Xəbərlərin siyahısı

Paşinyan ərazi bütövlüyümüzü tanımaqdan imtina etsə…

2023-09-02 15:52:00

Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və "Qarabağ"ın onlar üçün hazırki ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsiylə əlaqələndirirlər. Onlar hesab edirlər ki, nə qədər ki Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı, Qərbi Zəngəzura da nəzarət edəcək.

Məşhur aktrisa vəfat etdi

2023-09-02 15:49:00

Rusiyalı aktrisa Lyudmila Meleşko vəfat edib. Son.az kulis.az-a istinadən xəbər verir ki, aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb. Lyudmila ekranlara ilk dəfə 1981-ci ildə çıxıb. "Kamenskaya-2" (2002) və "Qaranlıq gecə" (2004) kimi filmlərdə oynayıb. O, daha çox 1983-cü ildə çəkilmiş "Mən necə uşaq idim?" filmindəki musiqi müəllimi rolu ilə tanınıb.

4 qadın ayaqyolu üstündə saçyolduya çıxdılar

2023-09-02 15:43:00

Morqan Uollenin konsertində 4 qadın arasında tualet davası çıxıb.

Yaponiyada son 125 ilin ən isti yayı oldu

2023-09-02 15:32:00

Açıqlamaya görə, iyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəsində temperatur yoxlanışı edilib.

Vəfat edən atası ilə bağlı paylaşım etdi

2023-09-02 15:21:00

Müğənni Vüqar Muradov bir neçə gün öncə vəfat edən atası ilə bağlı paylaşım edib.

Bölgələrdə baş verən faciəvi qəzalarda

2023-09-02 15:10:00

İdarəetmədən çıxan avtomobilin aşması faciə ilə nəticələnib. Ana və oğlu dünyasını dəyişib.

Deputatın köynəyi çıxışını kölgədə qoydu

2023-09-02 15:00:00

Sosial mediadakı paylaşımları ilə tez-tez gündəm olan CHP Ərzincan deputatı Mustafa Sarıgülün bu dəfə geyindiyi köynək gündəm oldu.

Düşmən mövqelərimizi atəşə tutmağa davam edir

2023-09-02 14:54:00

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Rusiya bizi hərbi yolla məğlub edə bilməz

2023-09-02 14:49:00

Rusiyanın Ukraynanı hərbi yolla məğlub etmək şansı yoxdur.

Xəzər dənizində suiti çimənlərə hücum etdi

2023-09-02 14:38:00

Xəzər dənizində suiti insanlara hücum edib. 

Ermənistanda əsirlikdə olan vətəndaşlarımızın vəziyyəti ilə bağlı işlər davam etdirilir Ombudsman

2023-09-02 14:30:00

Ermənistanda əsirlikdə olan Aqşin Bəbirov və Hüseyn Axundovun vəziyyəti ilə bağlı mütəmadi olaraq işlər davam etdirilir.

"Yalı çapkını"nın ikinci mövsüm tanıtım çarxı yayımlandı

2023-09-02 14:27:00

"Yalı çapkını" serialının ikinci mövsümlə bağlı ilk tanıtım çarxı yayımlanıb. 

Şiddətli külək qadını havada uçurtdu

2023-09-02 14:16:00

Şiddətli külək və tufan Çinin cənub-şərq bölgəsini öz ağuşuna alıb. Son.az xarici mediaya istinadən xəbər verir ki, Honk-Konqda şiddətli külək qadını əməlli-başlı göydə uçurdub. Bundan sonra qadın yerdə bir neçə metr sürüklənib. Hava şəraitinin kəskinləşməsi səbəbəi ilə, Çinin bu bölgəsində tədrisin başlama vaxtı gecikdirilib, parklar, muzeylər bağlanılıb. Həmin görüntüləri təqdim edirik: Ülkər Son.az  

Daha bir qız canına qəsd etdi Hadisə yerindən

2023-09-02 13:55:00

Bakıda daha bir yeniyetmə qız intihar edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tarifləri müəyyənləşdirmək səlahiyyəti verildi

2023-09-02 13:44:00

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

“Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər”

2023-09-02 13:43:00

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri - Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Samirəni Lökbatanda kirayə tutduğum evə aparıb..." 14 yaşlı qızdan

2023-09-02 13:32:00

Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Əfsər yetkinlik yaşına çatmayan Samirə (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

"Zaur Kamal məndən 1000 manat istəyir"

2023-09-02 13:21:00

Model Səmra Hüseynova aparıcı Zaur Kamal ilə bağlı iddia ortaya atıb.

