəliyin əsas əlaməti mədə turşuluğunun həddindən artıq olmasıdır. Mədədə baş verən trofik dəyişikliklər bəzən mədədə qansızmalara səbəb ola bilir.Bəzi hallarda mədə və mədəaltı vəzin funksiyaları ilə əlaqədar olaraq xəstədə ishal baş verir. Xəstələrin çoxunda qarın ağrısı və mədənin intersistal hissəsində yüngül sancılar baş verir,Xəstələrin əksəriyyətində reflyuks əlamətləri müşahidə edilir. Qastrinomanın müalicəsi cərrahi yolla aparılır.Xəstəlik vaxtında aşkar olunduqda və şiş toxumasının ölçüsü kiçik olduğu zaman medikamentoz müalicə metodlarından istifadə edilir.Xərçəngin bu forması ilkin əlamətlər başlandıqdan 5 il sonra metastaz verməyə başlayır.Bu müddət ərzində müalicə tədbirləri görülərsə 20% xəstələrdə sağalma müşahidə oluna bilir.

Bakıda 45 yaşlı qadını avtomobil

2023-02-18 08:34:00

Bakının Səbail rayonunda 45 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş.

Fransa Ukraynaya əlavə "Caesar"lar

2023-02-18 08:32:00

Paris silah istehsalını sürətləndirdi, bununla əlaqədar Kiyev "Caesar" əlavə özüyeriyən artilleriya sistemlərinin sürətlə çatdırılmasına ümid edə bilər.

Öd kisəsi xəstəliklərinin müxtəlifliyi

2023-02-18 08:31:00

1. Xroniki kalkulyoz xolesistit. Xroniki kalkulyoz xolesistitin kliniki şəkli saşsız xolesistitin kliniki şəklinə yaxındır. Xəstəlik özünü aşağıdakı simptomlarla biruzə verir: - sağ qabırğa altında intensiv ağrılar - palipasiyada öd kisəsinin qıcıqlanması. Xəstəlik  bir-neçə gün ərzində artan mülayım ağrılarla özünü bəlli edir. Öd daşı xəstəliyinin kəskin və xroniki kalkulyoz xolesistitin kəskinləşməsi mərhəlsinin diaqnostikası anamnestik məlumatlara, obyektiv müayinələrin nəticələrinə, laborator və instrumental müayinə metodlarına əsaslanaraq qoyulur. 2. Ödün fiziki-kimyəvi dəyişiklikləri. Bu mərhələ zamanı öd daşı xəstəliyinin diaqnostikası duodenal zondlamada alınan kisə ödünün müayinəsinin nəticələrinə əsaslanır. USM-in də nəticələri diaqnozun qoyulmasında rol oynayır. Ödalma zamanı aşağıdakılar aşkar edilir: * Müayinədə xolesterinin miqdarının artması, fosfolipidlərin və xolatoxolesterin əmsalının azalması aşkar edilir. * Ödün mikroskopiyasında çoxlu miqdar xolesterin, kalsium bilirubinat kristalları tapılır ki, bu da ödün kolloid davamsızlığına dəlalət edir. * USM müayinəsi zamanı ödün qeyri-həmcinsliyi, kiçik amplitudlu ultrasəs siqnalları törədən hissəcikləri aşkar etməyə imkan verir. 3. Daşdaşıyıcılıq mərhələsi. Xəstəliyin bu stadiyasının diaqnozu rentgenoloji (xolesisto və xolangioqrafiya) müayinənin və USM-in nəticələrinə əsaslanaraq qoyulur. Müalicə həm cərrahi, həm də dieta ilə aparılır. Müalicə metodunun seçilməsi xəstəliyin ağırlıq dərəcəsindən və mərhələsindən asılıdır. Dietoterapiya zamanı xəstələrə xəstəliyin bütün mərhələlərində kalorili və xolesterinli qidalar istisna olmaqla gün ərzində 4-6 dəfə qidalanma məsləhət görülür. Xəstələrə hisdə qızardılmış qidalar, piylər, kəskin və ədviyyatlı qidalardan uzaq durmaq tapşırılır. Xəstələrə bitki yağlarından istifadə etmək məsləhət görülür. Öd sancıları zamanı 2-3 gün aclıq verilir.

İran üçün geosiyasi fəlakət:

2023-02-18 08:30:00

"İran Zəngəzur üçün geosiyasi fəlakətdir". Bu iddia son iki ildə İranda intensiv şəkildə gündəmə gətirilir və həm 44 günlük müharibədən sonra bölgədə yaranmış reallıqlara, həm də Azərbaycana qarşı addımlarda "arqument" olaraq göstərilir.

Türkiyədə zəlzələ bölgəsində tikinti

2023-02-18 08:28:00

Zəlzələdən zərər çəkmiş 10 vilayətdə məskunlaşma sahələri müəyyən edilib. Bütün komandalarımız bu ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır. Tikiləcək yaşayış binaları 3-4 mərtəbədən artıq olmayacaq.

