Xəbərlərin siyahısı

Bakı Kitab Mərkəzində 2ci Beynəlxalq Piano Festivalı çərçivəsində poeziya və musiqi gecəsi keçirilib

2023-06-22 16:52:00

Bakı Kitab Mərkəzində Poeziya və Piano Gecəsi keçirilib. Xalq artistləri Ülviyyə Hacıbəyli və Mehriban Zəkinin iştirakı ilə baş tutan gecə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 2-ci Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində təşkil olunub.

19 nəfəri alçaldıb videoya çəkənlər tələbə imiş

2023-06-22 16:26:00

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajla məşğul olan tələbələrdən ibarət dəstəyə hökm oxunub.

Müdafiə Nazirliyi daha bir məlumat yaydı

2023-06-22 16:18:00

Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə məlumata münasibət bildirib. 

Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı əmisi gəlinini... FOTO

2023-06-22 16:14:00

2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olur.  Dərhal hadisə yerinə çıxan polis əməkdaşları orada 1992-ci il təvəllüdlü Elşad Əsədovun meyitini aşkar edirlər. Araşdırma zamanı, onun qisas niyyəti ilə qətlə yetirilməsi məlum olur. Belə ki, hadisədən 3 gün əvvəl qarşılıqlı razılaşma əsasında Elşad Əsədov, yaxın qohumunun arvadı Aynur Əsədovanı qaçırıb. Hadisə yerinə toplaşan kənd sakinləri bildiriblər ki, Elşad Əsədova öz əmisi gəlinini qaçırdığı üçün öldürülüb. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycanlı və türkiyəli deputatlar telekörpüdə gündəmi müzakirə edib Milli Məclis və “Baku Network”un yeni layihəsi VİDEO FOTO

2023-06-22 15:56:00

Milli Məclis və "Baku Network" ekspertlər platformasının əməkdaşlığı çərçivəsində azərbaycanlı deputatlar Tural Gəncəliyev və Sevil Mikayılova parlamentin binasından telekörpü vasitəsilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK partiyadan olan millət vəkilləri Mustafa Canbəy və Osman Mesten ilə müzakirə aparıblar.

Köndələnçay su anbarının quruduğu doğrudur? AÇIQLANDI

2023-06-22 15:28:00

Sosial şəbəkələrdə Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının quruduğuna dair iddialar yayılıb.

Quru sərhədlərlə bağlı açıqlama: iyulun 1də...

2023-06-22 15:06:00

Məlumdur ki, Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyul ayının 1-nə kimi bağlı olması ilə əlaqədar qərar verib. Artıq həmin müddət bitmək üzrədir. 

Aysel keçmiş həyat yoldaşını biabır etdi tək qadın olmaq çətindir FOTO

2023-06-22 15:04:00

Bloger Aysel Şükür birinci həyat yoldaşından şikayət edib. 

"Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək"

2023-06-22 14:54:00

Bu gün Laçın rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki, bu, prokurorluğun tarixində çox mühim hadisədir.

Azərbaycan qazı Avropada enerji diversifikasiyasını təmin edə bilər Aİ

2023-06-22 14:40:00

Potensial olaraq Azərbaycan qazı Mərkəzi-Şərqi Avropada tədarüklərin təhlükəsizliyinin artırılmasında və enerji resursları mənbələrinin diversifikasiyasında rol oynaya bilər.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat FOTO

2023-06-22 14:36:00

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovnik Seymur Qaraşovu yeni vəzifəyə təyin edib.

Sevda ölümdən döndü

2023-06-22 14:29:00

Türkiyəli müğənni Sevda Demirel xəstəxanalıq olub. 

Daşkəsəndə təbiət hadisəsinin vurduğu ziyanla bağlı hamı səfərbər olub...

2023-06-22 13:56:00

Yol kənarında istinad divarının uçması nəticəsində nəqliyyatın hərəkəti müvəqqəti çətinləşsə də, ciddi fəsad baş verməyib.

Prezident: AzərbaycanQazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir

2023-06-22 13:47:00

Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir.

Karyerası altüst olan aktyor 3 ildən sonra boşandı

2023-06-22 13:45:00

Amerikalı aktyor Armand Duqlas Hammer və model Elizabet Çembers ayrılıq qərarı aldıqdan 3 il sonra boşanıblar.

Kirayə mənzillər bu səbəbdən BAHALAŞIR...

2023-06-22 13:34:00

Bakıda ildən-ilə kirayə mənzillərin qiymətində kəskin bahalaşma müşahidə edilir.

Bu, Ukrayna ilə bağlı strategiyamızdır

2023-06-22 13:23:00

Ukraynaya tədarük edilən silah növlərinin artırılması Vaşinqtonun Kiyevin təhlükəsizlik ehtiyaclarını qarşılayan strategiyasıdır.

Azərbaycanİran sərhədində silah səsləri:

2023-06-22 13:18:00

İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bakıda sərnişin avtobusu zəncirvari qəza törətdi

2023-06-22 13:14:00

Bakının Binəqədi rayonunda avtobus zəncirvari qəza törədib.

Azərbaycanda internet operator və provayderlərin uçota alınmasına başlanılıb

2023-06-22 12:56:00

2023-cü ilin yanvar ayından başlayaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) elektron sistem vasitəsilə ölkədə fəaliyyət göstərən internet operator və provayderlərin uçota alınmasına başlayıb.