Dövlətə vurduğu zərərin 40 mln. manatını ödəyən generalın məhkəməsinin vaxtı bilindi

2023-09-02 13:17:00

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan Vüsal Əlizadə, Cəlal Kazımov və Bayram Bayramovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Qubada narkotiklərlə bağlı 46 nəfər saxlanıldı

2023-09-02 13:10:00

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının son 3 ayda narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.

Ərdoğan taxıl dəhlizi ilə bağlı təklif paketini Putinə təqdim edəcək

2023-09-02 13:01:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin fəaliyyətinin yenidən bərpası üçün təklif paketini Rusiya prezidenti Vladimir Putinə təqdim etməsi gözlənilir.

Bakıda iməclik keçirildi

2023-09-02 12:51:00

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın mərkəz ərazisində və qəsəbələrində təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirib.

ABŞ ilk dəfə uranlı mərmiləri Kiyevə göndərir

2023-09-02 12:49:00

ABŞ administrasiyası gələn həftə açıqlanacağı gözlənilən Kiyevə hərbi yardım paketinə ilk dəfə olaraq tükənmiş uran mərmilərini daxil edəcək.

Ermənilər yeni müharibə istəyir?

2023-09-02 12:44:00

Dünən Ermənistanın Silahlı Qüvvələri şərti dövlət sərhədində ordumuzun mövqelərini ağır artilleriya, haubitsalar, PUA-lar, minaatanlar və iriçaplı pulemyotlardan atəşə tutdular. 3 əsgərimiz yüngül yaralandı. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində 3 erməni əsgər həlak olub, 5 nəfər yaralanıb.

Bazar günü yağış yağacaq

2023-09-02 12:39:00

Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Türk çörəyi"nə "naz"ın pərdəarxası Dərdləri aclıq

2023-09-02 12:38:00

Qarabağdakı separatçı ermənilər artıq 5 gündür ki, Azərbaycanın göndərdiyi 40 tona yaxın ərzaq yükünə "naz edir". Belə ki, dünyaya "blokada"da olduğunu car çəkən, nüfuzlu nəşrlərdə bu barədə yazılar çıxmasına nail olan, bir sıra tanınmışları öz yalanlarının yayılmasına cəlb edən separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükünün Xankəndinə çatdırılmasını müxtəlif üsullarla əngəlləyirlər. Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

Paşinyanın açıqlaması sülh prosesinə ciddi zərbədir XİN

2023-09-02 12:34:00

Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatını şərh edib.

İlham Əliyev: Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin dərinləşməsi məmnunluq doğurur

2023-09-02 12:30:00

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk.

94 yaşlı məşhur milyarder vəfat etdi

2023-09-02 12:27:00

Misirli milyarder Məhəmməd Əl-Fayed vəfat edib.

Hələ ki, heç bir danışıqlar yoxdur

2023-09-02 12:17:00

Artıq biz 5 gündür ki, müvafiq işçi heyəti ilə buradayıq.

“Biz Birlikdə Güclüyük!” Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi

2023-09-02 12:16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Cırtdan" Uşaq İstirahət Mərkəzində 10 gün davam edən "Biz Birlikdə Güclüyük!" yay düşərgəsinin bağlanış mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi.

Vahid məktəbli formasının qiyməti

2023-09-02 12:05:00

Vahid məktəbli forması tətbiq olunur, ancaq nə qiyməti vahiddir, nə də keyfiyyəti.

ABŞ 4 minə yaxın hərbçisini Avropadan çıxarır

2023-09-02 11:54:00

ABŞ Müdafiə Nazirliyi Şərqi Avropada dislokasiya olunmuş 4000-ə yaxın hərbi qulluqçusunun vətənə qayıtması imkanını nəzərdən keçirir.

Azərbaycanlı fotoqraf xanımına

2023-09-02 11:46:00

Azərbaycanlı məşhur fotoqraf Həmid Həmidli həyat yoldaşı blogger Aytən Həmidliyə gözlənilməz sürpriz edib. 

Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu

2023-09-02 11:45:00

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. 

Bakıda keçmiş məhkum özünü dənizə atdı

2023-09-02 11:43:00

Bakıda keçmiş məhkum Dənizkənarı Milli Parkda özünü dənizə atıb.

Şimali Koreya yenə qanadlı raket buraxdı

2023-09-02 11:21:00

Şimali Koreya Sarı dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb.

Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmət mərkəzləri yaradılacaq

2023-09-02 11:14:00

Hərəkət qabiliyyəti zəif olan əlilliyi müəyyən edilmiş və ahıl şəxslərə sosial xidmətlərin operativ şəkildə göstərilməsi üçün mobil xidmət mərkəzləri yaradılacaq.

Kamaləddin Qafarov: “Antimilli qüvvələrin məğlubiyyəti labüd idi”

2023-09-02 11:00:00

"32 il bundan öncə, 1991-ci il avqustun 30 -da  Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənəd -"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun təsbit edilməsi idi. Eyni zamanda Ali Sovet Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması barədə qərar da qəbul etmişdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada SSRİ-nin dövlət və partiya rəhbərliyinə qarşı ağır ittihamlarla dolu bəyanatla çıxış etdi və bundan sonra yenidən öz xalqının yanında olmaq üçün Bakıya gəldi. Lakin  bütün antimilli qüvvələr vahid koalisiya halında Ulu Öndərin respublikada hakimiyyətə gəlişini əngəlləmək üçün səylərini birləşdirdilər. Lakin bu, Ulu Öndərin ölkənin siyasi həyatında iştirakını əngəlləyə bilmədi." Bu sözləri tarixi Bəyannamənin əhəmiyyəti ilə bağlı mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Rusiyanın kosmik gəmisi Ayın səthini zədələdi

2023-09-02 10:49:00

Rusiyanın Luna-25 kosmik gəmisi Ayın səthini zədələyib.

Regionlarda yaşayan vətəndaşlar KREDİT almaqda çətinlik çəkir

2023-09-02 10:38:00

Regionlarda yaşayan vətəndaşlarımız banklardan krediti çətinliklə alır.

Zakir Həsənovun Türkiyədə işgüzar səfəri başa çatıb FOTO

2023-09-02 10:30:00

Türkiyədə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Eskişehirdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ertan Uzun ilə görüşüb.

Türkiyəli nazir TEXNOFESTin yenidən Azərbaycanda keçirilməsi məsələsindən danışdı

2023-09-02 10:28:00

"TEXNOFEST-in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir".

Aytən Səfərova "Azal"dan şikayət etdi:

2023-09-02 10:27:00

İstanbula gedən aparıcı Aytən Səfərovanın hava limanında başına iş gəlib. 

Azərbaycan neftinin qiyməti 93 dolları ötdü

2023-09-02 10:18:00

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,07 ABŞ dolları, yaxud 2,3 % artaraq 93,5 ABŞ dolları təşkil edib.

Toyda qızdan qəribə hərəkət Hər kəs onlara baxdı

2023-09-02 10:16:00

Toyda cütlük arasında qəribə hərəkət baş verib. Son.az xəbər verir ki, toyların birində qız ayaqlarını stulun üzərinə uzadıb, oğlan isə onun ayaqlarına rahatladıcı masaj tətbiq edib. Onlar bunu hamının gözü qarşısında ediblər. Görüntülər qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb. Həmin görüntüləri təqdim edirik: Lalə Son.az  

Xameneinin yerinə kim gəlir?

2023-09-02 10:05:00

İsrailin bəzi kəşfiyyat mənbələri İranda yeni ali dini liderin seçilməsi prosesinin başladığı ilə bağlı məlumat yayıb. Hazırkı prezidenti - İbrahim Rəisini Xameneini əvəz edə biləcək şəxs olaraq təqdim ediblər.

Müdafiə Nazirliyi məlumat yaydı

2023-09-02 09:49:00

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Rusiyada güclü zəlzələ oldu

2023-09-02 09:43:00

Rusiyanın Kuril adaları sahillərində səhər saatlarında 5,8 bal gücündə zəlzələ olub.