Brusellyoz

2023-02-18 08:25:00

Brusellyoz-uzun müddətli qızdırma ,hərəki-dayaq , sinir ,ürək damar və orqanizmin digər sistemlərini zədələnməsi ilə xarakterizə olunan kəskin və ya xroniki infeksiyon xəstəlikdir. Brusellanın törədicisinin 6 müstəqil növü var. Səbəbləri. Brusellyoz tipik zoonoz infeksiyadır .Brusellyozla müxtəlif ev heyvanları - inəklər,donuzlar,qoyunlar və s. xəstələnirlər.İnsanın yoluxması xəstə hevanların doğuşu,yunun qırxılması zamanı , həmcinin yoluxmuş ət, süd,pendir və digər qida məhsullarından istifadə etdikdə baş verir. Simptomları: Əsas əlamətləri temperaturun yüksəlməsi , tərləmə ,baş ağrıları, tez yorulma , oynaqlarda ağrılar iştahanın pozulması və s. ibarətdir. Brusellyoz üçün hepatolienal sindrom xarakterikdir . Qaraciyər və dalaq qabırğa qövsündən kənara çıxır, əllədikdə ağrılı və yumşaq olur. Ağır hallarda və uzun müddətli xroniki gedişində ürək- damar sistemində dəyişikliklər qeyd olunur. Ürəyin hüdudları genişlənir , tonları karlaşır, bəzən ürəyin zirvəsində küy eşidilir. Diaqnostika: Brusellyozun diaqnozu kliniki,epidemioloji və laborator göstəricilər əsasında qoyulur. Xəstələrdə brusellaların tapılması diaqnozu təsdiq edir. Diaqnostikanın tezləşdirmək üçün əşya şüşəsi üzərində Xeddelson reaksiyası qoyulur. Bundan əlavə dəridaxili Bürne allergik sınağından geniş istifadə olunur. Bu sınaq spesifik hesab olunur . Müalicəsi : Kəskin dövrdə antibiotiklər 7-10 gün müddətində təyin olunur. Bununla yanaşı vaksinoterapiya aparılır. Bu məqsədlə öldürülmüş brusellyoz vaksinindən istifadə olunur. Vaksinoterapiya 8-10 infeksiyadan ibarətdir. Profilaktikası: Profilaktikası - tibbi sanitar veterenar və təsərüffat sahələrini əhatə edir. Xəstə heyvanlar aşkar olunmalı, iri və kiçik buynuzlu heyvanlarda brusellyoz əleyhinə vaksinasiya aparılmalı, heyvandarlıq təsərüffatı sağlamlaşdırılmalıdır.

Bayden Varşavada NATOnun şərq cinahının liderləri ilə

2023-02-18 08:24:00

ABŞ prezidenti Co Bayden Varşavaya gözlənilən səfəri çərçivəsində NATO-nun şərq cinahının liderləri ilə görüşmək niyyətindədir.

Qıcıqlanmış bağırsaq sindromu

2023-02-18 08:21:00

Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı və ya diskomfortla təzahür edən funksional pozğunluqların davamlı cəmidir. Bu nəcisin tezliyinin və konsentrasiyasının dəyişilməsi ilə müşahidə edilir. Qıcıqlanmış bağırsaq sindromundə bağırsaq funksiyasının pozğunluğunun ən azı iki davamlı simptomu birgə olur: * nəcisin ifrazı tezliyinin dəyişməsi * defekasiya aktının özünün dəyişkinliyi * nəcisin konsentrasiyasının dəyişkənliyi * selikli nəcisin ifraz olunması * meteorizm. Bu pozğunluqlar son 12 ay ərzində, 12 həftədən az olmayaraq davam edərsə, qıcıqlanmış bağırsaq sindromu diaqnozu öz təsdiqini tapmış olur. Defekasiya aktının pozğunluqları arasında imperativ çağırışlara, tenezmlərə, bağırsağın tam boşalması hissinə, defekasiyadan əlavə gücənməyə böyük əhəmiyyət verilir. Patoloji prosesə başlıca olaraq yoğun bağırsaq cəlb olunur. Xəstəlik insanlar arasında geniş yayılmış xəstəliklərdəndir. Dünya statistikasının hesablamalarına görə dünya əhalisinin 20%-ə qədəri qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2-4 dəfə çox xəstələnirlər. Xəstəliyin əmələ gəlməsinin səbəbləri kimi aşağıdakılar əsas götürülür: * Xəstəliyin inkişafında şəxsiyyətin tipi böyük əhəmiyyətə malikdir. Pasiyentlər üçün isterik, aqressiv reaksiyalar, depressiya, asılılıq, kansentrofobiya, ipoxondrik təzahürlər xarakterikdir. * Bağırsaq funksiyasının tenzimində iştirak edən bioloji aktiv maddələrin (serotonin, histamin, bradsikinin, xolesistokinin, neyrotenzin, vazoaktiv intestinalpolipeptidlər, enkefalinlər və endorfinlər) tarazlığının pozulması əhəmiyyətli rol oynayır. * Xəstəliyin əmələ gəlməsində rejim və qidalanma xarakteri mühüm rol oynayır. Qeyri-müntəzəm qida qəbulu, rəfinə olunmuş qidaların  həddindən çox qəbulu bağırsağın mator-evakuator fuksiyasının, mikroflorasının dəyişməsinə, bağırsaqdaxili təzyiqin artmasına səbəb olur. * Qıcıqlanmış bağırsaq sindromunun inkişafında sonradan əmələ gələn bağırsaq disbakteriozunun yaranmasına səbəb olan keçirilmiş bağırsaq infeksiyaları da böyük əhəmiyyətə malikdir. Qıcıqlanmış bağırsaq sindromunxa xəstələrin şikayətləri qarında baş verən ağrılardan olur. Ağrılar küt, təzyiqedici gərilmədən tutmuş, dözülməz tutmaşəkilli ağrılara qədər ola bilir. Ağrılar qaraciyər və dalaq nahiyyəsinə irradiasiya edə bilirlər. Ağrının əmələ gəlməsi qidanın qəbulu, stress, fiziki gərginliklə bağlı olur. Xəstələrdə qəbizlik olur, xəstədə defekasiyaya çağırışlar saxlanılır, lakin bağırsağın tam boşalması hissi olması xəstəni tərk etmir. Meteorizm və qarının köpməsi disbakterioz nəticəsində bağırsaqlarda qıcqırma və çürümə prosesinin artmasına səbəb olur. Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə dərman preparatları və bəzi məhsulların qida rasionundan çıxarılmasından ibarətdir. Bu qidalara aşağıdakılar aiddir: - süd - qazlı içkilər - heyvani yağlar - kələm - paxlalılar - alkohol.