Sabah Bakıda qısamüddətli yağış yağacaq PROQNOZ

2023-06-22 12:52:00

İyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

İllər sonra bir araya gəlib rəqs etdilər

2023-06-22 12:50:00

Türkiyənin əfsanəvi sənətkarları Türkan Şorayla Ediz Hun illər sonra bir araya gəliblər.

Putinin sözlərinə inanmayın, hərəkətinə baxın

2023-06-22 12:28:00

Onun sözlərinə inanmayın və Ukraynanın dinc əhalisinə və infrastrukturuna qarşı təcavüzü davam etdirən rusların hərəkətlərinə baxın.

Britaniyanın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

2023-06-22 12:24:00

Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib.

“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalında Cadenza Orkestri çıxış edib

2023-06-22 12:21:00

"Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) çıxış edib.

Heydər Əliyevin bir günü: Ümummilli Lider Azərbaycan dilinin və diasporunun əhəmiyyəti barədə

2023-06-22 11:58:00

Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.

Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycana səfər edib FOTO

2023-06-22 11:56:00

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 iyun tarixlərində ölkəmizdə rəsmi səfərdə olub.

Yanvarmay aylarında Türkiyənin Ayvalık limanı yüzdən çox gəmi qəbul edib

2023-06-22 11:29:00

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Ayvalık limanı 129 gəmi qəbul edib.

Cığatel düşmən olduğu Nazilənin adını eşidib efirdə güldü

2023-06-22 10:49:00

Şairə və qiraətçi Cığatel İsaqızı "qanlı bıçaq" olduğu həmkarı Nazilə Səfərlidən danışıb. 

Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı

2023-06-22 10:46:00

Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılıb.

Qərbin Azərbaycan sərhədlərində TƏXRİBAT HAZIRLIĞI

2023-06-22 10:38:00

Aİ-nin mülki missiyası Ermənistanın Azərbaycanla sərhədində fəaliyyətə başladığı ilk günlərdən mülki işçi heyətinin təxminən 100 nəfərdən ibarət olacağı, onların 50-yə yaxını silahsız müşahidəçi qismində iştirak edəcəyi açıqlamasından artıq bəlli idi ki, Avropa İttifaqının məqsədi heç də məhz sərhəddə monitorinqlə məşğul olmaq, iki ölkə arasında sabitliyin təmin olunmasında pay sahibi olmaq deyil.

İnsult keçirən Nisə Qasımova aylar sonra EFİRƏ ÇIXDI

2023-06-22 10:27:00

Bir müddət əvvəl insult keçirərək danışıq qabiliyyətini itirən Xalq artisti Nisə Qasımova sağaldıqdan sonra ilk dəfə efirə çıxıb.  

Bu məlumatların qeyriqanuni açıqlanması qadağan edilir

2023-06-22 10:16:00

Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır.

Azərbaycan neftinin qiyməti may ayından ilk dəfə 80 dolları ötüb

2023-06-22 10:13:00

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti bu ilin may ayının 24-dən (1 barel üçün 80,46 dollar) ilk dəfə olaraq 80 dolları ötüb.

Bakıda yanan avtomobilin söndürülməsinin görüntüləri

2023-06-22 10:02:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yasamal rayonu, Z.Xəlilov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanvarmay aylarında İskenderun limanı 19 milyon tondan çox yük qəbul edib

2023-06-22 09:51:00

2023-cü ilin yanvar-may aylarında Türkiyənin İskenderun limanı 19 milyon 233 min 858 ton yük qəbul edib.

Xocavənd, Şuşa və Xocalı istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu

2023-06-22 09:48:00

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Nəsrin toya geyindiyi açıqsaçıq libası ilə GÜNDƏMDƏ

2023-06-22 09:44:00

Türkiyənin məşhur azərbaycanlı aktrisası Nəsrin Cavadzadə anası ilə birlikdə həmkarı Eda Ecenin toyuna qatılıb.  

"Azərbaycanla birgə ortaq layihələrimiz olacaq"

2023-06-22 09:39:00

Azərbaycanla birgə ortaq layihələrimiz olacaq.

İnterpolun axtardığı qız atasının Rusiyadakı evində tapıldı

2023-06-22 09:29:00

Rusiyanın Vladivostok şəhərində polis beynəlxalq axtarışda olan Avstriya vətəndaşını tapıb.

DTXdən ƏMƏLİYYAT: 13 nəfər Azərbaycan vətəndaşı

2023-06-22 09:11:00

Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnmiş, "Taifatul Mansura" adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunub və barələrində beynəlxalq axtarış elan edilib.

İran dünyada gender bərabərsizliyi indeksində ilk beşlikdə

2023-06-22 09:07:00

Bu il İran dünyada gender bərabərsizliyi indeksində ilk beşlikdədir.

Azərbaycanda polis 35 yaşlı bu qadını axtarır FOTO

2023-06-22 09:00:00

Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb.

Qədim yunanların YAŞAM SİRRİ Cəmi 2 məhsul ilə ömrünüzü uzadın

2023-06-22 08:54:00

Bal və darçın qarışımının bir çox faydası ortaya çıxıb.

İlk sovet termonüvə bombasını yaradanlardan biri intihar etdi

2023-06-22 08:48:00

İlk sovet ikipilləli termonüvə bombası RDS-37-nin yaradıcılarından biri Qriqori Klinişov Moskvanın mərkəzində vəfat edib.

Bu cütlüyün toy tarixi dəyişdi

2023-06-22 08:42:00

Türkiyəli aktrisa-müğənni Öykü Gürmanın nişanlısı Fatih İçmeli ilə toy tarixində dəyişiklik olub.