Şahbaz Xuduoğlu: “Məni öz qabiliyyətinə uyğun kim təhqir edir, etsin...” –

2023-02-18 08:20:00

"Qanun" Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Zaxarovadan Çinə: Ukrayna danışıqları

2023-02-18 08:18:00

Ukrayna ABŞ-ın göstərişi ilə Rusiya ilə danışıqları bloklayıb.

Mədə polipi

2023-02-18 08:15:00

Mədə polipi mədənin xoşxassili şiş xəstəliyidir Xəstəlik özünü mədədə əmələ gələn adenomatozlarla biruzə verir.Poliplər mədə divarının epitel toxumasında əmələ gəlir, hiperplastik olub mədənin içərisinə doğru boyüyür. Adenomatoz poliplər(adenomalar) adətən təsadüfən rentgenoloji müayinə nəticəsində aşkar edilir.Poliplər bəzən qanaxmaya,bağırsaq fəaliyyətinə dəyişikliklərə, qarında ağrılara səbəb ola bilir.Poliplər xoşxassəli hesab edilsələr də onların xərçəngə çevrilmə riski böyük hesab edilir.Mədəsində polip olan insanların 30%-nin bağırsaqlarında da poliplər meydana gəlir.Xəstəliyə tez-tez rast gəlinir, uşaqlarda böyüklərə nisbətən daha çox baş verir. Xəstəliyin əmələ gəlmə səbəbi kimi mədənin divarındakı degenerasiya prosesinin pozulması, qastritin olması əsas götürülür.Amma, irsi meyilliliyin olması da danılmır. Mədənin polip xəstəliyinə diaqnozun qoyulmasında rentgen müayinəsi, qastroskopiya ilə bərabər, poliplərdən alınmış biopsiyanın nəticələri əsas götürülür. Mədə polipi iki cür olur: - hiperplastik - adenomatoz Poliplər histoloji müayinənin nəticələrinə görə aşağıdakı növlərə ayrılır: a) papilyar adenoma və ya barmaqşəkilli böyümüş polip b) tubulyar adenoma c) papilotubulyar adenoma Mədə polipinin xəstəyə verdiyi narahatlıqlar polipin ölçüsünə və növünə uyğun olaraq dəyişir. Mədə polipi zamanı xəstədə aşağıdakı əlamətlər özünü göstərir: - yeməkdən sonra ağırlıq hissi - hıçqırıq

Neftçalada Mercedes yanıb

2023-02-18 08:14:00

Neftçala şəhərində minik avtomobili yanıb.

23 ölkənin xilasediciləri

2023-02-18 08:13:00

88 ölkə zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı Türkiyəyə yardım edib.

Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi

2023-02-18 08:12:00

Bu il Xocalı faciəsindən 31 il keçir. Müasir tariximizin yaralı səhifələrindən biri olan Xocalının dinc əhalisinə qarşı törədilmiş amansız soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, 2023-cü ilin 15 fevral tarixində Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi Brüsseldə dünya şöhrətli foto-jurnalist Reza Deqatinin "Xocalı: Yaralı ruhlar" foto-sərgisini təşkil etmişdir.

Türkiyə dostluq qapısını açdı: Ermənistana yalnız

2023-02-18 07:58:00

Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-a müsahibə verib.

Azərbaycan XİN Tacikistana

2023-02-18 07:55:00

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Nazirliyinə bu ölkədə baş verən qar uçqunu nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib.

Qaraciyərin piy distrofiyası

2023-02-18 07:51:00

Qaraciyərdə qlikogen ehtiyatı ilə piy ehtiyatı arasında tərs mütənasiblik var. Onlardan birinin artması digərinin azalmasına səbəb olur. Normal halda qaraciyərin quru kütləsinin 5%-ə qədərini piylər təşkil edir. Lakin xəstəlik nəticəsində burada piylərin miqdarı 50-60%-ə çata bilir. Buna qaraciyərin piy infiltirasiyası deyilir. Piy infiltirasiyası qaraciyərin funksiyasını kəskin surətdə zəiflədir. İnfiltirasiyanın inkişaf etməsinin əsas səbəbləri aşağıdakılardır: - karbohidratlarla və yağlarla zəngin qidaların qəbulu - orqanizmdə karbohidratlardan piylərin sintezinin sürətlənməsi - piy depolarında olan yağların sürətlə səfərbərliyə alınıb qaraciyərə gətirilməsi - piylərin qaraciyərdən başqa toxumalara nəql olunmasının pozulması - qaraciyərdə yağ turşularının katobolizminin sürətinin zəifləməsi. Qaraciyərdən piy distrofiyasının nəql olunmasının pozulması, qaraciyərin ağır xəstəlikləri zamanı baş verir. Onun inkişaf mexanizmində lipotrop amillərin və tərkibində bir-neçə ikiqat rabitə olan üzvi turşuların çatışmazlığı, həmçinin antilotrop amillərin və xolesterolun artıq miqdarda qəbul edilməsi əsas rol oynayır. Lipotrop amillərin çatışmazlığı nəticəsində qaraciyərdə fosfolipidlərin sintezi pozulur. Bu zaman neytral yağlar suda yaxşı həll olduğuna görə asanlıqla qana keçir və qaraciyərdə toplanır.

Yeni tikiləcək binalar 34 mərtəbədən

2023-02-18 07:45:00

"Zəlzələdən zərərçəkən 10 əyalətdə məskunlaşma sahələri təyin olundu. Bütün komandalarımız bu ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır".

Xroniki atrofik qastritin müalicəsi

2023-02-18 07:41:00

Qastritin bu növünün dərman terapiyasını yalnız xəstəliyin kəskinləşmə dövründə aparırlar. Müalicə zamanı mədənin sekretor çatışmazlığının əvəzləyici terapiyası əks göstəriş sayılır. Bu terapiyaya natural mədə şirəsi, pepsidil, pepsinlə duz turşusu, asidinpepsin aiddir. Xəstəlik zamanı mədəaltı vəzin ekskretor funksiyası azaldıqda əvəzləyici terapiya təyin edilir. Məsələn, xolenzim, hemisellioza + öd komponentləri + pankreatin(festal), mezim forte, panzinorm forte, pankreatin. Xroniki atreofik qastrit xəstəliyinin müalicəsi zamanı xəstələrə vitamin B12 və ya fol turşusu təyin edilir. Qastritin müalicəsində fitoterapiyanın da böyük rolu vardır. Bu zaman xəstələrə iltihabəleyhinə təsirə malik bitki şirələrindən istifadə etmək məsləhət görülür. Bu bitkilər aşağıdakılardır: - bağayarpağı yarpaqları - çobanyastığı çiçəkləri - nanə (cövhər şəklində) - valerian (cövhər şəklində). Müalicə zamanı toxumaların trofikasının yaxşılaşdıran və reperativ prosesləri gücləndirən dərman preparatlarından da istifadə edilir (nikotin, riboksin). Xroniki atrofik qastritin müalicəsi zamanı mərkəzi və periferik dofamin reseptorlarının blokatorları ağrılarda və kəskin ifadə olunan dispeptik təzahürlərdə istifadə edilir. Xəstəliyin həm kəskinləşmə və həm də xroniki halında müalicə ilə yanaşı xəstələrə pəhrizə riayət eləmək məsləhət görülür. Son.az

Zəlzələ günü doğuldu, 24 il sonra zəlzələdə

2023-02-18 07:35:00

17 avqust 1999-cu il Gölcük zəlzələsi günü Qaziantepdə dünyaya gələn Osman Enes Baştürk Nurdağı rayonundakı evinin dağıntıları altında qalaraq həyatını itirib. Osman Enes Baştürkün 24 illik həyatı zəlzələ ilə başlayıb, zəlzələ ilə bitib.

Qarın yatalağı

2023-02-18 07:31:00

Qarın yatalağı-əvvəlcə bağırsağı, sonra isə qara ciyəri, öd kisəsi, dalağı zədələyən baktreial infeksion xəstəlikdir. Ümumi məlumat: Bu xəstəlik güclü yoluxucu xəstəlikdir, su və qida ilə orqanizmə daxil olur. Belə adam sağaldıqdan sonra da uzun müddət bakteriya daşıyıcısı olur. Səbəbləri: Törədicisi Salmonella typhi-dir. Sanitar-gigiyenik şəraiti pis olan rayonlarda tez yayılır. Qarın yatalağı epidemiyaları mümkündür.

Şahbaz Xuduoğlunun təklifinə sərt təpkilər:

2023-02-18 07:28:00

Xəbər verdiyimiz kimi, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun feysbuk sosial şəbəkəsində bu cümlə ilə başlayan statusu etiraz doğurub.

“Dünyanın ilk işıqlandırılan küçəsi”

2023-02-18 07:25:00

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Hatayda "dünyanın ilk işıqlandırılan küçəsi" kimi tanınan Kurtuluş küçəsi dağılıb.

Talıbovun İrana torpaq bağışlaması yalandır –

2023-02-18 07:23:00

Bir müddət öncə ölkə mətbuatında təxminən il yarım əvvəl Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarını İran bağışlaması barədə məlumat yayılmışdı.

Xroniki hepatit xəstələrinə ümumi tövsiyə və pəhriz

2023-02-18 07:21:00

Xroniki hepatitin yüksək aktivli kəskinləşməsində xəstələrə yataq rejimi təyin edilir. Mülayim və minimal gedişli xroniki hepatitdə isə fiziki və emosional gərginliyin məhdudlaşdırılması məsləhət görülür. Kəskinləşmiş xroniki hepatit xəstələrinə aşağıdakılar əks-göstəriş sayılır: - vaksinasiya - insolyasiya - isti prosedurlar - soyuqlama. Bunlardan başqa hepatit xəstələrinə peşə və məişət zərərlərinin aradan qaldırmaq məsləhət görülür. Hepatit xəstələrinin pəhrizi 100-200 qram zülal, 80-100 qram yağ, 400-500 qram karbohidrata malik olmalıdır. Qaraciyər ensefalopatiyasında heyvani zülalların, assitdə isə duzun miqdarı azaldılmalıdır. Xroniki hepatit xəstələrinə xəstəliyin kəskinləşmə dövründə aşağıdakı qida məhsullarından uzaq durmaq tövsiyə edilir: - qızardılmış və qovrulmuş qidalar - sərt qida məhsulları - qıcıqlandırıcı ədviyyatlar - spirtli içkilər - sintetık qida məhsulları - geni dəyişdirilmiş qida məhsulları - yağlı və gec həzm olunan qidalar.

İranda zəlzələ

2023-02-18 07:15:00

İranda 4,3 bal gücündə  zəlzələ  baş verib.

Ezofaqit

2023-02-18 07:11:00

Ezofaqit qida borusunun iltihabı olub, həzm sistemi üzvlərinin geniş yayılmış xəstəliklərindən biridir. Xəstəliyin 3 növü ayırd edilir: - yarımkəskin - kəskin - xroniki. Xəstəliyin əmələ gəlməsinə həddindən artıq isti və qaynar qidaların qəbulu, qida borusunun kimyəvi maddələrlə zədələnməsi (yod, sirkə turşusu və s.) və bəzi infeksion xəstəliklərin qida borusunun selikli qişasını zədələnmələridir. Bəzi hallarda radiasiya şüalanmaları və qida borusunun travmaları da qida borusunun selikli qişasının zədələnməsinə və iltihabına səbəb ola bilir. Travmalar balıq sümüyü və ya hansısa yad cismin qida borusuna düşməsi zamanı baş verir. Yarımkəskin və xroniki ezofaqitin əmələ gəlməsinə aşağıdakılar səbəb olur: - qaynar, kəskin qidalar, spirtli içkilər - qida allergiyaları - stenoz zamanı qidanın qida borusunda qalması ( divertikulitlər zamanı baş verir) - qida borusunun xərçəngi. Ezofaqitin reflyuk səbəbli əmələ gəlməsinə də daha tez-tez rast gəlinir. Ezofaqit morfologiyasına görə müxtəlif olur: - kataral - eroziyalı - hemoragik - psevdomembran formalı - nekrotik - abvsesli. Ezofaqit xəstəliyinin əlaməti xəstəliyin formasından və onu əmələ gətirən səbəbdən asılıdır. Ezofaqitin ümumi əlamətlərinə qida borusunda qaşınma hissinin olması, udulmuş qidanın çətinliklə qida borusundan keçməsidir. Xəstəliyin hemoragik formasında qusuntu kütləsində qan aşkar edilə bilir. Ezofaqitin abses forması zamanı rentgenoloji müayinədə iltihabı zona aşkar edilir. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Barium sulfat içərək rentgen müayinəsində diaqnoz qoymaq mümkündür. Ezofaqitin abses formasının müalicəsi cərrahi yolladır. Digər növlərini isə uzun müddət pəhriz saxlayaraq və həkimin göstərişlərinə əməl edərək müalicə etmək mümkündür.

Sağyaşar da zərərçəkənlər üçün məktəb

2023-02-18 07:05:00

Türkiyənin məşhur prodüser və aktyoru Burak Sağyaşar da zəlzələ bölgəsində zərərçəkənlərə yardım etməyə başlayıb.

Öd kisəsində diskineziya ağrıları

2023-02-18 07:01:00

Öd kisəsində diskineziyalar sağ qabırğa altına və qarının sağ yarısında tez-tez əmələ gələn, tutmaşəkilli ağrılarla xarakterizə olunur. Ağrı sindromu adətən pəhriz pozğunluğundan və psixi-emosional gərginlikdən sonra meydana çıxır. Ağrılar qəfildən başlayır və artır. Ağrılar yeməkdən bir saat və daha çox sonra əmələ gəlir və güclənir. Öd kisəsi xəstələrində ağrılar aşağıdakı qidaların qəbulundan sonra başlayır: - yağlı - kəskin - soyuq xörəklər - ağır xörəklər. Xəstələrin çoxu ürək nahiyyəsində ağrının və ürəkdöyünmənin olmasından şikayət edirlər. Ağrılar sağ kürəyə, çiyinə irradiasiya edə bilir. Bəzən ağrı tutmaları ürəkbulanma,qusma,bağırsağın funksional pozğunluqları,qəbizlik ilə müşayət olunur. Bəzən belə xəstələrdə aşağıdakı əlamətlər də özünü göstərir: - hipotenziya - ürəkdöyünmə - artmış qıcıqlılıq - yuxunun pozulması - çox tərləmə - baş ağrıları. Öd kisəsi diskineziyası zamanı həzm orqanlarının digər funksional dəyişikliklərinə də rast gəlmək mümkündür. Bunlara aiddir: - pilorospazm - mədənin hipokineziyası - duodenostos - yoğun bağırsağın hipo-hiperkineziyası. Obyektiv müayinədə öd kisəsi nahiyyəsində ağırlıq hiss edilir. Ağrı tutmalarından sonra bir müddət sağ qabırğaaıtı nahiyyədə ağırlıq hissi qalır. Ağrı tutmaları deşici və güclü olur. Xəstələr çox vaxt iştahanın azalmasından, hava ilə gəyirmədən və ağızda acılıq hissindən şikayət edirlər.

Türkiyəli nazirin canlı yayımda duyğulu anları VİDEO

2023-02-18 06:52:00

Türkiyənin daxili işlər naziri Süleyman Soylu "CNN Türk" televiziyasında Əhməd Hakanın suallarını cavablandırarkən duyğulu anlar yaşayıb.

Brusellyoz

2023-02-18 06:04:00

Xəstəliyi qrammənfi Brusella bakteriyaları törədir. Əsas infeksiya qaynağı xəstələnmiş heyvanlar, (iri və xırdabuynuzlu mal-qara) təşkil edirlər. Yolxuma kontakt, alimentar, hava-damcı yolu ilə baş verir. Patogenezi: Brusellalar orqanizmdə hematogen, limfogen yolla yayılırıar. Xəstəliyin kəskin fazasında mərkəzi sinir sistemində serroz - hemorragik iltihabi hallar aşkar edilir. Sinir köklərində, periferik sinirlərdə, simpatik düyünlərdə iltihabi dəyişikliklər olur. Klinikası: Xəstəliyin inkubasiya dövrü 2-4 həftə təşkil edir. Xəstənin temperaturu 40 dərəcə C-ə yüksəlir, üşütmə, tərləmə, oynaq və əzələ ağrıları, yuxusuzluq, baş ağrısı, limfa düyünlərinin böyüməsi baş verir. Çox vaxt burun qanaxmaları ilə hemorragik diatez müşahidə olunur. Sonra xəstəlik kəskin fazadan xroniki fazaya keçir. Bu zaman xəstədə ümumi intoksikasiya əlamətləri azalır, ancaq xəstənin daxili üzvlərində zədələnmə əlamətləri üstünlük təşkil edir. Brusellyoz zamanı sinir sisteminin bütün şöbələri ( mərkəzi, periferik, vegetativ) zədələnir. Vegetativ sinir sisteminin zədələnməsi xəstənin dərisinin qurumasına, tüklərin tökülməsinə, dırnaqlarının kövrəkləşməsinə, arıqlamasına, osteoporoza səbəb olur. Brusellyozun nevroloji təzahürləri uzun müddət ərzində residivləşə və yaxşılaşa bilir. Diaqnostikası: Qanda laborator müayinələr zamanı mikrobun müayinəsinin müsbət nəticəsi zamanı təsdiq edilir. Müalicəsi: Brusellyozun kəskin və yarımkəskin formalarında xəstəyə antibiotiklər təyin edilir. Bundan başqa ümumi möhkəmləndirici vasitələr, simptomatik müalicələr də aparılır. Sinir sisteminin periferik zədələnməsi zamanı fizioterapevtik müalicənin aparılması məsləhət görülür.

Rusiyanın "kənd qızları"ndan cazibədar FOTOlar

2023-02-18 05:22:00

Dünyada xeyli model var. Lakin botokssuz, dolğu və əməliyyata ehtiyacı olmayan, Rusiyada qəsəbələrdə yaşayan kənd qızlarını görsəniz, yəqin deyərsiniz ki, bu qızlar modellərdən qat-qat gözəldirlər. Bu da sarışın, alagöz, ideal bədən forması ilə insanı cəlb edən, seksi kənd qızlarının fotoları...

Ezofagial simptomlar

2023-02-18 05:04:00

1. Qıcqırma. Qıcqırma əsas simptom hesab olunur. Bu döş sümüyü arxasında xərçəngəbənzər çıxıntıdan yuxarıya doğru yayılan, kəskin ifadə olunan yanğı hissi kimi qəbul olunur. Qıcqırma çox vaxt qida borusuna anasid mədə möhtəviyyatı atıldıqda olur. Qıcqırma adətən müəyyən məhsulların qəbulu, həddən çox yemək, fiziki yük, horizontal vəziyyət və bədənin önə əyilməsi zamanı baş verir. 2. Gəyirmə. Gəyirmə mədə möhtəviyyatının qida borusunun aşağı sfinkterindən qida borusuna və sonralar ağız boşluğuna düşməsi ilə əlaqədardır. Bu adətən ağızda aclıq və ya turş dad ilə müşayət olunur. Qıcqırma kimi gəyirmə də xəstənin uzanmış və ya önə doğru əyilmiş vəziyyətində meydana çıxır. 3. Disfaqiya. Disfaqiya qidanın udulması zamanı çətinlik hissidir. Bu ən çox qida borusunun diskineziyası, bəzi hallarda qida borusu selikli qişasının quruluğu ilə şərtlənir. 4. Ağızda həddindən artq salivasiya hissi. Simptom adətən qıcqırma ilə eyni vaxtda baş verir. 5. Döş sümüyü arxasında düyün hissi. Bəzi xəstələrdə döş sümüyü arxasında düyün hissinin olması çox ağır təzahür hesab olunur. Bu əlamət ən çox ezofageal reflyuks xəstəliyi zamanı baş verir. 6. Odinofaqiya. Bu qidanın qida borusu ilə çəkdiyi zaman ağrı hissinin olmasıdır.Bir qayda olaraq bu simptom qida borusu selikli qişasının kəskin ifadə olunmuş iltihabi zədələnməsi zamanı müşahidə edilir. Bu simptom da disfaqiya kimi qida borusunun xərçəngi ilə differensial diaqnostika tələb edir. 7. Epiqastrium və qida borusunda ağrı. Bu əlamət qida borusunun reflyuks xəstələrində daha çox rast gəlinir. Əlamət qida qəbulu ilə bağlı olmaya bilir və dəqiq differensial diaqnostika tələb edir (xüsusən də yaşlı şəxslərdə). 8.Hıçqırma. Hıçqırma çox vaxt xəstəliyin kəskin ifadə olunmuş əlaməti hesab olunur. Bu diafraqma sinirinin oyanması, diafraqmanın qıcıqlanması zamanı baş verir. 9.Qusma. Qusma adətən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı baş verir.

"Səhv addımım olmayandan sonra kim mənimlə qalmaqal edə bilər?"

2023-02-18 04:44:00

"33 dəqiqə muğam dəstgahı oxumuşam. Muğam ifaçısı olmuşam. Qızıl fondda saxlanılır. Bu gün muğam ifa etməsəm də hər muğam üstündə mənim mahnılarım var. Oynaq mahnıların öz yeri var, lirik mahnıların da öz yeri. Bəzən düşünürlər ki, ritmik mahnı oxusam toylarım çoxalar. Məni toylara lirik mahnılarıma görə dəvət ediblər. Bu çox səhv fikirdir. Gündəmdə qalmaq üçün edirlər. Kimisi qalmaqal edir, kimisi ona-buna söz atır. Mənim hələ bir dəfə də qalmaqalım olmayıb. Bilirsiniz niyə? Çünki hamı ilə məsafə saxlamışam, dostluq etmişəm. Səhv addımım olmayandan sonra kim mənimlə qalmaqal edə bilər?"

Qızılcayabənzər məxmərək

2023-02-18 04:03:00

Qızılcayabənzər məxmərək - kəskin virus infeksiyası olub, kiçik ləkəli səpgi, limfedenopatiya, qızdırma və hamilə qadınlarda dölün zədələnməsi ilə özünü göstərir. Qızılcayabənzər məxmərək virusunun orqanizmdə çoxalması hemolizin və neytrallaşdırma faktorunun sintezini aktivləşdirir, virusun çoxalması hüceyrəni zədələyir, xüsusən embrion mənşəli hüceyrələrdə xroniki infeksiya törədir. Xəstəliyin mənbəyi xəstə şəxslərdir. İnkubasiya dövrü səpginin 2-ci həftəsinə qədərdir. Daha uzun müddət ərzində də xəstə yoluxucu olur. Xəstəliyin subkliniki formasına yoluxmuş şəxslər və anadangəlmə məxmərəyi olan uşaqlar daha çox təhlükəlidir. Ana bətnində uşaqların yoluxmasına görə xəstəlik hamilə qadınlar, yaşlılar üçün çox təhlükəkidir. Təbii şəraitdə virus orqanızmə tənəffüs yollarından keçir. Virus orqanizmə daxil olduqdan sonra virusemiya baş verir və hemotogen olaraq bütün daxili orqanlara, dəriyə və limfa düyünlərinə yayılan virus onları dəyişikliyə uğradır. Hamilə qadınlarda isə virus embrionu zədələyir, onun inkişafını pozur. Əgər xəsətəlik dölü tələf etməsə, doğulan uşaq anadangəlmə eybəcərliklərlə doğulur. Ana bətnində uşaq olan zaman qızılcayabənzər məxmərək xəstəliyi keçirirsə ölü uşaqdoğma da baş verə bilir. Əgər uşaq tələf olmayıb sağ qalsa o zaman virus mitoz prosesi pozur, xromosom dəyişiklik əmələ gətirir və beləliklə uşağın əqlı və fiziki inkişafı ləngiyir. KLİNİKASI: İnkubasiya dövrü 11-24 gün çəkir. Əksər hallarda xəstənin əhvalı az pozulduğundan qızılcayabənzər məxmərəyin ilk əlamətləri ekzantema olur. Xəstədə qızdırma, üşütmə zəif zökəm və öskürək əlamətləri qeyd olunur. Xəstənin limfa düyünləri böyüyür, iri noxud boyda  və bərk və ağrılı olur. Ekzantema xəstəliyin 1-3 günləri əmələ gəlir,ə vvəlcə üzdə, boyunda görünür və bir neçə saat ərzində bütün bədənə yayılır. Ən çox ətrafların sarğı sahəsində kürəklərdə yerləşir, bəzən dəridən hündürə qalxır, bir-birinə birləşmir. Səpgilər mərci boyda olur. Xəstəlik yaşlılarda daha ağır keçir. DİAQNOZU: Xəstəliyin diaqnozu qan analizlərinin nəticələrinə əsaslanaraq təsdiq olunur. MÜALİCƏSİ: Müalicəsi simptomatik aparılır, xəstələrə allergiya əleyhinə dərmanlar, hormonlar təyin edilir.

Zümrüd Bədəlova onu sevirmiş

2023-02-18 03:22:00

Aparıcı Zümrüd Bədəlova türk aktyor Murat Yıldırımla bağlı paylaşım edib.

Öddaşı xəstəliyinin kliniki şəkli

2023-02-18 03:03:00

Öddaşı xəstəliyində orqanizmdə fiziki-kimyəvi dəyişikliklər və xəstəliyin kliniki təzahürləri nəzərə çarpmır. Öd kisəsində olan daşlar çox vaxt digər xəstəliklərə qarşı yoxlamalar zamanı aşkarlanır. Bəzən isə öd kisəsində olan kiçik bir daş belə gərginlik yaradır və öz əlamətlərinin göstərir. Buna görə də öddaşı xəstəliyinin simptomları aşağıdakılardan asılı olur: - daşların sayından - daşların ölçüsündən - daşların yerləşməsindən - iltihabi prosesin aktivliyindən - öd çıxarışı sistemin funksional vəziyyətindən. Öd kisəsinin cismi və dibində yerləşən daşlar kisənin boynuna və kisə axacağına düşməyənə və iltihablaşmayana qədər klinik olaraq özülərini biruzə vermir. Daş öd axarına düşdükdə sancı tutmaları verir, iltihablaşdıqda isə xolesistit əlamətləri meydana çıxır. Öddaşı xəstəliyi öz əlamətlərini yağlı, kəskin, ədviyyatlı, hisə verilmiş qidanın qəbulu, fiziki və emosional gərginlikdən sonra, infeksiya olduqda, əyilmiş vəziyyətdə durduqda biruzə verir. Bu zaman ağrı sağ qabırğaaltında əmələ gəlir, sağ kürək və kürəkaltı nahiyyəyə irradiasiya edir. Bəzən ağrılar atipik əlamətlərlə ortaya çıxır. Belə ki, bəzən xəstələrin bel və ürək nahiyyələrində ağrılar meydana çıxa bilir. Ağrı epiqastral nahiyyədə olduğu zaman meteorizm və dəyişkən nəcis ifrazı ola bilir. Öddaşı xəstəliyinin sancısı bəzən temperaturla müşahidə edilir. Bu adətən iltihab və intoksikasiya olduqda baş verir. Öddaşı xəstəliyi zamanı obyektiv müayinədə qarının köpməsi, qarının ön divarının gərginləşməsi, öd kisəsi nahiyyəsinin ağrılı olması müşahidə edilir. Diaqnozun qoyulmasında rentgenoqrafiyanın, USM-in nəticələri əsas götürülür.

Olqa çimərlik geyimində şəkillərini yaydı FOTO

2023-02-18 02:44:00

Rus teleaparıcı və müğənni Olqa Buzova çimərlik geyimində şəkillərini yayıb.

Mədə və onikibarmağın xora xəstəliyində ağrıların kliniki şəkli

2023-02-18 02:02:00

Xora xəstəliyinin kliniki şəkli böyük polimorfizmlə xarakterizə olunur. Bu zaman ağrılar aşağıdakılardan asılı olur: - xora deffektinin lokalizasiyasından - xoranın ölçüsündən - xoranın dərinliyindən - mədənin sekretor funksiyasından - xəstənin yaşından. Xəstəliyin əsas simptomu sayılan ağrılar bir qayda olaraq ağrıların əmələgəlmə ritmi, qida qəbulu ilə bağlılığı və özünəməxsus zamanı var. Ağrılar 3 cür qeyd olunur, erkən, gecikmiş və s. Erkən ağrılar. Bu zaman ağrılar yemək qəbulundan 0,5 - 1 saat sonra meydana çıxır, intensivliyi tədricən artır, 2 saata yaxın saxlanılır, mədə möhtəviyyatının onikibarmaq bağırsağa evakuasiyasına uyğun olaraq itir. Erkən ağrılar mədə cisminin xorası üçün xarakterikdir. Mədənin kardial, subkardial və fundal şöbələrinin zədələnmələrində ağrı hissi qida qəbulundan sonra keçir. Gecikmiş ağrılar. Bu ağrılar qida qəbulundan sonra 1,5 - 2 saat sonra keçdikdə əmələ gəlir. Möhtəviyyat mədədən evakuasiya etdikcə tədricən güclənir. Bunlar mədənin pilorik şöbəsinin və onikibarmaq soğanağının xorası üçün xarakterikdir. Ac (gecə) ağrılar. Bu ağrılar yeməkdən 2,5 - 3 saat sonra əmələ gəlir və növbəti qida qəbulundan sonra yox olub itir. Bu ağrılar onikibarmaq xorası və mədənin pilorik hissəsinin xorası üçün xarakterikdir. Erkən və gecikmiş ağrıların müştərək olması mədə və onikbarmaq bağırsağın müştərək və ya çoxsaylı xoralarında müşahidə edilir. Ağrılar deşici, kəsici, burucu və ya küt ola bilir. Ağrıların dərəcəsi fəsadların olmasından asılıdır. Mədə və onikibarmağın xora xəstəliyində ağrıların lokalizasiyası, yara deffektinin yerləşməsindən asılıdır. Soğanaqdan kənar ağrılar zamanı onurğa və ya sağ kürəkaltı nahiyyədə ağrılar müşahidə edilə bilir. Bir çox xəstələrdə ağrılar müxtəlif nahiyyələrə irradiasiya edə bilir. Bu nahiyyələrə perikardial sahə, sol kürək, onurğanın döş qəfəsi, kürəkarası sahə və s. aiddir.

Sevda əriylə bu dəfə İndoneziyada VİDEO

2023-02-18 01:22:00

Bir neçə ay öncə ana olan müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla birgə bu dəfə İndoneziyaya yollanıb.

Kriptokokkoz

2023-02-18 01:01:00

Kriptokokkoz - mərkəzi sinir sistemini, bəzən ağciyərləri, dərini və selikli qişaları zədələyən dərin mikozlara aid xəstəlikdir. Xəstəliyi törədən göbələk mikrobları xarici mühitdə, müxtəlif ərzaq məhsullarında, atmosfer havasında olur. Kriptokokkozlar ilkin xəsarəti ağciyərlərdə və limfa vəzilərində əmələ gətirirlər. Xəstənin müqaviməti aşağı olarsa, kriptokokkoz ilk növbədə meningit törədir. Xəstəliyin gedişi ağır olarsa 10-25% hallarda ölüm baş verir. Xəstələrdə süstlük kimi əlamətlər baş verir. Xəstələrdə gecə tərləməsi, sufebril qızdırma, öskürək, selıkli, bəzən qanlı  bəlğəm ifrazı ilə gedir. Az hallarda klassik bronxopnevmoniya inkişaf edir. Dəridə və selikli qişalarda dəyişikliklər məhdud və yayılmış olur. Dəridə akneyəbənzər, burunun selikli qişasında xoralı - nekrotik zədələnmər tapılır. Göbələk kriptokokkemiya - hepatit, pielonefrit, miokardit, peritonit, splenit və s. iltihabi xəstəliklər törədir. DİOQNOZU: Kriptokokkları və onun antigenini qandan, sidikdən, yaxmadan, bioplatlardan tapmaq olur. Biokimyəvi və morfoloji müayinələrin nəticələri diaqnozun qoyulmasında böyük rol oynayır.

Emili yenə cazibədar bədənini nümayiş etdirdi VİDEO

2023-02-18 00:44:00

31 yaşlı model Emili Ratajkovski sosial şəbəkədə şəxsi brendi olan Inamorata-dan yeni çimərlik geyimi kolleksiyasını elan edib.

Günün qoroskopu: Yaşamdan şikayətlənməyə səbəb yoxdur

2023-02-18 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Rusiyadan Ermənistana “qazlı qulaqburma”

2023-02-17 23:57:00

Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərinin qismən bağlanması səbəbindən Ermənistana verilən qazın həcmi azalıb.

Zəlzələ bölgəsində 2602 uçuş qeydə alınıb

2023-02-17 23:52:00

Fevralın 6-dan indiyədək təbii fəlakət zonasında 65 təyyarə, 66 helikopter və 41 PUA-nın iştirakı ilə 2602 uçuş qeydə alınıb.

Mobil internetin ən ucuz və baha olduğu ölkələr

2023-02-17 23:46:00

Mobil internetin ən ucuz olduğu ölkə İsraildir - 1Gb üçün 0,04 dollar.

Sülhməramlılar iki karvanla Xankəndiyə “yardım” gətirdi

2023-02-17 23:41:00

Rusiya sülhməramlıları bu gün də Xankəndiyə humanitar yük gətirilməsini təmin edib.

Münxendə İran rejiminə etiraz: “Rədd olsun diktatura!”

2023-02-17 23:36:00

Fevralın 17-də Almaniyanın Münxen şəhərində yaşayan iranlılar şəhərin mərkəzi küçələrində İran rejiminə qarşı kütləvi etiraz aksiyası keçiriblər.